Mixəyin müalicəvi xassələri. Azərbaycan kulinariyasında mixək müxtəlif xörək və şirniyyat hazırlanmasında, çay dəmləməsində, ətriyyatda, həmçinin, xalq təbabətində (mixək yağı) işlədilir. Qurudulmuş qönçələri ədviyyat kimi yeyinti sənayesində, çiçəyinin tərkibindəki antiseptik evgenol maddəsi isə diş xəstəliklərinin müalicəsində istifadə olunur.
Xəstələri müalicə etmək üçün mixəkdən istifadə edən ilk həkim Hippokrat olmuşdur. Mixək müalicəvi əhəmiyyətini bu günə kimi saxlayıb. Bəzi ölkələrdə mixəkdən qida həzmini yaxşılaşdırmaq, yaddaşı möhkəmlətmək və yaxşı həyəcanlandırıcı vasitə kimi istifadə edirlər. Mixəyin sulu ekstraktından göz xəstəliklərinin müalicəsində, efir yağından isə diş ağrısına qarşı işlədilir. Mixək toksiki olmadığından və yerli qıcıqlandırıcı təsir göstərmədiyindən cərrahlar ondan əllərin dezinfeksiyası və cərrahi sahənin işlənməsi və hətta irinli yaraların müalicəsi üçün də tətbiq edirdilər. Mamalıq təcrübəsində mixəkdən göbəyin sarınmasında, Çin xalq təbabətində onun efir yağından dərinin bəzi xəstəliklərində, mixək gülünün butonlarını isə bədxassəli şişlərin müalicəsində istifadə olunan bitki dərmanı yığımlarının tərkibinə daxil edilir. Mixək iyi güvəyə qarşı kifayət qədər etibarlı vasitədir.
Mixək orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili orqanları qüvvətləndirir, həzmi gücləndirir, eyni zamanda əhvali-ruhiyyəni yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aparır.
Mixək bəlğəmgətirici kimi, ürək döyünmə zamanı münasib hesab edilir. 1,5-2 q mixəyi üyütdükdən sonra südə qatıb bir müddət içmək cinsi fəaliyyəti günləndirir. Burun tutulması və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır.
Dostları ilə paylaş: |