317. Ultrasəs nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
6-cı dərəcə
Müxtəlif metodlarla möhkəm titrəyişlərin sönmə əmsallarının müəyyənləşdirilməsi. İki mühitin ayrılma sərhədində ultrasəsin əks olunma və keçmə əmsallarının müəyyənləşdirilməsi. Cihazın həssaslığının sazlanması və nümunələrsiz, yaxud standart və sınaq nümunələrinin qısaldılmış sayında defektlərin ekvivalent ölçülərinin qiymətləndirilməsi. Nəzarət və eksperimental nomoqramların qurulma metodikası işlənərkən eksperimental işlərin yerinə yetirilməsi. Ultrasəs nəzarəti üzrə istehsal şəraitində rastlaşan bütün iş növlərinin yerinə yetirilməsi. Ultrasəs nəzarəti aparmaq üçün alətlərin hesablanması və hazırlanması. Ultrasəs titrəyişlərinin sürətinin ixtisaslaşdırılmış sənaye cihazları ilə ölçülməsi. Avtomatik qurğulardan alınan defektoqramların açılması. Avtomatik qurğulardakı nasazlıqların aradan qaldırılması.
Bilməlidir: avtomatik qurğuların kinematik və elektrik sxemlərini; tətbiqi və fiziki mexanikanın, telemexanika və metrologiyanın əsaslarını; nomoqramların qurulmasında əsas olan akustika traktının tənliyini; ultrasəsin sönməsinin və yayılma sürətinin müəyyən olunması prinsiplərini; mövcud olan ultrasəs defektoskopların, qalınlıq ölçənlərin və qurğuların tiplərini; lembi dalğalarının əsas yayılma qanunauyğunluqlarını və onların köməyi ilə ultrasəs nəzarətinin üsullarını.
Orta ixtisas təhsili tələb olunur.
318. Ultrasəs texnikası üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
Ultrasəs dəyişdiricilərin hesablanması, istehsal olunması, razılaşdırılması və sınaqdan keçirilməsi. Texnoloji və fiziki emal effekti üzrə ultrasəs titrəyişlərin optimal parametrlərinin təyin edilməsi. Metodik sənədlərin aparılması. Dalğa səthli düz birpaketli ultrasəs elektron akustik dəyişdiricilərlə eksperimental sxemlər üzrə verilmiş kompleks işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşan elementlərinin hesablanması və istehsalı, eksperimentin qoyulmasına aid metodikaya və qüvvədə olan normativ sənədlərə müvafiq daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında sınaqdan keçirilməsi.
Bilməlidir: metodika üzrə nəzərdə tutulmuş eksperimentin qoyulmasına dair energetik, akustik, elektrik ölçən, mexaniki, xüsusi laboratoriya avadanlığının, cihazların və aparatların quruluşunu və sazlama qaydalarını; dalğa səthli düz birpaketli xüsusi texnoloji təyinatlı elektroakustik dəyişdiricilərin istehsal texnologiyasını; akustik sistemləri elementlərinin onlara verilən tələblərə və eksperimentin qoyulmasına aid metodikaya müvafiq quraşdırılma texnologiyasını və uzlaşdırılma qaydalarını; eksperimental sxemin elementlərinin məmulatlar emalı rejimində uzlaşdırma qaydalarını; eksperimental sxemin elementləri olan elektrik ölçü cihazlarının və yazan qurğuların uzlaşdırma, kalibrləmə və tənzimləmə qaydalarını; izoləedici materialların, lakların, yapışqanların, lehimlərin, flüslərin, həlledicilərin, reaktivlərin təyinatını, emal texnologiyasını, işlərin yerinə yetirilməsi zamanı onlardan istifadə qaydalarını ultrasəs elektroakustik dəyişdiricilərin istehsalı üçün tətbiq olunan əsas materialların xarakteristikasını, təyinatını, emal qaydalarını; energetik, elektrikölçən və mexaniki avadanlığın cari təmirinin aparılma qaydalarını; elektrotexnika, sənaye elektrotexnikası, cihazqayırma texnologiyasının əsaslarını; müşahidə və oturtmalara dair məlumatları, metallar fizikasının, metalşünaslığın, qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını; rəqs nəzəriyyəsinin, elektroakustikanın, hidroakustikanın, elektro və radio ölçülərin, defektoskopiyanın, optiki xətti ölçülərin və bucaq kəmiyyətlərin fiziki əsaslarını.
319. Ultrasəs texnikası üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Birpaketli elektroakustik sistemlər üzrə verilmiş kompleks işləri yerinə yetirərkən emalın texnoloji və fiziki effektinə görə dalğa səthi mürəkkəb olan ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında hidrodinamik dəyişdiricilərin hesablanması, istehsalı, razılaşdırılması və sınaqdan keçirilməsi üzrə dalğa səthi düz və ya həcmi-simmetrik olan çoxpaketli elektroakustik sistemlər üzrə işlərin yerinə yetirilməsi. Akustik sistemlərin uzlaşdırılan elementlərinin hesabı, istehsalı və sınaqdan keçirilməsi.
Bilməlidir: dalğa səthi mürəkkəb olan birpaketli, dalğa səthi düz və ya həcmi simmetrik olan çox paketli xüsusi texnoloji təyinatlı hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; akustik sistemlərin uzlaşan elementlərinin istehsalı texnologiyasını; hidrodinamik ultrasəs dəyişdiricilərin istehsalında tətbiq olunan əsas materialların emalı texnologiyasını; akustik avadanlığın istismara etibarlılığının sınaqdan keçirilmə metodlarını; müşahidə və oturtmalar sistemlərini.
320. Ultrasəs texnikası üzrə laborant
İşin xüsusiyyəti.
5-ci dərəcə
Verilmiş işlər kompleksini yerinə yetirərkən dalğa səthi düz və həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion və yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən və ya birlikdə qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan hidrodinamik dəyişdiricilər və çoxpaketli elektroakustik sistemlər üzrə texnoloji və fiziki emal effektinə görə ultrasəs rəqslərin optimal parametrlərinin müəyyən edilməsi.
Bilməlidir: xüsusi texnoloji təyinatlı dalğa səthi düz və ya həcmi simmetrik xarakterdə olan və pyezoelektrik, maqnitostriksion, yaxud ferrit dəyişdiricilər əsasında hazırlanmış elementlərdən, qovşaqlardan ibarət dalğa səthi mürəkkəb olan çoxpaketli hidrodinamik və elektroakustik sistemlərin istehsalı texnologiyasını; metodika ilə nəzərdə tutulmuş formulalar üzrə koordinat oxlarında verilmiş evolventləri; parabola, hiperbola, şar tipli bir-birinə bərkitmə və şüavermə səthi olan akustik elementlərin istehsalı texnologiyasını; metallar fizikasının metalşünaslıq, üzvi və qeyri-üzvi kimyanın əsaslarını.
Orta ixtisas təhsili tələb olunur.
321.Üzçəkən
İşin xüsusiyyəti.
1-ci dərəcə
Xarrat məmulatlarının təmiri zamanı üzlük materiallarının çıxarılması. Astar materialın (tük, pambıq və s.) işə hazırlanması. Yapışqanın hazırlanması. Bərk və yarıyumşaq mebelə yüksək ixtisaslı üzçəkənin rəhbərliyi altında üz çəkilməsi.
Bilməlidir: adi xarrat məmulatlarından üzlük materialın sökülməsi və çıxarılması üsullarını; tikiş və haşiyələrin əsas növlərini; sadə ləvazimatların və üz çəkmə alətlərinin istifadə qaydasını; üzlüklərin çəkilməsi üçün lazım olan materialların adlarını.
İş nümunələri.
1. Pambıq knopka və rozetkaların hazırlanması.
2. Yarıyumşaq mebelin dəyişdirilməsi və təmiri üçün sökülməsi.
322. Üzçəkən
İşin xüsusiyyəti.
2-ci dərəcə
Bərk və yarıyumşaq mebelin rəsm və eskizlər üzrə ucuz qiymətli materiallarla üzlənməsində sadə və orta mürəkkəbli işlərin aparılması. Üzlük materialların ülgü (biçim) və şablonlar üzrə biçililə kəsilməsi və tikiş maşınlarında tikilməsi. Məftil hörgünün yaylı əsasın altına dartılıb çəkilməsi və hörülməsi, yaylı əsasın altına pambıq materialların döşənməsi. Sadə ülgülərin və şablonların çəkilməsi və hazırlanması. Defektlərin aradan qaldırılması və üzlük materialların boyanması.
Bilməlidir: sadə bərk və yarıyumşaq mebelin xarrat məmulatlarının quruluşunu; üzlük materialların biçilməsi qaydasını; üzlük materialların növü və təyinatını, istifadə qaydasını; tikiş maşınlarının iş prinsipini; sadə tikiş növünü; üzlük materialların düzəldilməsi; görünməyən tikişlərin və s. vurulması.
İş nümunələri.
1. Qapılar - üz çəkilməsi.
2. Açılıb-yığılan çarpayı (taxt) - qalın kətan parça ilə üzlənməsi.
3. Yazı stollarının üstü - dermantin və mahudla örtülməsi.
4. Kiş, qalın kətan, mahud-şablon və ülgülərlə biçilməsi və maşında düz tikişlə tikilməsi.
5. Döşək, divan və stul yayları - komplektlərinin seçilməsi, yığılması və əsasa bərkidilməsi.
6. Divan və döşəklər üçün çərçivələr - qalın kətanın dartılıb çəkilməsi və üzlənməsi.
7. Oturacağı və söykənəcəyi möhkəm və tükdən olan stullar - üzlük çəkilməsi.
8. Avtomobillərin oturacaqları, söykənəcəkləri, döşəkcələri - sadə, baha olmayan materiallardan üzlük çəkilməsi.
9. Açılıb-yığılan taburetkalar, yelləncək və şezlonqlar - qalın kətan və xalçadan üz çəkilməsi.
10. Dairəvi taburetkalar - üzlük çəkilməsi.
323. Üzçəkən
İşin xüsusiyyəti.
3-cü dərəcə
Bərk və yarıyumşaq mebelin üzlənməsi üzrə, mürəkkəb və yumşaq mebelin çertyoj və eskizlər üzrə ucuz materiallarla üzlənməsi üzrə sadə və orta mürəkkəbli işlərin yerinə yetirilməsi. Ucuz materiallarla üzlənmiş yumşaq mebelin təmiri və bərpası. Tikiş maşınlarında drapirovka, pərdə və s. tikilməsi. Ucuz materialların biçilməsi və kəsilməsi. Yaşayış, istehsalat binalarının muzey və s. daxildən üzlüklə işlənilməsi. Çertyoj və eskizlər üzrə mürəkkəb ülgü, şablon və trafaretlərin hazırlanması. Bütün sistemdən olan tikiş maşınlarının sazlanması.
Bilməlidir: yumşaq mebelin çeşidi və quruluşunu; otaqların daxildən üzlənməsi üsullarını; müxtəlif üzlük materiallarının çeşidi, xüsusiyyəti, keyfiyyəti və təyinatını; üzlük alətlərinin və ləvazimatlarının ümumi və xüsusi quruluşunu; tikiş maşınlarının sazlanması yollarını; üzlük materiallarda defektlərin düzəldilməsi üsullarını.
İş nümunələri.
1. Minik, yük avtomobilləri və avtobuslar - maşınların kabinə və oturacaqlarının üzlənməsi.
2. Açıq və kupeli, yük, poçt və rayonlararası bərk vaqonlar - daxili üzləmə.
3. Dəri ilə örtülmüş yaylı yastıqlar -hazırlanma.
4. Divan və düz taxtlar, yaylı döşəklər - yenilərinə ucuz materiallardan üz çəkilməsi və köhnələrin təmiri.
5. Ambulatoriya üçün tüklə doldurulmuş yarıyumşaq taxtlar - dəridən üz çəkilməsi.
6. Hava ilə doldurulmuş xəzlər (dəmirçilikdə) - rezinli parçalardan hazırlanması.
7. Yaylı döşək, divan və stullar - şpaqatla sarınması, oturdulması və hörülməsi (örtülməsi).
8. Saat qutuları, ölçü toxmaqları (bəndləri), rəsmxətt alətlərinin komplekti (qotovalnya), zərgərlik və digər məmulatlar üçün qutular - üz çəkilməsi və yapışdırılması.
9. Şirmalar (pərdə və ya örtük) - ucuz materiallardan üzləmə.
324. Üzçəkən
İşin xüsusiyyəti.
4-cü dərəcə
Çertyoj və eskizlər üzrə bədii yumşaq mebelə üz çəkilməsinə otaqların qiymətli materiallarla dəri, atlas, pluşla haşiyələnməsi (bəzənməsi) üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Qiymətli materiallarla örtülmüş yumşaq mebelin təmir edilməsi və bərpası. Çertyoj və eskiz üzrə qiymətli üzlük materiallarının biçilməsi. Bütün sistemdən olan tikiş maşınlarının sazlanması. Üzlük materialların rəsm, naxış və tonlarının seçilməsi. Üzlük materialların növü, xüsusiyyəti və keyfiyyətinin, görülən iş üçün onların yararlı olmasının müəyyənləşdirilməsi.
Bilməlidir: bədii mebelin növü, stili və konstruksiyasını; mürəkkəb üzləmə üçün şablon və ülgülərin hazırlanması üsullarını; həndəsi qurumların əsasını; çertyoj və eskizlərə əsasən bədii üzləmə işlərinin yerinə yetirilməsi üsullarını və metodlarını; müxtəlif tipli tikiş maşınlarının quruluşu və sazlanma üsullarını.
İş nümunələri.
1. Minik avtomobilləri, avtobuslar - salonların daxili işlənilməsi (haşiyələnməsi).
2. Yumşaq, kupeli və xidməti vaqonlar – daxili üzləmə.
3. Kabinet divanları, yumşaq kreslolar - dəridən üz çəkilməsi.
4. Salonlarda, teatr və klubların, muzeylərin foyesində radiuslu və bucaqlı, yumşaq, 2-3 hissədən ibarət müxtəlif kəsiklərlə bəzədilmiş divanlar - dəri və digər qiymətli materiallarla sarmaşıq, yelpik və ya dama formada üzlənməsi.
5. Yumşaq kreslo, stul, yarım kreslolar - dəri, məxmər, atlas, ipəklə üzlənmə, tesma və saçaqlar ilə haşiyələmə (bəzəmə).
6. Otaqlar - rəng, rəsm, naxışları seçməklə simmetrik və düz tona riayət etməklə drapirovkası, qiymətli parçadan üz çəkilməsi.
7. Təyyarə, gəmi kayutaları - daxili və xarici üzlənmə, yapışdırma.
8. Divar, lövhə, vitrin-boyaq və şəkillərin seçilməsi ilə qiymətli parçalarla (plyuş, məxmər) drapirovka.
9. Bədii şirmalar - şəkillər dəstindən və bir neçə rəng çalarından istifadə etməklə qiymətli materiallarla üz çəkilməsi.
325. Üzçəkən
İşin xüsusiyyəti.
5-ci dərəcə
Çertyoj, şəkil və eskizlərə əsasən müxtəlif stildə bədii yumşaq mebelin hazırlanması və üzlənməsi üzrə xüsusən mürəkkəb işlərin yerinə yetirilməsi. Mürəkkəb konfiqurasiyalı mebelin üzlənməsi və təmiri. Daxili və xarici üzləmə - qiymətli sintetik materiallarla yapışdırma.
Bilməlidir: xüsusən mürəkkəb bədii mebelin tipi, stili və konstruksiyasını; daxili və xarici üzləməni - daha mürəkkəb yumşaq mebelin yapışdırılması üsullarını; müxtəlif stilli drapirovka və daha mürəkkəb pərdələr və astarlı çexolların biçilmə və tikilmə texnikasını.
İş nümunələri.
1. Qapı və mebel- «sayka» formasında üzləmə.
2. Müxtəlif stilli bədii divanlar - dəridən, məxmər, atlas və ipəkdən tesma və saçaqlarla haşiyələnərək üz çəkilməsi.
3. Kareta və muzey mebeli - bərpa etmə.
4. Kareta və taxt-tac - üzləmə.
326. Fiziki-mexaniki sınaqlar üzrə laborant
İşin xüsusiyyəti.
2-ci dərəcə
Metalların, xammalın, məmulatların, ərintilərin, müxtəlif materialların, yarımfabrikatların və hazır məhsulun nəzarət-yoxlama qurğularında, Rokvell, Brinel və s. cihazlarda, qüvvədə olan təlimatlara müvafiq, möhkəmliyə, uzanmaya, əyilməyə, istiliyə davamlılığına, sıxılmağa, çıxma, götürmə və tıxanma qüvvəsinə, qırılmağa, bərkliyə, hava keçirilməzliyə, suyadavamlığa, özlülüyə, tiftiklənməyə, burulmaya, qalınlığa, nəmliyə, yağlılığa və digər keyfiyyət göstəricilərinə görə fiziki-mexaniki sınaqdan keçirilməsi. Elektrik müqavimətin körpü döşəmə metodu və ampervoltmetr metodu ilə ölçülməsi. Hidrostatik çəkilməklə sıxlığın müəyyənləşdirilməsi. Qovşaq və birləşmələrdə sıxlığın və özəklərin ölçülərinin yoxlanılması. Sıxılma və yapışma faizinin müəyyən edilməsi. Sınaqların müəyyən olunmuş yoxlama uçot yazılarının aparılması. Sınaqlar üçün nümunələrin hazırlanması və yağsızlaşdırılması. Cihazların və aparatların seçilməsi və sınağa hazırlanması. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında cihaz və aparatların sazlanması. Verilmiş resept üzrə aydınlaşdırıcının və fiksajın hazırlanması, fotokağızın, plyonka və lövhəciklərin emalı, fotoneqativlərdən şəkillərin çıxarılması.
Bilməlidir: fiziki-mexaniki sınaqların təsnifatını; sınaqdan keçirilən metal və materialların əsas fiziki-mexaniki xassələrini; metalların və qeyri-metaldan olan materialların elektrik xassələrinə dair elementar məlumatları; xüsusi elektrik müqavimətini; elektrolitdə sıxlığı müəyyən etmə üsullarını; nümunələrin sınaq üçün hazırlanma metodikasını; gördüyü işin həcmində elektrotexnikanın əsaslarını; fotomaterialların-kimya reaktivləri, fotokağız, fotoplastinkaların saxlanma və işlədilmə qaydalarını, resept üzrə aydınlaşdırıcı və fiksajın hazırlanma üsullarını; analiz aparılan material, xammal, yarımfabrikat və hazır məhsulun növləri və xassələrinə görə nümunələrin seçilmə və tərtilə etmə qaydalarını; xidmət etdiyi avadanlığın iş prinsipini; analiz və sınaqların keçirilməsi prosesində onların işlədilmə qaydalarını; sınaqlar üzrə nəticələrin yazılma sistemini, sınaqların keçirilməsinə dövlət standartlarını və texniki şərtləri; nəzarət-ölçü cihazlarının, alətlərin təyinatını və onlardan istifadə qaydalarını.
327. Fiziki-mexaniki sınaqlar üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
Xammalın, materialın, yarımfabrikatın və hazır məhsulun fiziki-kimyəvi sınaqdan keçirilməsi və aparılmış sınaqlar üzrə nəticələrin ümumiləşdirilməsi üzrə işlərin yerinə yetirilməsi. Xammalın, materialın yarımfabrikatın və hazır məhsulun keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi üzrə hesablamaların aparılması. Sınaqdan keçirilən nümunələrin dövlət standartlarına və texniki şərtlərə uyğun gəlməsinin müəyyən edilməsi. Təcrübə nümunələrinin laboratoriya şəraitində hazırlanması.
Materialların üyüdülmə nazikliyinin, həcmin bərabər dəyişməsinin, tutma müddətlərinin və həcm kütləsinin müəyyənləşdirilməsi. Nümunələrin istiliyə davamlılığını sınaqdan keçirərkən, termoparın köməyi ilə temperaturun müəyyən edilməsi. Termoparın quraşdırılması. Soyuq lehimləmə temperaturuna düzəlişlər edilməsi. Normal möhkəmlik modulun və yerdəyişmə modulun radiotexnika metodu ilə tapılması, modulların tapılması üçün olan qurğunun etalonlaşdırılması. Maqnit keçiciliyin ballistik qurğuda ölçülməsi. Nümunələrin həndəsi ölçülərinə düzəlişlərin daxil edilməsi. Nümunənin uzunluğu boyu bərabər qızmasının tənzimlənməsi, termoparalarla qızma temperaturuna nəzarət. Termopar vakuummetrlə 174-1,3 Pa-dək (1,31-10-2 mm c.st.-dək) olan seyrəklənmənin ölçülməsi. Forvakuum nasosunda yağın dəyişdirilməsi. Sınaqların keçirilməsi prosesində laboratoriya avadınlığın yoxlanılması və sazlanması. Xammalın, materialın və yarımfabrikatların sınaq partiyasının istehsalatdan keçməsinin müşahidə edilməsi. Sınaq nəticələrinin qrafik təsviri.
Bilməlidir: istismar edilən avadanlığın quruluşunu; sınaqdan keçiləsi materialların, xammalın, yarımfabrikatların və hazır məhsulun reseptini, təyinatı və xüsusiyyətlərini; müxtəlif mürəkkəb fiziki-mexaniki sınaqların, onların emalı və ümumiləşdirilməsi üzrə işlərin aparılma qaydalarını; maqnit keçiciliyini müəyyən etmək üçün ballistik qurğuların iş prinsipini; forvakuum və diffuziya nasosların, termopar vakuummetrlərin vakuum sistemlərinin əsas qovşaqlarını; nümunələrin fiziki xassələrinin müəyyən edilməsində əsas metodları; maqnit cisimlərin əsas xassələrini; ərintilərin termik üsulla genişləndirilməsini; dilatometrlərdə xətti genişləndirmə əmsallarını və kritik nöqtələri müəyyən etmə metodikasını; yüksək və aşağı temperaturlu termometrlərin köməyi ilə temperaturun ölçmə metodikasını; metalların və ərintilərin möhkəmlik xassələrini; nümunələrin həndəsi ölçülərinə dəyişikliklərin edilməsi qaydalarını; qrafiklərin qurulma metodlarını; aparılan sınaqları qeydə alan sistemi və nəticələrini ümumiləşdirmək üçün metodikanı.
328. Fiziki-mexaniki sınaqlar üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Maqnit həssaslığının, maqnit keçiciliyinin, qalıq induksiyanın koersitiv qüvvənin müəyyən olunması. Permeametrdən qisterezis ilməyinin çıxarılması. Məftilin (simin) qomogenliyə və etalonlarla termoelektrohərəkət qüvvəsinə yoxlanılması. Termoparların soyuq lehimlərinin termostatlaşdırılması. Nümunələrin soyuma və qızma termik sikllərindən çıxarılması. Qurğularda yüksək vakuum yaradılması və onun vakuummetrlə ölçülməsi. İstilik keçirmə, istilik tutumu və elektrik keçiriciliyin müəyyən edilməsi. Vakuum dilatometrində termik genişlənmə əmsallarının və kritik (böhranlı) nöqtələrin tapılması. Tətbiq edilən cihazların sazlanması. Diaqram üzrə metalın son axıcılıq həddinin müəyyən edilməsi. Hesab cədvəllərinin tutulması. Temperatur şkalasını hazırlamaq və dəqiqləşdirmək üçün termoparların və dilatometrlərin dərəcələrə bölünməsi. Civəli inersion termometrlərlə torpağın temperaturunun ölçülməsi. Yoxlama sınaqlarının aparılması. İşıq-şüa ossilloqraflarla işləmək. Lazımi vibratorun seçilməsi; onun maqnit blokuna quraşdırılması. Verilmiş ölçülərə əsasən halqa metodu ilə qalıq gərginliyin hesablanması. Ossilloqrafın optik sistemlərinin və vaxt nişanlayıcılarının yüstirlənməsi. Ossilloqramların işlənilməsi.
Bilməlidir: permeametrlərin quruluşunu; daimi maqnit sahələrində metalların maqnit xassələrini müəyyən etmək üçün qurğuları, temperatur nəzarəti üçün potensiometri, istilik keçirməni, istilik tutumunu və elektrik keçirməni müəyyən etmək üçün qurğuları, işıq-şüa ossilloqrafları, ionlaşdırıcı və maqnitboşaldıcı manometrləri; ferro-, dia- və paramaqnit materialları; maqnit keçiciliyin sahədən asılılığını, maqnit xassələrinin müəyyənləşdirilməsində əsas metodlarını; permometrdə, ferrotesterdə, maqnit həssaslığını müəyyən etmək üçün olan qurğularda işləmə metodikasını; materialşünaslığın əsaslarını; yüksək vakuumu ölçmə metodlarını; sızmaları müəyyən etmə və aradan götürmə metodlarını; metalların və ərintilərin istilik xassələrini; istilik keçirmə və istilik tutumunu müəyyən etmə metodlarını; metalşünaslığın və istiliklə emalın əssaslarını; sınaqdan keçirilən materiallara mümkün olan yüklənmənin və gərginliyin miqdarını; dartılma və əyilmə zamanı möhkəmlik və axıcılıq hədlərini; yorğunluq hədlərini, maksimum gərginlik dərəcələrini.
329. Fiziki-mexaniki sınaqlar üzrə laborant
İşin xüsusiyyəti.
5-ci dərəcə
Bütün növ qaynaq birləşmələrin, müxtəlif diametrli boruların, təbəqə və profilli yaymanın fiziki-mexaniki sınaqdan keçirilməsi və texniki tələblərə və şərtlərə müvafiq bütün xarakteristikaların alınması. Müxtəlif qeyri-standart sınaqların keçirilməsi, Hazır qovşaqların, məmulatların və halqaların, zəncirlərin sınağı, fırlanma anına tənzim olunan xüsusi alətlərin tarasının təyin edilməsi. Qeyri-standart sınaqlar üçün sxemlərin və cihazların yığılması. Qeydə alan və yazan aparatların tarasının təyin olunması. Müxtəlif tenzometrlər tətbiq etməklə sınaqların aparılması. Yoxlama termoparları hazırlayarkən anizometrdən çox soyudulmuş austenitin, parçalanma əyrilərinin və temperatur əyrilərinin çıxarılması. Avtomat yüksək temperaturlu dilatometrdə xətti genişlənmə əmsallarının müəyyən olunması. Elektronla qızdırılan kalorimetrdə maddələrin istilik xassələrinin müəyyən olunması. Aşağı tezlikli intervalda nümunələrin sönmə dekrementinin müəyyən olunması. Maye helium temperaturunda qalıq müqavimətini ölçmə metodu ilə zona əridilməsindən sonra metalların saflığının müəyyən olunması. Qabların sıxılmış və mayeləşdirilmiş qazla doldurulması. İstifadə olunan avadanlığın cari təmiri və sazlanması.
Bilməlidir: müxtəlif qaynaq birləşmələrin, boruların, yaymanın, hazır qovşaq və məmulatların mexaniki sınaqdan keçirilmə metodikasını; qeyri-standart, standart sınaqlar üçün sxemlərin hesablanma və tərtilə olunma prinsiplərini; işıq-şüa ossiloqrafların, tenzometrlərin və tenzometrik aparatların quruluşunu; avtomatik yüksək temperaturlu dilometrlərin, metallarda daxili sürtünməni təyin etmək üçün qurğuların, kalorimetrlərin, müxtəlif tipli metallarda və ərintilərdə qalıq elektromüqaviməti müəyyən edən qurğuların, anizometrin quruluşunu; gördüyü işin həcmində dilatometriyanın əsaslarını; dəmir karbonun vəziyyətini əks etdirən diaqramı; aşqarlı elementlərin, metalların və ərintilərin fiziki xassələrinə təsirini; yüksək temperaturlu dilatometrdə təsirsiz qazlar mühitində termik genişlənmənin müəyyən olunma metodikasını; maye azot, yağ və maye qalay vannalarından istifadə edərək çox soyudulmuş austenitin aşağı və yüksək temperaturlarda izotermik ayrılma diaqrammın çəkilmə qaydalarını; təsirsiz qazların xassələrini; eksperimental məlumatların riyazi işlənilməsini; maye azotla işləmə qaydalarını; materialların fiziki xassələrini müəyyən etmə metodikasını.
Orta ixtisas təhsili tələb olunur.
330. Fiziki-mexaniki sınaqlar üzrə laborant
İşin xüsusiyyəti.
6-cı dərəcə
Mikron kəsiyi olan nümunələrdə elektrik keçiriciliyini və temperatur əmsalını müəyyən etmək üçün yüksək mürəkkəbli fiziki-mexaniki sınaqların aparılması. Anizometrdə və dilatometrdə - 196 S və daha yuxarı temperaturlarda termokinematik əyrilərin çıxarılması. Elektronla bombardman etmək metodu ilə maddələrin istilik xassələrinin müəyyənləşdirilməsi. Yüksək temperaturlu qızdırıcıların qoşulması, xidmət edilməsi və söndürülməsi. Elektrik keçiriciliyin, istilik keçiriciliyin, termik genişlənmə əmsalının, vakuumda və təsirsiz mühitdə yüksək temperaturlar altında qaralıq əmsalının ölçülməsi. Kriogen temperaturlar altında termoelektrod materialların xarakteristikalarının çıxarılması. Yüksək tezlik və yüksək temperatur sahəsində sönmə dekrementinin müəyyən edilməsi. Yeni ərintilərə metodikaların işlənilə hazırlanmasında və qurğuların metroloji attestasiyadan keçirilməsində iştirak etmək.
Bilməlidir: yüksək temperaturla qızdırılma prinsiplərini; qızma temperaturunun istehlak olunmuş gücdən asılılığını; istiliyi qoruyan ekranların rolunu; elektronla bombardman etməklə maddələrin qızdırılma prinsipini; elektron qızdırılmanın və nümunənin elektronla bombardman edilməsi zamanı temperaturun bölüşdürülməsinin əsas qanunauyğunluqlarını; 1000 S-dən yuxarı temperaturda materialların fiziki xassələrini müəyyən etmə metodikasını; etalon pirometrlərin köməyi ilə yüksək temperaturların ölçmə metodikasını; termoparların etalon pirometrlər üzrə dərəcələrə bölünməsi metodlarını; yüksək temperaturlu qurğuların quruluşundakı xüsusiyyətləri; istilik itkilərini azaltmaq yollarını; istilik itkilərini uçota almaq üsullarını və ölçü nəticələrinin riyazi üsulla işlənilməsi zamanı istilik itkilərinə düzəlişlər edilməsini.
Orta ixtisas təhsili tələb olunur.
331.Forsunka
İşin xüsusiyyəti.
2-ci dərəcə
Avadanlığın vəziyyəti və verilmiş texnoloji rejimə uyğun olaraq sobanın və ya qazanların qızdırılması üçün istiliyin və havanın daxil olmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət. Forsunkaların və onunla əlaqədar kommunikasiyaların təmizlənməsi və dəyişdirilməsi.
Bilməlidir: sobaların, forsunkaların, buxar hava yollarının və neft xətlərinin quruluşunu, onların işinin tənzimlənməsi üsullarını; forsunkaların çıxarılması, qurulması və təmizlənməsi üsullarını; forsunkaların təmizlənməsi üçün olan alət və cihazlardan istifadə etmə qaydasını və quruluşunu.
332. Havabölüşdürücünün aparatçısı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında oksigenli və oksigen-arqonlu qurğulara xidmət. Quruducu batareyaların, rütubəti ayıran hava kompressorlarının və karbonsızlaşdırıcıların üfürülməsi, maye oksigenin stasionar və nəqliyyat tanklarına boşaldılması. Xidmət edilən avadanlığın yağlanması. Qurğu avadanlığının və aparaturasının cari təmirində iştirak edilməsi. Rampadakı təzyiqin vəziyyətinin müşahidəsi və balonların doldurulmasında iştirak edilməsi. Balonların anbarlara diyirləndirilməsi və yerləşdirilməsi. Doldurulmuş qazdan asılı olaraq balonların müxtəlif rəngə boyanması. Aparaturanın və tutumların su və həlledicilərlə yuyulması. Balonların doldurulmasına aid sənədlərin aparılması. Balon pasportlarının yoxlanılması və doldurulması.
Bilməlidir: oksigen və oksigen-arqon istehsalının texnoloji sxemi haqqında ən sadə məlumatı; alınan qazların əsas xassələrini və onların itkisinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını; doldurucu rampanın işləmə prinsipini və üstündəki qaz ventillərinin yerlərini; maye oksigenin tökülməsi üçün stasionar və nəqliyyat tankların, mexanizmlərin quruluşunu və onların işlənmə qaydalarını, balonların quruluşunu və doldurulma, sınaq və saxlama qaydalarını; doldurulmuş qazdan asılı olaraq balonların rənglərini və balonların həcmlərini; ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
333. Havabölüşdürücünün aparatçısı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Saatda 100 kub metrədək oksigen istehsal edən oksigen qurğusunda (aqreqatda) oksigen istehsalı üzrə texnoloji prosesin aparılması, Bölüşdürücü aparatın tənzimlənməsi. Qaz analizinin aparılması. Qaz sayğaclarının və diferensial manometrlərin işinə, maye və qaz şəklində olan oksigenin, azotun, arqonun və maye havanın buxarlandırıcıda dəyişməsinə nəzarət. Balonların doldurulması və maye oksigenin stasionar və nəqliyyat çənlərinə doldurulub boşaldılmasına nəzarət. Balonları mayeləşdirilmiş və sıxılmış qazla dolduran avtomatik cihazların işinin tənzimlənməsi. Qurğu avadanlığının və aparatların cari təmiri. Qurğunun işinə dair nəzarət-uçot qeydiyyatlarının aparılması. Doldurucu rampa və bütövlükdə onun boru kəmərlərinin, ventilin və nəzarət-ölçü aparatlarının vəziyyətinin tədqiq edilməsi. Doldurulmuş balonların nəql edilməsi və saxlanılmasına nəzarət.
Bilməlidir: oksigen istehsalında texnoloji sxemi; doldurucu rampanın quruluşunu; oksigen qurğularının quruluşunu və ayrı-ayrı qovşaqların təyinatını; nəzarət-ölçü cihazlarının göstəricilərinə görə aparatların tənzim olunma qaydasını; fizika, kimya və elektrotexnikaya dair əsas məlumatları; təsirsiz qazların xassələrini; qurğunun işi haqqında nəzarət-ölçü qeydiyyatlarının aparılma qaydasını; qazlarda təhlilin aparılma metodlarını; maye oksigenin tanklara süzülməsi, balonların qazla doldurulması; doldurulmuş balonlarla rəftar və onların saxlanma qaydasını; nəzarət-ölçü cihazlarının quruluşunu.
334. Havabölüşdürücünün aparatçısı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Saatda 100-800 kub metr oksigen və azot, 15 kub metrədək xam arqon və 500 litrədək maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda) xam arqonu seçilə qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Hava bölüşdürücü blokun, asetilen adsorberlərinin texnoloji qızdırılması. Adsorbsiya quruducu qurğuların regenerasiyası. Qazlarla bir neçə təhlilin aparılması. Qazholderin, rampanın, maye oksigen nasosun, detanderin vəziyyətinin, kommunikasiya və aparatların germetikliyi və saz olmasının müşahidə edilməsi. Qurğu avadanlığının və aparatların orta və əsaslı təmirində iştirak. Qoruyucu qurğulara, ventilyasiyaya, telefon və işıq-səs siqnalizasiyasına nəzarət.
Bilməlidir: fizika, kimya və elektrotexnikanın əsaslarını; arqon istehsalında texnoloji sxemi; oksigen və arqon qurğularının ayrı-ayrı aqreqatlarının və avadanlıq qovşaqlarının quruluşunu və onların oksigen, arqon və azot istehsalının ümumi texnoloji sxemində təyinatını; aparatların, avadanlığın və həcmlərin yuyulma və sınaqdan keçirilmə üsullarını; qurğuların işində nasazlıqların aşkar və ləğv edilməsi; mürəkkəb nəzarət-ölçü cihazlarının, qoruyucu qurğuların və siqnalizasiya vasitələrinin quruluşunu və təyinatını; buraxılan məhsulun keyfiyyətinə qoyulan tələbləri; avadanlığın, armatura və aparatların təmiri üzrə işlərin görülməsi qaydalarını.
335. Havabölüşdürücünün aparatçısı
İşin xüsusiyyəti.
5-ci dərəcə
Saatda 800-dən 12000 kub metrədək oksigen və azot, 15-dən 140 kub metrədək xam arqon və 500-dən 1000 litrədək maye oksigen və azot istehsal edən azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda) qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında kripton-ksenon qatışığının istehsalı üzrə texnoloji prosesin aparılması. Oksigen qurğuları avadanlıqlarının germetikliyinin yoxlanılması. Qurudulma, üfürülmə, rütubəti ayırma balonunun, kompressorun və skrubberdə cərəyanın dəyişdirilməsi. Qaz holderlərin oksigenlə, azotla və arqonla doldurulması və bu qazlarla doldurulma dərəcəsinə, həmçinin elektrik, qaz sayğaclarının, manometrlərin, difmanometrlərin və qoruyucu qapaqların işinə nəzarət. Süzgəclərin yığılıb açılması.
Bilməlidir: azot istehsalının texnoloji sxemini; oksigen və kripton qurğularında ayrı-ayrı aqreqatların və qovşaqların konstruksiyasını; qurğu aqreqatlarının işində nasazlıqların ləğv edilməsini; oksigen qurğu avadanlığının və aparatının germetikliyinin yoxlanılması üsullarını; təzyiq altında işləyən borucuqların işləmə qaydalarını; maye oksigen və azot üçün stasionar və nəqliyyat tanklarının quruluşunu; arqon qollarının (kolonkalarının), arqonun zərif kimyəvi təmizləmə blokunun quruluşunu.
336. Havabölüşdürücünün aparatçısı
İşin xüsusiyyəti.
6-cı dərəcə
Saatda 12000 kub metrdən artıq oksigen və azot, 140 kub metrdən artıq xam arqon və 1000 kub litrdən artıq maye oksigen və azot istehsal edən oksigen, azot-oksigen və oksigen-arqon qurğularında (aqreqatlarda), habelə iki rejimdə işləyərək eyni zamanda beş-yeddi havanı bölüşdürüb yüksək dərəcədə təmiz məhsul alınan qurğularda xam arqonu seçilə təmizləməklə qaz halında oksigen və azot istehsalı üzrə texnoloji prosesin aparılması. Kripton-ksenon qatışığının istehsalı üzrə texnoloji prosesin aparılması. Asetilen absorbentlərinin və süzgəclərin üfurülmə və dəyişdirilməsi, elektrik və ya su ilə işləyən qaz sayğaclarının, manometrlərin və difmanometrlərin işinə nəzarət. Detander süzgəclərinin yuyulması, açılıb yığılması üzərində müşahidə, həcmlərin və balonların maye oksigenlə doldurulmasına nəzarət.
Bilməlidir: qaz və maye oksigenin, arqonun, azotun və kriptonun texnoloji istehsal sxemini; müxtəlif tipli oksigen qurğularının quruluşunu və yenidən qurulmasını; oksigen qurğuları avadanlığının və aparatların yuyulma üsullarını; istismar prosesində oksigen avadanlığının partlamamasının təmin olunması üsullarını.
337. Havabölüşdürücü qurğuların maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Saatda 100 kub metrədək oksigen və azot verməklə havabölüşdürücü qurğuya (aqreqata) xidmət. İşə buraxılmazdan əvvəl yoxlama avadanlığın işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə görə tənzimlənməsi. Avadanlığın işinin müşahidəsi və işindəki kiçik nasazlıqların aradan qaldırılması. Qurğu avadanlığının işləməsi haqqında nəzarət-ölçü qeydlərinin aparılması, kompressorların vaxtında yağlanması, nəzarət və hava bölüşdürücü qurğu avadanlığının təmirində iştirak.
Bilməlidir: xidmət olunan avadanlığın iş prinsipini; oksigenin alınmasında texnoloji sxemi; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sürtkü materiallarının texniki şərtlərini və xassələrini; təzyiq altında işləyən avadanlığa və aparatlara xidmət qaydalarını; qazların fiziki və kimyəvi xassələri haqqında əsas məlumatları.
338. Havabölüşdürücü qurğuların maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Saatda 100-dən 800 kub metrə oksigen və azot, 15 kub metrədək xam arqon və 500 litrədək maye oksigen və azot verməklə bölüşdürücü aparatları olan havabölüşdürücü qurğusuna xidmət. İşə buraxmazdan əvvəl yoxlanılması, xidmət olunan avadanlığın işə salınması və nəzarət-ölçü cihazlarının göstəricilərinə görə işinin tənzimlənməsi.
Avadanlığın işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması. Avadanlığın, qurğuların cari təmirinin aparılması. Avadanlığın və qurğuların işi haqqında nəzarət-uçot qeydlərinin aparılması. Kompressorların, su, yağ və digər avadanlığın, yağlama və soyutma sistemləri üzərində müşahidə.
Bilməlidir: xidmət olunan havabölüşdürücü qurğunun kompressor, nasos və digər avadanlığının quruluşunu; xidmət olunan avadanlığın yağlama və soyutma sistemlərini; qazların fiziki və kimyəvi xassələri və nəzarət-ölçü cihazları haqqında əsas məlumatları.
339. Havabölüşdürücü qurğuların maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Saatda 800-dən 12000 kub metrədək oksigen və azot, 15-140 kub metrdən yuxarı arqon və 500-1000 litrədək maye oksigen və azot verən bölüşdürücü aparatı olan havabölüşdürücü qurğulara xidmət. Yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə kripton-ksenon məhlulu istehsalı üzrə qurğulara xidmət. Xidmət edilən avadanlığın yoxlanılması, işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəriciləri üzrə tənzimlənməsi. Kompressorların, su və yağ nasoslarının və digər mexanizmlərin yağlanması və soyudulması sisteminə nəzarət etmək. Avadanlıq və qurğuların işi haqqında nəzarət-uçot qeydlərinin aparılması. Qurğu avadanlıqlarının cari və qəza təmirinin aparılması.
Bilməlidir: xidmət edilən havabölüşdürücü qurğunun nasos, kompressor və digər avadanlıqlarının quruluşunu; oksigenin, arqonun, azotun alınmasının texnoloji sxemini; onların sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
340. Havabölüşdürücü qurğuların maşinisti
İşin xüsusiyyəti.
5-ci dərəcə
Saatda 12000 kub metrdən yuxarı oksigen və azot, 140 kub metrdən yuxarı xam arqon və 1000 litrdən yuxarı maye oksigen və azot verən bölüşdürücü aparatları olan havabölüşdürücü qurğulara xidmət. Bütün mexanizm və qurğuların yoxlanılması və işə hazırlanması. Xidmət edilən avadanlığın işə salınması və dayandırılması. Kripton-ksenon məhlulunun istehsalı üzrə qurğulara xidmət. Qurğu avadanlığının orta və əsaslı təmirində iştirak etmək. Kompressor və nasosların işindəki nasazlıqları təyin etmək və onları aradan qaldırmaq. Avadanlıq və qurğuların işi barədə istehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: xidmət edilən havabölüşdürücü qurğunun kompressor, nasos və digər avadanlığının quruluşunu; oksigen, arqon, azot və digər qazların alınması üzrə qurğuların işinin texnoloji sxemini; kompressor, turbo kompressorların, havaüfürücülərin, su və yağ nasoslarının sökülüb-yığılması və təmirinin ardıcıllığını və qaydasını; fizikanın əsaslarını və qazların sıxılması və bölüşdürülməsi prosesinin mahiyyətini.
341. Çatı quran
İşin xüsusiyyəti.
2-ci dərəcə
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və kütləsi 5 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Çatın bərkidilməsi. Kran maşinistinə siqnal verilməsi və yükün qaldırılması, daşınması və qoyulması zamanı yükə nəzarət edilməsi. Yükün kütləsi və ölçülərinə əsasən lazımi çatın seçilməsi. Çatıların yararlı olub-olmamasının müəyyənləşdirilməsi.
Bilməlidir: daşınan yükün kütləsinin gözəyarı müəyyən edilməsini; çatı qurmağın qaydasını; yük qaldırılan zaman şərti siqnalizasiya işarəsini; çatıların təyinatını və tətbiqi qaydalarını; kranların və çatıların yüklənmə məhdudiyyətini; yüklərin daşınması üçün çatıların lazımi uzunluğu və diametrini.
342. Çatı quran
İşin xüsusiyyəti.
3-cü dərəcə
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükləri və kütləsi 5 t-dan 25 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və qoyulması üçün çatın qurulması və bağlanması. Orta mürəkkəb və uzunluğu 3 m-dən 6 m-ə qədər olan meşə yüklərinin məmulat, detal və birləşmələrin, onların dəzgaha bərkidilməsi ilə, körpü və digər montaj vəsaiti və mexanizmlərinin, həmçinin kütləsi 5 t-a qədər olan digər oxşar yüklərin qaldırılması, daşınması və qoyulması üçün çatın qurulması və bağlanması. Yüklərin tez və təhlükəsiz çatı qurulması və daşınması üçün üsulların seçilməsi. Çatıların müxtəlif düyünlərlə birləşdirilməsi və bağlanması.
Bilməlidir: daşınan yüklərin gözəyarı kütləsinin və ağırlıq mərkəzinin müəyyənləşdirilməsini; sadə ağır və çox da mürəkkəb olmayan yüklərin çatının qurulması, qaldırılması və qoyulması qaydasını; yüklərə çatı qurmaq üçün əlverişli yerlərin seçilməsini; çatıların istismar müddətini və onların yükgötürmə qabiliyyətini; çatıların birləşdirilməsi və bağlanması üsullarını; yük tutucu vasitələrin iş prinsipini.
343. Çatı quran
İşin xüsusiyyəti.
4-cü dərəcə
Sadə məmulat, detal, uzunluğu 3 m-ə qədər olan meşə yükü və kütləsi 25 t-dan yuxarı olan digər oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatının qurulması və bağlanması. Orta mürəkkəb yüklərin, uzunluğu 3-dən 6 m-ə qədər olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin dəzgaha, körpücüklərə və digər montaj vəsaitinə qurulmaqla, həmçinin kütləsi 5-dən 25 t-a qədər olan oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Uzunluğu 6 m-dən artıq olan meşə yükünün, xüsusi ehtiyatlılıq tələb edən məmulat, detal və birləşmənin, texnoloji avadanlığın və onunla əlaqədar olan konstruksiya, məmulat, birləşmə, maşın və mexanizmlərin yığılması, sökülməsi, həmçinin maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyalarının və kütləsi 5 t-a qədər olan oxşar mürəkkəb yüklərin qaldırılması, montajı, daşınması və yerləşdirilməsi üçün çatının qurulması və bağlanması. Çatın uclarının toxunması. Yüklərin kütləsi və növündən asılı olaraq çatın seçilməsi.
Bilməlidir: ağır yüklərə çatın qurulması üsullarını; yüktutucu vəsaitin quruluşunu; çatıların birləşdirilməsi qaydası və üsullarını; çatıların istismarı müddətini və onların yükqaldırma qabiliyyətini.
344. Çatı quran
İşin xüsusiyyəti.
5-ci dərəcə
Orta mürəkkəbli yüklərin, uzunluğu 3 m-dən 6 m-ə qədər olan meşə yüklərinin, məmulat, detal və birləşmələrin dəzgaha, körpücüklərə və digər montaj vəsaitləri və mexanizmlərinə qurulmaqla, həmçinin kütləsi 25 t-dan yuxarı olan oxşar yüklərin qaldırılması, daşınması və yerləşdirilməsi üçün çatın qurulması və bağlanması. Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin, xüsusən məsul məmulat, birləşmə, maşın və mexanizmlərin bilavasitə yığılması və sökülməsi, həmçinin kütləsi 5-dən 50 t-a qədər olan oxşar mürəkkəb yüklərin maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyalarının yığılması və sökülməsi zamanı çatın qurulması və bağlanması.
Bilməlidir: yüklərin əyilməkdən və xarab olmaqdan qorunması üçün qaldırılması və daşınması zamanı istifadə edilən vəsaitlərin quruluşunu; çatıların sınağı metodu və müddətini.
345. Çatı quran
İşin xüsusiyyəti.
6-cı dərəcə
Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin, xüsusən məsul məmulat, birləşmə, maşın və mexanizmlərin bilavasitə yığılması və sökülməsi, həmçinin kütləsi 50 t-dan yuxarı olan maşın, aparat, bina və qurğuların yığma elementlərinin konstruksiyasının və digər oxşar mürəkkəb yüklərin qaldırılması, montajı, daşınması üçün çatın qurulması və bağlanması.
Bilməlidir: xüsusən məsul yüklərə çatı qurulması qaydası və üsullarını; məsul yüklərin qaldırılması və daşınması üçün istifadə edilən vəsaitlərin konstruksiyasını.
346. Çirkab suların təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında reagentlərin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması və aparatlara, yaxud hovuzlara doldurulması. Təmizlənmiş suların, radioaktiv şlamın və çöküntülərin çəkililə vurulması və ayrılması. Aparatlarınn və kommunikasiyaların şlamdan təmizlənməsi. İstehsalat jurnalında qeydlərin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların iş prinsipini; sənaye çirkabının və radioaktiv suların təmizlənməsi prosesində texnoloji rejimlər barədə adi (elementar) məlumatları; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; radioaktiv maddələrlə işləməyin sanitariya qaydalarını.
347. Çirkab suların təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Sənaye çirkabının və ya radioaktiv suların qarışıqlardan təmizlənməsi və texnoloji prosesində istifadə etmək üçün çökdürmə, süzmə, neytrallaşdırma və s. metodlarla qiymətli maddələrin tutulması proseslərinin aparılması. Soda, əhəng südü, aşındırıcı natrium reagentlərinin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması, aparatlara və ya hövzələrə doldurulması. İonlu-mübadilə süzgəclərin regenerasiyası. Çirkabın tam təmizlənməsi üçün yoxlama təhlillərinin aparılması, nəzarət-ölçü cihazlarının göstəricilərinə və təhlil nəticələrinə görə təmizləmə prosesinin aparılması. Avadanlığın və kommunikasiyaların işindəki nasazlıqların aşkar və ləğv edilməsi. Avadanlığın təmirə hazırlanması və təmirdən sonra qəbulu. Daha yüksək ixtisaslı aparatçının rəhbərliyi altında çirkabların ionlu-mübadilə təmizlənmə və ya biokimyəvi oksidləşmə prosesinin aparılması.
Bilməlidir: süzgəclərin, qızdırıcıların, dozatorların və nasosların quruluşunu; təmizləmə prosesinin texnoloji rejimlərini - sənaye çirkabının və radioaktiv suların çökdürülməsi, süzülməsi və neytrallaşdırılması, təmizləmə qurğularında istifadə olunan kimyəvi reaktivləri; sadə və orta mürəkkəbli nəzarət-ölçü cihazlarının quruluşunu; analizlərin aparılması metodikasını; mühitin pH dəyişməsinə görə sorbsion siklinin müəyyənləşdirilməsini; fizika və kimyanın əsaslarını.
348. Çirkab suların təmizlənməsi üzrə aparatçı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Sənaye çirkabının ionlu-mübadilə yolu ilə təmizlənməsi, yaxud biokimyəvi oksidləşdirmə metodu ilə qarışıqlarda təmizləmə prosesinin aparılması. Radioaktiv suların buxarlandırıcı qurğularda buxarla təmizlənməsi. Qatran, maqnezit, ammonyak, turşu və s. reagentlərin hazırlanması, daxil olan çirkabın miqdarından və tərkibindən asılı olaraq onların dozalaşdırılması və aparatlara doldurulması. Ammonyak qollarında (kolonkalarında) qatranüstü sulardan ammonyakın ayrılması, uçan ammonyakın üfürülməsi və reaktorda qeyri-sərbəst ammonyakın ayrılması proseslərinin aparılması. Çirkabının ionlu-mübadilə süzgəclərinə yaxud aerotanklara qəbulu, aerasiyanın intensivliyinin və süzülmə prosesinin müşahidə edilməsi. Radioaktiv suların texnoloji sorbsiya (təmizləmə) prosesinin tənzimlənməsi. Qatranın və yağların regenerasiyası. Qatranların regenerasiyası prosesində kimyəvi preparatların dozalaşdırılması və verilmə sürətinin tənzimlənməsi. Qatranın generasiya məhlulundan yuyulub təmizlənməsi və onların sonrakı mərhələyə hazırlanması. Nəzarət-ölçü cihazları vasitəsi ilə təhlillərin nəticələrinə görə aerotanklar üzrə oksigenin daxil olmasına, çirkabın miqdarına, toksiki maddələrin olmasına, çirkabın təmizlənmə dərəcəsinə, aerotanklardakı suyun üzərində olan köpüyün miqdarına, qələvi və turşu məhlullarının qatılığına nəzarət və onların tənzimlənməsi. Aerotanklarda ionlu-mübadilə süzgəclərinə, kommunikasiyalar və armatura yerləşdiyi idarəetmə qalereyasına, həmçinin nəzarət-ölçü cihazlarına xidmət göstərilməsi. Avadanlığın işində nasazlıqların aradan qaldırılması.
Bilməlidir: çirkabın ionlu-mübadilə yolu ilə təmizlənməsi, biokimyəvi oksidləşmə və aerasiya proseslərini, qatranın regenerasiyasının texnoloji rejimlərini; xidmət etdiyi sahənin sxemini; ionlu-mübadilə, biokimyəvi, mexaniki süzgəclərin, buğlandırıcı qurğuların, armatura və kommunikasiyaların quruluşunu; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; texnoloji təmizləmə rejiminin parametrlərini və prosesi tənzimləmə qaydalarını; istilik texnikası əsaslarını.
349. Çəkib-bükücü-qablaşdırıcı maşının maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Yüksək ixtisaslı maşinistin rəhbərliyi altında hazır məhsulun və məmulatın bükücü-qablaşdırıcı maşınlarda bükülüb-qablaşdırma prosesinin aparılması. Bükülmə və etiketlərin yapışdırılmasına vaxtaşırı nəzarət. Bükülmüş məmulatların hesab üzrə sayının yoxlanılması. Müxtəlif məmulatların əl ilə ötürülməklə bükücü maşın-yarımavtomatlarda kağıza, sellofan və digər bükmə materiallarına bükülməsi. Müxtəlif maye məhsulun bankaya, butulkaya, flakona, şüşəyə, çənə, dozatora və s. süzülməsi və yarımavtomatlarda ağzının bağlanması prosesinin aparılması. Taraların doldurulma səviyyəsinin tənzimlənməsi. Xidmət olunan avadanlığın işindəki nasazlıqların aradan qaldırılması.
Bilməlidir: xidmət edilən avadanlığın iş prinsipini; nəzarət-ölçü alətlərinin təyinatını və tətbiqi şərtlərini; məhsulun keyfiyyətinə qoyulan tələbləri; bükülmə və qablaşdırmaya qoyulan dövlət standartlarını və texniki şərtləri; bükücü-qablaşdırıcı materialların maşına salınması üsullarını; mayenin süzülməsi və taranın tıxaclanmasının texnoloji rejimini.
350. Çəkib-bükücü-qablaşdırıcı maşının maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Dozalaşdırıcı, ölçücü, çəkici, tələb olunan həcmdə və ya sayda məhsulu (əmtəəni) ayıran qurğuları olan çəkib-bükücü-qablaşdırıcı maşın, avtomat və yarımavtomatlarda verilmiş həcmdə, kütlədə və sayda müxtəlif növ bərk, pasta şəkilli, dənəvər və tək-tək məhsul (əmtəə) və məmulatların çəkilib-bükülməsi və qablaşdırılması prosesinin aparılması. Məhsulun (əmtəənin) porsiyalarla hazır paketlərə, qutulara, kisələrə və s. avtomatik qablaşdırılması. Paketlərin, kisə və qutuların tikilməsi və etiketlərin yapışdırılması (bükülməsi). Dozalaşdırıcı qurğunun bunkerinə məhsulun yüklənməsi. Dolayıcı-bükücü materialların - kağızın, perqamentin, folqanın, sellofanın və digər bükücü materialın bükücü maşın-avtomatlara, çəkib-qablaşdırıcı aqreqatlara salınması. Ayrı-ayrı məmulatların kağıza, folqaya, sellofana və digər bükücü materiala bükücü maşın-avtomatlarda, çəkib-bükücü-qablaşdırıcı aqreqatlarda avtomatik qidalandırıcı, özü qatlayıb-açan və digər nəqliyyat qurğuları vasitəsilə ötürülərək bükülməsi. İstehsal gücü saatda 12000 butulka olan avtomatik maşınlarda müxtəlif maye məhsullarının taraya süzülməsi və tıxaclanması prosesinin aparılması. Xidmət edilən avadanlığın cari təmiri.
Bilməlidir: xidmət edilən avadanlığın quruluşunu; məhsulun bükülməsi və qablaşdırılmasının keyfiyyətinə və qablaşdırılmasının tərtibinə qoyulan tələbləri; dozatorların verilmiş həcmə, kütləyə və kəmiyyətə uyğun tənzimlənməsi qaydalarını; çəkilib-bükülmə prosesində məhsulun və bükücü materialın itkisinə qoyulan normaları; avadanlığın işində olan nasazlıqların aradan qaldırılması üsullarını; çəkilib-bükülən məhsulun assortimentini, say, kütlə və həcm standartını və çəkililə qablaşdırılan məhsulun fərqləndirici xüsusiyyətlərini; məmulatın bükülməsinə qoyulan texniki şərtləri; məhsulun keyfiyyətinə və butulkaların xarici tərtibatına qoyulan tələbləri.
351. Çəkib-bükücü-qablaşdırıcı maşının maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif növ maye məhsulun istehsal gücü saatda 12000 və daha çox butulka olan avtomat maşınlarda taralara doldurulması və tıxaclanması (bağlanması). Çaxırın çöküntüdən ayrılması və şampanın filtrdən keçirilməsi və tam doldurulması üçün çaxır və şampanın bir butulkadan digər butulkaya xüsusi aparat və ləvazimat vasitəsilə süzülməsi. Məhsulun avtomatlarda termik sıxılmış polietilen plyonkalara qablaşdırılması, banderollaşdırılması prosesinin aparılması. Plyonkaların maşınlara doldurulması. Maşınların məhsul kommunikasiyalarına birləşdirilməsi. Süzmə xəttinin avtomatik maşinlarına–dozalaşdırıcı, bükücü, süzücü, bərkidici, çalxalandırıcı, etiketləyici, qoyucu, qablayıcı maşınlara xidmət. Süzülən məhsulun temperaturunun və təzyiqinin tənzimlənməsi. Məhsulun ölçülməsi və çəkilməsi. İş rejiminin sərbəst təyin edilməsi, avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: avtomatik maşınlarda doldurulmanın texnoloji rejimini; xidmət edilən maşın və nəqliyyat sisteminin quruluşunu; nəzarət-ölçü cihazlarının quruluşunu; elektrotexnikanın əsaslarını; banderollaşdırılmış və plyonkaya bükülmüş məhsulun termik emalını.
352. Çəkib-bükücü-qablaşdırıcı maşının maşinisti
İşin xüsusiyyəti.
5-ci dərəcə
Pres-qablaşdırıcı maşınına xidmət. Xidmət avadanlığının yoxlanılması, işə hazırlanması, işə salınması və onun işinin nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən tənzimlənməsi. Boş paketlərin verilməsi və qol borularına keçirilməsi. Avtomat və bloklama vasitələri cihazlarının işinə, yağın və sıxılmış havanın təzyiqinə nəzarət. Xidmət olunan avadanlığın sazlanması. Maşınların yağlanması, maşın .və köməkçi vasitələrin işindəki nasazlıqların aşkar edilməsi, orta və əsaslı təmirdə iştirak etmək.
Bilməlidir: hidravlik pres-qablaşdırıcı maşınların və köməkçi aqreqatların, mexanizmlərin, nasos, filtr, tərəzi, qaytançəkənlərin quruluşunu; yağ borularının sxemini; yağlanma rejimini.
353. Şüşə məmulatlarının süni köhnəlməsi laboratoriyasının laborantı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Şüşədən olan məmulatların (termometrlərin—texniki, kimyəvi, kontakt meteoroloji və s.) köhnəlmə elektrik peçində süni köhnəlmə prosesinin aparılması. Məmulatların elektrik peçinə yüklənməsi. Cihazların göstəricilərinə görə və termometrin konstruksiyasından və şüşənin markasından asılı olaraq peçlərin temperatur rejiminin tənzimlənməsi.
Bilməlidir: elektrik peçin iş prinsipini; köhnəlmənin temperatur rejimini; temperaturun enib-qalxmasının köhnəlmənin keyfiyyətinə təsirini; görülən işin həcmində elektrotexnikanın elementar əsaslarını; cihazların istehsalında istifadə olunan şüşələrin əsas markalarını.
354. Ştabelformalaşdırıcı maşının maşinisti
İşin xüsusiyyəti.
5-ci dərəcə
Dəmir filizi xammalının, yüklərin kisələrdə, paketlərdə daşınması, proqramlaşdırıcı qurğuların köməyi ilə müəyyən olunmuş hündürlükdə yığılması zamanı ştabelformalaşdırıcı maşının idarə olunması. Maşının işə hazır olması, onun proqramlaşdırıcı qurğuların köməyi ilə avtomatik işə keçirilməsi. Maşının işinə, havanın təzyiqinə və yağın səviyyəsinə nəzarət. Hava filtrlərinin yoxlanılması və suyun oradan boşaldılması. Fotorelenin işinin yoxlanılması, onların sazlanması və linzaların təmizlənməsi. Dəmir filizi xammalının, kisədə və paketdə olan yüklərin maşına vaxtında verilməsinə nəzarət. Maşının işində olan nasazlıqların aşkar edilməsi. Maşının cari təmirinin aparılması.
Bilməlidir: ştabelformalaşdırıcı maşının quruluşunu, kinematikasını, idarəetmə sxemini, tənzimləmə və yağlama qaydalarını; köməkçi mexanizm və aqreqatların qarşılıqlı əlaqəsini; nəzarət-ölçü cihazlarının quruluşunu; maşının tələb olunan iş rejiminə sazlanması qaydalarını.
© «VneshExpertService» LLC
Dostları ilə paylaş: |