RABİTƏ XƏTLƏRİNİN NÖVLƏRİ Rabitə xətlərinin üç növündən geniş istifadə olunur. Bunlar hava rabitə xətlərindən (HRX), elektrik rabitə kabellərindən (simmetrik və koaksial) və optik liflərdən hazırlanmış optik kabellərdən (OK) ibarətdir. Kabel və HRX-ləri məftilli xətlərə aiddir. Burada istiqamətləndirici sistem (İS) vəzifəsini naqil-dielektrik görür. Optik lifli rabitə xətləri dielektrik dalğaötürücü kimi işləyir. Burada İS rolunu müxtəlif sındırma əmsalına malik dielektriklər görür.
Məftilli rabitə xətləri kilohers və meqahers tezlik diapazonlarında işləyir. Kabel rabitə xətləri (KRX) vasitəsi ilə tələb olunan məsafəyə, etibarlı və bütün maneələrdən mühafizə olunmuş rabitə yaratmaq mümkündür. Simmetrik və koaksial rabitə kabelləri telekommunikasiya səbəkələrinin bütün sahələrində geniş tətbiq olunur.
İstiqamətləndirici sistemlərin ən yeni nəsili optik lifli rabitə xətləridir (OLRX). OLRX mikrodalğa tezlik diapazonunda işləyir. Optik kabellə yayılan dalğanın uzunluğu λ=0,8....1,6 mkm arasında dəyişir. İS-lərin bu növü daha perspektivli hesab edilir. OLRX-lərinin bir sıra üstün cəhətləri vardır. Bunlar aşağıdakılardır: 1) enerji itksi kiçikdir; 2)kanalın buraxma qabiliyyəti genişdir; 3) kütləsi az, qabarit ölçüləri isə kiçikdir; 4) əlvan metallara qənaət olunur; 5) xarici və qarşılıqlı təsirlərdən mühafizə olunma qabiliyyətinə malikdir.
Ölkənin telekommunikasiya şəbəkələrində ORK-lərindən geniş istifadə edilməyə başlanmışdır. Bu kabelin köməyi ilə beynəlxalq və şəhərlərarası, ŞTŞ-də stansiyalararası rabitə artıq yaradılmışdır. Perspektivdə mənəvi cəhətdən köhnəlmiş simmetrik kabellərin ORK-ləri ilə əvəz ediləcəyi planlaşdırılır. ŞTŞ-də ATS-lə paylayıcı şkafı (PŞ) birləşdirən magistral kabellərin ORK-ləri ilə əvəz edilir. Bu hal da PŞ-ların yerinə optik PŞ-lardan istifadə olunur.
HAVA RABİTƏ XƏTLƏRİ HRX-lərinin və SK-lərin konstruksiyaları simmetrik dövrələr qrupuna aiddir. Simmetrik dövrə dedikdə, konstruktiv cəhətdən və elektrik xassəsinə görə eyni olan iki naqildən (məftildən) təşkil olunmuş sxem başa düşülür.
HRX-lərində cərəyan keçirən element məftil, SK-lərdə isə izolə olunmuş naqil və ya damar adlanır. HRX-lərində istifadə olunan məftillər, yüksək elektrik keçiriciliyinə, böyük mexaniki mökəmliyə, kifayyət qədər elastikliyə, korroziyaya qarşı davamlı və iqtisadi cəhətdən səmərəli olan materialdan hazırlanmalıdır. Bu təlabatları mis, bimetal və polad materiallarından hazırlanmış məftillər ödəyir. Məftillərin diametrləri aşağıdakı kimidir: dCu=3; 3,5; 4 mm; dFe=1,5; 2,5; 3÷5 mm; dBM =1,2; 1,6; 2÷4 mm.
HRX-lərinin məftilləri ağac və ya dəmir beton dirəklərdə quraşdırılmış qarmaq, travers və ya qarışıq profilə malik, izolyator geydirilmiş armaturalara bərkidilir. Dövrəni təşkil edən iki məftillər arasındakı məsafə travers profilli xətlər üçün 20 sm, qarmaq profilli xətlər üçün isə 30 sm təşkil edir. Dövrənin məftilləri biri-birindən hava təbəqəsi ilə izolyasiya olunur. HRX-lərinin profili dedikdə, dövrələrin və ya məftillərin dirəklərdə yerləşdirilmə qaydası başa düşülür.
Hal-hazırda SRK-lərinin 1x2÷2400x2 damarların ümumi mühafizə örtüyü altında yerləşmiş konstruksiyaları məlumdur. HRX-lərinin məftilləri arasındakı məsafədən fərqli olaraq SK-lərin damarları arasındakı məsafə çox kiçikdir . Burada -damarların mərkəzləri arasındakı məsafədir, mm; isə damarın diametridir, mm.
HRX-lərindən XX əsrin birinci yarısında geniş istifadə edilirdi. Lakin bunların bir sıra çatışmayan cəhətləri vardır. Bunlar aşağıdakılardır:
1) kanalın buraxma qabiliyyətinin aşağı olması (tonal tezlik diapazonunda 12 kanal);
2) qarşılıqlı təsirlərdən kifayət qədər mühafizə oluna bilməməsi;
3) atmosfer-iqlim təsirlərinə məruz qalması.
Ona görə də onların tətbiq sahələrinə məhdudiyyət qoyulur. Əsasən kənd telefon şəbəkəlrində (KTŞ) istifadə olunur.