ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1


M ü x b i r: — Müsahibəyə görə çox sağ olun



Yüklə 3,21 Mb.
səhifə62/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   58   59   60   61   62   63   64   65   ...   105
M ü x b i r: — Müsahibəyə görə çox sağ olun.
Müsahibəni yazdı: Əli Şamilov.
Redaksiyadan: Məqalə çapa hazırlanarkən eşitdik ki, Naxçıvan İşçi Konfederasiyasının sədri K.Teymurlunu AHİŞ-ə işə dəvət ediblər. Burada da islahatlar aparmaq üçün təşkilat komitəsi yaradılıb. K.Teymurlu da həmin təşkilat komitəsinə daxil edilib.

DEPUTAT BƏRABƏRLİYİ VƏ YA ŞƏXSİ MƏNAFE
İstər Milli Şura yaradılanda Ali Sovetin sessiyalarında, istərsə də qəzetlərdə və ya Televiziya-radio verilişlərində “deputat­ları növlərə ayırmayın” deyə haray salanları çox eşitmişik. Onların sözü ilk anda məntiqli və gözəl təsir bağışlayır. Ancaq bu fikri söyləyən millət vəkillərinin keçmişlərinə nəzər salanda başqa şeylər aşkara çıxır.

Bu cür hüquq bərabərliyi uğrunda mübarizə aparan deputatlardan biri də bizim yaxşı tanıdığımız Mirismayıl Əliyevdir. Sessiyaları diqqətlə izləyən tamaşaçıların yəqin yadında qalmış olar. Deputatların bəziləri Ali Sovetin sessiyalarının radio və Televiziya ilə translyasiya etmək məsələsini qaldıranda, M.Əliyev tez-tələsik mikrofona yaxınlaşaraq buna etirazını bildirdi. Fikrini də onunla əsaslandırdı ki, qışlama dövrü olduğundan seçicilərinin başı bu işlərə qarışıb. Sessiyalar translyasiya olunarsa, seçicilər işi qoyub televizora baxar, nəticədə heyvandarlığa böyük zərər dəymiş olar.

M.Əliyev Naxçıvandakı Şahbuz rayonundan deputat seçilib. Rabitənin bərbad vəziyyətdə olduğu bir zamanda sessiyanın gedişi müddətində M.Əliyev bu dağlıq rayonda yaşayan seçiciləri ilə görəsən, necə əlaqə saxladı və onların fikirlərini belə operativ şəkildə Milli Məclis üzvlərinə çatdırdı.

Bu hadisədən bir neçə gün sonra Naxçıvan MR Nazirlər Kabineti qarşısında — yəni M.Əliyevin Baş nazir olduğu binanın qarşısında piket keçirildi. Piketçilərin hay-küyündən aydın oldu ki, deputat seçicilərinin rəyini öyrənməyibmiş. Sadəcə rəhbərliyə yarınmaq üçün o cür çıxış edib.

Növbəti sessiyaların birində Azərbaycan Ali Sovetinin deputatları Naxçıvan MR Ali Məclisinin sədri Əkbər Əliyevin qanunsuz təyin olunduğunu, yəni seçkilərdə yetərsay olmadığı məsələsini müzakirəyə çıxarmağı istəyəndə, xitabət kürsüsünə qalxanlardan ilki yenə M.Əliyev oldu. Özündən əvvəl danışan deputat yoldaşının söylədiklərini heçə çıxarmaq üçün dəridən-qabıqdan çıxdı. Sonda “bu üzdəniraq demokratlar bizə işləməyə imkan vermirlər” hökmü ilə çıxışını yekunlaşdırdı. Azərbaycan Ali Sovetinin partnomenklaturadan seçilmiş deputatlarına da, rəhbərliyə də bu cür çıxışlar lazım idi. M.Əliyevin deyil, həqiqəti söyləyən deputatın sözü keçərsiz oldu.

Aradan bir neçə ay keçəndən sonra, Naxçıvan MR xalq deputatları Demblokun təkidi ilə növbədənkənar sessiyaya toplaşdılar. Ə.Əliyevin yetərsay olmadan seçildiyi təsdiqləndi və vəzifədən kənarlaşdırıldı. Hələ bu azmış kimi, elə həmin sessiyadaca Naxçıvan MR-də Sov. İKP-nin fəaliyyəti dayandırıldı. M.Əliyevin isə hakimiyyəti davam edirdi.

Oxucuları yəqin ki, bir deputat kimi onun fəaliyyəti də az maraqlandırmır. Lakin biz istərdik öncə onun namizədlik dövründəki fəaliyyətindən başlayaq.M.Əliyevi 1990-cı ilin əvvəlində Naxçıvan MR Nazirlər Sovetinə sədr təyin edərkən onu tanıyanları bir sual düşündürdü: — Görəsən, hansı yüksək iş keyfiyyətlərinə görə ağır və gərgin bir vaxtda M.Əliyevi belə bir məsul vəzifəyə təyin ediblər? Elə ilk aylardan məlum oldu ki, istər savadca, istər bacarıq və təşkilatçılıq cəhətdən o, nəinki müavinlərindən hətta ayrı-ayrı şöbə müdirlərindən də aşağı səviyyədə durur.

İlk dəfə idi ki, İran İslam Respublikasından Naxçıvana çoxsaylı rəsmi qonaqlar gəlmişdi. Onlar Naxçıvan Rəssamlar İttifaqının sərgi salonunda təşkil edilmiş “Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan” devizi altındakı sərgidə iştirak edəcəkdilər. 1990-cı il mayın 7-si idi. Sərginin açılışını səbrsizliklə gözləyən tamaşaçılar lentin kəsilməsi üçün qapıya yaxınlaşan M.Əliyevi və qonaqları alqışladılar. Lakin çox gülməli bir hadisə baş verdi. M.Əliyev tələsik addımlarla qırmızı lentin üstündən keçərək birbaşa salona daxil oldu. Qonaqlar da çaş-baş halda onun arxasınca getməli oldular.

…Xeyli vaxt idi Naxçıvan aeroportunun tikintisi davam edirdi. Hamı narahatçılıqla bu tikintinin tezliklə başa çatmasını arzulayırdı. Belə bir vaxtda sabiq sədr özünün deputat seçilməsi xatirinə yüksək keyfiyyətli betonu Şahbuz rayonunun kəndarası yollarına tökdürdü. Aeroportun tikintisi isə bu səbəbdən bir ildən çox yubanası oldu. Seçkilər ərəfəsində deputatlığa namizəd diqqətini Şahbuz rayonuna normativdən artıq ərzaq və sənaye mallarının göndərilməsinə yönəltmişdi. Onun imzaladığı sənədlər bu rəqəmlərin necə şişirdildiyindən xəbər verir. Hətta öz doğulduğu kənddən belə namizədliyini irəli sürə bilməyən M.Əliyev Şahbuz kimi kiçik bir rayonun sadə əmək adamlarını aldatmağın necə asan olduğunu, buradakı partokratiyanın mütiliyini yaxşı bilirdi. Heç təsadüfi deyil ki, bu yolla da Azərbaycanın xalq deputatı oldu.

Yuxarıda M.Əliyevin savadsızlığına vurulan eyham heç də təsadüfi deyildi. Oxucuda şübhə qalmasın deyə, onun bir neçə sənədə qoyduğu dərkənardan nümunələri aşağıda veririk: “Xahiş edirəm təcili baxıb həll edin ki, sədri quru söz verən saymasınlar və Qorbaçova bənzətməsinlər, nəticəsini mənə bildirin. M.Əliyev.” “İşə taxılsın. M.Əliyev” və s.Bu cür misalları çoxaltmaq olar. Təəssüf ki, sabiq sədr işlədiyi dövrdə rayon və şəhər XDS İK-nin hüquq və səlahiyyətlərini öz sərəncamları ilə pozurdu. Hansı maraq və təmənna iləsə, yerli sovetlərin başı üzərindən ayrı-ayrı adamlara maşın və başqa şeylər bölürdü.

İranın Zəncan və Gilan şəhərlərində baş verən zəlzələ bütün Naxçıvan xalqını kömək üçün ayağa qaldırmışdı. Öz bacı və qardaşlarına kömək etmək üçün küllü miqdarda ərzaq, geyim, pul və sair toplanırdı. Təəssüf ki, toplanmış pul vəsaiti zərərçəkənlərə kömək komissiyası üzvlərinin xəbəri olmadan M.Əliyevin sərəncamı ilə hara gəldi xərclənmişdi.

Artıq doqquz aydır ki, M.Əliyev Naxçıvan MR baş naziri vəzifəsindən azad edilmişdir. Bu müddətdə sizcə o öz seçicilərinin vəziyyəti ilə yenədəmi elə canfəşanlıqla maraqlanır? Əlbəttə yox. İndiyə qədər nəinki onlarla maraqlanmır, hətta Muxtar Respublika Ali Məclisinin sessiyalarında da iştirak etmir. Onda görəsən hansı hüquqla deputat bərabərliyindən danışır?

Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasından seçilən 15 nəfər xalq deputatından 4 nəfəri vəzifəyə görə seçilənlərdir. Əgər belə olmasaydı, onlar vəzifədən çıxandan sonra da seçiciləri ilə bir dəfə də olsun görüşərdilər. Odur ki, belələrinin bərabər hüquqdan danışmağa haqlarının olub-olmadığını qoy oxucular desinlər.
Azadlıq qəzeti, 1992, 20 may


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin