интенсивлийинин асылылыьы Düz xətt (1) «köhnəlməyən» məmulatlar, məsələn, yarımkeçiricilər üçün xarakterikdir. Burada rəddetmənin intensivliyi daimidir.
Əyri (2) «köhnələn» məmulatların, məsələn, elektrik lampalarının işini əks etdirir. Rəddetmənin intensivliyi artır.
Əyri (3) üç dövrdə xarakterizə olunur. Birinci dövrdə məmulatın istismarının əvvəlki dövründə gizli nöqsanların aşkara çıxarılmasından rəddetmənin intensivliyini azalır. İkinci dövrdə, normal istismar dövründə
– rəddetmə intensivliyi daim qalır, burada qəfil rəddetmə əmələ gəlir. Qəfil rəddetmə kimi tədricən rəddetmə də əmələ gəlir.
Əyri (4) əyri (3)-dən onunla fərqlənir ki, onun da rəddetmə inten-sivliyinin daimi dövrü yoxdur. Belə əyri o məmulatlar üçün xarakterikdir ki, təmir zamanı bir nöqsanlı hissə yüksək keyfiyyəti olmayan başqa hissə ilə əvəz edilir.
Uzunmüddətli möhkəmliyin ən geniş yayılmış göstəriciləri xidmət müddəti və resursdur.
Xidmət müddəti dedikdə, son vəziyyətin, yaxud fiziki köhnəlmənin əmələgəlmə momentinə qədər məmulatın istismarının təqvim müddəti başa düşülür. Resurs - məmulatın əvvəldən normativ-texniki sənəddə göstəril-miş son vəziyyətə qədər işləməsidir. Bu göstərici iş zamanı saatla (nəq-liyyat vasitəsi), yüklənmə dövriyyəsi (rele) və rəqəmlə ifadə olunur. Belə-liklə, resursa həcm kimi baxılır ki, bu da məmulatın istismarı prosesində tədricən sərf edilir. Əmtəə buraxılışının planlaşdırılmasında resursların təqvim xidmət müddətində yenidən hesablanmasının böyük əhəmiyyəti
43
var. Bundan ötrü məmulatın həftə, ay, yaxud il ərzində orta istismar müddətini bilmək lazımdır.
Hal-hazırda normativ-texniki sənədlərdə bütün əmtəələr üçün xidmət müddəti, yaxud resurs təyin edilmir. Bunların əvəzində xassə göstə-riciləri normaları müəyyən edilir. Bu da bütövlükdə məmulatın uzunömür-lülüyünü təyin edir. Belə xassələrə, məsələn, şüşə məmulatlarının hərarətə davamlılığı, ayaqqabının gön altlığının sürtünməyə müqaviməti, toxuculuq və gön materiallarının müxtəlif deformasiyalara müqaviməti və başqa göstəricilər daxildir.
Təmirə yararlılıq əksər hallarda konstruksiyanın texnologiyasından asılıdır. Əgər məmulatın hazırlanmasında və təmirində çox zəhmət tələb edən iş azalırsa, onun yığılması asanlaşdırılırsa, az materialdan və standart avadanlıqlardan istifadə olunursa, onda həmin məmulatın konstruksiyası daha texnoloji sayılır. Texnoloji konstruksiya proqressiv, asan emal edilən materialların, həmçinin standartlaşdırılmış və unifikasiya edilmiş (vahid şəkilə salınmış) hissələrin istifadə edilmə dərəcəsilə təyin edilir.
Təmirə yararlılığın göstəriciləri bərpa olmasının orta vaxtı, təmirin orta dəyəri, təmirə orta əmək sərfi və s.-dir. Normativ-texniki sənədlərdə müəyyən edilmiş saxlanma və daşınma müddətində istismar göstəricilərini saxlayan məmulatın xassələrinə mühafizə olunma deyilir. Yuxarıda qeyd edildiyi kimi, istismar və saxlanan zaman məmulatların materiallarında dönməyən fiziki-kimyəvi proseslər əmələ gəlir ki, bu da onların keyfiyyət göstəricilərini aşağı sala bilər və hətta iş qabiliyyətinin itməsinə səbəb olar.
Məmulatın mühafizə olunmasının, həmçinin zəmanət müddətinin təyin edilməsinin böyük əhəmiyyəti vardır. İstehlak mallarına zəmanət müddəti adətən satıldığı gündən təyin edilir. Belə müddət yalnız o mə-mulatlara tətbiq edilir ki, onların mühafizəolunma müddəti yüksəkdir. Əgər mühafizəolunma müddəti qısadırsa, onda zəmanət müddəti satıldığı gün-dən təyin edilir, lakin məmulatın buraxılış momentindən maksimal zə-manət vaxtı da göstərilməlidir. Məsələn, quru qalvanik elementlərə, elek-trik ölçü cihazlarına və başqa mallara zəmanət müddəti belə təyin edilir.
Əmtəələrin mühafizəolunma göstəriciləri hər şeydən əvvəl mühafizəolunmanın orta təqvim müddəti olan günlərdən ibarətdir.