7.3. Ədviyyələrin funksional xassələri
Tərkibində ədviyyəli və ətirli maddələr, eləcə də boya mad-dələri olan müxtəlif bitkilərin ayrı-ayrı hissələrindən qurutma yolu ilə alınan məhsula ədviyyə deyilir. Ədviyyələrin dəyəri onların
tərkibində
|
olan
|
efir yağlarının,
|
qlükozidlərin və
|
alkaloidlərin
|
miqdarı
|
ilə
|
müəyyən olunur.
|
Yeyinti
|
məhsullarının
|
emalı zamanı onlara
|
lazımı miqdarda
|
ədviyyə əlavə
|
etdikdə, həmin məhsulların dadı və
|
ətri
|
yaxşılaşır.
|
Bu,
|
iştahanın
|
artmasına, sinir
|
sisteminin
|
qıcıqlan-
|
masına, şirə ifraz edən mədə
|
və bağırsaq vəzilərinin fəaliyyətinin
|
artmasına
|
səbəb
|
olur.
|
Bundan
|
başqa, yeyinti
|
məhsullarının
|
tərkibinə
|
qatılmış ədviyyə və tamlı qatqılar onların yaxşı saxlanılmasına da müsbət təsir göstərir. Qidaya qatılan ədviyyə xoş ətri və dadı ilə iştahanı artırır, orqanizmə qəbul olunan qidanın yaxşı həzm olun-masını və tez mənimsənilməsini təmin edir.
Rus fizioloqu İ.P.Pavlov və onun şagirdləri tərəfindən müəy-yən olunmuşdur ki, ədviyyələrin tərkibində olan kimyəvi maddələr, o
cümlədən efir yağı, alkaloidlər, qlükozidlər əsəb sisteminə təsir edir
və həzm vəzilərinin fəaliyyətini artırır.
Bəzi ətirli-ədviyyə bitkiləri vitaminlə zəngindir. Qırmızı
istiotun tərkibində 9-12 mq% provitamin A (karotin) və 380 mq%-ə qədər C vitamini vardır. Qıtıqotunun tərkibində 100-250 mq% C vitamini vardır. Bir çox ədviyyələr fitonsid xassəyə malik olmaqla antiseptik maddə adlanırlar, çünki onların qidada olması mikroorqa-nizmlərin həyat fəaliyyətini dayandırır və ya tamamilə məhv edir. Zirə, cirə və şüyüd qidanın həzmində zərərli qıcqırmaların qarşısını alır.
Zəfəranın tərkibində orta hesabla 0,8% efir yağı, 3,5% boya maddələri vardır. Ümumi efir yağının 40%-ni safranal (C10H14O), 26,5%-ni nitropinenol, 5,5%-ni nonil spirti təşkil edir. Bunlardan başqa, zəfəran efir yağında 24-dən çox müxtəlif terpenlər, spirtlər, keton və aldehidlər vardır. Boya maddəsinin əsasını qırmızı rəngli krotsin təşkil edir. Zəfəranın tərkibində karotinoidlərdən -, - və -karotin, likopin, azafirin, zeaksantin vardır. Zəfəran tellərində B1 və B2 vitaminləri də vardır.
Muskat cövüzünün tərkibində 8-12% efir yağı vardır. Efir yağının tərkibində pinen və kamfen (80%), linallol, geraniol, safrol, terpineol, miristin turşusu (C14H28O2) vardır. Muskat çiçəyində isə 6-12% efir yağı olur.
Qara istiota kəskin acı dad verən maddə alkaloid piperin və piperidindir. Onun tərkibində 1,2-3,6% efir yağı vardır. Efir yağı
95
tərkibcə - və - pinen, limonen, kariofilen, dehidrokarveol, pipe-ronal (C8H6O3), fellandren və seksviterpenlərdən ibarətdir.
Ətirli istiotun tərkibində 3-4% efir yağı vardır ki, bunun da 60-80%-i evgenolun (C10H12O 2) və ona yaxın fenolların payına dü-şür. Bu efir yağı mixək, muskat cövüzü və darçın efir yağına oxşar ətir verir.
Hilin toxumunda efir yağının miqdarı 3-8%-ə qədər olduğu halda, qabıq hissədə 0,1-0,7%-dir. Qabıq hissədə 28-31% sellüloza və 12-15% minerallı maddə vardır.
Mixəkdə ətirli maddələrin miqdarı 15-20%-ə qədərdir. Efir yağı əsasən çiçəyinin yuxarı hissəsində (18%) epidermis təbəqəsində toplanmışdır.
Darçının tərkibində 1,5% efir yağı vardır. Əsasını darçın aldehidi (65-70%) təşkil edir.
Zəncəfil kəskin xoş ətrə və yandırıcı tama malikdir. Tərkibin-də 1,5-3,5% efir yağı vardır. Əsasını hinqerol (C17H26O4), sinqeberen (C15H24), kamfen, fellandren və sinqiberol spirti təşkil edir.
Ədviyyələrin orqanizm üçün böyük fizioloji əhəmiyyəti var-dır. Mixək və darçın qidanın tam mənimsənilməsinə kömək edir. Muskat cövüzü fitonsid xassəyə malikdir və ona görə də mikroorqa-nizmlərin həyat fəaliyyətini dayandırır və ya da tamamilə məhv edir.
Tamlı malların əmtəəşünaslığında ədviyyələri bitkinin hansı hissəsindən alınmasına görə 6 qrupa bölürlər:
1. Bitkinin toxumundan alınan ədviyyələr – xardal, muskat
cövüzü.
Dostları ilə paylaş: |