ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM


ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI İTHAMLARA CAVAB



Yüklə 0,89 Mb.
səhifə13/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   ...   5   6   7   8   9   10   11   12   13
ƏBÜLFƏZ ELÇİBƏYƏ QARŞI
İTHAMLARA CAVAB

ox təssüf ki, istər Elçibəyin milli azadlıq hərəkatın­da ciyin-ciyinə mübarizə apardığı bəzi arkadaşları, istərsə də onun düşmənləri və ya onu özlərinə rəqib hesab eflərək xalq içərisindəki nüfuzuna qısqanclıqla yanaşan “dissidentlər” Bəyin insanlar tərəfindən sevilib qəbul olunması­na, onun xarizmasına və populyarlığına həsəd aparır, onun Sovet İmperiyasına qarşı fədakar mübarizəsini, milli dirçəliş hərəka­tında rolunu küçümsəməyə, onun Meydan Hərəkatında liderlik rolunu inkar etməyə uğursuz cəhdlər göstərməyə davam edirlər.

Milli azadlıq hərəkatında danılmaz xidmətləri olan rəhmətlik Məhəmməd Hatəmi “Acı həqiqətlər“ kitabinda və 17 noyabr 2013- cü ildə“Yeni Müsavat“ qəzetinə verdiyi müsahibədə milli azadlıq hərəkatında özünün rolunu şişirdərək Elçibəyin rolunu küçüm- səyən, onun liderlik keyfiyyətlərinə kölgə salmağa, onu Heydər Əliyevlə əməkdaşlıqda ittiham edən qərəzli və uydurma fikirlər irəli sürmüsdür.Məhəmməd Hatəmi yazir ki, “Çənlibel” yarananda da dedim, Əbülfəz, gəl səni bu təşkilata rəhbər qoyum, işin yox­dur, mən səni böyüdəcəyəm.Əbülfəz dedi yox, mən o zaman ərizə yazmışam ki, bundan sonra siyasi işlərlə məşğul olmayacağam ... Hətta onun yaymaq istədiyi “bəy” sözü yayılmadı, sonra onu “Çənlibel”də mən yaydım. Meydanı dağıtdılar, mənə də bir “du- binka” vurdular. Tutuldum və Bayıl türməsinə aparıldım. Həmin gün Əbülfəz də ordaydı, heç gecələr meydanda qalmazdı. Amma meydan dağıdılan gecə ordaydı və Əbülfəzi də tutdular“.

Məhəmməd Hatəminin bu sözləri 1976-ci ildə həpsdən cıx- dıqdan sonra da öz siyasi mübarizəsinə bir gün olsa belə fasilə vermədən davam etdirən Elçibəyə qarşı qərəzli bir tutumdur. Əbülfəz bəy hələ 60-70-ci illərdən etibarən öz dost və tanışlarına, həmçinin də Məhəmməd Hatəmiyə həmisə “ bəy “ deyə müraciət edərdi. 1972-ci ildən onun tələbəsi olaraq mən şahidəm ki, o hə­mişə öz oğlan tələbələrinə “bəy” qızlara isə “xanım”-deyə müra­ciət etməklə yanaşı və biz tələbələrə də bir- birımizə “bəy”- deyə müraciət etməmizi təlqin edirdi.

O zamanlar “Cənlibel“ Birliyinin toplantılarında iştirak edən insanlar şahiddirlər ki, Məhəmməd Hatəminin iddialarina rağmən bu təskilatda əsl aparıcı sima elə Əbüfəz Bəyin özü idi və orda iştirak edənlərin böyük qismini Bəy şəxsən özü ora cəlb etmis- di.Mən şahidəm ki, bəzən o toplantiya gələn gənclərin bir çoxu Əbülfəz bəyin iştirak etmədiyini gördükdə geri dönüb gedirdilər.

Məhəmməd Hatəmi sonra daha böyük iddialar irəli sürərək deyir ki, “Bir gün Tağı Xalisbəyli gəldi ki, sən həmişə məndən qaçırsan, sənə düşmənəm, ya dost? Ona dedim ki, iş başında olan­da bu “KQB”-ni verəydiniz mənə, Əbülfəz ömrü boyu Prezident olardı... Bir deputat yazıb ki, Heydər Əliyev Naxçıvandan gələn­də mən onu qarşılamışam. Tamamilə yalandır, mən hara, Heydər Əliyev hara. Ömrüm boyu onun əleyhinə olmuşam. Əbülfəzlə də elə onun üstündə ayrılmışıq“ .

Lakin əslində Məhəmməd Hatəmi ilə Elçibəy arasında əsl na­razılıq Qızılbaşlıq ideyasına görə idi.Əslən Güney Azərbaycan­dan olan Məhəmməd Hatəmi „Qızılbaşlar“ təskilatıni yaradanda Qızılbaşlıq ideyasını milli azadlıq hərəkatının əsas ideologiyasına şevirmək istəyirdi. Elçibəy isə bunun tamamilə əleyhinə idi. Bəy hesab edirdi ki, azərbaycan milli dövlətçiliyinin yaranmasının ilkin dövrlərində mühüm rol oynayan, lakin kökü İran şiəliyinə söykənən Qızıbaşlıq ideologiyasi müasir milli azadlıq hərəkatının və sonra da milli dövlətçiliyin ideologiyası ola bilməz.O zaman Meydan hərəkatının iştirakçısı olan insanlar da xatırlamış olmaya bilməzlər ki, başlarına qırmızı lentlər bağlamıs Qızılbaş təskilatı- nın az saylı üzvlərinin qeyri-adi görünüs və davranışları meydan­dakı əksəriyyət insanlar tərəfindən şübhə və ehtiyatlı qarşılanır, bir o qədər də rəğbət görmürdülər.

Bəxtiyar Tuncay da liderliyin guya məhz Məhəmməd Hatəmi tərəfindən Elçibəyə verildiyi haqda gülünc bir iddia irəli sürür. Tuncay 17 noyabr 2016 -cı ildə “a.24 az” saytına verdiyi müsahi­bədə söyləyir ki, dekabrın 5-də Meydanda “Məhəmməd Hatəmi həbsdə olarkən, mənə dedi ki, “içəridə” qalmaq ehtimalı çoxdur və ona görə, təşkilata rəhbərliyi Elçibəyə verdiyimi elan et. Ma­raqlıdır ki, Məhəmməd Hatəmi ilə Elçibəy arasında çox kəskin ziddiyyətlər vardı, amma o, şəraiti nəzərə alaraq liderliyi Elçi­bəyə ötürdü“.

Sual olunur, hansı liderlikdən söhbət gedir? Cavab aydındır: Söhbət meydanda kiçik bir qrupu təşkil edən „Qızılbaşlar“alider- likdən gedir. Əbülfəz Elçibəy bütün Meydan tərəfindən artıq cox- dan əsl lider kimi qəbul olunmuşdu.

Nümayiş Komitəsində heç bir qərar Elçibəysiz qəbul olun­murdu. Əbdürrəhman Vəzirov və respublikanın digər rəhbərlə­ri Meydanda kimin əsas söz sahibi olduğunu bildiklərinə görə müəyyən məsləhətləşmələr aparmaq üçün telefonla dəfələrlə Elçibəyi arıyırdılar.Nümayiş Komitəsi və respublika rəhbərliyi Nemət Pənahlıya söz keçirmək və ya Meydanda bu və ya digər məsələləri həll etmək üçün Elçibəyə müraciət edirdilər.

Əbülfəz Elçibəy Meydan hərəkatını belə xaraktərizə edirdi:“- Bir neçə ayın içərisində 7 milyonluq bir xalq „Qa-ra-bağ!!“- deyib ayağa qalxdı.Təkcə Moskvanın deyil, bütün dünyanın təsəvvürü alt-üst oldu. Bir “Azərbaycan“ fenomeni zühur etdi.Tariximizdə ilk dəfə olaraq dünyanın hər yerindən qəzetlər, radio-televiziya işçiləri, mübariz demokratlar, konsullar, səfirlər və b. Azərbayca­na axışdı. Baltikyanı respublikalarda azadlıq hərəkatlarının yeni dalğaları qalxdı, Moldava və Gürcüstanda Xalq Hərəkatlarına il­kin təkan verildi“.(Əbülfəz Elçibəy. Bu mənim taleyimdir)

Əbülfəz Elçibəyin gənc yaşlarından etibarən gizli təşkilatlar­da fəaliyyət göstərib Sovet İmperiyasına qarşı cəsarətlə mübarizə aparmasına və sonradan özünün də tələbələri ilə birlikdə gizli qruplar təşkil edib mübarizəsini davam etdirərək xalqın öndə­rinə çevrilməsinə qısqanclıqla yanaşan, onun şəxsiyyətinə çamur atmağa çalışaraq haqqında uydurmalar qoşan “dissident”lərdən biri də Oqtay Eldəgizdir.

Oqtay Eldəgiz 1950-60-cı illərdə Azərbaycanın bir sıra görkəmli ziyalıları ilə birlikdə Milli Azadlıq Qərərgahı (MAQ) adlı gizli təşkilat yaradaraq Sovet rejiminə qarşı apardıqları mü­barizəni yazdığı “Poladdan bir yarpaq” kitabında təsvir edir.

Həmin kitabında və bir sıra müsahibələrində Oqtay Eldəgiz Elçibəy haqqında gerçəkliklə heç bir əlaqəsi olmayan, yalnız özünün xəyal məhsulu olan bir sıra uydurma hadisələr nəql edir. Onun yazdığına görə, guya 1974-cü ildə KQB tərfindən həbs olunan Əbülfəz bəyə məhkəmə beş il iş veribmiş və Oqtay El- dəgizin təşkilatının səyləri nəticəsində bu rəqəm 2 ilə yendrilib, hətta Bəyin Rusiyadakı həbsxanalara göndərilməsinin də qar­şısını bu təşkilat alaraq Qaradağ həbs düşərgəsində ona rahat şərait yaradıblar.Heyrətə səbəb olan ən gülməli iddia ondan ibarətdir ki, guya Oqtay Eldəgizin uzun illər ərzində fəaliyyəti, KQB-yə məlum olmayan təşkilatı yənə də gizli şəraitdə Əbül­fəz bəyi müdafiə üçün altı ay ərzində respublikada 249 min 550 imza toplayaraq onu çox böyük ustalıqla konspirasiyaya riayət edərək Heydər Əliyevə təqdim edə biliblər və bunun nəticəsin­də Əbülfəz bəy həbsxanadan vaxtından öncə azad edilib.Lakin jurnalistin sualına cavab olaraq“mən Əbülfəzi 60-70-ci illərdə tanımırdım “- deyən və eyni zamanda Əbülfəz bəyin Sovet re­jiminə qarşı ciddi bir mübarizə aparmadığını, yalnız şifahi təb­liğatla məşğul olduğunu iddia edən Oqtay Eldəgiz özü-özünü təkzib etmiş olur.1972-ci ildən etibarən Əbülfəz bəyin tələbəsi və ona ən yaxın münasibətdə olan, Bəyin məhkəməsində iştirak edən, onu həbsxanada ziyarət edən və uzun illər ərzində onun­la əlaqədar hadisələrin canlı şahidi olan bir insan kimi deməyə bocluyam ki, Oqtay Eldəgizin Əbülfəz Elçibəy haqqında yaz­dıqları və söylədikləri onun xəyalının məhsulu olan uydurma­lardan ibarətdir.

Artıq hər kəsə də dəqiq məlum olduğu kimi Əbülfəz bəy 1975-ci il yanvarın 15-də universitetdə biz tələbələrin gözü qar­şısında həbs olunub. Məhkəmə ona il yarım həbs cəzası kəsib, onun altı ayını KQB-nin zindanında və bir ilini isə Qaradağ həbs düşərgəsində keçirib və 1976-cı ilin iyununda həbs müddətinin sonuncu günü bitəndən sonra azadlığa buraxılıb.

Elçibəyə qarşı böhtanları, sərsəmləmələri ilə məhşur olan di­gər bir Heydər Əliyev “dissidenti” də ruhi xəstə olduğu heç bir şübhə doğurmayan Nadir Ağayevdir.O, ilk dəfə 1993-cü il sent­yabrın 3-də Milli Məclisdə Əbülfəz Elçibəyə qarşı düzənlənən növbəti şouda Heydər Əliyevə müraciətlə söz demək istədiyini bildirərək AXC hakimiyyətinə və Əbülfəz bəyə qarşı həyasız­casına iftira, böhtanlar yağdırmış və bu xidmətinə görə Oktyabr (Yasamal) Rayon İcra başçısının müavini təyin edilmişdir. O, sonralar da Əbülfəz bəyə qarşı bu iftira və uydurmalarını öz cız­maqaralarında davam etdirmişdir. Lakin tezliklə həqiqətən də ruhi xəstə olduğu aşkar olduğu üçün vəzifəsindən azad edilmiş və Heydər Əliyevə qarşı mübarizə bayrağı qaldırmışdır.

Elçibəyə qarşı böhtan və iftiralar yağdırıb onu öz mübarizə­sinin hədəfinə çevirənlərdən biri də Azərbaycan siyasətının ən avantyurist nümayəndəsi Nizami Süleymanovdur.Elçibəyin siya­si nüfuzu qarşısında əzilərək, rəzillik girdabına yuvarlanan Ni­zami Süleymanov Bəyi mənşəcə ermənilikdə, kürd olmaqda itti­ham edir, Nadir Ağayevlə birlikdə Elçibəy adının kök etibarıyla ermənilərə məxsus olduğu, tüklüklə heç bir əlaqəsinin olmadığı haqqında cəfəng və sərsəm iddialar uydururlar.

Çox qəribədir ki, 80-ci illərin axırından etibarən Sovet İm- periiyasına qarşı milli azadlıq hərəkatı başlayan zaman keçmiş­də Sovet rejiminə qarşı təşkilatlar yaratdıqları haqqında özlərinə mübarizə dastanlari qoşan “qəhrəman dissidentlər” nədənsə real mübarizəyə qoşularaq xalqa öncüllük etmək üçün meydanlarda görsənmədilər.

Elçibəyə qarşı irəli sürülən ən populyar ittihamlardan biri də guya onun razılaşma əsasında hakimiyyəti Heydər Əliyevə təh­vil verməsidir.Əbülfəz Elçibəyin bir cox özündən müştəbeh “li­derlərdən fərqli olaraq Azərbaycanın keçmiş rəhbərlərinə qarşı münasibəti birmənali olmayib subyektivlikdən uzaq, milli məna­feyə əsaslanan obyektiv xarakter daşıyır.Elçibəy respublikanın keçmiş rəhbərlərindən Mir Cəfər Bağırovun, Ədürrəhman Vəzi- rovun və Heydər Əliyevin fəaliyyətinin müsbət cəhətlərini təqdir etməklə yanaşı, onların naqis cəhətlərini də dilə gətirmişdir.Misal üçün o, Mir Cəfər Bağırov haqqında deyirdi ki, xalqımıza qar­şı bütün qəddarlıqlarına baxmayaraq, Mir Cəfər Bağırov Güney Azərbaycan məsələsində, İkinci Dünya müharibəsi zamanı Azər­baycan milli diviziyalarının yaradılması, ermənilərin fitnəsi ilə Azərbaycan xalqının Sovet İttifaqının digər türk xalqları kimi öz torpaqlarından sürgün edilməsinin qarşısını almaqda böyük xid- mətgöstərib.

Elçibəy, Əbdürrəhman Vəzirovu bütün zəif cəhətlərinə bax­mayaraq, onu böyük bir demokrat, müsbət keyfiyyətlərə malik bir rəhbər kimi xarektərizə edirdi.

Həmçinin, Mixail Qorbaçovu Azərbaycan xalqının qatili kimi səciyyələndirən Elçibəy, eyni zamanda onun haqqında“- Mixail Qorbaçov çox böyük demokrat, dahi islahatçı kimi tarixə düşəcək və tarixdə qalacaq. Çexoşlovakiyanın, Polşanın azadlığı, Almaniyanın birləşməsi Mixail Qorbaçov dövrü ilə bağlanacaq. Bakı faciəsinə, Qarabağ siyasətinə görə isə o, Azərbaycan xalqı­nın yaddaşında əli qanlı cəllad kimi qalacaq“.(Əbülfəz Elçibəy, Bu mənim taleyimdir)

Hamıya məlum olduğu kimi Əbülfəz bəy Heydər Əliyevin 1993-cü ilə qədərki fəaliyyət dövrünün bir cox cəhətlərini müsbət dəyərləndirib.Lakin Heydər Əliyev qiyamdan öz şəxsi məqsədlə­ri naminə istifadə edib hakimiyyəti qeyri-qanuni şəkildə zəbt et­məsini də, kəskin şəkildə ittiham edib.Heydər Əliyevin Respub­likada xalq mənafeinə zidd, rüşvətə və korrupsiyaya söykənən, rəqiblərinə qarşı qisasçı siyasətini, qəddarlığını Azərbaycanda heç bir siyasətçinin cəsarət edə bilməyəcəyi bir kəskinliklə, hətta öz həyatını təhlükə qarşısında qoysa belə, amansız tənqidə məruz qoyub. O ki qaldı Elçibəyin hakimiyyəti Heydər Əliyevə təhvil verməsi haqqındakı cəfəng iddialara, öz cəlladına aşiq olan “qə­dirbilən xalqımız“ və o cümlədən Elçibəyi ittiham edərək günah­landırmaqdan çəkinməyən “qəhrəmanlar“seçdikləri prezidentini müdafiə etmək cəsarəti və qətiyyəti göstərə bilmədilər.

Çox təəssüflər olsun ki, özünü Elçibəyin dostu adlandıran Rəsul Quliyev də Əbülfəz bəyi keçmişdə müsbət xaraktərizə edərək söylədiyi fikirlərin üstündən xətt çəkərək onu gerçəkliyi əks etdirməyən əsassız tənqidlərə məruz qoyanların sıralarına qo­şulmuşdur.

Əbülfəz Elçibəyi hakimiyyəti Heydər Əliyevə təhvil ver­məkdə suçlayanlara şahidi olduğum bir hadisəni xatırlatmaq istəyirəm.1990-cı il yanvar hadisələrindən sonra Rəsul Quliyev, Eldar Salayev, Becan Ferzəliyev, Fərəməz Maqsudov daxil ol­maqla bir qrup naxçıvanlı Akademiyada Ramiz Rizayevin rəh­bərlik etdiyi elmi tədqiqat institutundakı kabinetində müntəzəm görüşərək respublikadakı ictimai-siyasi vəziyyəti, yaranmış böhrandan çıxış yollarını, deputat seçkilərini müzakirə edirdilər. Onlar Əbülfəz bəyi də öz toplantılarına dəvət edirdilər.Mən də o görüşlərdə çox zaman iştirak edirdim.Etibar Məmmədov həbsdən çıxdıqdan sonra o da görüşlərə qatılırdı.Görüşlərdə müzakirə olu­nan əsas məsələlərdən biri də Heydər Əliyevə münasibət və onun Azərbaycana dəvət edilib hakimiyyətə gətirilməsi məsələsi idi. AXC-nin hakimiyyətə gəlməsinin gündəmdə olmadığı o dövrlər­də toplantıda iştirak edənlər, Elçibəy istisna olmaqla hamısı ye­ganə çıxış yolunun Heydər Əliyevi hakimiyyətə gətirməkdə gö- rürdülər.Əbülfəz bəy onlara müraciətlə deyirdi ki, “Bəylər, mən sizi başa düşürəm, siz öz dövranını artıq keçirmiş olan yaşlı və xəstə Heydər Əliyevi hakimiyyətə gətirib onun vasitəsi ilə özü­nüz hakimiyyətə yiyələnmək istəyirsiniz.Ancaq siz onun indiki durumuna aldanmayın, siz onu yaxşı tanımırsınız, o, hakimiyyətə gələr və hamınızı da məhv edər”.

Həmin görüşlərin iştirakçılarının çoxusu həyatdadır və yəqin ki, o toplantılarda Əbülfəz bəyin Heydər Əliyev haqqında söylə­diklərini və bu məsələ barəsində etdikləri mübahisələri yaxşı xa­tırlayırlar. Hadisələr məhz Əbülfəz bəyin söylədiyi şəkildə cərə­yan etdi. Həmin şəxslər Becan Ferzəliyev istisna olmaqla milli demokratik hakimiyyətin yıxılmasına dəstək verərək Heydər Əliyevi hakimiyyətə gətirdilər və Heydər Əliyev təşəkkür borcu olaraq onların hamısını rəzil etdi.

Elçibəyə qarşı əsassız və uydurma, kin və küdrətlə dolu itti­hamlar yağdıran digər “qəhrəman“, Meydandan sonra əvəzedil- məzlik və “şöhrət“ xəstəliyinə düçar olmus, keçmisin “Azadlıq asiqi“, Heydər Əliyevin müşavirin müşaviri “şərəfinə“ layiq gör­düyü Nemət Pənahlıdır. 70-ci illərin əvvəllərindən Əbülfəz bəy tələbələrinin və dostlarının yaşadığı müxtəlif fəhlə yataqxanala­rına tez-tez gedərdi ki, bu yataqxanalardan biri də Leytenant Si- midt zavodunun yataqxanası idi.Elçibəy digər tanış və dostları ilə yanaşı, hələ 80-ci ilin otalarından etibarən burda yaşayan Nemət Pənahli ilə də görüşür və öz vətənpərvərlik missiyasını yerinə ye­tirərək siyasi maarifçilik fəaliyyəti həyata keçirirdi.Naxçıvanın ucqar bir kəndindən olan və heç bir mükəmməl təhsili olmayan Nemət üçün Əbülfəz müəllimin elmi-tarixi, vətənpərvərlik möv- zusundaki söhbətləri sözün əsl mənasında bir universitet təhsili rolunu oynayırdı.Uzun illər davam edən söhbətlərin və görüşlərin nəticəsində Nemət Pənahlının dünya görüşü inkisaf edərək yetkin bir insan kimi püxtələşdi, lazımi bilgi və məlumat sahibi oldu, ya­taqxana yoldaşları Elçibəyin Nemətin üzərində nə qədər zəhmət çəkdiyini gözəl bilirlər.Ona görə də, Əbülfəz bəyə qarşı onun if­rat nankorluğu ilə əlaqədar olaraq yataqxanadakı keçmiş dostla­rından və tərəfdarlarından heç biri Nemətə salam belə vermirlər. Meydan hadisələri zamanı hər kəs Əbülfəz bəyi Nemətin müəl­limi adlandırırdı.Nemət qazandığı bütün şöhrət və nailiyyətlərini Elçibəyə borcludur. Lakin bu “Azadlıq aşiqi“nin neçə illərdir ki, Elçibəyə qarşı kor qısqanclığı nəticəsində bəslədiyi kin və ku- durət, nəlayiq və həyasız böhtanları qədirbilməzliyin və nankor- luğun kulminasiyasını təşkil edir.

Nemət Pənahlı Azərbaycan Xalq Cəbhəsi daxilində apardığı pozuculuq fəaliyyətinə və şəxsən Əbülfəz Elçibəyə qarşı böhtan və iftira kampaniyasına görə ciddi ittihamlar qarşısında aciz qalıb Azadlıq meydanındakı 2 dekabr 1989-cu il tarixli mitingdə idarə heyəti üzvlüyündən istehfa versə də, AXC-nin 6-8 yanvar 1990- cı ildə Qurultay səlahiyyətli konfransında idarə heyəti üzvlüyünə yenidən namizədliyini verdi, lakin seçilmədi. Nemət Pənahlı Ru­siyanın Azərbaycan milli dövlətciliyinə qarşı təşkil etmiş olduğu Surət Hüseynovun 4 iyun qiyamına “xalqın xoşbəxtliyi“ naminə dəstək verib onun təşkilatçılarından birinə çevrilməklə öz keçmiş xidmətlərinin üzərindən xətt çəkərək xalqın nifrətini qazanmış oldu.Təkcə Əbülfəz bəyə deyil, 1988-ci ildən etibarən qulluq et­diyi və onu layiq olmadığı halda müşavirin müşaviri kimi yüksək mənsəbə təyin edən öz keçmiş ağalarına da nankorluq edən və bu gün xainliyin simvoluna çevrilən Nemət Pənahlı keçmiş şöhrətin kölgəsinə sığınan, öz ağaları tərəfindən də məhkum edilib cəza­landırılaraq tərk edilən və hər hansı bir ictimai-siyasi dəstəkdən məhrum olan bir siyasi meyitdir. 17-24.03.1999 tarixli ‘’Mey­dan’’ qəzetində Nemət Pənahov özünün və digər dostlarının Gən­cədəki xəyanətlərini belə təsvir edirdi, “-Rus general bütün texni­kasını, silah-sursatını Surətə verərək getmişdi. Surətin ideoloqları isə Müzamil Abdullayev, Əvəz Şükürov, Saday Nəzərov, Nüsrət Budaqov, Rəhim Qazıyev, öz adamları, sosyal demokratlar və s. idi. Eyni zamanda Səadət Cəmiyətinin üzvləri, Talış-Muğan Cumhuriyətini quranlar, Ayaz Mütəllibovun adamları ilə də sıx əlaqələr qurulmuşdu. Müdafiə Nazirliyinin yüksək rütbəli zabit­ləri və güc nazirliklərinin bir çox təmsilçisi də Surət ilə anlaşma yapmışdılar. Zobikin vasitəsi ilə qaranlıq dünyanın bir hissəsi də onlarla silah yoldaşı və dost olmuşdular. Surətin hava qüvvətləri­nin pilotları ruslar idi. Surət mənə’’Etibar Məmmədovun da onu müdafiə etdiyini deyəndə, doğrusu, buna inanmamışdım. Ancaq sonralar bunun canlı şahidi oldum’’. Artıq hər şeyi bilirdim.Bi- lirdim ki, cəbhəçilər bu saydığım güclərin, hətta sadəcə Surətin önündə dura bilməyəcəklər... Heydər Əliyev, mənə də, Surətin Naxçıvana göndərdiyi yaxın adamına da bizimlə olacağına dair söz vermişdi !!!

Nemətin xəyanətləri bununla bitmir. 1990-cu ildə o, təqiblər­dən yaxa qurtarmaq üçün İran vasitəsi ilə qaçıb bir neçə ay İstan­bulda Azərbaycan Kültür Dərnəyinin rəhbəri Nihad Çətinqayanın himayəsinə sığınaraq onun imkanlarından bolluca istifadə etdi, geri döndükdən sonra isə ona böhtanlar ataraq KQB, Mossad və bir çox kəşfiyyat idarələrinə xidmətdə ittiham etdi.

Elçibəy Nemət Pənahlının xalq tərəfindən birmənali qarşı­lanmayan fəaliyyətini və şəxsi keyfiyyətlərini xaraktərizə edərək deyirdi ki, “Neməti oğlum kimi istəyirəm, ancaq, o mənə deyir ki, sən ölsən xalqın xoşbəxtliyi olar. Mən səni öldürsəm“xalq qəhrə­manı” olaram, ancaq xalqa hörmət edirsənsə gərək özün- özünü öldürəsən.Nemətin bir cəhəti var ki, öz fikrini, həyata münasibə­tini tez-tez dəyişir...5 gün bir şeyə yaxşı dediyi halda, 6-ci gün artıq deyir, bu pisdir. Bunda fikir ardıcıllığı stabilləşməyib.Siyasi fəaliyyətdə olan hər bir adamın əvvəl bir onurğa sütunu kimi bir xətti olmalıdır, qırmızı bir xətt, sütun xətti yoxdur, bu adamın. Nemətdə sistemsizlikdir. Nemət mübarizədə Lenin üsulunu rəh­bər götürüb, vəziyyət xarab olan kimi Finlandiyaya qaçır“. (Əbül­fəz Elçibəy.Bu mənim taleyimdir.)

Əbülfəz Elçibəyi özünə düşmən bilərək ona qarşı mübarizəni məqsədə çevirən hər bir şəxs kimliyindən asılı olmayaraq türklü­yün, milli təəssübkeşliyin, demokratik idarəçiliyin, Azərbaycanın bütövlüyünündüşmənidir.

Azərbaycan Milli Azadlıq Hərəkatının səlnaməsini yazan fə­dakar ziyalımız Ədalət Tahirzadənin “Meydan 4 il 4 ay“, “Elçi­bəylə 13 saat üz-üzə“, “Prezident Elçibəy“ və tərtib etdiyi “Əbül­fəz Elçibəy. Bu mənim taleyimdir“ və b. kitabları milli azadlıq hərəkatının tarixini, Elçibəyin hakimiyyət dövrünün hadisələrini tam dolğunluğu ilə əks etdirərək tarixi hadisələrin kimlər tərəfin- dənsə təhrif və saxtalaşdırılmasına heç bir sans buraxmayaraq, xalqın azadlığı uğrunda mübarizədə kimin kim olduğunu dəlil və sübutlarla ortaya qoyur.

SON SÖZ



Tanrı mənə 1972-ci ildə Əbülfəz Elçibəylə tanış ol­maq, il yarım ərzində universitetin tarix fakultəsində onun tələbəsi kimi mühazirələrini, söhbətlərini, öyüd və nəsihətlərini dinləmək xoşbəxtliyi nəsib etdi. Həmin ildən eti­barən onu heç vaxt tərk etmədim, həyatında baş verənlər gözü­müzün qarşısındaoldu. Həbs olunmasının, məhkəməsinin, həbs düşərgəsindəki həyatının, Xalq Cəbhəsini yaratmasının, ölkə pre­zidenti seçilərək qələbəsinin, xəyanət, qiyam və xalqın laqeydliyi nəticəsindəki acı məğlubiyyətinin canlı şahidi oldum. Uğurları­na sevindim, uğusuzluqlarının peşmançılığını çəkdim, kədərinə, acılarına bütün varlığımla şərik oldum. Həyatım boyu qəbul edərək tabeçilik göstərdiyim tək liderim oldu Elçibəy.Qəlbimdəki vətənsevərlik, türkçülük, mübarizlik ruhunun atəşini onun oca­ğından almışdım. Xalqının azadlığı uğrunda mübarizə Elçibəyin həyatının mənasını təşkil edirdi. Azərbaycan Xalq Cəbhəsi kimi əzəmətli bir təşkilatı bütün çətinliklərə və maneələrə sinə gərərək yaradan və qoruyub saxlayan Əbülfəz Elçibəy qarşısına qoydu­ğu başlıca məqsəd olan müstəqil, vahid, demokratik Azərbaycan dövlətini yaratmağa müvəffəq oldu.Sovet İmperiyası çökdükdən sonra onun bütün səyləri ölkəni Rusiyanın təsir dairəsindən xi­las etməyə doğru yönəlmişdi. Öz hakimiyyətini itirmək naminə olsa da, o, buna nail ola bildi.Elçibəy bəziləri kimi hakimiyyət hərisi deyildi.Onun üçün önəmli olan hakimiyyət deyil, vətənin müstəqilliyi və vətəndaşının əmin-amanlığı idi.

Əbülfəz Elçibəy parçalanmış Azərbaycanı birləşdirməyə, türk dünaysının birliyini gerçəkləşdirməklə görəvləndrilmiş Tanrı Elçisi idi. Əfsuslar olsun ki, bu müqəddəs görəvləri sonuna qədər gerçəkləşdirməyə ömrü vəfa etmədi.

Heydər Əliyevin hakimiyyətə gəlməsində yalnız Elçibəyi gü­nahlandırmaq cəhdləri bu iddiada olan siyasətçilərin və xalq ha­kimiyyətini müdafiə etmək qətiyyəti göstərməyən vətəndaşların məsuliyyətdən sığortalanmaq çabasından başqa bir şey deyil.

Heç bir siyasətçi və dövlət adamı Elçibəy qədər Azərbayca­nın bütölüyü uğrunda mübarizənin zirvəsinə yüksələ bilməmiş- dir.Elçibəy Bütöv Azərbaycanın simvoludur.Bütöv Azərbaycan Birliyi və onun təməl prinsipləri olan Millətləşmə, Dövlətləşmə və Bütövləşmə onun son böyük əsəridir.

Türk dünyasının heç bir siyasətçisi və dövlət adamı türk dün­yasının birliyinə nail olmaq üçün Elçibəy qədər fədakarlıq göstər­məmişdir.

Bir çoxlarının iddia etdiyi kimi Elçibəy hakimiyyətının dev­rilməsinin səbəbi onun demokratikliyində və buraxdığı səhvlərdə deyildi. Elçibəy hakimiyyətinin devrilməsinin əsil səbəbi Azər­baycana düşmən münasibət sərgiləyən Rusiya və İran başda ol­maqla Türkiyədəki türkçülük əleyhdarı bəzi siyasi dairələrin də dəstək verdiyi “beynəlxalq alyansın” bu hakimiyyətin əldə etdiyi siyasi və iqtisadi uğurlardan narahatlıq duyaraq vahiməyə qapı­lıb, onu devirmək üçün təşkil etdikləri silahlı qiyamdır. Bu qiya­mın gerçəkləşdirilməsində İngiltərədə böyük siyasi gücə malik olan BP Neft Şirkətinin də mühüm rolu oldu. Elçibəyin böyük­lüyü qarşısında əzilən, xalqın ona olan sonsuz sevgisini qısqanan cılız, nadan insanlar ona yenə də şər, böhtan, çamur atmaqda da­vam edirlər. Elçibəyə olan hücumlar türklüyümüzə, milli mənafe- imizə, milli qürurumuza olan hücumlardır, düşmən hücumlarıdır.

Əbülfəz Elçibəyin tarix fakultəsındə vaxtilə dərs dediyi on­larla tələbəsi öz müəllimlərilə çiyin-çiyinə milli azadlıq uğrunda hərəkatda, demokratiya uğrunda mübarizədə fədakarlıqla fəaliy­yət göstərmiş, bu gün də isan azadlığı, haqq və ədalət uğrunda mübarizələrini davam etdirməkdədirlər. Bu gün Azərbaycanda tarix elminin qabaqcıl dəstəsini, onun aparıcı qüvvəsini ali təhsil ocaqlarında, Elmlər Akademiyasında Əbülfəz müəllimin vaxtilə dərs dediyi tələbələri təşkil edir.

Bütöv Azərbaycan Birliyi, Bütöv Azərbaycan Ocaqları kimi çoxsaylı cəmiyyət və birliklər, bir çox siyasi partiyalar Əbülfəz Eçibəyin Azərbaycanın taleyini, gələcəyini həll edən ideyaları ilə silahlanaraq onu gerçəkləşdirməyə çalışmalı, ömrünün vəfa et­mədiyi məqsədlərini həyata keçirmək yönündə fəaliyyət göstər­məlidirlər.

Elçibəy müstəqil, demokratik, bütöv azərbaycanın simvolu olaraq xalqımızın qəlbində və inancında ədəbi yaşayacaqdır.

Elçibəyə həsr etdiyim bu kitabda görkəmli ziyalımız Ədalət Tahirzadənin“Meydan 4 il 4 ay“, “Prezident Elçibəy”, “Elçibəylə 13 saat üz-üzə”, “Bu mənim taleyimdir” adlı tərtib etdiyi kitab­lardan istifadə etdiyim üçün müəllifə öz dərin təşəkkürümü bil­dirirəm.

«Elm və təhsil» nəşriyyatının direktoru:
professor Nadir MƏMMƏDLİ

Dizayn: Zahid Məmmədov

Kompüter tərtibatçısı: Tünzalə Tağıyeva

Çapa imzalanmış 01.09.2018.

Şərti çap vərəqi 17,5. Sifariş N° 202.

Kağız formatı 60x84 1/16. Tiraj 300.

Kitab «Elm və təhsil» nəşriyyat-poliqrafiya müəssisəsində
hazır diapozitivlərdən çap olunmuşdur.

E-mail: nurlan1959@gmail.com



Tel: 497-16-32; 050-311-41-89

Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4.
Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin