3.1. Əmtəələrin istehlak xassələri Qeyd edildiyi kimi, əmtəələrin obyektiv xüsusiyyətlərinə, onların yararlılığından asılı olaraq istismar prosesində (istehlaketmə) aşkara çıxan və insan tələbini ödəmək qabiliyyətinə istehlak xassələri deyilir.
Hər bir mal qrupunun istehlak xassələrinin təsnifatı əmtəəşünaslığın xüsusi kurslarında öyrənilir. Burada isə istehlak xassələrinin ümumi qrup-laşmasına baxılacaqdır.
Malların xassələri təbiətindən asılı olaraq kimyəvi, fiziki və bioloji xassələrə bölünür. Bu xassələr sadə və mürəkkəb ola bilər. Sadə xassəyə misal olaraq şüşə məmulatının işıq keçirməsini, bir neçə sadə xassədən ibarət olan mürəkkəb xassəyə isə ayaqqabının geyilməyə davamlılığını, televizorların, soyuducuların etibarlılığını göstərmək olar.
İstismar prosesində (istehlaketmə) əmtəələrin bir sıra xassələri tələbləri ödəmək qabiliyyətinə malik ola bilir, bəzi xassələr isə tələbin ödə-nilməsində bir o qədər əhəmiyyət kəsb etmir. Buna görə də onları müsbət
və mənfi xassələrə bölmək olar. Mənfi xassələrə misal olaraq elektrik məi-şət maşınlarının səs etməsini, parçaların, paltarların elektrikləşməsini göstərmək olar.
Əmtəələrin istehlak dəyərinin və keyfiyyətinin qiymətləndirilmə-sində ən çox marağa səbəb istehlak xassələrinin qruplaşdırılmasıdır. Bu nöqteyi-nəzərdən istehlak mallarının əksəriyyətində üstünlük təşkil edən istehlak xassələrini aşağıdakı qruplara bölmək olar: funksional, etibarlılıq, erqonomik, təhlükəsizlik, estetik və s.