(1).İsmi ilə Allahın – Rəhmanın, Rəhimin! Qaşqabağını tökdü və üz çevirdi (2) ki, gəldi onun yanına kor. (3).Və nə idrak edirsən, ola ki, o paklanacaq, (4) ya zikr edəcək və mənfəət verəcək ona zikr? (5).Amma kim ki, qənidir, (6) və sən ona dönürsən. (7).Və deyil sənin üzərində ki, o paklanmayır. (8).Və amma kim ki, gəlir sənin yanına səylə (9) və o, çəkinəndir (10) və sən ondan kənar olursan. (11).Belə deyil! Həqiqətən, bu zikrdir (12) və kim istəsə, zikr edər onu – (13) kəramətli səhifələrdə, (14) rəfləndirərək paklanmış, (15) əlləri ilə səfirlərin - (16) kəramətli, yararlıların. (17).Qətlə yetişsin insan, necə o kafirdir! (18).Nə şeydən xəlq etdi onu? (19).Nütfədən xəlq etdi onu və qədərində etdi onu, (20) sonra yolu asanlaşdırdı ona. (21).Sonra onu öldürdü və qəbrə yerləşdirdi onu. (22).Sonra, onda ki, istədi, nəşr etdi onu. (23).Belə deyil! Amma qəza, nə ki, əmri ilədir Onun! (24).Və nəzər salsın insan tərəfinə öz təamının (25) necə tökdük suları tökməklə, (26) sonra yardıq ərzi yarıqlarla (27) və bitirdik orada dənələr (28) və üzümlüklər və yoncalıqlar (29) və zeytunluqlar və xurmalıqlar (30) və sıxlaşmış bağlar (31) və meyvələr və bitkilər (32) mətah sizin üçün və davarlarınız üçün. (33).Onda ki, gəldi qulaq batırıcı səs, (34) o gün qaçar ər öz qardaşından (35) və anasından və atasından (36) və sahibəsindən və oğullarından. (37).Külli ər üçün onlardan o gün işi ona bəs edər. (38).Üzlər o gün açıqdır, (39) məzhəkəlidir, bəşarətlidir, (40) və üzlər o gün - üzərində onun vardır toz, (41) örtüb onları kədər. (42).Həmin onlar kafirdirlər, fücurdurlar!