Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə37/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   164
-funksional-

vitamini tokoferol. Bu vitamin hüceyrənin lipoid maddələrini oksidləşmədən qoruyur, heyvanlarda onun uzun müddət çatışmazlığı əzələ distrofiyasına, qısırlığa səbəb ola bilər. İlk dəfə buğdanın rüşeymindəki yağın tərkibində tapılmışdır.




  1. vitamini quruluşca bir-birinə oxşayan və bioloji təsirinə görə 3

maddədən – α, β,  tokoferollardan ibarətdir. α tokoferolun vitamin fəallığı β tokoferoldan 2,5 dəfə çoxdur.


Tokoferollar yağlı maye olub bitki yağında, etil spirtində yaxşı həll olur. E vitamini istiyə davamlıdır. Oksigensiz şəraitdə 170-2000C-yə kimi qızdırdıqda parçalanır, lakin ultrabənövşəyi şüaların təsirindən parçalan-mır. Antioksidant kimi yağların oksidləşməsinin qarşısını almaq üçün tət-
36
biq edilir. E vitamini ən çox dənli bitkilərin rüşeymindəki yağda və bitki yağlarında vardır.
E vitamininin miqdarı buğda rüşeymində – 25; qarğıdalı rüşey-mində – 15-25; vələmirdə – 18-20; çovdarda – 10; kərəyağında – 1,5-2,5; yu-murtada – 1,3; günəbaxan yağında – 60; soya yağında – 120; qarğıdalı ya-ğında – 100 mq%-dir. İnsan orqanizmi üçün gündəlik tələbat 12-15 mq-dır.


  1. vitamini filloxinon. Qaraciyərdə protrombinin sintezini sürət-ləndirir, qanın laxtalanma qabiliyyətini artırır. Çünki K vitamini normal bağırsaq florasını təşkil edən mikroorqanizmlər tərəfindən sintez olunur. Əgər həddindən artıq antibiotiklər qəbul edilirsə, bağırsaqlarda yaşayan bakteriyalar tələf olurlar. Belə hallarda K vitamininin sintezi pozulur. K

vitamini K1,

K2



K3

müxtəlifliyində olur. Bunlar

metilnaftoxinonun

törəmələridir.

Bitkilərdə

K1

vitamini, heyvanat məhsullarında K2 vitamini

olur. K1 vitamini

– filloxinon ilk dəfə yoncadan alınmışdır. K2 vitamini –

farnoxinon iylənmiş balıq unundan alınmışdır. K1 vitamini K2 vitamininə nisbətən 2 dəfə aktivdir. K1 vitamini rəngsiz yağlı mayedir. K2 vitamini isə açıq sarı rəngli kristallik maddədir.
Müxtəlif məhsullarda K vitamininin miqdarı mq%-lə aşağıdakı kimidir: göy noxud – 0,1-0,3; çiyələk – 0,12; kartof – 0,08; pomidor – 0,4; ispanaq – 4,5.
Orqanizmin bu vitaminə olan tələbatı dəqiq müəyyən edilməmişdir, çünki K vitamini bağırsaqlarda da sintez olunur. Orta yaşlıların bu vita-minə təxmini tələbatı gündə 0,2-0,3 mq-dır.

37



  1. Yüklə 0,87 Mb.

    Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin