ƏLİ ŞAMİl burul ğ anda n ç ixma q m ü m k ü n d ü r m ü ? B a k ı — 0 1


DEPUTATLAR YUXARILARDA QARIŞIQLIĞI



Yüklə 3,21 Mb.
səhifə63/105
tarix01.01.2022
ölçüsü3,21 Mb.
#105868
1   ...   59   60   61   62   63   64   65   66   ...   105
DEPUTATLAR YUXARILARDA QARIŞIQLIĞI

GÖZLƏYİRLƏR
Naxçıvan MR Ali Məclisinə sədr təyin edilməsindən (bu barədə qəzetlərdə geniş məlumat olduğundan sessiyanın yetərsəssiz keçirilməsi və s. məsələləri geniş şəhr etməyə ehtiyac duymadıq) iki aya yaxın bir müddət keçir. Lakin yeni təyin edilmiş sədr hələ də deputatları bir yerə toplayıb Ali Məclisin sessiyasını keçirə bilməyib. Özünün dediyinə görə əgər üç ayı sessiyanı çağıra bilməsə istefa verəcək.

Hadisələrin gedişi, ötən illərin təcrübəsi, hazırki siyasi duruğ onu göstərir ki, Namiq Həsənov istəsə belə istefa verə bilməyəcək. Necə deyərlər ona imkan verməyəcəklər. Olsa-olsa Azərbaycanda hakimiyyət dəyişən kimi Naxçıvan MR Ali Məclisinin 1994-cü ilin aprelin 1-də qəbul etdiyi qərarı qanunsuz sayacaqlar.



Bəs Muxtar Respublikanın siyasi həyatındakı gərginliknə vaxtadək davam edəcək, bu gərginlik kimə və nəyə lazımdır?

Onu da xatırladaq ki, H.Əliyev Naxçıvan MR Ali Məclisinin sədri işlədiyi 21 ayın son yeddi ayında bir dəfə də olsun sessiya çağıra bilməmiş, partiya-təsərrüfat fəalları yığıncağını xatırladan “genişləndirilmiş rəyasət heyəti” iclasları ilə kifayətlənmişdi. Hətta o Bakıya rəhbər vəzifəyə gedəndən sonra da sessiya çağırmaq mümkün olmamışdır. Bir sözlə Naxçıvan MR Ali Məclisinin sessiyaları arasındakı fasilə rekord rəqəmə 18 aya çatmışdı. N.Həsənov da bax beləcə — Muxtar respublikanı qanunvericilik orqanın fəaliyyətindən istifadə etməyə məcbur edilmişdir. O, buna istəsə də, istəməsə də məcburdur. Çünki, onun hazırkı rəhbərliyə sədaqətinə şübhə var. Rəhbərlik yaxşı bilir ki, Namiq Həsənov partiya — nomenklatura əxlaqını gözəl mənimsəsə də lider olmaq həvəsi hər şeyə üstün gəlir. Onun bütün xasiyyətləri — daim liderliyə can atması, müxtəlif manevrləri, qarşısına çıxa biləcək maneələri dəf etmə üsulları Heydər Əliyevə yaxşı tanışdır. 1991-ci ilin avqustun 26-da Moskvada baş vermiş qarışıqlıqdan istifadə edən Naxçıvandakı xalq hərəkatı fəalları beş aydan artıq çağırılması mümkün olmayan Naxçıvan MR Ali Məclisinin sessiyasının çağırılmasına nail oldular. Həmin vaxt Ali Məclisin sədri təyin edilmiş Əkbər Əliyev və bir neçə rəhbər vəzifəli deputat Muxtar Respublikadan kənarda idi. Gecə saat 4-dək davam edən, dəfələrlə fasilə verən sessiyanı məcburiyyət qarşısında qalmış Ali Məclis sədrinin müavini Rəşid Həsənov aparırdı. Demokratik blokdan olan deputatların, eləcə də sessiyanın keçirildiyi binanı mühasirəyə almış adamların təzyiqi ilə Əkbər Əliyevin Ali Məclisə sədr təyin olunduğu sessiyada yol verilmiş saxtakarlıq geniş müzakirə edildi. Yetərsəs olmadan keçirilmiş sessiyada qəbul edilmiş qərar qanunsuz sayıldı. Ali Məclisə yeni sədr seçilməsi uğrunda mübarizə başladı. Demokratik blokdan olan deputatlar azlıq təşkil etdiyindən öz namizədlərini keçirə bilməyəcəkdilər. Sessiya baş tutmasın deyə Bakıdan rəhbər vəzifədə olan deputatların bir qrupunu müxtəlif bahanələrlə mərkəzə çağırırdılar. Ayaz Mütəllibovun Əkbər Əliyevin ona tam sadiq olacağına inamı yox idi. Ona görə də Azərbaycan KP MK katibi Zakir Abdullayevi Naxçıvana göndərib. Əkbər Əliyevi həm Vilayət Partiya Komitəsinə I katib, həm də Ali Məclisə sədr təyin etdilər. Əkbər Əliyev demokratik blokdan olan deputatlar arasında da mütaliəli, loyal bir rəhbər işçi kimi tanınırdı. O, Vilayət Partiya Komitəsinin I katibi kürsüsündə əyləşəndən sonra özü demokratik blokdan olan deputatlarla danışıq aparıb qanuni yolla Ali Sovetə sədr seçilə bilərdi. A.Mütəllibov və onun komandası yaxşı bilirdi ki, belə olarsa Əkbər Əliyev sərbəst işləyəcək, çox vaxt onların tapşırığını yerinə yetirməyəcək, deputatların qəbul etdiyi qərarlarla razılaşacaq. Kommunist idarə üsulunun sınanmış metodundan istifadə edərək, Əkbər Əliyevi yetərsəs olmadan Ali Məclisə sədr təyin etdilər ki, o bir az sərbəstlik edən kimi, sessiyanın yetərsəssiz olduğunu, vəzifədən hər an uzaqlaşdırılacağını ona xatırlatsınlar. Əvvəllər cəbhəçilərlə mülayim davranan, çox vaxt onlarla məsləhətləşib ortaq yol seçən Əkbər Əliyev Ali Məclis sədri olan kimi demokratik qüvvələrə qarşı sərt mövqe tutdu.

Nəticəsi də o oldu ki, cəmi beş ay sonra özünün iştirak edə bilmədiyi sessiyada vəzifədən uzaqlaşdırıldı. Dünən onun qanuni seçildiyini söyləyən kommunist nomenklaturasından olan deputatlar 5 aydan sonra sessiyanın yetərsəssiz keçirildiyini söylədilər. Həmişə yuxarının tapşırıqlarını yerinə yetirməyə alışmış partnomenklatura deputatları arasında bir çaşqınlıq yaranmışdı. Demblok öz yığıncaqlarını keçirir sədrliyə, sədr müavinliyinə verəcəkləri namizədləri müzakirə edirdilər. Komblok isə yuxarıdan göstəriş gözləyirdi. Belə bir çaşqın vəziyyətdə Namiq Həsənov irəli çıxdı, partnomenklaturadan olan deputatların yığıncaqlarını keçirdi Komblok yığıncaqdan yığıncağa püxtələşir, çaşqınlıqdan çıxır Namiq Həsənovu lider və özlərinin sədrliyə namizədlərindən biri kimi görürdülər. Komblokun mütəşəkkil qüvvəyə çevrildiyini görən Heydər Əliyev özünün Ali Məclis sədrliyinə namizədliyinin irəli sürülməsinə razılıq verməsilə komblokda parçalanma saldı istədiyinə çox məharətli manevrlə nail oldu.

1991-ci ildə Ali Məclis sədrliyinə H.Əliyevin real rəqiblərindən biri də Namiq Həsənov idi. Belə olan halda Heydər Əliyev Namiq Həsənova kin-küdurətini unutmuşdumu? Niyə məhz başqasını yox Namiq Həsənovu Ali Məclis kreslosunda əyləşdirdi. Əkbər Əliyevin Ali Məclis kreslosunda əyləşdiyi ilə Namiq Həsənovun Ali Sovet sədri vəzifəsini tutması arasında çoxlu oxşar cəhətlər tapmaq olar.

Namiq Həsənov da təcrübəli işçidir. Özünü demokratik fikirli, yenilikçi bir şəxs kimi göstərə bilir. İmkan və vaxt verilsəydi, özü deputat qrupları arasında manevrlər edərək qanuni yolla Ali məclisə sədr seçilə bilərdi. Lakin bu Heydər Əliyevi qane etmirdi Çünki, səhər Namiq Həsənov onun hər bir tapşırığına müticəsinə əməl etməzdi.



Odur ki, Azərbaycan Ali Sovetinin sədri Rəsul Quliyevi Naxçıvana göndərib yetərsəssiz olmadan da Namiq Həsənovu Ali Məclis sədri kreslosunda əyləşdirərdi. H.Əliyevin bu manevri mənasız deyildi. Yaxşı bilirdi ki, N.Həsənovun qohumları Muxtar Respublikada bir çox yüksək vəzifələri tutublar, onların iqtisadi dayağı və silahlı dəstələri də var. Demək Namiq Həsənov Muxtar Respublikanı qanunlarla deyil qohumları — Babək Rayon Sovetinin sədri olan qaynı Tahir Əliyevlə, Naxçıvan Səhiyyə Nazirinin müavini olan bacısı Elmira Əliyeva ilə, Naxçıvan Su Təsərrüfat naziri olan xalaoğlusu Kərim Qasımovla, Naxçıvan Taxıl Məhsulları Kombinatının direktoru Bəxtiyar Kərimovla, Naxçıvan MR Baş nazirinin birinci müavini, həmkəndlisi Eldar İbrahimovla, Naxçıvan Kənd Təsərrüfatı Naziri, həmkəndlisi və yaxın dostu Adil Məmmədovla, Naxçıvan Kooperativlər İttifaqı Avtomobil dəstəsinin rəisi olan qardaşı Natiq Həsənovla və Ali Məclisə işə götürdüyü qohumları Nəbi Qasımov, Aydın Quliyev və başqaları ilə birlikdə idarə edəcək. Yuxarıların hər hansı tapşırığına əməl etmək istəməsə onda tez qanunsuz seçildiyi sessiya yadına salınacaq.

Naxçıvanda Ali Məclis sədri dəyişən kimi deputatların “fəallığı”, sessiyaların sayı, yeni qərar və qanunların müzakirəsi, qəbulu da artır. Amma yetərsay olmadan keçirilən sessiyalarda seçilən Əkbər Əliyevin və Namiq Həsənovun hakimiyyəti dövründə bu “fəallığı” bir passivlik əvəz edib. Deputatlar səbrlə gözləyiblər ki, yuxarılarda nə vaxt qarışıqlıq düşsə onda səslərini çıxartsınlar, sədrin qanunsuz seçildiyini elan etsinlər.
Müxalifət qəzeti, 1994, 15 may


Yüklə 3,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin