Mineral maddələr orqanizmdə sintez oluna bilmir və mütləq qida ilə qəbul edilməlidir. İnsan orqanizminin normal fəaliyyəti üçün mineral maddələrin çox əhəmiyyəti vardır. Məhsulun qidalılıq və bioloji dəyərli-liyi üçün onların rolu böyükdür. Başqa maddələrə nisbətən yeyinti məhsul-larında mineral maddələrin miqdarı azdır. Ümumiyyətlə, mineral maddələr bitki və heyvanat mənşəli məhsulları yandırarkən qalan küldən ibarətdir. Məhsullarda olan mineral maddələr üzvi birləşmələr şəklində rast gəlinir.
29
İnsanın
|
gündəlik əsas
|
mineral maddələrə orta tələbi
|
(mq-la)
|
aşağıdakı kimidir:
|
|
|
Fosfor – 1000-1500
|
Sink – 10-15
|
|
Kalsium – 800-1000
|
Xrom – 2-2,5
|
|
Natrium – 4000-6000
|
Mis – 2
|
|
Kalium – 2500-3000
|
Kobalt – 0,2-0,1
|
|
Xloridlər
|
– 5000-7000
|
Molibden – 0,5
|
|
Maqnezium – 300-500
|
Selen – 0,5
|
|
Dəmir – 15-20
|
Ftor – 0,5-1,0
|
|
Manqan – 5-10
|
Yod – 0,2-2
|
|
Yeyinti məhsullarında P, Ca və Fe olmasının əhəmiyyəti xüsusilə böyükdür. Məhsulun keyfiyyətini və yararlılığını müəyyən edərkən nəzərə alınır.
Mineral maddələr şəkərdə – 0,05-0,03%, pardaqlanmış düyü yarmasında – 0,36%, unda – 0,5-2,0%, meyvə-tərəvəzdə – 0,3-1,8%, ət və balıqda – 0,7-1,9%, kakao tozunda isə – 6-7% olur.
Yeyinti məhsullarında rast gələn mineral maddələr 3 qrupa bö-
lünür.
Makroelementlər – Fe, P, Ca, Na, Cl, S, Si və b.;
Mikroelementlər – Ba, Br, B, J, Co, Mn, Cu, Mo, Pb, F, Zn, Cr
və b.;
Ultramikroelementlər – uran (U), torium (Th), radium (Ra), titan
(Ti), samarium (Sm), serium (Ce), lantan (La) və s.
Makroelementlərdən orqanizm üçün Ca, Mg, P, K və Fe-un əhəmiyyəti böyükdür.
Kalsium (Ca) duzları sümük toxumasında ehtiyat şəklində yerləşir və sümüyün əsasını təşkil edir. Yaşlı insan orqanizmində 2 kq-dan artıq kalsium duzları olur. İnsan orqanizminin kalsium duzlarına gündəlik tələ-batı bədən çəkisinin hər kq-da 10 mq, uşaqlarda isə 50 mq-dır. Qidalanma üçün kalsiumun yüksəkkeyfiyyətli mənbəyi süddür, 500 ml süd və ya 100 q pendir yaşlı insanın kalsiuma olan sutkalıq tələbini ödəyir.
Fosfor (P) kalsium kimi sümüyün tərkibində rast gəlir. O, həm-çinin sinir toxumalarında da olur. Karbohidrat, zülal və yağların həzmində iştirak edir. Balıq, balıq kürüsü, tərəvəzlər, göbələklər, pendir və ət fosforla zəngindir.
Dəmir (Fe) qanda – hemoqlobinin tərkibində və əzələlərdə rast gə-lir. Ən çox ət, qaraciyər və beyində, qarabaşaq və vələmir yarmasında, narda, yumurta sarısında və giləmeyvələrdə olur. Meyvə-tərəvəzlərdəki dəmir yaxşı mənimsənilir. İnsan qidasında dəmir çatışmadıqda alimentar anemiya (qida anemiyası) baş verir.
30
Kalium (K) toxumalardakı suyun miqdarını nizama salır və ürəyin işini yaxşılaşdırır. Toxumalarda kaliumun mübadiləsi son dərəcədə sürətlə gedir. Ən çox meyvə-tərəvəzdə, o cümlədən badımcan, boranı, pomidor, kələm, kartof, qurudulmuş üzüm, qara gavalı və qaysıda olur.
Maqnezium (Mg) orqanizmdə gedən fermentativ proseslərdə işti-rak edir. Sinir və əzələ sisteminin normal fəaliyyəti üçün vacib hesab edi-lir. Ən çox paxlalı-dənli bitkilərdə, çovdar çörəyində və meyvə-tərəvəzdə rast gəlir.
Dostları ilə paylaş: |