Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə41/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   164
-funksional-

Zəmanət müddəti – bu dövr, istehsalçının hansı vaxta qədər zə-manət verməsidir və məmulata verilmiş tələblərin yerinə yetirilməsini

40
(istehlakçı tərəfindən düzgün istismar etdikdə), o cümlədən saxlanma və daşınma şəraitinə nəzarət edilməni təmin edir.


İşləmə zəmanəti dedikdə, məmulatın istehsalçının verdiyi zəmanət üzrə işinin tamamlanması başa düşülür. Bu zaman nəzərdə tutulmuş tə-ləblər üzrə istehlakçı tərəfindən düzgün istismarı, o cümlədən saxlanma və daşınma şəraitinə nəzarət edilir. Bunlar onu göstərir ki, istehsalçı məmu-latın müəyyən müddət ərzində müntəzəm işlənməsinə zəmanət verir. Lakin normativ-texniki sənədlərdə müəyyən edilmiş zəmanət müddəti (ayaqqabı, radio və elektrik cihazları üçün) əslində müntəzəm işin göstəriciləri deyildir. Belə ki, bu müddət adı altında bir zaman kəsiyi başa düşülür ki, istehsalçı istehlakçının məmulatı düzgün istismar etməsinə nəzarət edil-məsi şəraitində onu pulsuz dəyişməyi, yaxud təmir etməyi öhdəsinə gö-türür. Bu halda zəmanət müddəti əslində hüquqi anlayışa çevrilir ki, bu da istehlakçının nasaz məmulatının pulsuz təmiri, yaxud dəyişməsi ilə əla-qədardır. Buna baxmayaraq, istismarın zəmanət müddəti məmulatın hazırlanma keyfiyyətini xarakterizə edir və bir neçə aydan (ayaqqabı) beş ilə qədər (tikiş maşını) olur.
Müəssisə məmulatın düzgün istismar olunmasını yoxlamaq üçün onlara plomb qoyur, yaxud məmulatdakı bərkidicilərin başlığını rəngləyir. Plomb və ya rəngin pozulması istismarın qeyri-normal şəraitini sübut edir.
Məmulatın etibarlılığı yalnız onların müntəzəmliliyindən yox, uzunömürlülüyündən də asılıdır. Məmulatın uzunömürlülüyünün artması onların istehsal həcminin çoxalmasına bərabərdir.
Uzunmüddətli möhkəmlik – işləmə qabiliyyətinin son vəziyyətinə qədər texniki xidmət və təmir üçün lazımi fasilələrlə məmulatın sazlanması xassəsidir.
Fiziki köhnəlmə nəticəsində məmulatın istismarının mümkün olma-ması, təhlükəsizlik tələblərinin pozulması, işin effektliliyinin azalması əz-mində olan məmulatın son həddə çatdırılması vəziyyətinə deyilir. Məmula-tın son vəziyyətinin təyini, xüsusən bəzi təmir olunan məmulatlarda böyük çətinliyə səbəb olur. Hansı ki, məmulat dəfələrlə təmir oluna bilir və buna görə də öz iş qabiliyyətini saxlayır.
Yuxarıda qeyd etdiyimiz kimi, təmir olunmayan məmulatlarda «müntəzəmlik» və «uzunömürlülük» anlayışları bir-birinə uyğun gəlir. Tə-mir olunan məmulatlar üçün bu anlayışlar arasında fərq vardır. Müntə-zəmlik, məmulatın qabiliyyətini saxlamasını göstərir. Uzunömürlülük onun uzun müddət işləmə qabiliyyətini saxlaması ilə xarakterizə olunur və ancaq lazımi təmir üçün fasilə nəzərdə tutulur. Fasilələr məmulatın nasazlığını göstərir.
Rəddetmənin fiziki mahiyyətinə baxaq: rəddetməni şərti olaraq təd-ricən və gözlənilməyən (təsadüfən) rəddetməyə bölək. Hər hansı bir mə-mulat istismar prosesində dağılır. Hətta iş vəziyyətində olmayan məmula-
41
tın materialı da köhnəlir. Dağılma və köhnəlmə nəticəsində keyfiyyət göstəriciləri də tədricən dəyişir. Hər hansı bir keyfiyyət göstəricilərinin tədricən dəyişməsi prosesi daimi və dönmədən (mütləq) əmələ gəlir. Bu dəyişilmə mümkün ola bilən hüduddan çıxana qədər məmulat iş qabi-liyyətini saxlayır.
Köhnəlmə və dağılması nəticəsində məmulatın materiallarında əmələ gələn fiziki-kimyəvi proseslər keyfiyyət göstəricilərinin müəyyən hüduda çıxmasına gətirib çıxarır və rəddetmə əmələ gəlir.
Beləliklə, məmulat və ya onun hissələrində köhnəlmə və dağılma nəticəsində yavaş-yavaş əmələ gələn dönməyən fiziki-kimyəvi proseslər-dən tədricən rəddetmə əmələ gəlir. Dağılmanın tədricən rəddetmə xüsusiy-yətli olması zəruridir, rəddetmələrin əmələgəlmə imkanı vahidə bərabərdir. Məhz tədricən rəddetmə məmulatın uzunmüddətli möhkəmliyindən asılıdır.
Başqa bir hal qəfil rəddetmədən ibarətdir. Əks hallarda belə rəddet-mənin səbəbi məmulatın konstruksiyasının daxilində və ayrı-ayrı element-lərindən kənarda olan mexaniki-termiki və başqa növ yüklərin qəfil cəmlənməsindən ibarətdir. Element o vaxt iş qabiliyyətini itirir ki, ona təsir edən ümumi və yaxud fərdi yüklər onun möhkəmliyini artırır. Burada möh-kəmlik geniş mənada başa düşülür. Məsələn, hissə və bütövlüklə mə-

mulatın

möhkəmliyini qiymətləndirməyə

imkan

verən hər

hansı bir ölçü

vahidi yoxdur.






















Buna görə də təsir edən yük altında möhkəmliyin çox artması mə-

mulatın

yüksək

etibarlılığının

sübutudur.

Əgər

məmulatda

başqa

hissələr

az möhkəmliyə

malikdirsə, onda bu hissənin möhkəmlik ehtiyatının

artırıl-

masının

heç bir

əhəmiyyəti

yoxdur. Belə ki,

bu zaman

ikincisi

işləmir,

birincisi isə işləmək qabiliyyətinə malik olur. Buna görə də məmulatın konstruksiyasında daima konstruksiya elementlərinin bərabər möhkəm-liliyinin təmin edilməsi problemi baş verir. Qəfil rəddetmə zamanı müxtəlif xarakterli dəyişikliklərin toplanmasından keyfiyyət sıçraması əmələ gəlir, bunun da nəticəsində məmulatın normal istismarı üçün lazım olan xassələrin pozulması baş verir. Məlumdur ki, materiallar gərginlik nəticə-sində onların möhkəmlik hüdudunu aşmasına, yorğunluğuna görə az dağılır.


Buna görə də material və məmulatların fiziki, kimyəvi, bioloji xas-sələrinin, həmçinin onlarda istismar və saxlanma nəticəsində əmələ gələn daxili proseslərin öyrənilməsinin və tədqiqinin böyük əhəmiyyəti vardır.
Məmulat istismarının əvvəlki dövrünə əlavə qazanılma dövrü deyi-lir. Məmulatlarda əlavə qazanılma dövründə rəddetmə müxtəlif səbəb-lərdən əmələ gəlir. Hər şeydən əvvəl əlavə qazanılmanın rəddetməsinin səbəbi struktur elementlərinin nöqsanlarıdır, onların tələb olunandan az

42
möhkəmliyə malik olması, məmulatın yığılması zamanı buraxılan səhvlər, istismarın ilk dövründə məmulatdan düzgün istifadə edilməməsidir.


Şəkil 3.1-də müxtəlif məmulatlar üçün rəddetmə intensivliyinin əyrixətli asılılığı göstərilmişdir.
А


2

4

1 3



т
Шякил 3.1. Истисмар вахтындан асылы олараг ряддетмя


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin