Əhməd-Cabir İsmayıl oğlu Əhmədov


Kərəviz – Сельдерей – Apium graveolens



Yüklə 9,53 Mb.
səhifə322/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   318   319   320   321   322   323   324   325   ...   386
Kərəviz – Сельдерей – Apium graveolens. Çətir­çiçəklilər (Umbelliferae) fəsiləsindən olan ikiillik ot bit­kisidir. Birinci ili kök və yarpaq əmələ gətirir, ikinci ili isə gül sütun­cuğu inkişaf edir, çiçəkləyir və toxum verir. Kərəvizin yaşıl yarpaqları kulinariyada xörəklərin dad və ətrini yaxşılaşdırmaq üçün və eləcə də konservləşdirmədə istifadə edilir.

Bitkinin müxtəlif hissələrindən təzə və qurudulmuş halda istifadə edilir. Kərəvizin 3 növü (kök, yarpaq və salat) bitir. Kə­rəvizin müxtəlif sortlarının mövcud olması onun bütün ilboyu becərilməsinə imkan verir. Kərəviz bişmiş və ya çiy halda müxtəlif xörəklərə qatqı kimi əlavə edilir. Saxlanılmağa da­vamlı olduğundan qış mövsümündə əsas göyərti hesab edilir.

Kök kərəvizin tərkibində 1,3% azotlu maddə vardır. Az miq­darda mannit spirti və apinin qlükozidi tapılmışdır. Kö­kündə 75 mq% C vitamini, yarpaqlarında isə C vitamini ilə ya­naşı 7 mq% karotin (provitamin A) vardır. Kərəviz yalnız xoş iyi ilə yox, tərkibindəki vitaminlərin, mineral duzların və şəkərlərin olması ilə də fərqlənir. Kərəvizin yarpaqlarında 0,1%, kökündə 0,09%, toxumunda isə 2,4-3,0% efir yağı var­dır. Efir yağının əsas komponentləri d-limonen (77-78%), d-selinen (12-13%), spirt və efir qarışığı (5%), sedanolid, se­danon turşusu, palmitin turşusufenoldan ibarətdir. Toxum­larda, həmçinin, 18%-ə qədər piyəbənzər yağ vardır. Yağın tərkibində 26-41% petrozelin, petrozelaidin, 26-30% olein, 10-13% linol turşusu vardır. Kərəviz yarpaqlarında asparagintirozin aminturşuları da vardır.


Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   318   319   320   321   322   323   324   325   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin