YURD”UN POZUCULUQ
FƏALİYYƏTİNİN GÜCLƏNMƏSİ
Elçibəyin ağır xəstələnməsi “Yurd” fraksiyasının təşkilat daxilindəki pozuculuq fəaliyyətlərini və ona qarşı atılan addımları zəiflətmədi, əksinə dahada kəskinləşdirdi. Elçibəyin Kələkidə olmasını, sonra isə xəstələnməsini fürsət bilən “Yurd”çular partiyanın maliyyə, təşkilati və mətbuat-informasiya resurslarını ələ keçirərək Elçibəyin lider kimi inkar edilməsi və hətta sədrlikdən uzaqlaşdrılması yönündə təşkilatdaxili təbliğata vüsət vermişdilər.
Yarandığı vaxtdan AXC açıq, kütələvi, aksion hərəkat üsuluna üstünlük vermiş və bu özəlliyi partiyaya çevriləndən sonra da qoruyub saxlamışdı.Çünki bir kütlə partiyası olan və hərəkatçılıq özəlliyini hələ də qoruyub saxlayan AXCP üçün çoxsaylı üzvləri - ninin güçünə və xalqın inamına, dəstəyinə arxalanmaqdan üstün heç nə yoxdur. “Yurd”çular isə bunun əksinə olaraq açıq, kütləvi hərəkat üsuluna qarşı olub örtülü sövdələşmələrə, dar, məhdud qrup mənafeyinin mənfəətpərəstliyinə üstunlük verirdilər.
“Yurd”çular Elçibəy tərəfdarları olub türkçülük, müsavatçı- lıq məfkurəsinə yiyələnmiş klassik cəbhəçiləri “mühafizəkarlar, fanatiklər və qaragüruhçular“ adlandıraraq güya liberal dəyərlərə sahiblənmiş özlərini isə “praqmatiklər və islahatçılar“ adlandırır- dılar.Ali Məclisin iyulun 1-də keçirilən iclasında, rayon şöbələrindən seçilən məclisin 8 üzvünü iclasa buraxmayaraq, əvəzində 8 nəfər səlahiyyətsiz adamın iştirakı ilə iclas keçirildi. Ən ağrılısı isə Əli Kərimovun çox ağır vəziyyətdə (həkim nəzarətində) olan Elçibəylə söhbətində bu iclasın keçirilməsinə təkid göstərməsi idi.
Bu hadisə ilə bağlı Elçibəyin köməkçisi Əli Mürsəloğlu ürək yanğısı ilə qeyd edir ki, “Elçibəy Türkiyə səfəri zamanı ciddi müayinədən keçdi və sağlamlıq durumunun yaxşı olmaması məlum oldu. Bəyin Amerka səfərindən sonra vəziyyəti dahada pisləşdi. Artıq həkimlər ona işləməyi, iclaslarda, tədbirlərdə iştirak etməyi qəti qadağan etmişdilər. Bəy artıq bağ evində qalır və müalicə olunurdu. Əli Kərimov əvvəlki vaxtlardan fərqli olaraq Bəyin yanına gəlir və onunla işlə (seçki, Mərkəzi Seçki Komissiyası, və s.) bağlı saatlarla söhbət edir, müzakirələr aparır, hətta mübahisələr edirdi. Ona həkim məsləhətini xatırlatsamda buna əhəmiyyət vermir, əksinə Bəyi ciddi sutrətdə narahat edirdi. Həmin günlər Bəy çox ağır vəziyyətdə idi, hətta normal hərəkət edə bilmirdi. Ona yerindən tərpənmək olmazdı. Buna baxmayaraq, Əli Kərimov iyulun 1-də Ali Məclisin sessiyaının keçirilməsinə təkid göstərirdi. Bəyin Əli Kərimova etirazını Ali Məclisin sessiyaında gördüm. Bəy iclas iştirakçılarının hamısının təəcübünə səbəb olan addım atdı. O, AM-in iclasında sədrə (özünə) etimad məsələsini qoydu. Hətta bəzi “yurd”çuların bu məsələnin Ali Məclisin səlahiyyətində olmadğını desələrdə Bəy təkid etdi və üzünü divara çevirərək etimad məsləsini səsə qoymağı xahiş etdi. Məsələ səsə qoyuldu və Ali Məclis yekdilliklə Bəyə etimad göstərdi. Amma məsələ səsə qoyularkən “yurd”çulardan Xaliq Bahadır və Fuad Mustafayev zaldan çıxdılar. Mənə elə gəldiki, heç kim bu etimad məsələsinin mahiyyətini başa düşmədi. Çünki heç kəs Əli Kərimovun Elçibəylə söhbətdə məclisin keçirilməsi üçün necə təkid göstərdiyini görməmişdi. Əli Kərimov isə Elçibəylə bağlı ona verilmiş görəvi axıra kimi yerinə yetirdi”.
Təşkilatda təsir imkanlarını itirdikcə “Yurd” əksəriyyətə malik olduğu rəyasət heyəti vasitəsilə rayon şöbələrinin səlahiyyətinə müdaxilə edir, konfransların keçirilməsini əngəlləyir, rayon məclislərinin qərarlarını tanımır, şöbələrdən seçilmiş ali məclis üzvlərini qeydə almır, məclis üzvü olmayan şəxslər onun iclaslarında iştirak edərək AXCP adından qərarlar qəbul edirdilər. Buna gorə də, AXCP sədri olaraq Əbülfəz Elçibəy şöbələrdə baş verən narazılıqları, rəyasət heyətinin rayon şöbələrinin müstəsna səlahiyyətləri olan konfranslara çoxsaylı müdaxilələrini nəzərə alaraq 12 iyun və 14 iyun tarixli sərəncamları ilə AXCP rayon şöbələrinin konfranslarının keçirilməsinə dair təlimat imzaladı.Bu Xalq cəbhəsini “Yurdun” dağıdıcı təsirindən qurtarılması yönündə atılan çox mühüm addım idi.
Artıq “Yurd” nizamnaməyə məhəl qoymadan rəyasət heyəti vasitəsilə partiyanı dağıtmaq istiqamətində heç bir addımdan çəkinmir, himayəsində olan yazarlar dəstəsi qəzetlərdə hər gün Elçibəylə bağlı onlarla böhtanlar, dezinformasiyalar hətta təhqirlərlə çıxış edirdilər.
Elçibəyin 2000-ci il Parlament seçkilərində iştirak etmək və seçkilərə Elçibəy-İsa Qəmbər seçki bloku ilə ilə qatılmaq haqqında qərarı hakimiyyəti xeyli narahat etmişdi.Bu, müxalifətin birləşərək vahid güc mərkəzinə çevrilməsinə, seçkilərin saxtalaşd- rılmasının qarşısının alınmasına və cəmiyyətin daha da fəallaş- masına səbəb olaraq hakimiyyətin planlarının qarşısında əngəl təşkil edirdi.
Elçibəy “yurdçular“ın etirazlarına baxmayaraq, keçiriləcək parlament seçkilərində AXCP -nin namizədlərinin proporsional seçki siyahısını müəyyən etmək üçün ilkin seçkilərin keçirilməsinə göstəriş vermiş və seçilən namizədlərin siyahısını Ankarada xəstəxanada olarkən imzalayıb partiyaya göndərmişdi.
23 iyul 2000-ci il tarixli AXCP Ali Məclisində “Yurd” iqtidarın sifarişinə uyğun olaraq partiyanın proporsional seçki siyahısını təsdiqləmək istəsə də mümkün olmamış, iclasda iştirak edənlərin 44 nəfəri etiraz edərək zalı tərk etmiş, yetərsaysız (AM-in 108 üzvündən 48-nin iştirakı ilə) iclasın “qərarını” MSK-ya təqdim etməklə saxta parlamentin formalaşmasına “müxalifət” xidmətini göstərmişlər.
“Yurd” 2000-ci il seçkilərində müxalifətin birgə mübarizəsini əngəlləmək, “Ecibəy-İsa Qəmbər” seçki blokunu pozmaq, iqtidarın istəyinə uyğun AXCP-nin proporsional seçki siyahısını “təsdiqləyərək” parlamentdə pay almaq və saxta parlamentdə iştirak etməklə onu legitimləşdirməkdən, bu məqsədlə hətta partiya sədri Elçibəyin imzasının şübhə altına almaqdan çəkinmədilər.
“...Əbülfəz bəyin deputat siyahısındakı imzasının ekspertizaya göndərilməsi cəhdi mənim ürəyimi ağrıtdı. Elçibəy üçün bundan böyük təhqir ola bilməzdi. Tutaq ki, sən xəstə, əli əsə- əsə qol çəkən Elçibəyin imzasına inanmırsan, bəs ekspertizada təsdiqlənəndə ki, Əbüfəz Bəyindir, nədən MSK-ya həmin siyahını deyil, özünün qondarma Ali Məclisindəki siyahını göndərdin. Dəməli, sənin üçün o siyahıda olan iki nəfərin deputat seçilməsi Elçibəyin bizə yadigar qoyub getdiyi Cəbhənin yaşamasından daha önəmlidir. Hansı haqla, hansı hüquqla onları cəbhəçi adlandırmaq olar? Ona görə də mən Cəbhədən kənarda olsam da onlarla barışmayacam. Onlar Elçibəyə qarşı böyük ədalətizlik, tərbiyəsizlik ediblər. (Bax: Ədalət Tahirzadə: “Cəbhənin taleyi cəbhəçi gözündə”).
Dostları ilə paylaş: |