Əhmədov Əhməd-Cabir İsmayıl oğlu Osmanov Tofik Ramazan oğlu İstehlak mallarinin funksional


Likör-araq məmulatının funksional xassələri



Yüklə 0,87 Mb.
səhifə80/164
tarix31.12.2021
ölçüsü0,87 Mb.
#111478
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   164
-funksional-

8.3. Likör-araq məmulatının funksional xassələri
Likör-araq məmulatının əsasını spirt təşkil edir. Etil spirti –
CH3CH2OH – iki üsulla istehsal edilir:


  1. Təbii etil spirti. Bu spirtin əsas etibarilə tərkibində karbohidratları olan məhsullardan spirtə qıcqırma yolu ilə hazırlayırlar.




  1. Sintetik üsulla alınan etil spirti. Bunu neft qazlarından və etilenin hidrasiyası üsulu ilə istehsal edirlər. C2H2+H2OC2H5OH. Bu spirtin tərkibində müxtəlif qarışıqlar olduğundan yalnız texniki məqsədlər üçün istifadə edilir.

Likör-araq məmulatının istehsalı üçün istifadə olunan spirti kartof,

dənli bitkilər, müxtəlif meyvələr, üzüm, çuğundur, topinambur, kasnı


bitkisinin kökü və s. bu kimi xammallardan alırlar.

Adi araqların istehsalında 1000 dal spirt-su qarışığına 1 kq soda,


300 q limon turşusu və 10 kq şəkər əlavə edilir. Ekstra arağına isə 25 kq şəkər və 5 kq kalium permanqanat əlavə edilir. Qalan araqlara reseptdən asılı olaraq sirkə turşusu, sirkə turşusunun natrium duzu, bal, vanil və başqa maddələr qatılır.
103
Alınmış qarışıq, yəni spirt ilə təmiz su qarışığı əvvəlcə aktivləş-dirilmiş kömürdən, sonra qumdan süzülür. Tündlüyünə görə araqlar 40, 45, 50 və 56%-li olur.
1. Tərkibində 40% spirt olan araqlar. Buraya 40%-li «Moskva» xüsusi arağı, «Paytaxt», «Ekstra», «Səfir», «Rus», «Buğda», «Skaydran» və s. araqlar aiddir.


  1. Tərkibində 45% spirt olan araqlar. «Sibir», «Viru Valqe», «Petroqrad» və s. araqlar buraya aiddir.




  1. Tərkibində 50% spirt olan araqlar. Buraya 50%-li «Aşxana» arağı aiddir.




  1. Tərkibində 56% spirt olan tünd araqlar.

Likör-araq məmulatı tünd spirtli içki olub spirtli şirələrin, morsların, nastoyların, ətirli spirtin, rektifikat spirtin, şəkər şərbətinin, su və başqa xammalların qarışdırılmasından (kupajından) alınır. Likör-araq məmulatı istehsalında əla təmizlənmiş rektifikat etil


spirtindən, qurudulmuş meyvə-giləmeyvələrdən, ətirli otlardan, ədviyyəli bitkilərin kök, qabıq, çiçək, toxum və tumurcuqlarından, sitrus mey-vələrinin qabığından, şəkər və içməli sudan istifadə edilir.
Likör-araq məmulatının çeşidi 250-dən çoxdur. Qüvvədə olan standarta əsasən likör-araq məmulatına tünd likörlər, desert likörlər, krem-lər, nalivkalar, punşlar, şirin nastoykalar, yarımşirin nastoykalar, desert içkilər, aperativlər, acı nastoykalar və balzamlar aiddir.
Likör-araq məmulatının keyfiyyətini orqanoleptiki və fiziki-kim-yəvi göstəricilərinə görə müəyyən edirlər. Əvvəla, taranın və butulkanın xarici görünüşü, etiketə verilən tələb və içkinin axıb-axmamasına fikir verilir.
Araq və likör-araq məmulatı doldurulmuş butulkalar təmiz, bütöv, etiketi düz yapışdırılmalı və cırıq olmamalıdır, metal qapaqda zavodun möhürü çox aydın görünməlidir.
Butulkalara gün işığında (işıq-ekrandan istifadə etmək daha əlverişlidir) baxdıqda içki şəffaf və rəngi aydın olmalıdır, çöküntü, asılı hissəciklər və bulanıq olmamalıdır.
Butulkadakı məhlulun (içkinin) düzgünlüyünü yoxlamaq üçün onu ölçülü silindrə tökmək lazımdır.
Likör-araq məmulatının dad və ətrini yoxlamaq üçün zanbaqşəkilli dequstasiya qədəhlərindən istifadə edilir. Bu zaman dadın xarakteri (şirin, turşaşirin, ədviyyəli, acı, yandırıcı, yumşaq və s.), dadın harmonikliyi və tamlığı, spirtin assimilyasiya edilməsi, ətirli və başqa maddələrin olması müəyyən edilir. Məmulatın temperaturu 18-200C olmalıdır.

Likör-araq məmulatının keyfiyyəti 10 ball sistemi ilə qiymətlən-dirilir. Dadına 4 ball, ətrinə 4 ball və rənginə 2 ball qiymət verilir.

104
Satışa verilən adi araqlar 7,5 balldan, 50%-li və «Moskva» xüsusi arağı 8,5 balldan, «Ekstra» tipli araqlar isə 9 balldan yüksək qiymətlən-dirilməlidir.
Fiziki-kimyəvi göstəricilərindən spirtin miqdarı, ekstraktlı maddə-nin və ya quru maddənin miqdarı, ümumi şəkər, ümumi turşuluq müəyyən edilir və həmin göstəricilər qüvvədə olan standartın və ya texniki şərtlərin tələbinə müvafiq olmalıdır. İstehsal zamanı cod sudan istifadə edilməsi məmulatın bulanıqlaşmasına səbəb olur.


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin