Elektrik və optik rabiTƏ XƏTLƏRİ. MÜhaziRƏ rabiTƏ XƏTLƏRİNİN İNKİŞaf məRHƏLƏLƏRİ


OPTİK LİF TEXNOLOGİYASININ ÇATIŞMAYAN CƏHƏTLƏRİ



Yüklə 302,27 Kb.
səhifə5/21
tarix01.02.2023
ölçüsü302,27 Kb.
#122827
1   2   3   4   5   6   7   8   9   ...   21
Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK

OPTİK LİF TEXNOLOGİYASININ ÇATIŞMAYAN CƏHƏTLƏRİ
- OLRX yaradan zaman elektrik siqnalını optik siqnala və əksinə, optik siqnalı elektrik siqnalına çevirmək üçün yüksək dərəcədə etibarlı işləyən aktiv elementlər tələb olunur. Eləcə də açıb-bağlama resursu çox, az optik itkiyə malik olan optik konektorlar (birləşdirici) lazımdır. Rabitə xətlərinin belə elementlərinin dəqiq hazırlanması şüalanan dalğanın uzunluğuna uyğun gəlməlidir. Başqa sözlə, xəta mikrona qədər olmalıdır. Ona görə də OLRX-lərinin belə kompanentlərinin texnologiyası həddindən artıq baha başa gəlir;
- OL-lərin montajı üçün persizion, sonra isə baha başa gələn texnoloji avadanlıq tələb olunur;
- ORK-ində qəza baş verdikdə (qırıldıqda) onu bərpa etmək üçün çəkilən xərc adi elektrik rabitə kabellərinə nisbətən çox böyükdür.
Lakin qeyd etmək lazımdır ki, OLRX-lərinin bu çatışmayan cəhətlərinə baxmayaraq onun tətbiqindən alınan səmərə xeyli çoxdur. Ona görə də informasiyanın ötürülməsi üçün OLRX-lərindən geniş istifadə olunur.
RADİODALĞALAR VƏ ONLARIN NÖVLƏRİ
TKS-lərinin mürəkkəb, vacib və qiymətli elementlərindən biri rabitə xətləri hesab edilir. Rabitə xətləri vasitəsi ilə informasiyanın daşıyıcısı hesab olunan elektrik və optik siqnallar bir abunəçidən (stansiyadan) digərinə və əksinə ötürülür. TKS-lərinin bütünlükdə səmərəli işləməsi rabitə xətlərinin keyfiyyətindən, onların növlərindən, tezlik diapozunundan, konustruksiyalarından və digər amillərdən asılıdır.
İnformasiyanın ötürülməsi üçün rabitə xətlərinin iki növündən istifadə edilir. Bunlar radio- və məfttili rabitə xətləridir. Elektromaqnit və işıq dalğaları atmosferdə, keçirici və dielektrik mühitlərdə yayılır.
Radiorabitə xətlərinin əsas fərqləndirici cəhəti elektromaqnit dalğalarının bütün mühitlərdə, o cümlədən, fəzada, kosmosda, havada, suda, yerdə və s. yayılma xassələrinə malik olmasıdır. Radio verilişlərini bir neçə metrdən, yüz milyon km-ə qədər məsafəyə ötürmək mümkündür. Radionu 1895-ci ildə rus alimi A.S.Popov kəşf etmiş və o, bu qurğu vasitəsi ilə informasiyanı bir neçə yüz metrə ötürməyə nail olmuşdur.
Hal-hazırda avtomatik kosmik apparatların köməyi ilə dünyanın bütün nöqtələrinə müxtəlif növ informasiyaları ötürmək mümkündür. Müxtəlif məsafələrdə (uzaq, yaxın) yerləşən abunəçilər (stansiyalar), xüsusəndə hərəkətdə olan obyektlər arasında rabitəni təşkil etmək üçün radiorabitə xətlərindən geniş istifadə edilir. Müxtəlif mühitlərdə elektromaqnit dalğalarının yayılması, ilk növbədə radiosiqnalların tezliyindən (daşıyıcı siqnalın tezliyi) asılıdır. Buna uyğun olaraq aşağıda göstərilən dalğa uzunluğunun qiymətindən və radiotezliklərdən istifadə olunur:
Ən uzun dalğalar (ƏUD), λ=100÷10 km, (ƒ=3÷30 kHs);
Uzun dalğalar (UD), λ=10÷1 km, (ƒ=30÷300 kHs);
Orta dalğalar (OD), λ=1,0÷0,1 km, (ƒ=0,3÷3 MHs);
Qısa dalğalar (QD), λ=100÷10 m (ƒ=3÷30 MHs);
Ultra qısa dalğalar (UQD), λ=10÷1 m, (ƒ=30÷300 MHs);
Destimetr dalğaları (DMD), λ=1÷0,1 m, (ƒ=300÷3000 MHs);
Santımetr dalğaları (SMD), λ=10÷1 sm, (ƒ=3÷30 HHs);
Millimetr dalğaları (MMD), λ=10÷1 mm, (ƒ=30÷300 HHs);
Optik diapazon (OD), λ=10÷0,1 mkm, (ƒ=3·1013÷3·1015 Hs).
Dalğa uzunluğu aşağıdakı ifadə ilə təyin olunur: burada c=3·1014 mkm/san-fəzada işığın yayılma sürətidir; ƒ-tezliyin qiyməti olub, Hs-lə ölçülür.
Dalğa uzunluğundan (tezlikdən) asılı olaraq siqnallar radiorabitə xətlərinin uzunluğu boyunca aşağıdakı yolla yayılır:
- yer səthi ilə yayılan dalğalar, ƏUD,UD və OD;
- yer səthində və fəzada yayılan dalğalar;
- birbaşa düz və ya görünən dalğalar.
Yuxarıda göstərilən üstünlüklərdən başqa, radiorabitə xətləri vasitəsi ilə rabitənin baş tutması yüksək sürətlə yaranır, eləcə də ötürücü qurğuların (radio və televiziya) köməyi ilə xeyli sayda dinləyici və tamaşaçı auditoryasına informasiyanın çatdırılması mümkün olur. Radioxətlə yayım stansiya və xətt qurğularının birlikdə fəaliyyətindən ibarətdir və radio proqramlarını abunəçi aparaturalarına (dinləciyilərə) çatdırmaq üçün tətbiq edilir. Radioxətlə proqramların yayımı gücləndirici və kommutasiya qurğuları və xətt avadanlıqları vasitəsi ilə həyata keçirilir.
Radiorele xətləri DMD və MMD-larda birbaşa görünən diapazon həddində işləyir. Onlar hündürlüyü 50÷70 m, aralarındakı məsafə 50 km olan retranslyator dövrələrinə bənzəyir. Radiorele xətlərinin işləmə prinsipi şəkil 1.2-də göstərildiyi kimidir. Antena maçtlarının hündürlüyü artdıqcan retranslyasiya məntəqələri arasındakı məsafəni 70÷100 km-ə çatdırmaq olar.

Yüklə 302,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin