Əli Aslanoğlu Yovşanlıq şərqiləri Bakı 2009 Redaktoru: Firuz Mustafa Əli Aslanoğlu. Yovşanlıq şərqiləri



Yüklə 1,24 Mb.
səhifə32/67
tarix10.01.2022
ölçüsü1,24 Mb.
#108529
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   67
Yol-inşaat fakültəsinin

dekanlığı və tələbə kollektivi.

Müxalifət”, 28 noyabr 1992, N 128:



Şəhidi ağlamazlar” başlığı altında verilən yazıda müəllif ürək yanğısı ilə Natiq Babayevin döyüş yolundan söhbət açır, bu cür oğulların ölümə yox, əbədiyyətə qovuşduğunu qeyd edir.

“... Laçında anadan olmuşdu, Laçın rayonunda da qəhrə­man­casına həlak oldu.”

...”Mən heç vaxt ölmərəm” sözünü düz demisən, qardaş! Sən ölməmisən. Sənin ruhun bu saat yanıb külə dönmüş, qarət edilmiş evlərinin, otu yanmış biçənəklərinin, qız-gəlinsiz qalmış bulaqla­rı­nın... dağında-daşında dolaşır.”

Musavat” 19 noyabr 1992, N 35:

İyirminci payız”

... Natiq ömrünün iyirminci payızını tamamlaya bilmədi. 19 oktyabr 1992-ci il onun son döyüşü oldu; ...Laçın ermənilərə veriləndən son­ra Natiq öz döyüş dostları ilə birlikdə Murov dağını aşıb Laçın ərazisinə gəldi və azğın ermənilərə qarşı ölüm-dirim savaşına gir­di. O, Qorçu, Qarabəyli, Pircahan, Kürdhacı, Tğik–1 kəndləri və Sarıbaba yüksəkliyi uğrundakı vuruşmalarda düşmənə qarşı gər­gin döyüşlərin iştirakçısı oldu...
Aydınlıq”, 27 noyabr 1992, N 52:

Həmişə 20 yaşında”



“...Laçın polkunda döyüşürdü. Laçının süqutundan sonra 35-ə qədər kəndin erməni yağılarından təmizlənməsində iştirak etmiş­di...”
Vəhdət”, 4 dekabr 1992, N 7:

Laçında bir oğul vardı”



“...Azyaşlı igid Laçının şimalındakı Qorçu, Ərdəşavan, Pircahan, ... Vağazin kəndlərinin erməni naqislərindən təmizlənməsi əmə­liy­yatlarında bir neçə düşmən maşınını məhv etdi...”
Yeni Azərbaycan”, 9 sentyabr 1995, N 18:

“Qəhrəman kəşfiyyatçı” sərlövhəli yazıda qeyd edilir ki, Natiq Babayev Laçının bütün kəndləri uğrunda gedən döyüşlərdə fəal iş­tirak edib. Hələ 9-cu sinifdə oxuyarkən əlinə ov tüfəngi götürüb könüllülər dəstəsinə qoşulmuşdu... O, oktyabr ayının 19-da 9 nəfər kəşfiyyat qrupu ilə birlikdə mühasirəyə düşdü. Natiqin döyüş yo­daşları ilə birlikdə on bir saata yaxın ölüm-dirim mübarizəsi mü­hasirənin yarılması ilə nəticələndi. Amma erməni quldurları güclü artilleriya atəşi ilə əks hücuma keçdilər. 6 nəfər kəşfiyyatçı ağır bədən xəsarəti aldı. Natiq Babayev, Namiq Abdullayev və Mətləb qəhrəmancasına həlak oldular.
Laçın”, 24 avqust 1993, N 8:

Bu qan yerdə qalmaz” başlığı ilə verilən məqalədə qeyd olu­nur ki, Natiq Babayev hələ orta məktəbin 9-cu sinifində oxuyar­kən Laçının sərhəd bölgələrinin müdafiəsində fəal iştirak edirdi.

...Bu yaxınlarda Natiqə Milli Qəhrəman adı verilməsi barədə təklifi eşidəndə bizim də ürəyimizdən oldu. Çünki, Natiq bu ada layiqdir.

* * *


Lakin Natiq Babayevə bu adın verilməsi indiyə kimi bürok­ra­tiya körpülərində ilişib qalmışdır.

Dünyada qəribə təzadlar var. Biri öz cavan canını vətən yo­lunda qurban vermək məqamı gələndə göz qırpmadan verir, baş­qa birisi isə quru adı qanuni sahibinə vermək üçün aylar və illərlə fikirləşir!

Bu yerdə bir həqiqəti də yada salmaq yerinə düşərdi. Deyirlər müharibə maddi ziyan vurur. Bəli, müharibənin iqtisadi zərəri hə­mişə göz qabağındadır. Lakin onun vurduğu mənəvi-ictimai zər­bə­nin ölçüsü daha böyükdür. Adətən müharibədə mərdlər, qorx­maz cəsurlar, qəlbi və əqidəsi təmizlər öndə olduğundan həlak olub gedir, namərdlər, qorxaqlar, xainlər, xəbislər və hiyləgərlər isə kolda-kosda gizlənib sonradan üzə çıxırlar.

Natiq, Mübariz və yüzlərlə belə-belə qəhrəman övladını itir­miş Qarabağın yarasının sağalmasını bir ömürdən də artıq gözlə­məli olursan. Belə qəhrəmanlar özlərini ölümə verəndə gələcəkdə “ad” almaq yox, Vətən qeyrəti, kişi namusu hissiyatı ilə güllə qa­ba­ğına atılırdılar.

Müharibə haqqında yalnız onun-bunun ağzından nəsə bir şey eşidib öyrənənlər, yaxud ölüm-dirim vuruşması gedəndə “katibə” stolundan bərk-bərk yapışanlar, cəbhəyə düşməmək üçün yüz cür arayış tapıb gətirənlər və sair və bu kimi neçə-neçə naqislər isti ka­binetlərdə oturub qəhrəmanlığa “norma” qoyurlar. Belələrindən so­ruşsan ki, öz canını neçə belə normaya dəyişər, cavab tapa bilərmi?

Natiq öz adını özü qazanıb. O, elə bir zirvəyə yüksəlib ki, hər kəs ona həsəd apara bilər!..



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin