Lobyanın müalicəvi xassələri. Lobya paxlasının toxum qılafından (qabığından) alınan həlim xalq təbabətində şəkər xəstəliyində istifadə olunur. O, qanda şəkərin miqdarını 30-40% aşağı salır. Lobya qabığından hazırlanmış duru ekstrakt orqanizmdə 6-8 saat təsir göstərir. Lobyanın belə müalicəvi xassəsi onun tərkibində olan flavonların təsirindən irəli gəlir. Flavonlar orqanizmdə karbohidrat mübadiləsini normallaşdırır.
Bir çox tədqiqatçılar lobyadakı arginin aminturşunun təsirini də inkar etmirlər. Şəkər xəstəliyinin yüngül formalarında 20 q lobya tayı (stvorok) 1 litr suda qaydadılır. Alınmış həlim (təxminən 0,5 litr) gün ərzində 5-6 dəfəyə bərabər miqdarda bölünüb içilir. Eyni zamanda, belə həlimin mikroblara qarşı təsiri də müəyyən edilmişdir.
Lobyanın bu xassəsi lobya unundan hazırlanan, tozvarı məlhəmin xalq təbabətində yaraların və ekzemanın müalicəsində istifadə olunması ilə əlaqədardır. Bəzən lobya unundan və baldan hazırlanmış təpitmədən yaraların və şişlərin daha tez yetişib sağalmasında istifadə olunur. Qafqaz xalqlarında quru lobyadan hazırlanmış həlim ishala qarşı uşaqlara içirdilir.
Dostları ilə paylaş: |