Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


OPTİK İŞIQÖTÜRÜCÜ LİFLƏRİN NÖVLƏRİ VƏ MOD REJİMLƏRİ



Yüklə 302,27 Kb.
səhifə15/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   11   12   13   14   15   16   17   18   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

OPTİK İŞIQÖTÜRÜCÜ LİFLƏRİN NÖVLƏRİ VƏ MOD REJİMLƏRİ

Müntəzəm işıqötürücü lifin xarici hissəsində demək olar ki, sahə yaranmır. Işıq dalğası diametri olan silindirik şəkildə hazırlanmış özəkdə və onunla eyni optik oxa malik diametri 2b olan örtükdə yayılır. Sadə işıqötürücü lif silindirik və düzbucaqlı formada hazırlanır. Özəyin və örtüyün materialları şəffaf materialdandır və sındırma əmsalları uyğun olaraq,




;

ifadələri ilə təyin olunur. Burada özəyin və örtüyün nisbi maqnit nüfuzluğudur, dielektrik üçün vahidə bərabərdir. -uyğun olaraq, özəyin və örtüyün nisbi dielektrik nüfuzluğudur. işıqötürücü lifin örtüyünün sındırma əmsalı sabitdir, özəyinki isə en kəsiyin kordinatının, məsələn, dairəvi işıqötürücü lifdə radiusun funksiyasıdır n(r). Bu funksiya sındırma əmsalının profili adlanır. işıqötürücü lifin örtüyünün vəzifəsi özəklə yayılan işıq şüasını xarici təsir və maneələrdən mühafizə etməkdən ibarətdir.


İşıq şüasının yayılması optik həndəsə qanunlarına əsaslanır və burada işığın EM xassəsinə malik olması nəzərə alınmır. İşçi tezlik həddində yayılan dalğaların (modların) sayından asılı olaraq işıqötürücü liflər bir- və çoxmodlu işıqötürücülərə bölünürlər. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
1) ikiqat birmodlu (BM) işıqötürücü;
2) birmodlu W- şəkilli işıqötürücü;
3) Sındırma əmsalının profili pillə şəkilində və ya sıçrayışla dəyişən çoxmodlu (ÇM) İÖ (PşOL);
4) Sındırma əmsalının profili tədricən dəyişən qradiyent şəkilli çoxmodlu işıqötürücü (QşOL);
5) Sındırma əmsalının profilində oxla uçurum əmələ gətirən işıqötürücü və s.
Bu növ optik işıqötürücü liflərdən telekommunikasiya texnikasında (ÇM PşOL, ÇM QşOL və BM OL-lərdən) geniş istifadə olunur.
Optik işıqötürücü lifin xarakteristikası üçün en kəsikdəki ) Sındırma əmsalının profilinin böyük əhəmiyyəti vardır. Praktiki cəhətdən en kəsiyi qeyri-həmcins olan işıqötürücülər böyük maraq kəsb edir. Ona görə ki, həmcins işıqötürücülərin malik olduqları xarakteristikaları burada almaq qeyri-mümkündür. Əgər işıqötürücünün özəyinin sındırma əmsalının qiyməti onun radiusu boyunca sabit qalırsa, belə işıqötürücü Sındırma əmsalının profilli pillə şəkilində dəyişən işıqötürücü adlanır. Əgər sındırma əmsalı işıqötürücünün mərkəzindən onun səthinə doğru pilləvari deyil tədricən (hamar) dəyişirsə, belə işıqötürücü Sındırma əmsalının profili qradiyent şəkilində dəyişən və ya qrqdiyentli işıqötürücü adlanır.
Pillə və qradiyent şəkilli işıqötürücülərin en kəsikləri və işıq şüasının trayektoriyası şəkil 2,a,b-də göstərilmişdir.
PşİÖ-nün şəkilindən (şəkil 2a) göründüyü kimi işıq şüası özəklə örtüyü bir-birindən ayıran sərhədə düşərək əyri-üyrü xətlə onun uzunluğu boyunca yayılır. İşıq şüası QşİÖ-nün özəyindən onun səthinə doğru yavaş-yavaş hamar şəkildə dalğavari trayektoriya ilə yayılır (şəkil 2,b).

Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin