Bilməlidir: spektral xətlərin hərəkətə gətirmə şərtlərini; spektral xətlərin intensivliyinin müəyyənləşdirilən elementin qatışığından asılılığını; işığın mənbələrini; prizmalı və difraksiyalı spektral cihazların əsas xarakteristikalarını; fotoemulsiya əyrisinin xarakteristikasını; məhlulların və ərintilərin analizini; xalis maddələrin analiz metodlarının mahiyyətini; generatorların quruluşunu və elektrik sxemini.
281. Spektral təhlil üzrə laborant
İşin xüsusiyyəti
5-ci dərəcə
Fotoelektrik, fotoqrafik metodlarla qeyri-standart (tək) analizlərin aparılması. Oksidlərin, duzların, ftoridlərin, flüs və şlakların analizi. Duzlara, oksidlərə, flüslərə və şlaklara sintetik etalonların hazırlanması. Titr məhlullarının hazırlanması. Ərintilərdə qaynaq yerlərinin, defektlərin lokal spektral analizinin aparılması. Fotoqrafik, spektrokimyəvi, fotoelektrik, lokal və digər spektral analiz metodlarından istifadə etməklə metodiki işlərdə iştirak.
Bilməlidir: spektrin hərəkətə gəlmə səbəblərini; spektral cihazları, spektrləri qeydə alma metodlarını; spektral xətlərin xarakteristikalarını, ərintilərin, məhlulların, oksidlərin, duzların, ftoridlərin, flüslərin, şlakların keyfiyyət və kəmiyyət analizi metodlarını; kiçik qatışıqların müəyyən olunmasını; titrlənmiş məhlulların hazırlanma üsullarını, əlavələr metodunu.
Orta ixtisas təhsili tələb olunur.
282. Spektral təhlil üzrə
İşin xüsusiyyəti.
6-cı dərəcə
Məlum olmayan nümunələrin keyfiyyət analizinin yerinə yetirilməsi. Hesablayıcı texnikadan istifadə edərək aparılmış qeyri-standart analizlərin metroloji qiymətləndirilməsi. Qabaqcadan ilkin oksid etalonları hazırlayıb qlobus qövs metodu ilə standart nümunələrin materiallarının, attestasiya analizi. Arbitraj analizinin aparılması. Spektroqrafların, mikrofotoelektorların, kvantometrlərin, spektroprojektorların və digər spektral avadanlığın və proyeksiya cihazlarının qurulması, yüstirlənməsi, fokusun tapılması, sazlanması. Hazır məhsula laboratoriyalararası nəzarət. Aşağı ixtisasdan olan laborantların işinə rəhbərlik.
Bilməlidir: spektral cihazların quruluşunu və onların optik sxemlərini; əsas metroloji anlayışları; analiz metodikasının dəqiqliyi və təkrar istehsalı qabiliyyətini hesablamaq üçün düsturları; spektrləri qeydə alma metodlarını; nümunələrin qabaqcadan zənginləşdirmə metodlarını; kiçik qatışıqları müəyyən etmə üsullarını; analitik xətlər atlasını; xidmət olunan spektral avadanlığın yüstirləmə və sazlama qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
283. Soyuducu aparatların doldurucusu
İşin xüsusiyyəti.
2-ci dərəcə
Norma çənlərinin natrium xromatın sulu məhlulu ilə doldurulması. Sulu ammonyak məhlulunu soyutmaq üçün vakuum-nasosların, hopdurma çənlərinin, soyuducu qurğuların, doldurucu stendlərin və boru kəmərlərin işini müşahidə etmək. Hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi. Doldurma stansiya aparatlarının işi haqqında qeydlər aparılması. Soyuducu aparatları doldurmaq üçün daşınması. Doldurma stansiyası aparatlarının cari təmirində iştirak.
Bilməlidir: doldurma stansiyasında avadanlığın, soyuducu qurğuların, vakuum-nasosların, doldurma stendlərin iş prinsipini; natrium xromatın sulu məhlulu ilə hopdurma çənlərinin doldurulması və hidrogenli və ammonyaklı balonların dəyişdirilməsi üsullarını.
284. Soyuducu aparatların doldurucusu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Soyuducu aparatların sulu ammonyak məhlulu, hidrogenlə doldurulması və onların dolma keyfiyyətinin yoxlanılması. Sulu ammonyak məhlulunun hopdurma çənlərində hazırlanması. Məhlulun doyması üçün soyudulmuş suyun verilməsinin tənzimlənməsi və hopdurma çənlərində təzyiqin tənzimlənməsi. Soyuducu aparatları doldurmaq (vakuumlaşdırmaq, hidrogenlə üfürmək, təkrar vakuumlaşdırmaq) üçün hazırlanması. Doldurucu ştuserin germetikliyinin yoxlanılması. Doldurma stansiyasının cari təmiri və təmirdən sonra sınaqdan keçirilməsi.
Bilməlidir: doldurma stansiyası avadanlığının əsas hissələrin, doldurma stendlərinin, soyuducu qurğuların, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu və təyinatını; məhlulu doldurmaq üçün verilən soyudulmuş suyun tənzimlənmə qaydalarını; məişət soyuducularında aparatların quruluşunu; doldurma vaxtı soyuducu aparatlarla rəftar qaydasını; ammonyakın, hidrogenin və məhlulların görülən işlər daxilində fiziki-kimyəvi xüsusiyyətini.
285. Soyuducu aparatların doldurucusu
İşin xüsusiyyəti.
4-cü dərəcə
Sulu ammonyak məhlulunu qarışdırmaq üçün hidrogenin hopdurma çənlərinə verilməsinin tənzimlənməsi. Təhlil üçün nümunənin seçilməsi. Ammonyakın yüksək qatılığı zamanı məhlulun həll olunması və yaxud təhlilin nəticələrinə görə məhlulun qatılığı kifayət qədər olmadıqda ammonyakın artırılması.
Bilməlidir: doldurma stansiyası avadanlığını; doldurma stendlərinin, soyuducu qurğularının, vakuum-nasosların, kollektorların, tənzimləmə cihazlarının, boru kəmərlərinin və armaturanın quruluşunu; xidmətdə olan nəzarət-ölçü cihazların quruluşunu; təhlil üçün ammonyak məhlulundan nümunə götürmə qaydalarını və ardıcıllığını; hopdurma çənlərində sulu ammonyak məhlulunu həll edərkən hidrogenin və ammonyakın verilməsinin tənzimlənmə qaydasını.
286. Soyuducu qurğuların maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında kompressor, nasos, kondensator, buxarlandırıcı, havasoyuducu, boru kəmərləri və soyuducu qurğuların armaturlarına, həmçinin buz istehsalı üçün qurğulara xidmət. Qurğu mexanizmlərinin tənzimlənməsi, yağlanması, aparaturun, xidmət edilən avadanlığın, boru kəmərlərinin cari və planlı-xəbərdarlıqlı təmirində iştirak etmək.
Bilməlidir: soyuducu qurğuların kompressor, nasos, kondensator, buxarlandırıcı, havasorucu və digər avadanlıqlar haqqında məlumatları; nəzarət-ölçü cihazlarının, boru kəmərlərinin və armaturun quruluş sxeminin yerləşdirilməsini; qurğunun işində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını; soyuducu agentlərin nomenklaturunu; xidmət edilən maşınların yağlanması qaydalarını; işlədilən sürtkü yağlarının növü və çeşidini.
287. Soyuducu qurğuların maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Cəmi soyuqluq istehsal gücü saatda 2,1 mln. kC-dək (saatda 500000 kkal) olan soyuducu qurğulara və buz istehsal edən qurğulara xidmət. Soyuducu qurğuların daha keyfiyyətli iş rejiminin saxlanılması. Ammonyak və su nasosları kompressorlarının, resiverlərin, kondensatorların, buxarlandırıcıların və soyuducu qurğuların digər mexanizmlərinin tənzimlənməsi. Mühərrik, boru kəməri, armatur, cihaz və aparatların sazlığına nəzarət. Soyuducu qurğuların aqreqat və aparatlarının işində olan nasazlıqların müəyyənləşdirilməsi və aradan qaldırılması. Təftişin aparılması və avadanlığın, kommunikasiyanın təmirində defekt cədvəllərinin tərtilə edilməsi. Bütün təmir işlərində iştirak etmək. Təmirdən çıxmış avadanlığın qəbulu və sınağı. İndikator diaqramlarının çıxarılması. Buxarlandırıcıya verilən soyuducu agentin, kompressorda təzyiq və temperaturun keyfiyyətinə nazarət. Daha aşağı dərəcəli maşinistin işinə nəzarət. Qurğunun, soyuducu agentin və elektrik enerjisinin sərfi üzrə qeydlərin aparılması.
Bilməlidir: müxtəlif sistemli soyuducu qurğuların konstruktiv quruluşunu; soyuducu prosesi üzrə fizikanın əsas qanununu; boru kəmərlərinin, armaturun, avtomatik tənzimləmə cihazlarının və nəzarət cihazlarının yerləşmə sxemini; soyuqluq istehsalı üzrə texnoloji prosesin və soyuducu qurğulardan istifadənin faydalı əmsalını; izotop-səviyyə ölçənin, elektron körpülərin, solenoidli fırlandırıcıların və digər nəzarət-ölçü cihazlarının quruluşunu; elektrik xətlərinin yandırıb-söndürülməsini; avadanlığın təmirdən sonra qəbulu və sınağını; qurğuların texniki və hesabat sənədlərinin aparılması formasını.
4-cü dərəcə: cəmi soyuqluq istehsalı saatda 2,1-dən 6,3 mln. kC (saatda 500000-dən 1,5 mln. kkal - qədər) olan qurğulara xidmət etdikdə;
5-ci dərəcə: cəmi soyuqluq istehsalı saatda 6,3-dən 12,6 mln. kC (saatda 1,5-dən 3 mln, kkal-dək) olan qurğulara xidmət etdikdə;
6-cı dərəcə: cəmi soyuqluq istehsalı saatda 12,6 mln. kC-dən artıq (saatda 3 mln, kkal-dan çox) olan qurğulara xidmət etdikdə.
288. Suyun kimyəvi təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
1-ci dərəcə
Suyun kimyəvi təmizlənməsi üzrə ayrı-ayrı aqreqatlara xidmət zamanı yardımçı işlərin yerinə yetirilməsi və daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında dozalaşdırıcı qurğuların işinin tənzimlənməsi. Verilmiş reseptlər üzrə reagent məhlullarının düzəldilməsində, dozatorların doldurulmasında, əhəngin söndürülməsində, kaustik, fosfat və xlor məhlullarının hazırlanmasında iştirak. Kimyəvi preparatların və materialların iş yeri daxilində daşınması və gətirilməsi. Bakların təmizlənməsi və mexaniki süzgəclərin yuyulması. Diyircəkli yastıqların və mexanizmlərin yağlanması.
Bilməlidir: xidmət etdiyi aparatların və süzgəclərin quruluşu haqqında əsas məlumatları; su kəmərlərinin, kran və ventillərin yerləşməsini; əsas süzmə materiallarının tərkibi və xüsusiyyətlərini; suyun mexaniki və kimyəvi təmizlənməsinin əsas üsullarını; buxar vuran injektorun təyinatını; süzgəclərin, həcmlərin və aparatların təmizlənmə və yuyulma qaydalarını.
289. Suyun kimyəvi təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: məhsuldarlığı 70 kub metr/saatda olan qurğuda (aqreqatda) xlorlaşdırma, duzsuzlaşdırma, silisiumsuzlaşdırma, natrium-kationlaşdırma, əhəngləşdirmə və s. Suyu hazırlayan aqreqatların və kondensatı təmizləyən aqreqatların, qızdırıcıların, doldurucu çənlərin, saturatorların, deaeratorların, kation və mexaniki süzgəclərin işinin tənzimlənməsi və onlara xidmət. Reagentlərin regenerasiyası, aparatların yuyulub təmizlənməsi. Nəzarət-ölçü cihazlarının göstəriciləri üzərində müşahidə. Kimyəvi üsulla təmizlənmiş suyun bərkliliyinin, qələviliyinin və digər keyfiyyət göstəricilərinin müəyyən edilməsi. Reaktivlərin hazırlanması və qələvilərin dozalaşdırılması. Xidmət olunan avadanlığın və aparatların gözdən keçirilməsi və cari təmiri. Qurğuların işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir: xidmət etdiyi avadanlığın, su hazırlayan qurğuların, müxtəlif sxemli süzgəclərin, nasosların, dozatorların, doldurucu çənlərin və saturatorların, suyun kimyəvi təmizlənməsi prosesində istifadə olunan digər aparatların iş prinsipini; içməli suyun durulaşdırma, yumşaldılma, passivləşdirmə və turşusunu artırma kimi əsas kimyəvi proseslərini, suyun kimyəvi təmizlənməsində istifadə olunan kimyəvi reagentləri, reaktivləri; nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; buxar və su kəmərlərini, kran və ventillərin yerləşməsini; normal və qəza şəraitində aqreqatların işə salınma və dayandırılma qaydalarını; qurğuların işindəki nasazlıqların müəyyən və ləğv edilməsi üsullarını; xidmət edilən mühərriklərin və mexanizmlərin yağlama və soyutma sistemlərini.
290. Suyun kimyəvi təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Məhsuldarlığı 70-dən 300 kub metr/saatadək olan qurğularda (aqreqatlarda) suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: xlorlaşdırma, duzsuzlaşdırma, silisiumsuzlaşdırma, natrium-kationlaşdırma, əhəngləşdirmə və s. Kationit və anionit süzgəclərdə və ionit adsorbsiya kolonlarında daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında ion mübadiləsi metodu ilə suyun dərin duzsuzlaşdırılması prosesinin aparılması. Natrium-kation süzgəclərinin regenerasiyası. Birpilləli ion mübadilə süzgəclərində suyun duzlardan təmizlənməsi prosesinin aparılması. Xammalın hazırlanması: ion mübadilə qatranlarının xırdalanıb ələnməsi, suyun duruldulması və qızdırılması, verilmiş qatılıqda məhlulların hazırlanması. İdarəetmə pultundan və ya əl üsulu ilə suyun sonrakı texnoloji istehsal mərhələlərinə verilməsinin tənzimlənməsi. Kationit, anionit qurğularının turşu, duz və qələvi məhlullar ilə regenerasiyası. Reqlamentlə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinin: regenerasiya edən məhsulların konsentrasiyasının, temperaturun, təzyiqin nəzarət-ölçü cihazlarının göstəricilərinə və kimyəvi analizin nəticələrinə görə tənzimlənməsi. Kondensatın, buxarın, içməli və yanacaq suyunun kimyəvi analizinin aparılması. Xidmət olunan avadanlığın işə salınması və dayandırılması. Avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aşkar və ləğv edilməsi.
Bilməlidir: xidmət olunan avadanlığın quruluşunu; suyun təmizlənməsi prosesinin aparılmasında texnoloji sxemi; duz, turşu, qələvi məhlullarının fiziki-kimyəvi xassələrini; duzsuzlaşdırılmış suya texniki şərtlərlə qoyulan tələbləri; təhlillərin aparılma metodikasını; suyun qazanlara qədər və qazandaxili təmizlənməsi qaydasını və normasını; aqreqatların normal və qəza şəraitində işə salınması və dayandırılması qaydasını.
291. Suyun kimyəvi təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Suyun kimyəvi təmizlənməsi prosesinin aparılması: məhsuldarlığı 300 kub metr/saatdan artıq olan qurğuda (aqreqatda) xlorlaşdırma, duzsuzlaşdırma. Kationit və anionit süzgəclərdə və adsorbsiya kalonlarında olan ion mübadilə metodu ilə suyun dərin duzsuzlaşdırılması prosesinin aparılması. Reqlamentdə nəzərdə tutulmuş texnoloji rejimin parametrlərinə: regenerasiya edən məhlulların qatılığına, temperaturuna, təzyiqə, suyun verilmə sürətinə, nəzarət-ölçü cihazlarının göstəricilərinə və: kimyəvi analiz nəticələrinə görə nəzarət. Duzsuzlaşdırılmış suyun elektrik keçiriciliyinin ölçülməsi: Tələb olunan xammal miqdarının və məhlul çıxışının hesablanması. Çəkilmiş koaqulyasiya hissəciklərin sudan çıxarılması və soda-əhənglə suyun yumşaldılması. Daxil olan suyun keyfiyyəti dəyişdikcə suyun kimyəvi təmizlənməsinin bütün rejiminin dəyişdirilməsi. Bütün su hazırlığı sisteminin saz işləməsinin, aparatların vaxtında yuyulub təmizlənməsinin və mexanizmlərin bütün hissələrinin yağlanmasının təmin edilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbul edilməsi. Suyun kimyəvi-təmizlənməsi göstəricilərinin istehsalat jurnalında qeyd edilməsi.
Bilməlidir: suyun kimyəvi təmizlənməsi prosesinin tənzimlənmə qaydalarını; xidmət edilən avadanlığın kinematik sxemlərini; təhlil və hesablamaların aparılma metodikasını.
292. Süzücü-tökücü (doldurucu)
İşin xüsusiyyəti.
2-ci dərəcə
Turşu, qələvi, süd, patka, əridici, su qatışıqlarının müxtəlif tutumlara qəbulu. Mayenin rezervuarlara, baka, çənə, konteynerə, çəlləklərə və digər qablara çəkilməklə, ölçülməklə, etiketlərin yapışdırılması, süzgəcdən keçirilməsi ilə tökülməsi. Məhsulun əl ilə qablara tökülməsi. Doldurulmuş qabların ağzının qapanması, daşınması, sarınması və yağlanması. Süzücü maşının və vasitələrin yuyulması və təmizlənməsi. Nasosların, tutum və süzücü şəbəkə kommunikasiyasının cari təmiri və yağlanması.
Bilməlidir: süzülən-doldurulan məhsulların fiziki və kimyəvi xüsusiyyətlərini; maye məhsullarının qəbulu, ötürülməsi və süzülməsi qaydalarını; taralara və onların qapanmasının keyfiyyətinə qoyulan dövlət standartları tələblərini; məhsulun qablara tökülmə normalarını.
293. Süzücü-tökücü (doldurucu)
İşin xüsusiyyəti.
3-cü dərəcə
Benzinin, kerosinin, neft və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin, ərimiş kaustikin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emulsiyasının, piyli spirtlərin, heksaxloranın, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların, paronitroxlorbenzolun, dinitroxlorbenzolun müxtəlif anbarlara qəbulu. Məhsulun avtomatik və yarımavtomatik maşınlardan müxtəlif taraya süzülməsi: Vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqları altında düzülməsi. Süzücü şlanqların çənlərin ağzına buraxılması. Sürgülərin açılması və bağlanılması. Vaqon-çənlərin məhsul artığından təmizlənməsi. Çən və kommunikasiyaların qızdırılması. Süzülən və doldurulan məhsulların uçotunun aparılması.
Bilməlidir: süzülən, doldurulan məhsulların əsas fiziki-kimyəvi xassələrini; zərərli və zəhərli məhsullarla rəftar qaydasını; maye məhsulların qəbulu, ötürülməsi və süzülməsi qaydasını; taralara və onların qapanmasının keyfiyyətinə qoyulan dövlət standartları tələblərini, məhsulun qablara tökülmə normalarını.
4-cü dərəcə: sarı və qırmızı fosforun, mayeləşdirilmiş qazın süzülməsi zamanı.
294. Takelajçı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Kütləsi 5 t-a qədər olan müxtəlif yüklərin, avadanlığın, məmulatın və s. arabacıq, domkrat, ayaqlıq və digər vasitələrdən istifadə etməklə daşınması, bağlanılması, bərkidilməsi və qurulması üzrə şaquli və üfüqi vəziyyətdə takelaj işlərinin yerinə yetirilməsi. Müvəqqəti bəndlərin, körpülərin və dirəklərin qurulması. Takelajın növlər və ölçülər üzrə yuyulması, təmizlənməsi, yağlanması, qurudulması, seçilməsi və dolanması. Birkaların asılması və takelajın yüklənilə göndərilməyə hazırlanması. Sadə takelajın hazırlanması.
Bilməlidir: yük, avadanlıq və məmulatın yerdəyişməsi zamanı sadə takelaj vasitələrindən istifadə qaydalarını və onların quruluşunu; müvəqqəti bənd, körpü, dirəklərin qurulması qaydalarını; takelajın seçilməsi, yağlanması və saxlanılması üsullarını; sadə takelaj qurğularının növlərini və onların hazırlanması yollarını; çilingər və dülgər işinin əsaslarını.
295. Takelajçı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Kütləsi 5-dən 25 t-a qədər olan maşın, mexanizm, dəzgah və digər yüklərin üfüqi və şaquli istiqamətdə yerdəyişməsi, özəl üzərində, platformada və ya arabacıqda yığılması, sökülməsi və quraşdırılması üzrə takelaj işlərinin yerinə yetirilməsi. Xüsusi ehtiyatlılıq tələb edən yüklərin: pianino, royal, laboratoriya avadanlığı və s. əl ilə müxtəlif mərtəbələrə daşınması, qaldırılması və aşağı salınması. Yük götürmə qabiliyyəti 10 t-a qədər olan blokların, talların, ləngərlərin, dorların və s. qurulması, montajı və sökülməsi. Minik avtomobillərinin platformaya qoyulması. Diametri 25 mm-ə qədər olan metal trosların və 40 mm-ə qədər olan kanatların birləşdirilməsi. Bütün növ yük tutanların hazırlanması. Lazım olan çilingər və dülgər işlərinin yerinə yetirilməsi.
Bilməlidir: yükqaldırıcı mexanizm və takelaj vasitələrindən müxtəlif yüklərin daşınması qurulması üçün istifadə qaydasını və quruluşunu; trosların, kanat, zəncir və takelaj vasitələrinin yükləmə normalarını; takelajın çıxarılması, təmiri və qurulması üsulu və qaydasını; takelaj işlərinə qoyulan əsas tələbləri.
296. Takelajçı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Kütləsi 25-dən 50 t-a qədər olan maşın, mexanizm və dəzgahların üfüqi və şaquli istiqamətdə yerdəyişməsi, yığılması, sökülməsi və özülə qoyulması üzrə takelaj işlərinin yerinə yetirilməsi. Yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan blok, tal, ləngərlərin, dorların və s. qurulması, montajı və sökülməsi, tros, kanat, zəncir və digər takelaj vasitələrinin yoxlanılması, sınağı.
Estakadaların qurulması. Diametri 25 mm olan metal trosların və diametri 40 mm olan kanatların birləşdirilməsi.
Bilməlidir: yükqaldırıcı mexanizm və takelaj vasitələrindən istifadə qaydasını və onların quruluşunu, onların sınaq və qurulması üsullarını; tros və kanatların sürtünmə vaxtını və sınağı qaydasını; avadanlıq, maşın, mexanizm və dəzgahların qaldırılması və yerdəyişməsi.
297. Takelajçı
İşin xüsusiyyəti.
5-ci dərəcə
Kütləsi 50 t-dan yuxarı olan, takelajçıdan xüsusi dəqiqlik; cavabdehlik və səliqəlilik tələb edən maşın, mexanizm və dəzgahların kran, bucurqad, tal və digər xüsusi vasitələrdən istifadə etməklə üfüqi və şaquli yerdəyişməsi, yığılması, quraşdırılması. Daşınılan və quraşdırılan aqreqat və konstruksiyaların kütləsinin və ağırlıq mərkəzinin müəyyənləşdirilməsi. Trosların, kanat, zəncir və xüsusi ləvazimatın yükün kütləsinə və konfiqurasiyasına müvafiq seçilməsi və sınağı.
Bilməlidir: müxtəlif yükqaldırma mexanizmi və takelaj vasitəsinin konstruksiyasını; ağır yüklərin, aqreqat və konstruksiyaların daşınması, yığılması, quraşdırılması qaydası və üsullarını; müxtəlif şəraitli yerlərdə və vəziyyətlərdə takelaj işlərinin yerinə yetirilməsi qaydasını; qaldırılan və daşınan məmulat, konstruksiya və qurğuların kütləsi və ağırlıq mərkəzinin müəyyənləşdirilməsi üsullarını; tros, kanat, zəncir və xüsusi kütlə və qabaritindən asılı olaraq seçilməsi və sınağı qaydasını.
298. Texnoloji sobaların ocaqçısı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Bərk maye və qazaoxşar yanacağın quruducu barabanların, bişirmə, mufelli və digər texnoloji sobaların müxtəlif tipli odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa və donuz qaxaclarının qızardılıb hisə verilməsi üzrə iki mərtəbəyədək hündürlüyü olan kameralara xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma, üfürmə, havanı çəkmə prosesinin və temperatur rejiminin tənzimlənməsi. Avadanlığın və yanacağın işə hazırlanması: odluğun şlakdan və küldən təmizlənməsi, forsunkaların, mazut süzgəclərinin təmizlənməsi, odluqda tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti və işinin, qığılcımtutan qurğuların saz olması, forsunkaların, havadəyişdiricilərin, tənzimləyici və nəzarət-ölçü aparatlarının vəziyyətinin yoxlanılması. Odluğun iş rejiminin seçilməsi. Odluğun, nasosların, mühərriklərin, qaz kommunikasiyaların, hava üfürənlərin, eksqausterlərin və s. işinin müşahidə edilməsi. Xidmət etdiyi avadanlığın cari təmiri.
Bilməlidir: müxtəlif tipli sobalarda odluqların, havadəyişdiricilərin, nasosların, mühərriklərin, hava üfürənlərin, eksqausterlərin, nəzarət-ölçü cihazlarının quruluşunu; avadanlıqdan səmərəli istifadə metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini; normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə qaydalarını.
299. Texnoloji sobaların ocaqçısı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Bərk, maye və qazaoxşar yanacağın çoxdibli və sodalı sobaların odluqlarında yandırılma prosesinin aparılması. Kolbasa və donuz qaxaclarının qızardılıb hisə verilməsi üzrə iki mərtəbədən yuxarı hündürlüyü olan kameralara xidmət göstərilməsi. Xidmət etdiyi avadanlıqda yanma, üfürmə, havanı çəkmə prosesinin və temperatur rejiminin tənzimlənməsi. Avadanlığın və yanacağın işə hazırlanması: odluğun şlakdan və küldən təmizlənməsi, forsunkaların, mazut süzgəclərinin təmizlənməsi, odluqda tirlər hörümünün saz olması, şiberlərin vəziyyəti və işinin, qığılcımtutan qurğuların saz olması, forsunkaların, havadəyişdiricilərin buraxıcı-tənzimləyici və nəzarət-ölçü aparatlarının vəziyyətinin yoxlanılması. Odluğun iş rejiminin seçilməsi. Odluğun, nasosların, mühərriklərin, qaz kommunikasiyaların, hava üfürənlərin və s. işinin müşahidə edilməsi. Xidmət etdiyi avadanlığın cari təmiri.
Bilməlidir: çoxdibli və sodalı sobaların, odluqların, havadəyişdiricilərin, hava üfürənlərin, nəzarət-ölçü cihazların quruluşunu; avadanlıqdan səmərəli istifadə metodlarını; yanacağın istiliktörətmə qabiliyyətini; normal texnoloji rejimi və yanacağın yanmasını tənzimləmə qaydalarını.
300. Təmizləyici
İşin xüsusiyyəti.
1-ci dərəcə
Detallarının çıxarılması tələb edilməyən maşın, rezervuar, avadanlıq, çən, tutum və sairinin təmizlənməsi, yağlanması, buxara verilməsi, dezinfeksiyası. Detalların, birləşmələrin, xırda taranın şotka, maşa, sumbata ilə, əllə və ya mexaniki üsulla təmizlənməsi.
Avadanlıq və köməkçi inventarın təmizlənməsi üçün hazırlanması. Yüksək konsentrasiyalı olmayan müxtəlif yuyucu turşu və qələvi məhlullarının hazırlanması. Təmizləyici əşyaların sarınması, çırpılması, qaşınması, silinməsi. Avadanlıq və maşının təmizlənmədən sonra təhvil verilməsi.
Dostları ilə paylaş: |