Şivəxan Abdulov, Yusif Əhmədov “K/T mühasibat uçotu”Bakı 2009
Qəhrəman Rzayev “Mühasibat uçotu və audit” Bakı 2000
Tacəddin İmirhəsənli, Rza Qasımov“Mühasibat uçotu” Bakı 2009
Ə.A.Sadıqov, T.Ə.Sadıqov və başqaları “Mühasibat uçotu” Bakı 2012
https://muhasib.az
https://muhasibat.az
Əmək haqqı nədir?
Əmək haqqı, əmək məcəlləsinin 154-cü maddəsinə əsasən, müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə və ya göstərdiyi xidmətlərə görə işə götürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, buna edilən əlavələr, mükafatlar və digər ödəmələrin məcmusudur. Qısa olaraq deyə bilərik ki, əmək haqqı əmək funksiyasını yerinə yetirdiyi zaman gördüyü işə və xidmətlərə görə əldə etdiyi qazancdır.
Əmək haqqını hesablamaq üçün mühasibə aşağıdakı sənədlər lazımdır:
SƏNƏDLƏR Əmək müqaviləsi (vəzifəsi və maaşı) İşə çıxma tabeli Əmrlər (ezamiyyət, məzuniyyət, premiyalar, müavinətlər və s.)
Əmək haqqının hesablanma qaydası:
Əmək müqaviləsində göstərilən maaşı ay ərzində iş günlərinə bölürük və işlədiyi günlərin sayına vururuq.
MİSAL
İşçi əmək müqaviləsinə görə 1000 AZN (Brutto) əmək haqqı alır. Oktyabr ayında 2 gün işə gəlməyib. Həmin ayda 23 iş günü olduğunu nəzərə alsaq, işçinin maaşı aşağıdakı kimi hesablanacaq: