Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional



Yüklə 0,87 Mb.
səhifə8/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   164
-funksional-

məcmusundan ibarətdir”. Müxtəlif istehlak mallarının təyinatdan ay-dındır ki, məhsulun heç də bütün xassələri keyfiyyət anlayışına aid deyil-dir. Keyfiyyət anlayışına elə xassələr aid edilir ki, onlar məmulatın təyinatına uyğun olaraq insanların ona olan bu və ya digər tələbatını təmin edə bilsin.
İstehlak mallarının keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq göstəricilər sistemi və üsulları olmalıdır. Məhsulların keyfiyyətinin miqdarca qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan praktiki və elmi fəaliyyət sahəsi kvalimetriya adlanır. Kvali-metriya latın sözü «qualis» (keyfiyyətcə necədir) və yunan sözü «metrio» (ölçürəm) sözlərinin birləşməsindən əmələ gələn mənanı ifadə edir.
İstehlak bazarında məhsulların keyfiyyətindən bəhs edərkən, onun normativ-texniki sənədlərin (əsasən standartların) bütün tələblərinə uyğun gəlməsi başa düşülür. Əmtəəşünaslıqda ərzaq məhsullarının keyfiyyəti dedikdə, insanın ərzaq və tamlı mallara olan tələbini ödəyə bilən və birini digərindən ayıran xassələrin cəmi başa düşülür.
İstehlak mallarının yararlılığı və istehlak xassələri birmənalı anlayışlar deyildir. Bəzən təcrübədə keyfiyyət dedikdə malın yalnız nor-mativ-texniki sənədlərin tələblərinə uyğun olması başa düşülür. Belə
8
keyfiyyət istehsal keyfiyyəti adlanmaqla bütövlükdə keyfiyyət anlayışının dolğunluğunu özündə əks etdirmir. O, yalnız istehsalın keyfiyyətini xarakterizə edir.
İstehlak mallarının keyfiyyəti ona xas olan fiziki, kimyəvi, bio-kimyəvi, fizioloji və digər xassələrin kompleksindən, həmçinin insanın müəyyən istehlak tələbini ödəmək baxımından malın təyinat, saxlanılmağa davamlılıq, gigiyenik, estetik, antropometrik, psixofizioloji və digər tələb-lərə müvafiq olmasında özünü göstərir.
İstehlak mallarının vacib keyfiyyətlilik əlamətlərinə onların texniki, istehlak və istismar xassələri aid edilir. İstehlak mallarının xassələri onların istehsalı və istehlakı prosesində təzahür olunan obyektiv xüsusiyyətlərin məcmusundan ibarətdir. İstehlak mallarının xassələri şərti olaraq sadə və mürəkkəb xassələrə ayrılır.
Sadə xassələr elə xassələrdir ki, onlar məhsulun keyfiyyətinin səviyyəsi qiymətləndirilərkən daha xırda xassələrə ayrıla bilmir. Məsələn, çörəyin nəmliyi, turşuluğu, məsaməliliyi və s. sadə xassələrdir.
Mürəkkəb xassələr elə xassələrdir ki, onlar sadə xassələrə ayrıla bilir. Məsələn, məhsulun xarici görünüşü mürəkkəb xassədir. Bu göstərici forma, rəng, səthinin vəziyyəti kimi sadə xassələri birləşdirir. İstehlak mallarının keyfiyyəti qiymətləndirilərkən bütün xassələr deyil, ancaq həmin məhsulun yararlılığı ilə əlaqəsi olan əsas xassələr nəzərə alınmalıdır.
İstehlak mallarının keyfiyyətinin xarakteristikası üçün daha çox istifadə olunan göstəricilər aşağıdakılardır:
- təyinat göstəriciləri. Ərzaq mallarının keyfiyyətinin qiymətlən-dirilməsində belə göstəricilər əsas rol oynayır. Onlar məhsulun ayrı-ayrı xassələrini və ya istehlak üçün səmərəli olmasını müəyyən edən xassələri xarakterizə edir. Təyinat göstəriciləri standartlarda və texniki şərtlərdə verilir. Ərzaq malları üçün təyinat göstəriciləri, malın kimyəvi tərkibini və enerjivermə qabiliyyətini xarakterizə edən göstəricilərdir.

1   ...   4   5   6   7   8   9   10   11   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin