Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


CƏRƏYAN KEÇİRƏN NAQİLLƏR VƏ OPTİK LİFLƏR



Yüklə 302,27 Kb.
səhifə9/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   ...   5   6   7   8   9   10   11   12   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

CƏRƏYAN KEÇİRƏN NAQİLLƏR VƏ OPTİK LİFLƏR

Cərəyan keçirən naqil elektrik rabitə kabellərinin əsas elementlərindən biri olub, elektrik xassəsinə görə yüksək keçiriciliyə, kifayyət qədər mexaniki möhkəmliyə və elastikliyə malik olmalıdır. Bu tələbatları mis (Cu) və alüminium (Al) materialdan, silindirik formada hazırlanmış naqillər görür.
Cərəyan keçirən naqil yumuşaq misdən hazırlanır ki, bununda xassəsi aşağıdakı kimidir: xüsusi müqaviməti, ρCu=0,01754 Om·mm2/m; sabit cərəyana görə temperatur əmsalı, αt=0,004; qırılmaya qarşı möhkəmliyi, FCu=260 N/mm2; nisbi uzanma əmsalı, εCu=25% (0,25); xüsusi çəkisi, gCu=8,89 q/sm3.
Alüminium materialın xassəsi isə: ρAl=0,0295 Om·mm2/m; αt=0,0042; FAl=80-150 N/mm2; gAl=2,72 q/sm3.
ŞTŞ-də tətbiq olunan RK-lərinin mis naqillərinin diametrləri, d=0,32; 0,4÷0,7 mm, şəhərlərarası TKŞ-lərində istifadə edilən kabellərinki isə, d=0,8÷1,2 mm arasında dəyişir.
Cərəyan keçirən naqilin diametrini seçən zaman aşağıdakıları nəzərə almaq lazımdır: sönmənin və müqavimətin qiymətinə görə rabitənin uzaqlığını, (α=a/α;R=Rx/Rn); texnoloji və quraşdırma prosesində mexaniki qüvvələrə qarşı möhkəmiliyini.

Cərəyan keçirən naqillərin müxtəlif konstruksiyaları mövcuddur. Bunlardan bir neçəsinin konstruksiyası şəkil 3.2-də göstərildiyi kimidir.

Şəkildən göründüyü kimi cərəyan keçirən naqillərin konstruksiyaları çox mürəkkəbdir. Bunların əsas səbəbi RK-nin keçdiyi trasın xarakteri ilə əlaqədardır. Bir çox hallar da yüksək elastiklik və mexaniki qüvvələrə qarşı möhkəmlik tələb olunur. Onda 7, 12, 19 və s. sayda nazik naqillər bir-birinə burularaq naqilin en kəsiyini əmələ gətirir (şəkil 3.2,b).


Şəkil 3.2-də göstərilən cərəyan keçirən naqillər SRK-lərində və eləcə də KK-lərin daxili naqilləri kimi istifadə edilir. KK-lərin xarici naqillərinin konstruksiyaları içi boş nazik boru formasında olub, Cu və ya Al materiallarından hazırlanır. Elektrik xassəsinə görə bütün uzunluğu boyunca həmcins olan boru şəkilində hazırlanan naqil daha yaxşı hesab edilir. Lakin belə bir konstruksiyaya malik naqil elastik cəhətdən qarşıya qoyulan təlabatları ödəmir. KK-lərin xarici naqillərinin bir sıra konstruksiyaları vardır. Bunlardan ən geniş yayılanları şimşəyə (ildırıma) bənzər konstruksiyada hazırlanan naqil hesab edilir. ORK-lərində optik siqnalların yayılmasını həyata keçirən optik lflərdir (OL). OL optik diapazonda elektromaqnit dalğasının yayılması üçün istifadə edilən İS-dir. OL özək və örtük kimi iki hissədən ibarətdir. O, şüşə (kvars) və ya şəffaf polimer materialdan hazırlanır. Bunların çoxlu sayda konstruksiyalarından istifadə olunur.



Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin