Əhməd-Cabir İsmayıl oğlu Əhmədov



Yüklə 9,53 Mb.
səhifə54/386
tarix10.01.2022
ölçüsü9,53 Mb.
#107849
1   ...   50   51   52   53   54   55   56   57   ...   386
Əzgil – Мушмула. Əzgilin iki əsas növü vardır: 1. Adi əzgil (Mespilus germanica); 2. Subtropik və ya yapon əzgili (Eriobothrya japonica).

Gülçiçəklilər (Rosaceae) fəsiləsindəndir. Vətəni Qafqaz və Talış dağlarıdır. Yabanı halda Qafqazda, Kiçik Asiyada, Krımda, Türkmə­nis­tanda, Balkan yarımadasında, Şimali Iranda bitir. Yabanı əzgil Azərbaycanın şimal və cənub rayonlarının dağlıq meşələrində yayılmışdır. Mədəni halda Azərbaycanda, Av­ropanın bir çox ölkələrində və ABŞ-da becərilir. Azər­bay­canda yabanı formaların və mədəni sortların bir çox növmüx­təliflikləri vardır.

Yabanı əzgil aprel ayında yarpaqlayır və mayın əv­vəllərində çiçəkləyir. Meyvələri oktyabrın axırı və no­yabrın əvvəllərində yetişir. Meyvəsi boz-darçını rəngdədir, üstü azacıq incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri yumru, yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu beş çəyirdəyi vardır. Meyvənin ətliyi bərkdir, tərkibində aşılayıcı maddə olduğundan ağız büzüşdürücüdür. Lakin dərilib saxlandıqdan sonra və ya meyvəni şaxta vurduqda yumşalır və dadı şirin olur.

Tam yetişmiş əzgilin yumşaq hissəsinin tərkibində 5,2% su, 8,5% şəkər, 0,8% turşu, 1,4% pektin maddələri, 0,65% azotlu maddələr, 1,8-2,5% sellüloza, bir qədər alma turşusu var. Ye­tişmə nəticəsində şəkər və alma turşusu azalır, az miqdarda spirt və sirkə turşusu əmələ gəlir ki, bu da ona pis xoşa­gəl­məyən tam verir.

Yabanı əzgilin tərkibində 8,2-9,4% şəkər, 1,8-2,1% üzvi turşu, aşılayıcı, rəngləyici və pektinli maddələr vardır. Yetişib ötmüş əzgildə şəkər və üzvi turşu nisbətən azdır. Yetişib öt­dükdə sirkə turşusu və spirt əmələ gəlir ki, bunlar da meyvəyə spesifik iy verir. Əzgildə karotin (provitamin A) və C vitamini də vardır.

Yabanı əzgili həm təzə halda yeyilir və həm də emal edilir. Əzgildən pastila, povidlo, kompot, konfet və kara­mel içli­yi, sirkə, sidr, tamlı yeyinti ekstraktı və s. məhsullar hazır­lanır. Əzgil tumunda 25% yağ, aşılayıcı və ekstraktlı maddələr olduğundan qəhvə əvəzedicilərində işlədilə bilər.




Yüklə 9,53 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   386




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin