ElçİBƏy kitabxanasi seryasindan əLƏSGƏr siyabli müƏLLİMİm- liderim- prezidentiM


ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ, TÜRKİYƏYƏ VƏ AMERİKAYA SƏFƏRLƏRİ



Yüklə 0,89 Mb.
səhifə10/13
tarix01.01.2022
ölçüsü0,89 Mb.
#105424
1   ...   5   6   7   8   9   10   11   12   13
ELÇİBƏYİN XƏSTƏLƏNMƏSİ,
TÜRKİYƏYƏ VƏ
AMERİKAYA SƏFƏRLƏRİ


1 999-cu il Əbülfəz Elçibəyin rəhbərlik etdiyi Demkonq- resin timsalında müxalifət qüvvələri birliyinin Heydər Əliyevin avtoritar rejiminə qarşı mübarizəsi yüksələn xətlə davam etdi. Elçibəyin səyi ilə Xalq Cəbhəsi təşkilatı daxilin­də qüvvələr arasındakı gərginlik və qarşıdurma səngiyərək müəy­yən sabitlik yarandı. Lakin 2000-ci ilin əvvəllərindən başlayaraq Bəyin səhhətində müəyyən problemlər özünü göstərməyə başladı və bununla əlaqədar olaraq təşkilatla əlaqələrində fasilələr yaran- dı.Bundan yararlanan “Yurdçular“ təşkilat daxilində öz pozucu- luq fəaliyyətlərini genişləndirməyə maksimum səy göstərdilər

2000-ci il martın axırında Əbülfəz Elçibəy prezidentlık dönə­mi başa çatdıqdan sonra ilk dəfə olaraq müayinə üçün Türkiyəyə səfər edərək öncə İstanbulda bir neçə gün qaldı.Sonra Ankaraya getdi. Türkiyədəki həkim müayinələri nəticəsində Əbülfəz Elçi­bəydə prostat vəzinın şişi xəstəliyi aşkar olundu və müalicəsinə başlandı.

Həmin günlərdə Elçibəyin göstərişilə Kiyevdə Lupinosun dəfnində iştirak etdikdən sonra bir müddət orda qaldım. Elçibəylə müntəzəm telefon əlaqəsi saxlayırdım və Türkiyəyə gedəcəyin­dən xəbərim vardı. Mən də ora gəlmək üçün icazə istədikdə razılıq vermişdi.Ona görə də Kiyevdən Ankaraya getdim. Elçibəyin An­karada bir çox görüşlərində iştirak etdim, bir çox dostumu onunla görüşdürdüm.Elçibəyin ilk dəfə olaraq mətbuat konfransında “iki qardaş dövlət olanTürkiyə ilə Azərbaycanın sərhədlərini qaldırıb, konfederativ dövlət çatısı altında birləşməlidirlər“- deməsi böyük sensasiya doğurdu.Ən maraq doğuracaq məsələlərdən biri də El­çibəyin Ankarada olmasının Süleyman Dəmirəlin prezidentlik dönəminin başa çatması ilə eyni zamana təsadüf etməsi idi.Sü- leyman Dəmirəlin Prezidentliyinin yeddi illik dönəminin bitmə­sinə az qalmış o, Anayasada ediləcək dəyişikliklə görəvinin daha beş il uzadılmasına nail olmağa çalışır və bu məqsədlə partiyalar­la danışıqlar apararaq Böyük Millət Məclisindəki millətvəkilləri- nin səs çoxluğuna nail olmağa səy göstərirdi.

Aprel ayının ilk günlərindən Ankarada olan Əbülfəz Elçibəy Süleyman Dəmirəlin ikinci dönəm prezidentliyinin qəti şəkildə əleyhinə idi.O zaman Türkiyədə Bülənd Ecevitin Baş bakan oldu­ğu DSP, ANAP və MHP-dən ibarət üçlü koalisyon hökuməti Sü­leyman Dəmirəlin Anayasa dəyişikliyi təklifinə razılıq verdiyindən bu iş artıq həll olunmuş kimi görünürdü. Anayasa dəyişikliyinin səsə qoyulması aprelin 5-nə təyin olunmuşdu.Mənim duyduğuma görə, Elçibəy Dəmirəlin ikinci dönəm prezidentliyinə mane ol­maq üçün ANAP və MHP-dəki millətvəkili dostları ilə məsləhət­ləşmələr aparmışdı.Bunun nəticəi olaraq da Süleyman Dəmirəlin Anayasa dəyişikliyi təklifi hakimiyyətdəki partiya rəhbərlərinin razılığına baxmayaraq, əksəriyyət əleyhinə olmaqla rədd edilmis- di.Hətta ANAP-dan olan bir millətvəkili dostum mənə pıçıldadı ki, Dəmirəlin seçilməməsi Elçibəyin xidmətidir.Əgər bu doğrudursa, demək ki, Elçibəy Süleyman Dəmirəldən öz intiqamını almış oldu. Türk jurnalistləri bu məsələdən duyuq düşmüşlər kimi Elçibəyə Dəmirəlin ikinci dönəm Prezident seçilməməsinə öz münasibətini bildirməsi üçün dəfələrlə müraciət edirdilər.Aprelin 10-da Elçi­bəy “Hürriyet” qəzetinə müsahibəsində Süleyman Dəmirəlin se- çilməməsinə münasibət bildirərək bunu Türkiyə üçün xeyirli bir gəlişmə kimi dəyərləndirmiş, hakimiyyətin tək bir şəxsin üzərində qurulmasının doğru olmadığını bildirmişdi.

Elçibəy mayın ortalarında ABŞ-a səfər edərək ayın 20-də Krım türklərinin lideri Mustafa Cəmiloğlu ilə birlikdə Nyu-york­da ənənəvi olaraq hər il təşkil olunan Türk yürüşünə qatıldı.O, eyni zamanda Vaşinqtona gedərək burda bir sıra mühüm siyasi görüşlər keçirdi. Elçibəy Vaşinqtonda olarkən onu qarşılayıb bü­tün səfəri boyu müşaiyət edən Amerikada yaşayan türk milliyət- çisi Toğrul Kəskingörən öz xatirələrində Bəyin qatıldığı rəsmi görüşləri təsvir edərək yazır ki, Elçibəy Vaşinqtonda ABŞ Şərqi Avropa Demokratiya İnstitutunun Prezidenti polyak əsilli İrina Lasotonun müşaiyətilə Amerika Milli Demokratiya İnstitutunun direktoru Klintonun Kipr özəl təmsilçisi və SOROSUN MDB Respublikalarında gerçəkləşdirdiyi “narıncı” inqilabların rəhbəri Nelson Lidski ilə onun iqamətgahında görüşdü.Görüşdə iştirak etmək üçün Ledski ilə birlikdə daha bir neçə yüksək görəvli şəxs də binaya daxil oldular.Türkiyənin məhşur milliyətçi jurnalisti, həmin vaxt Elçibəyi müşaiyət etmiş İlhami Yanqın yazdığı “Ce- maatın ilk darbesi” kitabında Ledski ilə bərabər Elçibəylə görüş­düyü önəmli şəxslərin - ABŞ-ın keçmiş Dövlət katibi Henri Kis- sincer və David Rokfeller olduqlarını yazmışdır.Üç saat davam edən görüşdən Elçibəy çox əsəbi vəziyyətdə ayrılmış və onu göz­ləyənlərə yaxınlaşaraq “haydı uşaqlar gedəlim”- dəyərək binadan uzaqlaşmışdılar. Bəydən nə baş verdiyini soruşduqda cavabında demişdir ki, “bunlar qul axtarırlar, ancaq məni qul edə bilməzlər” demişdir.

Elçibəy Milli Demokratiya İnstitutundakı görüşdən sonra Amerikadakı erməni “Qrunq” xəbər agentliyinin rəhbərləri və di­gər erməni qurumlarının nümayəndələrilə görüşərək onların su­allarını cavablandırmışdır.Görüşdən sonra ermənilər Elçibəyə öz heyranlıqlarını gizlətməmişdilər.

Ankaranın təlimatlarına əməl edən Türkiyənin Vaşinqtonda­kı ərəb əsilli səfiri Bakı İlk, səfirliyin hərbi attaşesinin Elçibəyi səfirliyə dəvət etmək istəyinə qarşı çıxaraq böyük bir sayqısızlıq göstərmişdir. İş bununla bitməmiş Nyu -Yorkda Türk Yürüşündə və digər görüşlərdə Türkiyənin Nyu-York Baş konsulu Mehmet Nuri Ezən və Türk Amerikan Dərnəkləri Fedarasiyasının o za- mankı başkanı Egemən Bağış Azərbaycanın keçmiş prezidenti Elçibəyə və Krım Türkləri Məclisi Başkanı Mustafa Cəmiloğluna rəsmi protokol uyğulumaqdan imtina edərək, bu iki böyük Türk liderlərinə sayqısızlıq göstərmələri ordakı Türklərin böyük nara­zılığına səbəb olmuşdur.Yürüşə qatılan dünya Türkləri Elçibəyin və Mustafa Cəmiloğlunun xalqa müraciətlərini sevinc göz yaşla- rıyla alqışlamışlar.

Amerikan Atatürk Dərnəyi başqanı Hudai Yavalar bir yemək süfrəsi arxasında söhbət zamanı Hz.Məhəmmədə və İslam dininə qarşı sayqısızca ağır sözlər ifadə etdiyi zaman Elçibəy əsəbiləşib onun sözünü kəsərək: “Bəy, bəy biz müsəlmanıq kafir deyilik” demişdir.

Elçibəyin müalicəsini davam etdirmədən uzun müddət Ame­rikada qalması onun sağlamlığına ağır təsir bağışlayaraq xəstəli­yinin şiddətlənməsinə səbəb olmuşdu.


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin