P vitamini – rutin və ya kapilyar qan damarlarının divarlarınımöhkəmlədən maddələr (flavonoidlər) kompleksi.
P vitamini ilk dəfə limon və portağal qabığında tapılmışdır. Müəy-yən edilmişdir ki, P vitamini kapillyarların keçiricilik qabiliyyətini artırır. P vitamini askorbin turşusunun çox yayıldığı bitki mənşəli qida məh-sullarında olur. Bitki mənşəli qida məhsullarında bioloji fəallığına görə P vitamininə müvafiq gələn bir neçə birləşmə – rutin, hesperidin, kversetin, antosianlar və katexinlər vardır. Bunlara flavonoidlər adı verilmişdir.
Bitki mənşəli məhsullardakı P vitamini xassəli maddələrdən rutin qarabaşaq yarpaqlarından, hesperidin (sitrin) sitrus meyvələrinin qabı-ğından, katexinlər (pirokatexin) çay yarpağından alınmışdır. Qara qarağat və qarameyvəli üvəz meyvələrindən də P vitamini preparatları alınır. Məhsulların saxlanılması və emalı zamanı P vitaminli maddələr yaxşı qalır.
Bitki mənşəli məhsullarda P vitamini fəallığında maddələrin mq%-lə miqdarı aşağıdakı kimidir: qara meyvəli üvəz – 2000; qara qarağat – 100; itburnu – 680; portağal və limon – 500; quşüzümü – 240-330; çiyələk
– 150-172; üzüm – 290-430; alma – 10-70; çuğundur – 37-75; kələm – 10-
69; yerkökü – 50-100; kartof – 15-35.
P vitamininə gündəlik tələbat orta hesabla 35-40 mq-dır.