Fıstıq – Бук – Faqus L. Fıstıq (Faqaceae) fəsiləsinin fıstıq cinsinə aiddir. 9 növ ağacdan 2 növü yayılmışdır. Qafqazda dəniz səviyyəsindən 2300 m yüksəklikdə subalp qurşağına qədər meşəliklərdə bitir. Fıstıq meşələri Qafqaz meşələrinin 25%-ni təşkil edir.
Fıstıq aprel-may aylarında çiçəkləyir, eyni zamanda yarpaqları əmələ gəlir. Meyvələri sentyabr-oktyabrda yetişir və çatlamış tikanlı qərzəkdən ayrılıb düşür. Meyvəsi 3 tilli, parlaq qəhvəyi rəngdədir. İçərisində açıq bozumtul-qəhvəyi rəngli ləpəsi vardır.
Fıstıq 40-50 yaşından bara girir, 3-4 ildən-bir bol məhsul verir, 500 ildən çox ömür sürür.
Fıstıq ləpəsində 30-50% yağ və 20% zülali maddə vardır. Onu təzə və qovrulmuş halda yeyirlər. Lakin fıstıq ləpəsinin tərkibində zəhərli qlükozid olduğundan, onu çox yemək məsləhət görülmür. Fıstıq ləpəsindən yarımquruyan yağ alınır. Həmin yağ qida üçün, həm də texnikada istifadə edilir.
Fıstığın oduncağı bərkliyinə görə şabalıd və palıd oduncağından geri qalır. Xüsusi mebel və parket hazırlanmasında istifadə edilir.
Dostları ilə paylaş: |