787) Xəstənin sidiyini müayinə edərkən terminal tikanları olan iri ölçülü helmint yumurtaları aşkar edilmişdir. Bu, hansı helmint üçün xarakterdir?
A) askaridlər
B) ankilostomalar
C) sidik-cinsiyyət şistosomları
D) tükbaş qurd
E) bizquyruq
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
788) Barbaqallo konservantının tərkibinə nə daxil deyil?
A) nişasta
B) xörək duzu
C) su
D) yalnız formalin və su
E) formalin
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
789) Sadalananlardan lyambliya trofozoitlərini səciyyələndirən əlamətlərin birindən başqa hamısı düzdür. Səhv əlamət hansıdır?
A) 2 nüvəsi vardır
B) 4 cüt qamçıları vardır
C) eritrositləri faqositoza uğradır
D) şaquli səthi nazik bağırsağın mikroxovlarına yapışmışdır
E) cismi armudabənzər formaya malikdir
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
790) Sidikdə hansı xəstəliyin törədiciləri aşkar edilə bilər?
A) lyambliozun
B) sidik-cinsiyyət şistosomozunun
C) balantidiozun
D) strongiloidozun
E) fassilyozun
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
791) İbtidailərin boyanmasında hansı üsul istifadə edilir?
A) Gins
B) Romanovski – Gimza
C) Sil - Nilsen
D) Neyser
E) Oceşko
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
792) Sadalanan helmintozların birindən başqa hamısı koproloji müayinə üsulları vasitəsilə aşkar edilir. Bu hansı helmintdir?
A) trixostrongilidlər
B) ankilostomatidlər
C) trixinelyoz
D) metaqonimoz
E) askaridoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
793) Fyulleborn üsulu ilə nəcisi müayinə etdikdə səthi plyonkaya ən tez hansı helmintin yumurtaları çıxır?
A) askarid
B) ankilostomatid
C) tükbaş qurd
D) trematod
E) teniid
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
794) Dəri leyşmaniozu diaqnozunun təsdiqlənməsi üçün hansı material götürülür?
A) limfa düyünlərinin punktatı
B) sümük iliyinin punktatı
C) dalaqdan götürülmüş punktat
D) qan yaxması
E) xoranın ətrafındakı iltihab yatağından qaşıntı
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
795) Təbii ocaqlar hansı xəstəliklər üçün xarakterdir?
A) transmissiv yoluxma mexanizmli antroponozlar üçün
B) transmissiv zoonozlar üçün
C) qeyri - transmissiv zoonozlar üçün
D) aerozol infeksiyalar üçün
E) sapronozlar üçün
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
796) Hansı xəstəlik zamanı heyvanlar parazitin son sahibidir?
A) himenolepidoz zamanı
B) trixosefalyoz zamanı
C) exinokokkoz zamanı
D) ankilostomidoz zamanı
E) askaridoz zamanı
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
797) Hansı helmintin inkişaf siklində iki aralıq sahib iştirak edir?
A) difillobotrium latum
B) teniarinxus saqinatus
C) askarid
D) tenia solium
E) himenolipis nana
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
798) Hansı helmintlər torpağın sanitar-göstəricisi sayılırlar?
A) enli lentcə, tükbaş qurd, bizquyruq
B) askaridlər, tükbaş qurd, ankilostomalar
C) bizquyruq, teniidlər, tükbaş qurd
D) askaridalar, teniidlər, trixostrongilidlər
E) trixosefallar, difillobotriyalar, ankilostomalar
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
799) İnsan orqanizmində askaridlərin yaşama müddəti nə qədərdir?
A) 9-12 ay
B) 1 ay
C) 6 ay
D) 1 həftə
E) 2 il
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
800) Xarici mühit amillərinin (müxtəlif kimyəvi maddələrin təsiri də daxil olmaqla) təsirinə qarşı ən davamlı helmint yumurtaları hansılardır?
A) askaridlərin
B) ankilostomidlərin
C) trixostrongilidlərin
D) cırtdan qurdun
E) davamlı formalar yoxdur
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
801) Dezinseksiya hansı xəstəliyin ocağında aparılır?
A) brüselyoz
B) səpgili yatalaq
C) leptospiroz
D) difteriya
E) qara yara
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
802) Uşaq kollektivində askaridozla invaziyalaşmanın neçə faizi aşkar edildikdə bütün uşaqların dehelmintizasiyası aparılmalıdır?
A) 1-2%
B) 50%
C) 10-15%
D) 40-50%
E) 20-25%
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
803) Lyambliyalar əsasən hansı yolla ötürülürlər?
A) su yolu ilə
B) qida və təmas-məişət yolu ilə
C) su, qida və təmas-məişət yolu ilə
D) su və qida yolu ilə
E) transmissiv yolla
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
804) Bilavasitə xəstədən insan hansı helmintozla yoluxa bilər?
A) trixosefalyoz
B) himenolepidoz
C) teniarinxoz
D) askaridoz
E) opistorxoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
805) Şaquli yoluxma mexanizmi hansı xəstəlik zamanı realizə olunur?
A) lyamblioz zamanı
B) helmintozlar zamanı
C) amöbiaz zamanı
D) himenolipedoz zamanı
E) toksoplazmoz zamanı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
806) Kələntəryan üsulu üzrə müayinə zamanı səthi plyonkada hansı helmintlərin yumurtaları aşkar edilmir?
A) askaridin
B) opistorxların
C) ankilostomatidlərin
D) trixososefalların
E) tükbaş qurdun
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
807) Transmissiv yoluxma yolu hansı xəstəliyə xas deyil?
A) malyariya
B) qayıdan yatalaq
C) sarı qızdırma
D) qızılca
E) leyşmaniozlar
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
808) Aşağıda sadalananlardan hansı ibtidailər dölün bətndaxili infeksiyalaşmasına səbəb ola bilərlər?
A) dizenteriya amöbü
B) toksoplazmalar
C) tripanosomlar
D) malyariya plazmodiumları
E) leyşmaniyalar
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
809) Peroral kontagioz helmintozlar qrupuna hansı helmintoz aiddir?
A) askaridoz
B) trixosefalyoz
C) himenolepidoz
D) teniarinxoz
E) ankilostomidoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
810) Hansı helmintoz peroral antroponoz geohelmintozlar qrupuna aiddir?
A) enterobioz
B) himenolepidoz
C) ankilostomidoz
D) askaridoz
E) teniidozlar
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
811) Hansı helmintoz sestozlara aiddir?
A) öküz söliteri
B) fasiola
C) askaridoz
D) ankilostomidoz
E) nekator
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
812) Hansı ibtidailər sporlular sinfinə aiddir?
A) kandida
B) lyambliyalar
C) trixomonada
D) plazmodiumlar
E) amöblər
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə. Epidemiologiyadan təjrübə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
813) İnsan orqanizmində parazitlik edən trematod hansıdır?
A) exinokokk
B) askarid
C) tükbaş
D) trixomonada
E) fasiola
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
814) Peroral antroponozlar qrupuna hansı helmintoz aid deyil?
A) trixosefalyoz
B) strongiloidiz
C) ankilostomoz
D) tenioz
E) askaridoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
815) Hansı helmintoz biohelmintozlara aid deyil?
A) teniarinxoz
B) difillobotrioz
C) exinokokkoz
D) enterobioz
E) trixinelyoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
816) Antroponoz helmintozlara hansı helmintoz aid deyil?
A) enterobioz
B) trixosefalyoz
C) askaridoz
D) himenolepidoz
E) exinokokkoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
817) Hansı helmint geohelmintozlara aiddir?
A) opistorxoz
B) exinokokkoz
C) difillobotrioz
D) teniarinxoz
E) ankilostomidoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
818) Aşağıda qeyd olunanlardan hansı təmas helmintozlarına aiddir?
A) Askaridoz
B) trixinelyoz
C) Himenolepidoz
D) Difillobotrioz
E) Opistorxoz
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
819) Parazitar xəstəliklərə hansı xəstəlik aiddir?
A) Kampilobakterioz
B) Yersinyoz
C) Qoturluq
D) Dizenteriya
E) Qarın yatalağı
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
820) Sadalanan helmintlərdən hansı geohelmintlərə aiddir?
A) Tükbaş qurd
B) Bizquyruq
C) Trixinellalar
D) Exinokokk
E) Difillobotrium latum
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
821) Hansı bağırsaq ibtidailəri uşaqlarda tez-tez rast gəlir?
A) Balantidiyalar
B) İzosporlar
C) Dizenteriya amöbü
D) Lyambliyalar
E) Kriptosporidilər
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
822) Xlamidiyalar hansı xüsusiyyətə malikdirlər?
A) Spor əmələ gətirirlər
B) Hüceyrə divarı yoxdur
C) Hüceyrədaxili parazitlərdir
D) Qidalı mühitlərdə yaxşı yetişirlər
E) Qrammüsbətdirlər
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
823) Spiroxetlər hansı xüsusiyyətə malikdirlər?
A) Eukariotlara aiddirlər
B) Spor əmələ gətirirlər
C) hərəkətsizdirlər
D) Qrammüsbətdirlər
E) Spiralşəkilli formaya malikdirlər
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
824) Spiroxetlər hansı xəstəliyi törədirlər?
A) Toksoplazmoz
B) Aktinomikoz
C) Ornitoz
D) Xlamidioz
E) Leptospiroz
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
825) Maya göbələklərinin çoxalması hansı yolla baş verir?
A) Reproduksiya
B) Tumurcuqlanma
C) Uzununa bölünmə
D) Spor əmələ gətirmə
E) Eninə bölünmə
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
826) Toksoplazmanın forması necədir?
A) çubuğabənzər
B) Aypara
C) Sapşəkilli
D) Spiralşəkilli
E) Kokşəkilli
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
827) Ən çox kandidozu insanda nə törədir?
A) Candida tropicalis
B) Candida parapsilosis
C) Candida crusei
D) Candida kefyr
E) Candida albicans
Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985
828) Ağız boşluğunda əsasən rast gələn göbələklər hansılardır?
A) Aspergillus
B) Candida fropicalis
C) Cadida crusei
D) Penicillium
E) Candida albicans
Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985
829) Hansı helmintozda parazitin tam inkişaf sikli bir sahibin orqanizmində baş verir?
A) Trixinelyoz
B) Enterobioz
C) Strongiloidoz
D) Ankilostomidoz
E) Askaridoz
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
830) Toksoplazmozun patogenezində hansı xüsusiyyət əsas əhəmiyyət kəsb edir?
A) Bakteriemiya
B) Toksinemiya
C) İmmunodefisitin əmələ gəlməsi
D) İkincili infeksiyanın qoşulması
E) Törədicinin sistasının əmələ gəlməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
831) Malyariyanın törədiciləri nədir?
A) İbtidailər
B) Bakteriyalar
C) Tripanasomalar
D) Leyşmaniyalar
E) Plazmodiumlar
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
832) Səpgili yatalaqda infeksiya mənbəyi nədir?
A) Baş biti
B) Vəhşi gəmiricilər
C) Heyvanlar
D) İnsan
E) Sinantrop gəmiricilər
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
833) Enli lentcənin hansı inkişaf mərhələsində yoluxduqda insan difillobotriozla xəstələnir?
A) Yetkin buğum
B) Proserkoid
C) Pleroserkoid
D) Korasidi
E) Yumurta
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
834) Hansı qida növündən istifadə edərkən insanın difillobotriozla yoluxması baş verə bilər?
A) Süd məhsulları
B) Mollyuskalar
C) Xərçəngkimilər
D) Ət məhsulları
E) Balıq
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
835) Askarid yumurtaları invazion mərhələyə qədər harada inkişaf edir?
A) Çirkli suda
B) Kompost quyularında
C) Xərçəngkimilərin orqanizmində
D) Torpaqda
E) Qida məhsullarında
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
836) İnsanların ornitoza yoluxmasının əsas mexanizmi hansıdır?
A) Transmissiv
B) Artifisial
C) Təmas
D) Fekal-oral
E) Aerozol
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
837) Toksoplazmoz diaqnozunu dəqiq təsdiq edən nədir?
A) Orqanizmin bioloji mayelərində və toxumalarında toksoplazmaların tapılması
B) Qanın əkilməsi
C) Gözün torlu qişasında çapıqlı dəyişikliklərin aşkar edilməsi
D) Rentgenoloji müayinə zamanı əzələlərdə kalsifikatların aşkar edilməsi
E) Nəcisin əkilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
838) Balantidiazın vegetativ formalarını harada aşkar etmək olar?
A) Mədə şirəsində
B) Nəcisdə
C) Qanda
D) Onurğa beyni mayesində
E) Tüpürcəkdə
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
839) Lyambliozun laborator diaqnostikası hansı üsulla aparılır?
A) Nəcisin bakterioloji üsulla əkilməsi
B) Nəcisdə lyambliya sistalarının aşkar edilməsi
C) Onikibarmaq bağırsaq möhtəviyyatında lyambliya sistalarının aşkar edilməsi
D) Qanın əkilməsi
E) Qalın qan damlası üsulu
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
840) Dəri leyşmaniozunun laborator diaqnostikasının əsas üsulları hansılardır?
A) Qanın bakterioloji əkilməsi
B) Qabarcıq və yara punktatında törədicinin aşkar edilməsi
C) Yaxmada və qalın qan damlasında törədicinin aşkar edilməsi
D) Vidal reaksiyası
E) Onurğa beyni mayesinin mikroskopiyası zamanı törədicinin aşkar edilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
841) Səpgili yatalaq zamanı ekzantemaya nə xasdır?
A) Elementlərin çoxluğu
B) Dinamikada elementlərin pustullaşması
C) Səpgilərin az olması
D) Rozeolyoz-petexial xarakter, elementlərin çoxluğu
E) Ərafların distal hissələrində toplanma (corab və əlcək) simptomu
Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985
842) Səpgili yatalaq diaqnozu hansı üsulla təsdiq edilir?
A) Biokimyəvi müayinə üsulları
B) Qanın ödlü və şəkərli bulyona əkilməsi
C) Qalın qan damlasında törədicinin aşkar edilməsi
D) Vidal reaksiyası
E) Komplementin birləşmə reaksiyasında IgM və IgG təyin edilməsi
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
843) Toksoplazmozun diaqnostikasında işlədilən allergik sınaq müəllifə görə necə adlanır?
A) Bürne
B) Frensis
C) Mantu
D) Mitsuda
E) Frenkel
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
844) Toksoplazmozun seroloji diaqnostikasında hansı reaksiya tətbiq olunur?
A) Rayt
B) Mikroaqqlütinasiya reaksiyası
C) Vasserman
D) İmmunoflüoressensiya reaksiyası
E) Vidal
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
845) Dəri leyşmaniozu diaqnozunun təsdiqlənməsi məqsədilə hansı material götürülür?
A) Nəcis
B) Sümük iliyi
C) Əzələ toxuması
D) Qan
E) Dalaqdan götürülmüş punktat
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
846) Askaridoz zamanı ən çox hansı əhali qrupu yoluxur?
A) Şəhər əhalisi
B) Kişilər və yaşlılar
C) Kənd əhalisi
D) Kişilər
E) Yaşlılar
Ədəbiyyat: Çobanov R.Ə., Jəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
847) İnsan üçün ornitoz törədicilərinin mənbələri hansılardır?
A) Pişiklər və itlər
B) Göyərçinlər, dekorativ və oxuyan quşlar
C) Ördəklər və qazlar
D) Yırtıcı quşlar
E) Gəmiricilər
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
848) Listerioza görə yüksək risk qruplarına kimlər daxildir?
A) Cərrahlar
B) Heyvandarlıq işçiləri
C) Müəllimlər
D) Tibb işçiləri
E) İnşaatçılar
Ədəbiyyat: Н. Райт. Паразитарные болезни. Москва, 1985
849) Vivaks malyariyasında invazion dövrün davametmə müddəti nə qədərdir?
A) 1-2 il
B) 2-4 il
C) bir neçə onillik
D) 3-6 il
E) 6-12 ay
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
850) Geohelmintozlar zamanı infeksiya mənbəyi nədir?
A) Yırtıcılar
B) Balıqlar
C) İtlər
D) İribuynuzlu qaramal
E) İnsan
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
851) Hansı yoluxmuş heyvanların ətini qidada işlətdikdə teniarinxozla yoluxmaq olmaz?
A) Dovşanın
B) Vəhşi qabanın
C) Buzovların və inəklərin
D) Donuzların
E) Ayının
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
852) 1 kq torpaqda 80-100 hüdudunda helmint yumurtası olan mikrorayonun yaşayış fondunun uşaq oyun zonasının epidemik təhlükəlilik dərəcəsi necədir?
A) Təhlükəlidir
B) Orta təhlükəlidir
C) Son dərəcə təhlükəlidir
D) Nisbətən təhlükəlidir
E) Təhlükəsizdir
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
853) İnsan orqanizmində enli lentcənin yaşama müddəti nə qədərdir?
A) 10-15 il
B) 2-5 il
C) 1 ay
D) 6 ay
E) 1 il
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
854) Silahlanmamış soliterla invaziya mənbəyi nədir?
A) İtlər
B) İnsan
C) Atlar
D) İribuynuzlu mal-qara
E) Xırdabuynuzlu mal-qara
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
855) Himenolepidozun müalicəsində hansı preparat istifadə olunur?
A) Fenasal
B) Dekaris
C) Levomisetin
D) İndometasin
E) Vermoks
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
856) Difillobotrioz zamanı hansı əksepidemik tədbirlər aparılır?
A) Ətraf mühitdə helmint yumurtalarının məhv edilməsi
B) Deratizasiya
C) İnvaziyalaşmış heyvanların dehelmintizasiyası
D) Dezinseksiya
E) Su hövzələrinin fekal çirklənməsinin qarşısının alınması
Ədəbiyyat: Çobanov R.Ə., Cəlilova S.A. İnsan helmintozları. Bakı-Elm-1997
857) Toksoplazmozun spesifik profilaktikasında hansı vaksin tətbiq olunur?
A) Diri vaksin
B) Öldürülmüş vaksin
C) Kimyəvi vaksin
D) Anatoksin
E) Yaradılmayıb
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
858) Trixinelyozla yoluxmuş donuz ətinin realizasiya yolları hansılardır?
A) Açıq satış
B) Konserv üçün emal etmək
C) Bişirmək
D) Duza qoymaq
E) Məhv etmək
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
Entomologiya
859) Hansı xəstəliklər milçəklər vasitəsilə ötürülür?
A) Malyariya
B) Qızılca
C) Difteriya
D) Qarın yatalağı və A və B paratifləri
E) Trixinelyoz
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
860) Hansı xəstəlik baş və paltar bitləri ilə yayılır?
A) Dizenteriya
B) Salmonelyozlar
C) Qarın yatalağı
D) Epidemik səpgili yatalaq
E) Malyariya
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
861) Hansı infeksiya ağcaqanadlar vasitəsilə yayılır?
A) Sarı qızdırma
B) Askaridoz
C) Vəba
D) Qızılca
E) Məxmərək
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
862) Hansı cütlükdə keçiricinin dişləməsi zamanı törədicilər onun tüpürcəyi ilə onurğalı sahibə öturülür?
A) Malyariya plazmodiumları - ağcaqanad
B) Dizenteriya çöpu – ev milçəyi
C) Səpgili yatalaq rikketsiozu - bit
D) Virus ensefaliti – taxtabitilər
E) Malyariya plazmodiumları - birələr
Ədəbiyyat: Генис Д.Е. Медицинская паразитология. Москва «Медицина», 1991
863) Malyariya diaqnozunun təsdiq edilməsi və törədicinin növünün təyin edilməsi üçün hansı müayinə lazımdır?
A) Qalın qan damlasının mikroskopiyası
B) Onurğa beyni mayesinin mikroskopiyası
C) Ödün əkilməsi
D) Qanın əkilməsi
E) Qanın biokimyəvi analizi
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
864) İnfeksiyanın bitlərlə yoluxması zamanı nə baş verir?
A) Törədicinin artifisial ötürülməsi
B) Keçiricinin orqanizmində törədicinin çoxalması və toplanması ilə ötürülmə
C) Keçiricinin orqanizmində törədicinin inkişaf sikli keçməsi ilə gedən ötürülmə
D) Törədicinin su ilə ötürülməsi
E) Törədicinin keçiricilər arasında transfaza keçməsi ilə ötürülməsi
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |