AZANIN SÖZLƏRİ
"Vəsail-Şiə" kitabında nəql olunmuş çoxlu rəvayətlərdə azanın sözləri aşağıdakılar kimi qeyd olunmuşdur:
-
Alahu Əkbər. 4-dəfə.
-
Əşhədu ən-la İlahə iləlləllah. 2-dəfə.
-
Əşhədu ənnə Məhəmmədən Rəsulullah. 2-dəfə.
-
Həyyə əlas-səlah. 2-dəfə.
-
Həyyə ələl-fəlah. 2-dəfə.
-
Həyyə əla xeyril-əməl. 2-dəfə.
-
Allahu- Əkbər. 2-dəfə.
-
La ilahə illəllah. 2-dəfə.
Ancaq, azanın, "Əşhədu ənnə Əliyyən vəliyyullah" cümləsi, azanın əsl tərkib hissəsi olmayıb, azanda deymilməsi savabdır. Hədislərdə bu cümlənin də deyilməsinə tə`kid olunmuşdur.
İMAM RZA (ƏLEYHİSSALAM), AZANIN HİKMƏTİ BARƏSİNDƏ
Şeyx Səduq İmam Rza (əleyhissalam)-dan nəql edir ki, Həzrət buyurur:
"Həqiqətən, müsəlmanlar bir neçə səbəbə görə azana əmr olunmuşdular. O onlardan, namazı unudanlara xatırlatmaq, qafilləri agah etmək, namazın vaxtını bilməyənlərə xəbərdarlıqdır. Həmçinin, azançı öz azanı ilə insanları Allahın ibadətinə də`vət edir. Onları namaza meyilli edib, Allahın təklifinə iqrar etdirir. İman və İslamını aşikar e`lan edib, unudanlara xatırladır.
Azançıya, namazıe`lan etdiyinə görə azançı deyirlər. Azan, təkbirlə (Allahu Əkbər) başlayıb, la ilahə illəllah deməklə qurtarır. Çünki, Allah-taala Öz adını əvvəldə və sonda, La ilahə illəllah deməyi sevir. İki dəfə təkrar edir ki, eşidənə tə`sir etsin. Əgər birinci cümləni deməklə qafil ayılmasa, ikinci cümlə ilə özünə gələr. İmanın əsli şəhadəti deməkdir.Beləliklə, şəhadəti demək iki dəfə qərara alınmışdır.Necə ki, başqa hüquqlarda da, iki şahid tutulur. Bəndə, Allahın təkliyinə və Peyğəmbər (səllallahu əleyhi və alihi və səlləm) risalətinə iqrar etdikdə, imanın bütün rükununa iqrar etmiş olur. Çünki, imanın əsası, Allaha və Peyğəmbərinə iqrar etməkdir. Şəhadət verdikdən sonra namaza də`vət edir. Çünki, azan əsasən, namaza də`vətdən ötrü tə`yin olunmuşdur. Bu da, azanın sözləri arasında namaza olan nidadır. Daha sonra nicat və hidayət olunmağa də`vət olunur. Sonra "Həyyə əla xeyril-əməl"lə, ən yaxşı əmələ də`vət olunur. Nəhayət, azan sonda, Allahın adı ilə sona yetir.1
AZAN VERMƏYİN SAVABI
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:
"Hər kim müsəlman şəhərlərindən birində bir il azan versə, Behişt ona vacib olar!"2
Başqa yerdə İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, buyurur:
"Behiştə daxil olacaq ilk şəxslərdən biri də, Bilaldır. Soruşdular: Nəyə görə? Həzrət buyurur: Çünki, ilk azaçı olub!"3
Başqa yerdə, yenə də İmam Baqir (əleyhissalam)-dannəql olunur ki, İslam Peyğəmbəri (səllallahu əleyhi və alihi və səlləm) buyurur:
"Azan verən, qılıncını sıyırıb İslam düşmənləri ilə cihad edən kimidir!"
Həzrət Əli (əleyhissalam) buyurur:
"Qiyamət günü azan verənlər, uca boylu və boyunları yuxarı çəkilmiş halda gələrlər!"4
Şeyx Səduq öz kitablarından birində İslam Peyğəmbərindən (səllallahu əleyhi və alihi və səlləm)rəvayət nəql edir ki, Həzrət buyurur:
"Allaha görə azan verənə, Allah-taala qırx min şəhidin, qırx min saleh şəxsin savabını əta edər. Onun əli ilə ümmətimdən qırx min günahkar Behiştə daxil olar. Agah olun! Azançı Allahın təkliyinə şəhadət verərkən, yetmiş min məlaikə ona salam verər və ondan ötrü istiğfar edərlər. Qiyamət günü Allah-taala məxluqatın hesabını qurtarana kimi onlar, Allahın ərşi sayəsində olarlar. Azançının, Peyğəmbərin (səllallahu əleyhi və alihi və səlləm) risalətinə şəhadətinə xatir, qırx min mələk ona salam göndərir!" 1
30. PİŞNAMAZIN HAQQI
وَأمّا حَقُّ إمَامِكَ فِي صَلاتِكَ فَأَنْ تَعلَمَ أنّهُ قَدْ تَقَلَّدَ السِّفَارَةَ فِيمَا بَيْنَكَ وبَيْنَ اللَّهِ وَالْوِفَادَةَ إلَى رَبكَ، وتَكَلَّمَ عَنْكَ وَلَمْ تَتَكَلَّمْ عَنْهُ، وَدعَا لَكَ وَلَمْ تَدْعُ لَهُ، وَطَلَبَ فِيكَ وَلَمْ تَطْلُبْ فِيهِ، وَكَفَاكَ هَمَّ الْمَقَامِ بَينَ يدي اللهِ وَالمُسَاءَلَةَ لَهُ فِيكَ وَلَمْ تَكْفِهِ ذَلِكَ، فَإنْ كَانَ فِي شَيْءٍ مِنْ ذَلِكَ تَقْصِيرٌ كَانَ بهِ دُونَكَ، وَإنْ كَانَ آثِماً لَمْ تَكُنْ شَرِيكَهُ فِيهِ وَلَمْ يَكُنْ لَهُ عَلَيكَ فَضلٌ، فَوقَى نَفْسَكَ بنَفْسهِ، وَوَقَى صلاتَكَ بصَلاتِهِ، فَتَشْكُرَ لَهُ عَلَى ذلِكَ. ولا حَوْلَ ولا قُوَّةَ إلا باللهِ.
"Camaat namazında, sənin pişnamazının haqqı budur ki, biləsən, o, Allaha tərəf seyr etməyi Allahla sənin aranda öz öhdəsinə götürmüşdür. O, bu məqamda sənin tərfindən söz danışır və sən onun tərəfindən danışmırsan. O səndən ötrü dua edir, amma sən ondan ötrü dua etmirsən. O səndən ötrü Allahdan istəyir, amma sən ondan ötrü istəmirsən. Allah-taalanın dərgahında dayanmaqvəsənin tərəfidən istəmək kimi əhəmiyyətli və məs`uliyyətli bir işi öz öhdəsinə almışdır. Sən isə ona görə bir şeylə kifayətlənməyib, öhdənə bir şey almırsan. Əgər bu işdə bir eyb qarşıya çıxsa, sən yox, o cavabdehdir. O, özünü sənə, namazını isə sənin namazına sipər qərar verib. Bəs buna görə də, ona təşəkkür etməlisən.Allah tərəfindən başqa heç bir güc-qüvvət yoxdur!"
İmam Səccad (əleyhissalam)-ın buyurduqlarının xülasəsi budur:
Namaz qılan bilməlidir ki, pişnamaz, Allahla onun arasında vasitə olub, onun tərəfindən söz danışır, dua edir və dua məqamında onun tərəfindən təvazökarlıq və razi-niyaza dözür. Əgər onun namazında qüsur və naqislik olarsa, imam camaat cavab verər, günahında da, heç kəs şərik deyildir.
Pişnamazın, arxasında durub namaz qılanın heç bir üstünlüyü yoxdur, bəlkə də, pişnamaz, Allah dərgahında sənin namazını qoruyandır.
Bu fəsildə bəhs, namazın əslindən yox, pişnamazdan gedir. Mehrabda duran pişnamaz, bütün namaz qılanları Şeytanla döyüşə və mübarizəyə cəm etmişdir. Həmçinin, pişnamaz, bütün namaz qılanları, Allahın feyz və rəhmətini qazanmağın qaynağına cəlb etmiş, qəlb karivanını Allaha tərəf çəkib, onların hamısının tərəfindən ən nəhayət təvazökarlıq və pişnamazlığı ilə dövlətli və kasıbı bir yerə cəm etmişdir. Padşah-rəiyyət, ağ-qara, alim-cahil, dövlətli-kasıb, hamısını bir sıraya düzüb, təkəbbürü aradan aparmışdır.
Dostları ilə paylaş: |