Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Ağ tut – Шелковица (тут) белый – Morus alba L



Yüklə 9,53 Mb.
səhifə119/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   115   116   117   118   119   120   121   122   ...   386
Ağ tut – Шелковица (тут) белый – Morus alba L. Tut (Moraceae) fəsiləsinə mənsubdur. Ağ tutun Vətəni Zaqaf-qaziyadır. Meyvəsi üçün becərilən tut 2 əsas növə bölünür: ağ və xartut. Yaxın Şərq ölkələrində çox yayılmışdır. Azər­baycanda və Orta Asiyada keyfiyyətli və iri meyvəsi olan növ­müx­təliflikləri vardır. Yabanı halda Azərbaycanın meşə­lərində, çay kənarlarında və dağ ətəklərində bitir. Yabanı tutun bir çox formaları vardır və yerli tutlar bunlardan seçilib qədim zaman­lardan bəri becərilməkdədir.

Ağ tut ağacının hündürlüyü 20 m-ə çatır. Qara xartutun ağacı isə bir qədər xırda olur. Ağacı çox yavaş böyüyür.

Meyvəverən tutların erkək və dişi çiçəkləri olur. Çiçəklər yar­paqlarla eyni vaxtda əmələ gələn kiçik meyvəciklərin üzə­rində açılır. Çiçəklər gödək saplaqla salxımda yerləşir. Erkək çiçəklərin 4 kasa yarpaqları və 4 yarpaqcığı vardır. Torbacıqlar partladıqdan sonra tozları tökülür. Dişi çiçəklərin 4 kasacıq yarpaqları, 2 ağızcığı vardır. Hər çiçəkdən tək-tək kiçik mey­vələr əmələ gəlir və bunlar bir saplaq üzərində yerləşərək tutun əsas meyvəsini təşkil edir. Hər meyvəciyində bir ədəd yastı, sarı, xırda toxumu vardır. Toxumların arasında olan sulu, şirin lətliyi yeyilir. Meyvəsi silindr şəklində, saplağı qısadır. Tutun meyvəsi mürəkkəb giləmeyvədir.

tut iyun-iyulda, xartut isə iyul-avqustda yetişir. Mey­vələrin yetişməsi tədricən olur və 40 gün davam edir. Ağ tutun meyvəsi ağ-yaşılımtıl, ağ-sarımtıl və ya ağ-çəhrayı rəngdə, sulu və şirindir. Ağ tutun meyvələri tam yetişdikdə yerə tökülür. Odur ki, tutu yetişdikcə, hər iki gündən-bir səhər tezdən silkələyib xüsusi çadralara toplayırlar.

tutun meyvəsi şirin, dadlı, asan həzm olunduğundan təzə halda yeyilir. Tərkibində 23%-ə qədər şəkər, üzvi turşular, zülal, pektin, yağ, aşılayıcı və rəngləyici maddələr, vitaminlər və dəmir vardır.

tut təzə halda yeyilir, kompot, mürəbbə, jele, şərbət və doşab hazırlanır. Tut doşabı tərkibinə görə bala oxşayır və qidalılıq dəyərinə görə təzə meyvədən fərqlənmir.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin