Elektrik v optik rabiT X TL R . M haziR rabiT X TL R N N NK
OPTİK RABİTƏ SİSTEMLƏRİNİN XÜSUSIYYƏTLƏRI Optik lifli rabitə xətləri (OLRX) dedikdə informasiyanı dielektrik dalğaötürücüləri vasitəsi ilə ötürən sistem başa düşülür ki, bu da “optik işıqötürücü lif (OİÖL)” adlanır.
Hal-hazırkı dövrdə OİÖL informasiyanın ötürülməsi üçün ən müasir fiziki mühit hesab edilir. Bundan başqa, o çoxlu miqdarda informasiya selini uzaq məsafəyə ötürülməsində tətbiq olunan qapalı mühit kimi məlumdur. Bunları deməyə OİÖL-ə məxsus olan bir sıra əsaslandırılmış xüsusiyyətlərin olmasıdır. Bunları şərti olaraq, fiziki və texniki xüsusiyyətlər kimi iki yerə bölmək olar.
Fiziki xüsusiyyətlərə aşağıdakılar daxildir:
- hədindən artıq yüksək aparıcı tezliklə (f=1014 Hs) xarakterizə olunan optik siqnalların geniş zolaqlı olması. Bu o deməkdir ki, informasiyanı 1012 bit/san. və ya 1 Terabit/san. sürətlə ötürmək mümkündür. Başqa sözlə desək, eyni zamanda bir OL-lə 10 milyon telefon danışığı və ya 1 milyon görünən siqnal vermək mümkündür. Rabitənin ikitətəfli olmasını nəzərə alsaq informasiyanın veriliş sürəti iki dəfə artmış olur. Belə ki, işıq dalğası bir-birindən asılı olmayan OL-lə yayılır (bir OL-lə iİnformasiya verilir, ikinci OL-lə isə qəbul edilir). Bundan başqa, OL-lə iki müxtəlif polyarizasiyalı optik siqnal yayıla bilər. Bu da optik rabitə kanallarının buraxma qabiliyyətini iki dəfə artırmağa imkan verir. Bu günə kimi OL-lə ötürülən informasiyanın sıxlığına çatan istiqamətləndirici sistem yoxdur;
- başqa istiqamətləndirici sistemlərlə müqayisədə OL-lə yayılan optik siqnalların zəifləməsinin az olması. Rusiya Federasiyasında (RF) istehsal olunan, dalğa uzunluğu λ=1,55 mkm olan OL-lə yayılan optik siqnalın sönməsi α=0,22 dB/km təşkil edir. Bu da optik siqnalları regenerasiya (gücləndirmədən) etmədən, yəni regenerator məntəqələri quraşdırmadan OLRX-lərinin tikintisini 100 km-dən artıq məsafəyə çatdırmağa imkan verir. Müqayisə üçün, dalğa uzunluğu λ=1,55 mkm diapazonda işləyən Sumitomo lifini göstərmək olar. Bunun kilometrik sönməsi α=0,154 dB/km-dir. ABŞ-ın optik laboratoriyalarında “şəfaflığı” daha yüksək olan ftorsirkonat adlanan OL hazırlanır ki, bu da dalğa uzunluğu λ=2,5 mkm olan diapazonda işləyir və kilometrik sönməsi α=0,02 dB/km təşkil edir. Laboratoriya şəraitində aparılıan tədqiqat göstərir ki, belə OL-lə regenerasiya məntəqələri arasındakı məsafə 4600 km, informasiyanın veriliş sürəti 1 Qbit/san olan OLRX-ləri tikmək olar.
OİÖL-lərin texniki xüsusiyyətləri aşağıdakılardır:
- lif əsası ikioksidli (SiO2) kremnium olan, geniş yayılmış, mis naqillərə nisbətən ucuz başa gələn, çox tapılan kvars materialından hazırlanır;
- OL-lər çox yığcam və yüngüldür, onların özəyinin diametri maksimum 2a=100 mkm-ə qədərdir. Bu xüsusiyyətlər onlardan aviasiyada, cihazqayırmada, rabitə kabelləri texnikasında, avtomatik idarəetmə proseslərində və s. kimi vacib obyektlərdə istifadə olunmasını prespektivli edir;
- şüşə lifin tərkibində metal olmadığına görə optik sistemlərin tikintisi zamanı qalvanik təsirlər avtomatik olaraq aradan götürülür. Kabel zavodlarında möhkəm plastik material tətbiq etməklə asılan kabel istehsal edilir. Bu kabellərdə metal, yəni keçirici mühit yoxdur. Ona görə də elektrik münasibətinə görə təhlükəsiz hesab edilir. Belə kabelləri yüksək gərginlik xətləri çəkilən qülələrdən ayrıca şəkildə, ya da faza məftillərindən hər hansı birində montaj etmək olar. Bu da çay keçidlərindən və ya kabelin çəkilişi zamanı başqa maneə törədən mənbələrdən keçən kabelə sərf olunan xərcin xeyli azalmasına səbəb olur.
OL əsasında qurulan rabitə sistemləri elektromaqnit maneələrinə qarşı davamlıdır. OİÖL-lə ötürülən informasiya icazə verilməyən müdaxilələrdən tam mühafizə olunur. OLRX-lərində hər hansı ötürülən informasiyaya icazəsiz üsulla qulaq asmaq qeyri-mümkündür. Lifə müdaxilə olunduqda, o tezliklə lifin normal vəziyyətdə olmasına nəzarət edən cihaz (manitorinq) tərəfindən qeyd olunur. Nəzəri cəhətdən manitorla mühafizəyə müdaxilə etmək mümkündür. Lakin bu üsulun başa gəlməsi tutulan informasiyanın verdiyi xeyirdən olduqca baha başa gəlir.
OL-lərin vacib xassələrindən biri onun uzunmüddətli olmasıdır. Lifin yaşama müddəti, başqa sözlə, onun öz xassəsini dəyişmədən saxlama müddəti 25 ildən artıqdır. Bu da ORK-ni bir dəfə basdırmaqla uzunmüddətli rabitəni təşkil etməyə imkan verir. Kanalın buraxma qabiliyyətini artırmaq lazım gəldikdə isə verici və qəbuledici sistemləri daha yüksək sürətlə işləyənlə əvəz etmək olar.