Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə36/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   ...   32   33   34   35   36   37   38   39   ...   81

Camaat namazının savabı


Əbi Səid Xidri, İslam Peyğəmbərindən (əlləlləahu əleyhi və alehi və səlləm) nəql edərək buyurur:

"Əsr namazından sonra Cəbrail yetmiş min mələklənazil olaraq buyurdu: Ya Məhəmməd! Allah-taala salam göndərir və səndən əvvəl heç bir peyğəmbərə vermədiyi iki hədiyyəni sənə bağışlayır. Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşur: O iki hədiyyə nədir?

Cavab verir: Birinci: Bir rək`ətvitr" namazı. İkinci: ndəlikbeş vaxt namazı camaatla birlikdə qılmaq.

Peyğəmbər (səlləlləahu əleyhi və alehi və səlləm) soruşdu: Mənim ümmətim üçün camaat namazında nə savab var? Cəbrail buyurur:

Ya Məməmməd! Camaat namazında iki nəfər olsa , hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə yüz əlli rəkət namazın savabını yazar. Üç nəfər olarsa, Allah-taala onların hər birinə hər bir rəkətə görə iki yüz əlli rəkət namazın savabını yazar. Namaz qılanlarının sayı dörd nəfərə çatarsa, Allah-taalaonların hər birinə, hər bir rəkətin müqabilində min iki yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı beş nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə min üç yüz rəkət namazın savabını yazar.Əgər namaz qılanların sayı altı nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə iki min dörd yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı yeddi nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə dörd min altı yüz rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı səkkiz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə doqquz min altı yüz rəkət namazın savabını yazar.

Əgər namaz qılanların sayı doqquz nəfərə çatarsa, hər bir rəkətin müqabilində, Allah-taala onların hər birinə on doqquz min rəkət namazın savabını yazar. Əgər namaz qılanların sayı on nəfərdən çox olarsa, yer və göylərdəki dəryalar mürəkkəb, ağaclar qələm, bütün cin, insan və məlaikələr yazan olsalar, onların namazlarının bir rəkətinin savabını yazmağa qüdrətləri olmaz.

Ya Məhəmməd! Mö`minin "təkbir"lə (Allahu-Əkbərlə) qoşulduğu camaat namazının savabı, ondan ötrüvacib olmayan yetmiş həcc və min ümrədən üstündür.”1

Başqa bir rəvayətdə, raviİmam Sadiq (əleyhissalam)-dan soruşur: “İki nəfərlə camaat namazı bərpa olurmu? Buyurur: Bəli!İkinci nəfər pişnamazın sağ tərəfində durmalıdır2

Başqa bir hədisdə nəql olunur ki, Cuhni adlı bir nəfər İslam Peyğəmbərinin (səlləlləahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və soruşur: Mən səhralıqda yaşayıram. Azandan sonra zövcəm, övladlarım və xidmətçilərimlə birlikdə camaat namazı qılıram. Bu camaat namazı sayılırmı? Həzrət buyurur: Bəli!

Bütün bu rəvayətlərə diqqət etdikdən sonra nəyə görə əmirəl-mö`minin Əli (əleyhissalam)-ın şiələri bu qədər savabı əldən verməlidirlər? Məgər bu, ən pis xəsarət sayılmazmı?


Pişnamazlardan əhvalvtlar


Camaat namazının savavbı barəsində qısa şəkildə rəvayətlər nəql etdikdən sonra yerinə düşər ki, tarixçi Qapançının "Şərh risalətul-quq" kitabında nəql etdiyi bir neçə əhvalata işarə etməklə bu bəhsimizi sona yetirək.3

Birinci: Mucrim adlı bir nəfər ərəb, pişnamazın arxasında birinci sırada durub namaz qılırmış. Pişnamaz öz qiraətinin arasında bu ayəni oxuyur:

Məgər biz öndə gedənləri lak etmədikmi? Sonra isə başqalarını da onlara birləşdirdik!"

Ərəb bu sözü eşitcək üçüncü sıraya keçir. Pişnamaz öz qiraətində bu ayəni oxuyur:

Biz cinayətkarlara belə cəza veririk “

Ərəb öz-özünə deyir: Allaha and olsun ki, məndən başqa heç kimi nəzərdə tutmayıb!. Ayaqqabısınıgötürüb məsciddənqaçır!

İkinci: İbrahim, Musa və Hacı Əhməd adlı üç qardaş vardı. Onlar köməkli bir məscid tikdirərək camaat namazından ötrü bir nəfər pişnamaz tə`yin etmiş, məscidi birlikdə idarə edirdilər. Günlərin birində pişnamaz namazda bu ayəni qiraət edir:

"Həqiqətən, bu deyilənlər əvvəlki kitablarda mövcuddur. İbrahimin və Musanın kitablarında.”

Namaz qurtardıqdan sonra hacı Əhməd pişnamaza belə müraciət edir: Məgər bilmirsən ki, bu məscidi biz qardaşlar tikib idarəsində də müştərəkik? Pişnamaz cavab verir: Bəli! Bəs necə olur ki, o iki qardaşımın adını namazda çəkirsən , amma məni yaddan çıxarırsan?!

Pişnamaz cavabında buyurur: Bu Qur`an ayələridir, onu artırmaq olmaz.

Hacı Əhməd cavab verir: Xeyr! De ki: Bu mənim o iki nəfərə qarşı məhəbbətimdir. Əgər bundan sonrakı namazda mənim də adımı çəkməsən əlimdəki əsa ilə səni möhkəm əzişdirəcəm! Pişnamaz canının qorxusundan növbəti namazda oxuyur:

İbrahimin, Musanın və hacı Əhmədin kitablarında"

Namazdan sonra namaz qılanlar pişnamazdan soruşurlar: Hacı Əhmədin adını hardan Qur`ana saldın?! Cavab verir: Möhkəm əsa zərbəsilə hədələmək səbəb oldu ki, hacı Əhmədin adı Qur`ana düşsün!



Üçün: Nəql olunur: Bir nəfər pişnamaz, bazardanvedrə alıb, məscidə namaza gəlir. Namaz qılarkən vedrəni gözünün qabağına qoymaqdan utanıb, onu arxa tərəfinə qoyur. Rükuya gedərkən vedrə yadına düşür. Güman edir ki, vedrəni oğurladılar. Ona görə də, başını rükudan qaldırarkən: "Rəbbəna! Ləkəl həmd!" (İlahi Sənə həmd olsun!)- deməyin əvəzinə, buyurur: "Rəbbəna! Ləkəs-sətl!” (İlahi! Vedrəni Sənə tapşırdım!). Bu zaman, dalda namaz qılanlardan biri deyir: :Əs-sətlu xəlfəkə la bə`sə bi ”! (yə`ni, vedrə yanındadır, bir şey olmayıb)

Dördün: Bir nəfər pişnamazın arxasında namaz qılırmış. Pişnamaz nə qədər çalışırsa, "Fatəhə" surəsi yadına düşmür. Bədəninə titrəmə düşür.Başlayır: "Əuzu billahi minəş-Şeytanir-rəcim" cümləsini təkrar-təkrar deməyə. Bu vaxt arxadan bir nəfər deyir: Şeytanın günahı yoxdur, sən namazı unutmusan!

Bəli! Camaat namazı barəsində zikr olunmuş savablar, həm pişnamaza, həm də arxada namaz qılana aiddir.



Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin