* Məşşayi - yol gedən, gəzən (ərəb)
Qıl kərəm, ey sevdiyim ,aşiqi-mərdanəyə bax!
Nola, ey afəti-can, dövrəndə pərvanəyə bax!
Bəhri-eşqin tə’kinə gəncinə sövq etdi məni,
Ayna tut, zəri-ziba, lölövü-dürdanəyə bax!
Qərqdir tufanlara sənsiz səadət gəmisi,
Gör icadın gərdişin, məsnavü-tərsanəyə* bax!
Əhvalım təsvir ola, min qəmli dastana dəyər,
Nə oxu Əsli-Kərəm, nə qeyri əfsanəyə bax.
Qəlbi nalan bəndəyə, zahida, məhşər nə gərək,
İndidən yar sinəmi, daxildə viranəyə bax!
Bəzmi-eşq divanına üz tutma, ey əhli-vəfa,
Hökm edən sultanı gör, məhbusi-zindanəyə bax!
Yar cəfasın çəkməyə göstərmə timsal Əlini,
Sən mənim şəxsimdə, gəl, təslimi-hirmanəyə** bax!
---------------
Dostları ilə paylaş: |