Yarımturş şərablar. Bunların tərkibində şəkər 1-4 q/100 sm3-ə
qədərdir.
Yarımşirin şərablar. Bu şərablarda şəkərin miqdarı 4-6 q/100
sm3olur.
Şirin şərablar. Bu şərabların tərkibində 7-14 q/100 sm3 şəkər
olur.
Desert şərablar. Şəkərliliyi 14 q/100 sm3-dən çox olur.
Şərablar tərkibində olan spirtin miqdarına görə aşağıdakı qruplara bölünür:
Süfrə şərabları – tərkibində 9-14% spirt olur. Əksər hallarda 10-12%-li istehsal edilir.
Yarımtünd şərablar. Bunlarda spirtin miqdarı 14-16% olur.
Tünd şərablar. Bu şərabların tərkibində spirt 16-20%-dir. Şərablar rənginə görə ağ, çəhrayı və qırmızı olur. Belə şərabların
əldə edilməsi, əsasən onların istehsal texnologiyasından asılıdır. Çünki ağ və qırmızı şərabları həm ağ və həm də qara üzüm sortlarından istehsal edirlər.
Keyfiyyətindən asılı olaraq şərablar adi və markalı qruplara ayrılır. Markalı şərablar yüksək keyfiyyətli, müəyyən müddət saxlanılmış şərab-lardır. Süfrə və desert şərabları 2 ildən çox saxlanılmır. Tünd şərabları isə 3 ildən az olmayaraq saxlayırlar. Əgər şərab 3 ildən artıq butulkalarda
105
saxlanılarsa, bunlara kolleksion şərab adı verilir. Adi şərablar 1 il saxlanıla bilər.
Turş süfrə şərablarının tərkibində 9-14% spirt, 6-6,5 q/l turşu və 0,3 q/100 sm3-dən çox olmayaraq şəkər olur. Spirt təbii qıcqırma yolu ilə alınır. Bu şərablar az ekstraktı ilə fərqlənirlər. Süfrə şərabları rənginə görə ağ, çəhrayı və qırmızı olur.
Dostları ilə paylaş: |