Əl-muraciat (MƏktublar) İmamət vilayət xilafəT



Yüklə 3,69 Mb.
səhifə12/31
tarix25.11.2018
ölçüsü3,69 Mb.
#84879
1   ...   8   9   10   11   12   13   14   15   ...   31
Ş”

OTUZ BEŞİNCİ MƏKTUB

27 Zilhiccə 1329



Başqa “nəss”lərin xahişi.

Allah atana rəhmət eləsin, nə qədər aydın və cah-cəlallı ayələr, əlamətlər və dəlillərdir, bəyan və dəlillərin necə də fəsahətdən faydalanmışdır! Ardını da zikr et, ardını..., elə o ardıcıl, “mütəvatir” və aydın “nəss”lərdən! Fəzl və üstünlük səndədir. Vəssalam.

S”

OTUZ ALTINCI MƏKTUB

29 Zilhiccə 1329

1 İbn Abbasın hədisi.

2. İmranın hədisi.

3. Büreydənin hədisi.

4. “On xüsusiyyətlər” hədisi.

5. Əlinin hədisi.

6. Vəhəbin hədisi.

7. İbn Əbu Asimin hədisi.

1. Əbu Davud Təyalisinin –“İstiab”da Əlinin şərhi-halında yazıldığı kimi– İbn Abbasdan söylədiyi hədisi mütaliə etsən kifayət edər. O, deyir: Peyğəmbər Əli ibn Əbu Talibə buyurdu: «اَنْتَ وَليُّ كُلِّ مُؤمِنٍ بَعْدي» “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”1

2. Bu da yuxarıdakı hədis kimi doğru bir hədisdir. İmran ibn Həsin deyir: “Allahın rəsulu (s) bir dəstəni döyüşə göndərdi və Əlini qoşunun başçısı təyin etdi. O, qələbədən sonra xüms payından bir kənizi özü üçün seçdi. Ordudakılar ona irad tutdu. Onlardan dörd nəfəri əhd bağladılar ki, Peyğəmbərə şikayət etsinlər. Qayıdandan sonra onlardan biri Peyğəmbərə dedi: Ey Allahın rəsulu, Əlinin nə etdiyini bilirsənmi? Peyğəmbər üzünü ondan çevirdi. İkincisi qalxıb həmin sözü dedi. Peyğəmbər ondan da üz döndərdi. Üçüncüsü qalxıb iki nəfərin sözünü təkrar etdi. Peyğəmbər ondan da üz çevirdi. Dördüncüsü qalxıb o üç nəfərin dediyini təkrar etdi. Bu dəfə Peyğəmbər üzünü onlara tutub qəzəbli halda buyurdu: Əlidən nə istəyirsiniz? Əli məndən, mən də ondanam. O, məndən sonra bütün möminlərin vəlisidir.”2

3. Habelə Büreydənin hədisidir ki, “Müsnədi Əhməd”in beşinci cildinin 356-cı səhifəsində yazılmışdır. O, deyir: “Allahın rəsulu iki dəstə qoşunu Yəmənə göndərdi. O dəstədən birinin başçısı Əli ibn Əbu Talib idi və o birisinin başçısı Xalid ibn Vəlid. Peyğəmbər (s) buyurdu: Bir-birinizə çatanda hər iki dəstənin başçısı Əli olacaqdır.3 Əgər ayrılsanız hər kəs öz qoşununun başçısı olsun.” Büreydə deyir: “Biz Yəmən əhlindən olan Bəni Zübeydə qəbiləsi ilə üzləşəndə döyüşdə qələbə çaldıq və Bəni Zübeydə qəbiləsindən əsir tutduq. Əli (ə) əsir qadınların birini özü üçün seçdi. Xalid ibn Vəlid bir məktub yazdı və mənə verdi ki, Allahın rəsuluna çatdırım. O, bu məktubda Peyğəmbəri (s) işdən agah etmək istəyirdi. Peyğəmbərin yanına çatanda məktubu verdim. Məktubu ona oxudular və gördüm qəzəbləndi. Dedim: Ey Allahın rəsulu, bura sığınacaq mərkəzidir (mən sənə pənah gətirirəm). Sən məni bir nəfərlə göndərdin və ona itaət etmək əmrini verdin. Mən də boynumda olan vəzifəni yerinə yetirmişəm. Allahın rəsulu (s) buyurdu: “Əli haqqında pis danışma ki, o, məndəndir və mən də ondanam. O, məndən sonra sizin vəlinizdir.”1

Bu sözləri eyni ilə Nisai “Xəsayisül-Ələviyyə”nin 17-ci səhifəsində bu cür yazmışdır: «لا تُـبغِضَنَّ يا بُـرَيْدة لي فَاِنَّ عَليّاً مِنّي وَ اَنا مِنْهُ وَ هُوَ وَلِـيُّكم بَعْدي» “Elə etmə ki, məni Əliyə qarşı qəzəbləndirmək istəyəsən. Çünki Əli məndəndir və mən ondanam və məndən sonra, o, sizin vəliniz olacaqdır.” Bu hədis İbn Cərir2 bu cür yazmışdır: Büreydə dedi: Birdən gördüm Peyğəmbərin (s) üzü qızardı və buyurdu: «مَنْ كُنْتُ وَلـيَّهُ فِاَنَّ عَلِيّاً وَلِـيُّهُ» “Hər kəsin mən vəlisiyəmsə, Əli onun vəlisidir.” Büreydə deyir: Ürəyimdə olanların hamısı məhv oldu, dedim daha onu heç vaxt pis niyyətlə yad etməyəcəyəm.” Təbərani bu hədisi müfəssəl şəkildə nəql etmişdir. O yazır: Büreydə Yəməndən qayıdıb məscidə daxil olanda Peyğəmbərin evinin qapısında çoxlu adam oturduğunu müşahidə etdi. Onu görəndə hamı ayağa durdu və salam verib səfər haqqında soruşdular. Cavab verdi: Xeyir və yaxşılıqdır. Allah qələbəni müsəlmanlara nəsib etdi. Soruşdular sənin tez gəlməyinə səbəb nə oldu? Cavab verdi: Əli xüms payından özü üçün bir kəniz götürdü. Gəldim ki, bu xəbəri Peyğəmbərə (s) deyim. Dedilər: Ona xəbər ver, ona xəbər ver ki, Əli Peyğəmbərin gözündən düşsün! Peyğəmbər (s) qapının arxasından onların səsini eşidirdi. Allah rəsulu acıqlı halda evdən çıxdı və buyurdu: Nə üçün bir dəstə adam Əlinin haqqında pis danışır? Məqsədləri nədir? Əliyə kin bəsləyən şəxs mənə kin bəsləmiş olur. Əlidən ayrılan şəxs məndən ayrılmışdır. Əli məndəndir və mən ondanam. O mənim gilimdən (torpağımdan) yaranmışdır, mən də İbrahimin gilindən (torpağından) və mən İbrahimdən üstünəm.1 Elə nəsillər vardır ki, biri digərindən alınmışdır. Allah eşidən və biləndir. Ey Büreydə, məgər bilmirsənmi ki, Əlinin o kənizdən də çox payı vardır, ona mən icazə vermişəm, çünki o, məndən sonra sizin vəlinizdir.”2 Bu hədisin nəqlində heç bir şübhə yoxdur. Büreydəyə qədər müxtəlif yollarla nəql olunmuşdur və hamısı etimadlıdır.

4. Bu hədisin oxşarını Hakim İbn Abbasdan nəql etmiş və o, ən qiymətli hədisdir. Orada Əlinin on xüsusiyyəti və üstünlüyündən bəhs olunur. O cümlədən Peyğəmbər Əliyə buyurmuşdu: “Sən məndən sonra bütün möminlərin vəlisi olacaqsan.”3

5. Peyğəmbərin ona dediyi elə sözlərdən bir hədisdə də deyilir: “Ey Əli, Allahdan sənin üçün beş şey istədim, onlardan dördünü verdi, birini vermədi... Verdiyi şeylərdən biri bu idi ki, sən məndən sonra möminlərin vəlisi olacaqsan.”4

6. Buna oxşar hədisi İbn Sakin, Vəhəb ibn Həmzədən nəql etmişdir. “Əs-Səhabə” kitabında, Vəhəbin şərhi-halında yazılmışdır ki, Əli ilə səfərə çıxdım, ondan narahatçılıq gördüm. Dedim ki, qayıdanda ondan şikayət edəcəyəm. Qayıdanda Allah rəsuluna şikayət etdim. Buyurdu: Bunu Əli haqqında demə ki, o məndən sonra sizin vəliniz olacaqdır.” Təbərani “Kəbir” kitabında Vəhəbdən onu nəql etmiş, yalnız bu fərq ilə ki, orada yazılmışdır: “Bunu Əli haqqında demə ki, o, məndən sonra sizə hamıdan daha yaxşıdır.”5

7. İbn Əbu Asim mərfu şəkildə Əlidən (ə) nəql etmiş və yazmışdır: “Peyğəmbər buyurdu: Mən möminlərə, özlərindən daha yaxın deyiləmmi? Dedilər: Bəli! Buyurdu: Mən kimin vəlisiyəmsə, Əli onun vəlisidir.”6

Bizim pak Əhli-beyt imamlarımızin haqqındakı doğru xəbərlərimiz mütəvatirdir. Məncə, hələlik bu qədər kifayətdir. Bundan əlavə, Allahın kitabında vilayət ayəsi bizim dediklərimizi sübut edir.

Ş”

OTUZ YEDDİNCİ MƏKTUB

29 Zilhiccə 1329

Vəli” müştərək (omonim) sözdür. Onun dəqiq mənasını müəyyənləşdirən hədis varmı?

“Vəli” sözü “nəsir” (köməkçi), “sdiq” (yoldaş), “mühibb” (dost), “sihr” (kürəkən), “tabe” (ardıcıl), “həlif” (həməhd), “car” (qonşu) mənalarını da ifadə edir (yəni omonim sözlərdəndir). Hər kəs hər hansı bir şəxsin başçılığını öhdəsinə alsa, onun vəlisidir. Deməli, söylənilən hədislərin mənası bəlkə belədir ki, Əli məndən sonra sizin “köməkçiniz”, yaxud “yoldaşınız” və ya “dostunuz”dur. Bəs söylədiyiniz “nəss” hansıdır?

S”

OTUZ SƏKKİZİNCİ MƏKTUB

30 Zilhiccə 1329



1. “Vəli” sözünün bəyanından məqsəd.

2. Bu mənanı sübut edən əlamətlər (dəlillər).

1. “Vəli” sözünə aid xatırlatdığınız bütün mənalar belədir: “Hər kəs başqasının qəyyumluğunu öhdəsinə alsa, onun vəlisidir.” Hədislərdə “vəli” sözü həmin mənada işlənmiş və bu məna onlardan anlaşılır. Necə ki, “qasir”in (uşaq və divanə) atası, ata tərəfindən cəddi və şəri hakim onun vəlisi sayılır. Çünki onun işlərini öhdələrinə götürənlər və işlərinə dəxalət edənlər də onlardır.

2. Bu hədislərdə “vəli” sözünün mənasını sübut edən əlamətlər (dəlillər) münsif adamlara gizli deyildir. Çünki Peyğəmbərin (s) «وَ هُـوَ وَلِـيُّكُم بَعْدي» “Məndən sonra o, sizin vəlinizdir” – sözü həmin vilayət mənasını bildirir1 və bunun özü aşkar dəlildir. Başqa məna verə də bilməz, çünki “nüsrət”, “sədaqət”, “məhəbbət” və s. kimi məfhumları yalnız müəyyən bir şəxsə aid etmək olmaz.

Əgər “vəli” sözünün mənası bizim dediyimiz kimi olmasayıb, onda Peyğəmbər (s) bu hədislərdə qardaşı və vəlisi üçün hansı imtiyaz və məziyyətləri sübut etmək istəyirmiş? hansı gizli iş mövcud idi ki, Peyğəmbər (s) bu hədislərdə onun bəyanının zəhmətini öhdəsinə götürmüşdü? Ola bilməz ki, Allahın rəsulu aydın və aşkar olan şeylərin izahı üçün bu qədər çalışsın. Gözəl hikməti, isməti, sonuncu peyğəmbər olması icazə vermir ki, o həzrətə qarşı bu cür gümanlar edilsin. Bundan əlavə, bu hədislər ona görə doğrudur ki, Peyğəmbərdən sonra bu vilayət yalnız Əliyə məxsus idi. Bunun özü dediyimiz mənanı sübut edir. Bu da heç vaxt “nasir”, “mühibb” və sair kimi sözlərin mənasını ifadə etməyəcəkdir, çünki Əli Allah rəsulunun yanında boya-başa çatan vaxtdan, qolları risalət qoynunda möhkəmlənənə qədər və bu dünyanı tərk edənədək müsəlmanlara “kömək”, “məhəbbət” və “sədaqət” ilə xarakterizə olunur. Buna görə də onun müsəlmanlara olan “köməyi”, “sədaqəti” və “məhəbbəti” yalnız Peyğəmbərdən sonraya aid olmamış və bu heç kəsə gizli deyildir. Bizim sözümüzü təsdiq edən dəlillərdən biri imam Əhmədin “Müsnəd”inin beşinci cildinin 347-ci səhifəsindəki hədisdir ki, doğru yol ilə Səd ibn Cübeyrdən, İbn Abbasdan və Büreydədən nəql olunmuşdur: “Əli ilə Yəmən döyüşündə idim və ondan narazı oldum. Qayıdandan sonra Peyğəmbərin hüzuruna gəlib Əlidən söz saldım və ona irad tutdum. Gördüm, Allah rəsulunun siması dəyişdi və buyurdu: «يا بُرَيْدَةُ اَلَسْتُ اَوْلي بِالْمُؤمِنينَ مِنَ اَنْفُسِهِم؟ قُلْتُ بَلي يا رَسُولَ الله قالَ مَنْ كُنتُ مَوْلاهُ فَعَلِيّ مَوْلاهْ» “Ey Büreydə, mən möminlərə özlərindən daha yaxın deyiləmmi? Dedim: Bəli, ey Allahın rəsulu. Buyurdu: Mən hər kəsin mövlasıyamsa, Əli onun mövlasıdır.” Hakim “Müstədrək”in üçüncü hissəsinin 110-cu səhifəsində onu yazmış və Müslimin şərtinə müvafiq bilib qəbul etmişdir. Zəhəbi də “Təlxis”də onu nəql etmiş, Müslimin şərtinə əsasən onu doğru hesab etmişdir. Özün bilirsən ki, «اَلَسْتُ اَوْلي بِالْمُؤمِنينَ مِنَ اَنْفُسِهِم؟» – cümləsinin əvvəldə gəlməsi bizim sözlərimizin doğruduğuna aydın dəlalət edir. Bu hədisləri diqqətlə nəzərdən keçirənlər onunla əlaqədar başqa cəhətləri də nəzərə alsalar, dediklərimizin həqiqət olmasında heç bir şübhə əmələ gəlməz. “Ş”

OTUZ DOQQUZUNCU MƏKTUB

30 Zilhiccə 1329



Vilayət ayəsindən bəhs etmək xahişi.

Şəhadət verirəm ki, siz mübahisədə sabitqədəm, sadiq və elə qüvvətlisiniz ki, sizə tay olmaq istəyənlər müqabilinizdə qüdrətini əldən verər və mübarizənin qızğın çağında daha tab gətirə bilməzlər. Buna görə də mən o hədislərdən dəlillər gətirməkdə sizin sözlərinizə inanan ilk adamam və əgər səhabənin hər bir əməlinin doğru hesab olunmasının vacibliyi olmasaydı, onda mən sizin hökmünüzə tabe olardım. Lakin bu hədislərin zahirlərindən əl çəkmək istər-istəməz vacibdir, çünki keçmişdəki saleh adamların arxasınca getmək bunu tələb edir.

Amma 36-cı məktubun sonunda xatırladığınız və o hədisin sözlərinizi təsdiq etdiyini güman etdiyiniz “möhkəm” ayənin təfsiri və mənasının sizin məqsədinizi necə təsdiq etməsindən bizi agah etmədiniz. Onu bizə söyləyin ki, Allahın köməyi ilə dərindən başa düşək.

S”

QIRXINCI MƏKTUB

2 Məhərrəm 1330



1.“Vilayət” ayəsi və onun Əli haqqında nazil olması.

2. Onun nazil olmasının səbəbləri.

3. Ona dəlillər gətirmək.

1. Bəli, Pərvərdigarın Qurani-əzimdəki “möhkəm” ayələrindən birini sizə oxuyuram: إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُون1 “Sizin yeganə vəliniz Allah, onun peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılırlar, rüku vaxtı zəkat verirlər. Allahı, onun peyğəmbərini və iman gətirənləri sevənlər (bunu bilməlidirlər ki,) Allah firqəsi qalibdir!” Şübhə yoxdur ki, Əli üzüyünü rüku halında dilənçiyə verən zaman bu ayə onun haqqında nazil olmuşdur.

2. Əlinin rüku halında üzüyünü dilənçiyə verməsi haqqında nazil olan bu ayəyə aid doğru xəbərlər Əhli-beyt (ə) imamlarından “mütəvatir” halda çatmışdır. Əhli-beyt (ə) təriqi ilə çatmayan hədislərdən İbn Səlamın Peyğəmbərdən mərfu şəkildə çatmış hədisini oxusanız sizə kifayət edər. Ondan agah olmaq üçün “Səhih-Nisai”, yaxud “Maidə” surəsinin təfsirində “Cəm beyni sihahi sittə” kitabına müraciət et və ona bənzər hədis İbn Abbas və Əlidən nəql olmuş hədisidir ki, mərfu şəkildə mövcuddur. İbn Abbasın hədisini Vahidinin “Əsbabun-nüzül” kitabında oxuyun. Bu hədisi Xətib “Əl-Müttəfəq”2 kitabında söyləmişdir.

Əlinin dediyi hədisi İbn Mərdəveyh “Müsnəd”ində və “Əbül-Şeyx”in “Müsnəd”ində oxuyun və əgər istəsən “Kənzül-Ümmal”a3 müraciət et, onda görəcəksən ki, bu ayənin Əli haqqında nazil olmasına aid müfəssirlərin fikri eynidir.

Bu fikri bir sıra sünni alimləri, o cümlədən Quşçi “Təcridin şərhi”nin “imamət” bəhsində nəql etmişdir. “Qayətül-Məram”ın 18-ci babında sünnə əhli təriqilə 24 hədis nəql olmuşdur ki, bu ayənin nazil olma səbəbi bizim dediyimiz kimi mənalandırmışdır. Müxtəsər deyirəm, əgər gün kimi aydın olmasaydı, bu haqda yazılmış bütün doğru hədislərdən danışardıq. Amma Allaha şükürlər olsun ki, bu məsələ şübhə doğurmayan məsələlərdəndir. Ona görə də biz bu məktubda sünnə əhli təriqilə çatmış xəbərlərdən də gətiririr və imam Əbu İshaqın Əhməd ibn Məhəmməd ibn İbrahim Nişaburi Sələbi”nin4 təfsirində deyilənlər ilə kifayətlənirik. O, öz “Təfsiri Kəbir”ində bu ayəyə çatanda Əbuzər Qifaridən belə nəql etmişdir: “Bu iki qulağımla Peyğəmbərdən eşitdim, yoxsa (yalan deyirəmsə) kar olum, bu iki gözümlə gördüm, yoxsa kor olum, deyirdi: “Əli yaxşıların rəhbəri və kafirlərin qatilidir. O kəs qalibdir ki, ona kömək etsin və o kəs zəlildir ki, ona yardım etməsin.” Agah olun, bir dilənçi məscidə gəlib dilənərkən heç kəs ona bir şey vermədi. Əli rüku halında idi. Kiçik barmağı ilə ona işarə etdi. Həmin barmağında üzük var idi. Dilənçi irəli gəlib üzüyü barmağından çıxartdı. Bu vaxt Peyğəmbər (s) Allah dərgahında razü-niyaz edir, deyirdi: “Ey Allah! Qardaşım Musa (ə) səndən xahiş edib dedi ki, mənə ürək genişliyi ver, işimi asan et və Əhli-beytimdən mənə bir vəzir təyin et! Sən də mən Əlini və onun vasitəsilə ilə arxamı möhkəmlət.”

(Əbuzər deyir:) Allaha and olsun, Peyğəmbərin (s) sonuncu kəlməsi qurtarmamış Cəbrail bu ayəni (Maidə, 55-56) gətirdi.”

3. Siz –Allah sizin vasitənizlə haqqı saxlasın– bilirsiniz ki, “vəli” burada “övla” – “üstün” mənasındadır. Necə ki, deyirik: “filankəs vəliyyi-qasirdir” və lüğət alimlərinin aydınlaşdırdıqları kimi: «كُلُّ مَنْ وَلّيَ اَمْرَ اَحدٍ فَهُـوَ وَليُّهُ» “Hər kəs başqasının işini öhdəsinə götürsə, onun vəlisidir.”1 Beləliklə ayənin mənası belə olur: “Sizin işinizi öhdəsinə götürən və həmin işlərinizə dəxalət etməkdə sizdən üstün olan yalnız Allah, onun rəsulu və Əlidir.” Çünki yalnız Əlidə “iman”, “namazda rüku halında”, “zəkat verilməsi” kimi xüsusiyyətlər mövcud olmuş və ayə onun haqqında nazil olmuşdur.

Allah bu vilayəti öz peyğəmbəri və vəlisi üçün eyni cür nəzərdə tutmuş və bilirik ki, Allahın vilayəti ümumidir. Deməli, Peyğəmbərin və vəlisinin vilayəti də Allahın vilayəti kimidir və mümkün deyildir ki, “nəsir” (köməkçi), “mühibb” (dost) və bu kimi mənalarda olsun. Çünki bu sözün yalnız “nəsir”, “mühibb” və başqa mənalara həsr edilməsinə əsla dəlil yoxdur və mən belə güman edirəm ki, bu məsələ aydın məsələlərdəndir. «الحمد لله رب العالمين. والسلام»

Ş”

QIRX BİRİNCİ MƏKTUB

3 Məhərrəm 1330

İman gətirənlər sözü cəm halındadır, necə tək hala aid ola bilər?

Bəzən deyilə bilər ki, إِنَّمَا وَلِيُّكُمُ اللّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُواْ الَّذِينَ يُقِيمُونَ الصَّلاَةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ – cəm halındadır. Deməli, həqiqət cəm şəklindədir. Belə olan surətdə, yəni imam tək olduğu halda cəmə necə aid ola bilər və cavabı nədir?

S”

QIRX İKİNCİ MƏKTUB

4 Məhərrəm 1330

1. Ərəb “müfrəd”i (tək) cəm halında işlədir.

2. Bu məsələ üçün sübutlar.

3. İmam Təbərinin dedikləri.

4. Zəməxşərinin dedikləri.

5. Mənim dediklərim.

1. Cavabı budur ki, bəzən “ərəb” müfrədi cəm halında məna incəlikləri tərkibinə görə işlədir.

2. Bu mənaya sübut Allah-təalanın “Ali-İmran” surəsindəki 173-cü ayədir ki, orada oxuyuruq: الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً وَقَالُواْ حَسْبُنَا اللّهُ وَنِعْمَ الْوَكِيل “O kəslər ki, xalq onlara: "Camaat sizə qarşı (qüvvə) toplamışdır, onlardan qorxun!" – dedikdə, (bu söz) onların imanını daha da artırdı və onlar: "Allah bizə bəs edər. O nə gözəl vəkildir!" – deyə cavab verdilər.” Bu sözü müfəssirlər, hədis söyləyənlər və xəbər yazanların nəzərinə görə yalnız Nəim ibn Məsud Əşcəi demişdir. Burada Allahın “ən-nas” sözünü cəm halında deməsinə baxmayaraq, tək şəxsə aid etmişdir. Burada müfrədin cəm halında işlənməsi onun boş, cəfəng sözlərinə etina etməyənlərə ehtiram əlamətidir. Çünki Əbu Süfyan müsəlmanları zəiflətmək və müşriklərin vasitəsi ilə qorxutmaq üçün ona on dəvə vermişdi. O da müsəlmanlara dedi ki, camaat sizə qarşı hazırlaşmış, onlardan qorxun. Müsəlmanların çoxu bu sözə görə Əbu Süfyanın qoşununa qarşı qiyam etməkdən qorxdu. Amma Peyğəmbər yetmiş atlı ilə hərəkət etdi və onlar salamat qayıtdılar. Bu ayə Peyğəmbər ilə gedən həmin yetmiş nəfər haqqında nazil oldu ki, boş sözlərə qulaq asmadılar.

Burada “ən-nas” sözünün tək bir şəxsin barəsində işlədilməsi incə bir məfhumu ifadə edir ki, Peyğəmbər ilə gedən yetmiş nəfərin mədhindən ibarətdir. Burada cəm halı tək haldan –“O kəslər ki, bir kişi (bir nəfər) onlara dedi: Camaat sizə qarşı (qüvvə) toplamışdır.”– daha bəlağətli və məqsədəuyğundur ki, bu heç kəsə gizli deyildir. Belə misallar Allahın kitabında, Peyğəmbərin hədislərində və ərəb dilində çoxdur. O cümlədən bunu göstərmək olar. Allah buyurur: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اذْكُرُواْ نِعْمَتَ اللّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُواْ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ “Ey iman gətirənlər! Bir qövmün sizi ələ keçirməyi qərara aldıqları zaman Allahın sizə verdiyi nemətini yada salın: Allah qoymadı ki, onların əli sizə çatsın.” Halbuki müsəlmanları ələ keçirməyi qərara alan qövm yalnız “Bəni Müharib”dən Qürəs adında bir nəfər, yaxud “Bəni Nəzir” tayfasından olan Əmr ibn Cəhaş olub. O, qılınc çəkib Peyğəmbəri (s) vurmaq istəyəndə Allah ona mane oldu. Bu hadisəni müfəssirlər, hədisçilər nəql etmiş və İbn Hişam “Sirə”sinin 3-cü cildində “Zatür-Riqa” döyüşündən bəhs edərkən yazmışdır. “Camaat” sözü kimi işlənən “qövm” sözü tək bir kişiyə ona görə aid edilmişdir ki, Allah onlara inayət etdi və peyğəmbərlərini salamat saxladı.

Habelə “mübahilə” ayəsində “əbna” (oğullar), “nisa” (qadınlar), “ənfus” (özlər) sözləri, həqiqətdə ümumi olsa da, Həsəneynə (yəni Həsən və Hüseyn), Fatiməyə və Əliyə aid edilmişdir. Bu məsələdə hamının fikri eynidir. Belə deyiliş onların məqamını ucaltmaq üçün edilmişdir. Bu qəbil işlənmiş sözləri çox olduqlarından sayıb-qurtarmaq və toplamaq olmaz. Bu cəm halının müfrədə aid edilməsinə dair sübutlar idi ki, məna incəlikləri zəruriliyindən yaranır.

3. İmam Təbərsi “Məcməül-bəyan”da bu ayənin təfsirində xatırlamışdır ki, cəmin Əmirəl-mömininə aid edilməsinin səbəbi o həzrətə ehtiram və təzim əlamətidir. Çünki lüğət tərtib edənlər müfrədi cəm halında təzim və ehtiram məqsədilə də işlədirlər və əlavə etmişdir ki, bu həqiqət o dərəcədə şöhrət tapmışdır ki, dəlilə ehtiyacı yoxdur.

4. Zəməxşəri “Kəşşaf” təfsirində başqa bir məna incəliyini xatırladaraq deyir: “Əgər soruşsan cəm sözü necə olur ki, yalnız Əliyə (ə) aid olur? Deyərəm: Baxmayaraq ki, əməl yalnız bir nəfərin əməlidir, amma cəm halda ona görə işlənmişdir ki, camaat onun əməlinə doğru təşviq olunsun, Allah tərəfindən onun nail olduğu şeylərə onlar da nail olsunlar. Ona görə belə deyilib ki, möminləri yaxşılığa, ehsana, fəzilətə çatmağın vacibliyindən agah etsin. Yəni, vacib bir iş qarşıya çıxarsa, təxirə salmasınlar, hətta namazda olsalar belə.

5. Mən deyirəm: Mən daha gözəl və dəqiq bir incəlik bilirəm. O da bundan ibarətdir ki, bu ayə müfrəd yox, cəm halında ona görə işlənmişdir ki, bu həqiqətin özü Allah nahiyəsindən bir sıra adamlar üçün rəhmət və mərhəmətdir. Belə ki, Əli (ə) haqqında pis danışanlar, Bəni Haşim düşmənləri, münafiqlər, paxıllar və özləri qabağa düşmək istəyənlərin bu həqiqəti müfrəd halında eşitməyə taqətləri yox idi. Çünki bu halda həqiqəti gizlətmək, onu azdırmaq üçün yer qalmırdı və bu vəziyyətdə –öz qərəzlərindən naümid olduqları üçün– onlar tərəfindən İslama dəhşətli bir zərbə dəyə bilərdi. Ona görə də tək şəxsə mənsub olmasına baxmayaraq, vəziyyətdən çıxış yolu məqsədi ilə cəm halında işləndi. Sonra bir-birinin ardınca müxtəlif ibarətlər, “nəss”lər və izahlar bir çox məqamlarda (o həzrət tərəfindən) bəyan oldu ki, vilayət işini xalqın arasında tədricən yaysın. (Və bu elə belə də davam edirdi,) nəhayət, Allah dinini kamilləşdirdi və bütün nemətləri sona yetirdi. Bu həqiqəti çatdırmaqda Peyğəmbərin (s) üsulu, camaata çətin məsələləri aşılamaq işində dəqiqliyi eynilə hikmət sahiblərinin rəftarına bənzəyir. Əgər ayə müfrəd (tək) halında işlənsəydi, ona heç vaxt qulaq asmaz, barmaqları ilə qulaqlarını tutar, qürur və təkəbbür ilə ondan üz döndərərdilər.

Belə məna incəliyi yalnız bu ayəyə məxsus deyil, Qurani-kərimin bütün ayələrindəki Əlinin və Əhli-beytin (ə) fəzilətlərinə aid olan yerlərdə eynidir və bu da gizli deyildir. Bu məsələləri biz “Səbilül-möminin” və “Tənzilül-ayat” kitablarımızda qəti və aydın dəlillərlə aydınlaşdırmışıq.

Ş”

QIRX ÜÇÜNCÜ MƏKTUB

4 Məhərrəm 1330



Ayələrin məfhumunu (siyaq) “vəli” sözünü “mühibb” və buna oxşar sözlərin mənasına dəlalət etdiyini göstərir.

Allah atana rəhmət eləsin! Şübhənin kökünü və ona təhrik edəni yox etdin! Şübhəni məhv etdin! Həqiqi haqqı aşkar etdin! Bir cəhəti çıxmaq şərti ilə başqa heç nə qalmır. O da bundan ibarətdir ki, deyilir: Ayə kafirlərin hökmranlığı və dostluğunun nəhyi tərzindədir. Yəni o ayələrdəndir ki, müsəlmanlara kafirləri özlərinə vəli və dost tutmağa icazə vermir və şahidi bu ayənin əvvəli və sonrasıdır. Və bu ayədə “vəli” sözündən məqsədin “nəsir”, “mühib”, yaxud “sədiq” və başqa bu kimi sözlər olması daha uyğundur. Bunun cavabı nədir? Lütfən bəyan edin. Vəssalam.

S”

QIRX DÖRDÜNCÜ MƏKTUB

5 Məhərrəm 1330

1. Ayənin məfhumu “nəsir” və ona bənzər sözlərin mənasına dəlalət etmir.

2. Ayənin məfhumu dəlillər ilə müxalif ola bilməz.

1. Cavab: Ayə, göründüyü kimi, özündən əvvəlki ayələrdən (kafirlərin vilayət və dostluğunu inkar edən ayələrdən) fərqli və o ayələrin quruluşundan kənardır. Aşkar. Əmirəl-möminini mədh edir, çünki bu ayələrdə Əmirəl-mömininin və Əhli-beytin üstünlüklərindən, onun imamət və rəhbərliyə layiq olmasından və qüdrəti qarşısında mürtədləri təhdid etməsindən bəhs edir və onları onun qüdrəti vasitəsi ilə qorxudur. Sübutu da odur ki, bu ayə, bəhs etdiyimiz ayədən əvvəl gəlmişdir: يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ مَن يَرْتَدَّ مِنكُمْ عَن دِينِهِ فَسَوْفَ يَأْتِي اللّهُ بِقَوْمٍ يُحِبُّهُمْ وَيُحِبُّونَهُ أَذِلَّةٍ عَلَى الْمُؤْمِنِينَ أَعِزَّةٍ عَلَى الْكَافِرِينَ يُجَاهِدُونَ فِي سَبِيلِ اللّه... “Ey iman gətirənlər, sizlərdən kim dinindən dönsə, tezliklə Allah bir qövmü gətirəcək ki, Allah onları sevir, onlar da Allahı sevirlər. (Bu qövm) möminlər qarşısında itaətkar və kafirlər qarşısında güclü və qüvvətlidir. Allah yolunda cihad edirlər və məlamət (acı söz) edənin məlamətindən qorxmurlar. Bu, Allah fəzlidir, onu kimə istəsə verir. Allahın lütfü vüsətli və O, (hər şeyi) biləndir.”1

Bu ayə “Əmirəl-möminin”ə aiddir və onun və əshabəsinin qüdrəti ilə müxalifləri qorxudur.2 Belə ki, Əmirəl-möminin (ə) özü “Cəməl” döyüşü günü və imam Baqir və imam Sadiq (ə) bu mətləbə işarə buyurmuşlar. Sələbi öz təfsirində onu söyləmiş və “Məcməül-bəyan” müəllifi onu Əmmardan, Hüzəyfədən və İbn Abbasdan nəql etmişdir. Bu haqda şiələrin fikri eynidir. Pak Əhli-beyt (ə) imamları təriqi ilə bu barədə doğru və mütəvatir xəbərlər çatmışdır.

Buna görə də “vilayət” ayəsi o həzrətin vilayətinə və imamətinin vacibliyinə işarə olunandan sonra (ondan əvvəlki ayədə deyilib) gəlmişdir və vilayət ayəsi əvvəlki ayədə deyilmişlərin və keçmişə işarənin şərhidir. Buna görə də necə demək olar ki, bu ayə kafirlərin vilayəti və dostluğunu qadağan edən ayələrin tərzində gəlmişdir.

2. Bundan əlavə, Allahın rəsulu (s) Əhli-beyt imamlarını Quranın səviyyəsində tutmuş və elan etmişdir ki, bu ikisi bir-birindən ayrılmayacaqlar. Deməli, onlar Quran ilə bərabər səviyyəlidirlər, doğru yolu onların vasitəsilə tanımaq olar. Biz mütəvatir şəkildə gördük ki, onlar bu ayə vasitəsilə o həzrətin xilafət və vilayəti üçün dəlillər gətirirlər və “vəli”nin təfsirini elə müəyyənləşdirmişlər ki, biz də onu dedik. Buna görə də əgər ayənin deyilmə tərzinin (siyaq) onların “nəss”ləri ilə uyğun olmamasını fərz etsək və təslim olsaq, onun qədr-qiyməti və əhəmiyyəti olmaz.3 Çünki ümum müsəlmanların “dəlil”i “siyaq”dan (məfhum) üstün tutmaqda fikirləri eynidir. Buna görə də siyaq ilə “dəlil” arasında ixtilaf meydana çıxanda, onlar zahirini nəzərə almır və dəlilin hökmünə tabe olurlar. Buna görə də ayənin o tərzdə nazil olmasına inam yoxdur, çünki ümmətin ümumi fikrinə görə, Quranın mətnləri onların ilə uyğun gəlmir (Quranda çoxlu ayələr vardır ki, onun siyaqı ilə uyğun gəlmir). O cümlədən “təthir” ayəsi “Nisa” (qadınlar) surəsində onlara aid olan ayələrin siyaqında gəlmişdir. Lakin onun beş nəfər “Kəsa” (örtük) əhlinə aid olması haqqında doğru və mötəbər nəssi vardır. Xülasə, ayənin siyaqa müxalif olması onun ecazkarlığına və bəlağətinə zərər gətirmir. Kəskin və qəti bir dəlil olan təqdirdə siyaqın əleyhinə getməyin eybi yoxdur.


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin