Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 1.08 Mb.
səhifə21/25
tarix20.10.2017
ölçüsü1.08 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   25

238. Mexanikləşdirilmiş və avtomatlaşdırılmış anbarların operatoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan eşşək kranlardan istifadə etməklə anbar, baza, vaqon, avtomobil və gəmilərdə, konteyner meydançaları, komplektləşdirmə və qablaşdırma sahələrində müxtəlif növ yüklərin yüklənib-boşaldılması, nəql etdirilməsi və daxili emalı. Səpələnən və qalaqlanan yüklərin avtomatik rejimdə işləyən idarə pultundan qəbulu, çəkilməsi və vaqon və avtomobillərə yüklənməsi prosesinin aparılması. Müxtəlif növ yüklərin anbara daxil olması və bərabər paylanılmasının avtomatika və nəzarət-ölçü cihazları vasitəsi ilə müşahidəsi, nəzarəti və tənzimlənməsi. Yüklərin qəbul bunkerlərinə verilməsinə, onların doldurulmasına, boş və dolu vaqon və avtomobillərin çəkilməsinə, onların yüklə doldurulmasına nəzarət. Yüklərin dövlət standartlarına uyğunluğuna nəzarət etmək. Qəbul, nəqletdirmə və göndərilmə proseslərini aparan anbar fəhlələrinə, rəhbərlik etmək. Tətbiq edilən avtomatika sisteminin sazlanması.



Bilməlidir: yüklərin saxlanıldığı anbarlarda yüklənib-boşaldıcı avadanlıqların quruluşunu və sxemini; avtomatika, nəzarət-ölçü cihazlarının təyinatını, quruluşunu və xüsusiyyətlərini; yüklərin yüklənməsi, çəkilməsi, uçotu və nəql etdirilməsinin qayda və üsullarını, dövlət standartlarının tələblərini, avtomatika sisteminin sazlanması qaydası və üsullarını.

239. Nasos qurğularının maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Saatda cəmi 1000 kub metrə qədər su, turşu, qələvi və digər qatı olmayan maye vuran porşenli və mərkəzdənqaçma nasosları ilə təchiz edilmiş nasos qurğularına və saatda 50 t-a qədər neft, mazut, qatran və digər qatı maye ötürən nasos qurğularına xidmət. Hər bir nasosu saatda 100 kub metr ötürən iynə filtrli qurğulara və tikinti meydançalarında və səhra şəraitində yerləşən nasos aqreqatlarına və nasoslara xidmət. Saatda cəmi 6000 kub metrə qədər metanlı hava qarışığı ötürən kömür şaxtalarının deqazlaşdırılması üzrə vakuum-nasos qurğularına xidmət. Qazın ölçülməsi. Suyun və vurulan digər mayelərin tənzimlənməsi. Neft və mazutun çən və baklardan süzülməsi və vurulması. Maye yanacağının süzülməsi zamanı qızdırılması və onun saxlanılma və ya tələbat yerinə verilməsi. Neft magistrallarının üfürülməsi. Filtrlərin vəziyyətinə və onların təmizlənməsinə nəzarət. Avadanlıqların işində olan nasazlıqların aşkarlanması və aradan qaldırılması, qurğuların işi haqqında jurnalda qeydlərin aparılması. Avadanlıqların cari təmiri və daha mürəkkəb təmir işlərinin yerinə yetirilməsi.



Bilməlidir: mərkəzdənqaçma, porşenli və digər nasos qurğuları avadanlıqlarının iş prinsipini; suyun, neftin və vurulan digər mayelərin və qazın fiziki və kimyəvi xüsusiyyətini; onların yüklənməsini; nasos qurğularının kommunikasiya sxemini; bərkidici armaturun və qoruyucu qurğuların yerləşməsini; nasos qurğularının işində olan nasazlıqların aradan qaldırılması yollarını; qrinel şəbəkəsinə xidmət qaydalarını; yağların növü və markasını; qurğuların yağlanma sistemini.

240. Nasos qurğularının maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Saatda cəmi 1000-dən 3000 kub metrə qədər su, pulpa və digər qatı olmayan mayelər ötürən porşenli və mərkəzdənqaçma nasosları ilə təchiz edilmiş nasos qurğularına və saatda cəmi 50 t-dan yuxarı neft, mazut, qatran və digər qatı mayelər vuran nasos qurğularına xidmət. Sahə şəraitində tikinti meydançalarında hər biri saatda 100-dən 1000 kub metrə qədər su vuran nasos və ya nasoslu aqreqatlara və hər bir nasosu saatda 100-dən 600 kub metrə qədər vuran iynə filtrli qurğulara xidmət. Saatda cəmi 6000 kub metrdən 18000 kub metrə qədər metanlı hava qarışığı ötürən kömür şaxtalarının deqazlaşdırılması üzrə vakuum-nasos qurğularına xidmət. Mühərrik və nasosların işə salınması və dayandırılması, su və ötürülən digər mayelərin verilən təzyiqinin saxlanılması və borukəmərlərinin xidmət edilən sahələrinin nasos, mühərrik və armaturunun fasiləsiz işinə nəzarət. Qurğu avadanlıqların işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması. Qurğunun işi haqqında texniki uçot və hesabatın aparılması. Nasos avadanlığının cari təmirinin yerinə yetirilməsi, orta və əsaslı təmirdə iştirak etmək.



Bilməlidir: suyun, maye yanacağın və digər mayelərin vurulması üzrə porşenli və mərkəzdənqaçma nasoslarının quruluşunu; hava kəmərlərinin, sovurucuların və sıxıcı kompressorların və təmizləyici qurğuların sxemini; klinket və filtrlərin konstruksiyasını; elektrotexnika, hidravlika və mexanika üzrə elementar məlumatları; avadanlıqların işində olan nasazlıqların aşkar edilməsi və qəzaların aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; avadanlıqların işinin uçotu və aparılması qaydasını.

241. Nasos qurğularının maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Müxtəlif sistemli nasos və boru nasosları ilə təchiz edilmiş, saatda cəmi 3000-dən 15000 kub metrə, qədər su, pulpa və digər qatı olmayan mayelər ötürən nasos qurğularına xidmət. Mühərrik və nasosların işə salınması, iş rejiminin tənzimlənməsi və dayandırılması. Sahə şəraitində tikinti və sənaye meydançalarında hər biri saatda 1000-dən 3000 kub metrə qədər su ötürən nasos və nasoslu aqreqatlara və hər biri saatda 600 kub metrdən artıq ötürən vakuumlu nasos və iynəfiltrli qurğulara xidmət. İstehsal gücü 18000 kub metrdən yuxarı metanlı hava qarışığı olan kömür şaxtaların deqazlaşması üzrə vakuum-nasos qurğularına xidmət. Xidmət edilən sahə şəbəkəsində verilən su və pulpun lazımi təzyiqlə təmin edilməsi. Nasos qurğuları avadanlığının işindəki nasazlıqların aşkar edilməsi və onların aradan qaldırılması.



Bilməlidir: müxtəlif sistemli mərkəzdənqaçma, porşenli və vakuum nasoslarının və boru nasoslarının konstruksiyasını; elektrotexnika, hidravlika, mexanika üzrə əsas məlumatları; avankamera, borukəməri, tor, quyu və nəzarət-ölçü cihazlarının quruluşunu və yerləşməsini; bütün nasos qurğuları avadanlığının işə salınması və dayandırılması qaydalarını; avadanlığın işindəki nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını.

242. Nasos qurğularının maşinisti

İşin xüsusiyyəti.

5-ci dərəcə

Müxtəlif sistemli nasos və boru nasoslarla təchiz edilmiş, saatda 5000-7000 kub metrə qədər su və pulpa ötürən güclü nasos qurğularına xidmət. Sahə şəraitində və texniki meydançalarda saatda 3000 kub metr su vuran nasos və nasoslu aqreqatlara xidmət. Nasosların, mühərriklərin, armatur və boru kəmərlərinin fasiləsiz işinin təmin edilməsinə və suyun təzyiqinə nəzarət. Dövr edən suyun soyudulması üçün qradirnə xidmət. Nasosların, su qurğularının, nəzarət cihazlarının, avtomatların və qoruyucu qurğuların tənzimlənməsi və onlara baxış. Nasos qurğularının işindəki nasazlıqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması.



Bilməlidir: müxtəlif növlü mühərrik, nasos və boru nasoslarla təchiz edilmiş yüksək güclü nasos qurğularının quruluşunu və konstruksiyasını; avankamer, quyu, boru kəmərləri və filtrlərin konstruksiyası və yerləşmə sxemini; xidmət edilən sahənin su təchizatının qrafikini.

6-cı dərəcə: saatda 7000 kub metrdən yuxarı su, pulpa və qeyri-özlü maddə ötürən nasos qurğularına xidmət.



243. Nümunə seçilə götürən

İşin xüsusiyyəti.

1-ci dərəcə

Filiz, metal, xammal, yarımfabrikat, hazır məhsul, qatışıqlar, neft məhsulları, bərk mineral yanacaq, tikinti materialları və sairdən nümunə götürənin köməyi ilə, əl ilə və ya xüsusi vasitələrlə nümunənin seçilməsi və hazırlanması. Laborantın rəhbərliyi ilə təhlilin, yoxlanılmanın və mexaniki sınağın aparılması. Nümunələrin qablaşdırılması və etiketlə tərtibatı, onların laboratoriyaya gətirilməsinin təmin edilməsi. Nümunə götürmək üçün istifadə edilən qabın yuyulub saxlanılması. Götürülən nümunələrin uçotunun aparılması.



Bilməlidir: müxtəlif anbar və istehsalat şəraitində nümunə götürülməsi qaydası və üsullarını; nümunə üçün götürülən material, xammal və hazır məhsulun xüsusiyyətlərini; nümunənin keyfiyyətinə qoyulan tələbləri; nümunə götürənin quruluşunu.

244. Nümunə seçilə götürən

İşin xüsusiyyəti.

2-ci dərəcə

Aqressiv və ya zəhərli maddələrdən nümunə götürənin köməyi ilə və ya təzyiq və vakuum altında yerləşən respirator və aparatlardan istifadə etməklə nümunələrin seçililə götürülməsi. Trixinellez üçün nümunənin götürülməsi. Nümunələrin çəkilməsi, ölçülməsi, daşınması, paketlər üzrə paylanması. Orta nümunənin hazırlanması. Bərk mineral yanacağın seçilməsi və hazırlanması zamanı nümunə götürücü və nümunə hazırlayıcı maşınların işinə nəzarət etmək. Nümunələrin bölünməsi və təbəqələnməsi. Seçililə götürülmüş və hazırlanmış nümunələrin uçotunun aparılması və müvafiq aktların tərtilə edilməsi. Xidmət edilən maşın və mexanizmlərin təmirində iştirak etmək.



Bilməlidir: nümunə götürücü və nümunə bölüşdürücü maşın və mexanizmlərin quruluşunu və hərəkət prinsipini; aqressiv və zəhərli maddələrin nümunələrinin təzyiq və vakuum altında olan aparatlardan götürülməsi qaydası və üsullarını; nümunələrin hazırlanması üsullarını; zəhərli və yanacaq maddələrdən istifadə qaydalarını.

245. Nümunə seçilə götürən

İşin xüsusiyyəti.

3-cü dərəcə

Domna sobalarının koloşnikinin radiusu üzrə qaz nümunəsinin götürülməsi. Domna sobalarının şaxtalarından qaz nümunəsinin götürülməsi üçün dəlik və gözlüklərin təmizlənməsi. Şaxtanın müxtəlif səthlərində və domna sobasının aşağı hissəsində temperaturun və təzyiqin ölçülməsi. Furma zonasında temperaturun müəyyənləşdirilməsi və furmalar üzrə hava sərfinin ölçülməsi. Çuqun və şlak nümunələrinin seçililə götürülməsi. Nümunə götürülməsi üçün avadanlığın sazlığının yoxlanılması.



Bilməlidir: domna sobalarının quruluşunu; çuqunun əridilmə prosesinin əsaslarını; qaz, çuqun və şlakın kimyəvi və fiziki xüsusiyyətlərini; temperatur və təzyiqin sobalarda ölçülməsi üçün işlədilən cihazların quruluşunu; qaz, çuqun və şlak nümunələrinin seçililə götürülməsi qaydasını; oksigen aparatlarında iş qaydasını və aparatların quruluşunu.

246. Ossilloqraflaşdırma və tenzometrləşmə operatoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Tenzodatçiklərin konstruksiyaya yapışdırılması. İş vaxtı lazım olan qeyri-mürəkkəb ləvazimatların hazırlanması. Sınaq sxemlərinin quraşdırılması və daha yüksək ixtisaslı operatorun rəhbərliyi altında ossilloqrafiya və tenzometriya üçün cihazların sazlanması. Naqilli tenzodatçiklərin termik emalı. Resept üzrə aydınlaşdırıcının hazırlanması.



Bilməlidir: işıqşüalı ossilloqraflarla, tenzodatçiklərdə iş qaydalarını; tenzodatçiklərin tipini və xüsusiyyətlərini; elektrotexnikanın əsaslarını; müxtəlif sınaqların sinifləşdirilməsini; fotosənədlər haqqında əsas məlumatları və emalı üsullarını.

247. Ossilloqraflaşdırma və tenzometrləşmə operatoru

İşin xüsusiyyəti

3-cü dərəcə

Tenzodatçiklərin köməyi ilə konstruksiyalarda cərəyanın ossilloqraflaşdırılması. Ossilloqramların şifrinin açılması. Sınaq sxemlərinin quraşdırılması və ossilloqrafiya və tenzometriya üçün cihazların sazlanması. Ossilloqrafiya və tenzometriya cihazlarının sınağa hazırlanması. Tenzodatçiklərin müqavimət və tenzohəssaslıq üzrə seçilməsi, göstəricilərin çıxarılması. Cihazların xırda təmiri.



Bilməlidir: ossilloqrafiya və tenzometriya cihazlarının struktur sxemini; metal və ərintilərin mexaniki xüsusiyyətlərini; cihazların texniki göstəricilərini; mexaniki gərginliyin sınaq metodikasını.

248. Ossilloqraflaşdırma və tenzometrləşmə operatoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Ossilloqrafiya və tenzometriya üçün cihazların seçilməsi. İş rejiminin seçilməsi və cihazların sazlanması. Bütün sxemin iş qabiliyyətinin yoxlanılması. Aşağı və yüksək temperaturlarda detalların gərginliyinin ölçülməsi. Gərginlik diaqramının qurulması. İstifadə olunan cihazların təmiri. Tenzometrlərin yerinin çəkilməsi üçün qurğuların hazırlanması. Ossilloqramların foto emalı.



Bilməlidir: ossilloqrafiya və tenzometriya cihazlarının prinsipial sxemini və sazlama qaydalarını; materialların müqaviməti və radiotexnika haqqında əsas məlumatları; tenzometrik sınaqların yekununun emalı; xətaların müəyyənləşdirilməsi üsulları və qaydalarını.

249. Pirometrist

İşin xüsusiyyəti.

2-ci dərəcə

Daşına bilən pirometrik və nəzarət-ölçü cihazlarının köməyi ilə əridici, qızdırıcı və quruducu sobalarda, həmçinin metalın buraxılması və tökülməsi zamanı temperaturun müəyyən edilməsi. Temperatur ölçülərinin və verilmiş texnoloji rejimdən kənarlaşmaların qeydiyyatı. Cihazların tənzimlənməsi və termobuxar qatının yanmış hissəsinin dəyişdirilməsi. Cədvəllərin köməyi ilə temperaturun ölçülərinin bir şkaladan başqa şkalaya keçirilməsi.



Bilməlidir: daşına bilən pirometrik cihazların iş prinsipini; pirometrik və nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; əridici, qızdırıcı və quruducu sobaların texnoloji temperatur rejimini; maye metalın tökülməsinin başlanma və qurtarma temperaturunu; müşahidə yekunlarının və temperaturunun qeydiyyatı qaydalarını; temperatur ölçüləri göstəricilərinin bir şkaladan başqa şkalaya verilməsi üçün cədvəllərdən istifadə qaydasını; termobuxarın yanmış qatının dəyişdirilməsi üsullarını.

250. Pirometrist

İşin xüsusiyyəti.

3-cü dərəcə

Stasionar pirometrik və nəzarət-ölçü cihazları vasitəsi ilə əridici, qızdırıcı və quruducu sobalarda temperaturun müəyyən edilməsi. Cihazların göstəricilərinin düzgünlüyünün yoxlanılması. Möhkəmlədici vannaların temperaturunun ölçülməsi. Pirometrik cihazların tənzimlənməsi və cari təmiri. Termobuxarın yoxlanılması. Termobuxarın iş yerində qurulması.



Bilməlidir: stasionar və daşına bilən pirometrik və nəzarət-ölçü cihazlarının quruluşunu və iş prinsipini; pirometrlərdə nasazlıqları yaradan səbəblərin əsasını və onların qarşısının alınması üsullarını; temperaturun qeyd edilməsi və ölçülməsi qaydasını; metalın əridilməsi və tökülməsinin temperatur rejimini, termik emalını və qurudulmasını; elektrotexnika üzrə ümumi məlumatı.

251. Pirometrist

İşin xüsusiyyəti.

4-cü dərəcə

Optik və radiasiya pirometrlərinin köməyi ilə əridilmiş metalın, duzun, qaz mühitinin və sıxılmış qazın temperaturunun müəyyən edilməsi. Pirometrik cihazların qurulması və sazlanması. Pirometrik millivoltmetrlərin, özüyazan cihazların, avtomatik potensiometr və körpülərin tənzimləyici göstəricilərinin tənzimlənməsi və nəzarət. Verilmiş mühitin temperaturunun ölçülməsi üçün metodun və lazımi aparatların seçilməsi. Pirometrik cihazların təmiri.



Bilməlidir: pirometrik cihazların kinematik və elektrik sxemini; metalşünaslıq, elektrotexnika və radiotexnikanın əsaslarını; radiasiya pirometrlərində istifadə olunan radiolampaların, yüksək tezlikli generatorların və elektron gücləndiricilərinin növlərini; xidmət olunan sahələrdə metalın, duzun və qazların texnoloji temperaturunu.

252. Radioaktiv tullantıların emalçısı

İşin xüsusiyyəti.

2-ci dərəcə

Maye və bərk radioaktiv tullantıların yüklənməsi üçün tutumların hazırlanması. Bərk tullantılar üçün nəzərdə tutulmuş tutumlarda lövhələrin açılması və bağlanılması. Maye tullantılar üçün rezervuarlarda lyukların açılması və bağlanılması.

Tutumların səthlərinin və giriş yollarının təmiri: asfalt-beton çəkilməsi, tozun, çirkabın, qarın və s. yığılması.

Bilməlidir: universal və xüsusi ləvazimatın təyinatını və istifadə qaydalarını; radiasiya gigiyenası qaydalarını.

253. Radioaktiv tullantıların emalçısı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif ləvazimatdan istifadə etməklə, xüsusi avtomaşınlardan bərk radioaktiv tullantıların boşaldılması. Radioaktiv tullantıların boşaldılması zamanı tozlanmanın qarşısını almaq məqsədi ilə su pərdəsinin qoşulması. Radioaktiv tullantıların tutumların üst qatında yerləşdirilməsi. Sement qatışığının, asfalt-bitum kütləsinin, beton qarışdırıcının, hərəkətedici qazanın köməyi və ya əl ilə hidroizolyasiyasının istehsalı üçün hazırlanması. Tikişlərin cındırla kəlitkələnməsi və onların sement qatışığı və ya asfalt-bitum kütləsi ilə tutulması. Doldurulmuş tutumların üst qatının hamarlanması, bəndlənməsi və örtülməsi.



Bilməlidir: beton qarışdırıcının quruluşunu, beton və asfalt-bitum qarışığının əsas xüsusiyyətlərini; sement məhlulunun hazırlanması üsullarını və onların xüsusiyyətlərini; radiasiya təhlükəsizliyi qaydalarını; universal və xüsusi ləvazimatların quruluşunu.

254. Radioaktiv tullantıların emalçısı

İşin xüsusiyyəti.

4-cü dərəcə

Maye radioaktiv tullantıların xüsusi maşınlardan tutumlara boşaldılması. İonlaşdırıcı şüalanma mənbələri olan konteynerlərin boşaldılması və onların xüsusi saxlanılan yerlərdə basdırılması. Radioaktiv mayelərin mərkəzəqaçma nasosları ilə ötürülməsi. Radioaktiv mayelərdə sementləşdirmə üzrə qurğuda sement qatışığının hazırlanması. Tutum və avadanlıqların vəziyyətinə nəzarət. Avadanlığın və inventarın cari təmiri. Tutumların radioaktiv mayelərlə doldurma səviyyəsinə nəzarət.



Bilməlidir: radioaktiv maddələrin əsas xüsusiyyətlərini; radioaktiv şüalanmadan müdafiə üsullarını; radioaktiv maddələrin lazımi konsentrasiyasını və şüalanma səviyyəsini; istifadə edilən avadanlığın quruluşunu və kinematik sxemini; universal və xüsusi ləvazimatların konstruksiyasını.

255. Radioaktiv tullantıların emalçısı

İşin xüsusiyyəti.

5-ci dərəcə

Bərk radioaktiv tullantıların preslənməsi, mayelərin tutumlarda sementləşdirilməsi. Bərk və maye radioaktiv tullantıların sement-beton monolitdə basdırılması. İdarə pultuna xidmət və sementləşdirmə üzrə qurğuların vəziyyətinə nəzarət etmək; baxış, yağlanma, salniklərin doldurulması, möhkəmliyin yoxlanılması və s.

Radioaktiv tullantıların mürəkkəb aparatlarda və qurğularda yüksək ixtisaslı fəhlənin rəhbərliyi altında emalı. Növbə jurnalının müəyyən edilmiş qaydada aparılması.

256. Radioaktiv tullantıların emalçısı

İşin xüsusiyyəti.

6-cı dərəcə

Bərk, maye, bioloji, qazşəkilli və digər radioaktiv tullantılarının presləmə, yandırma, bitumlama, sementləmə, buxarlandırma, şüşələmə metodu ilə mürəkkəb texnoloji aparat və qurğularda ciddi reqlamentləşdirilmiş proseslərdə bişirilməsi və emalı. Nəzarət-ölçü cihazlarına, avtomatik cihazlara, dozimetriya və radiometriya üzrə texnoloji rejimə nəzarət və tənzimləmə. Avadanlığın işində nasazlıqların aradan qaldırılması. Nəzarət-ölçü cihazlarının göstəricilərinin növbə ərzində emalı və tərtilə edilməsi.



Bilməlidir: kimyanın və fizikanın əsaslarını; radioaktiv tullantıların emalı üzrə müxtəlif proseslərin texnologiyasını və cihazların konstruksiyasını.

257. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik

İşin xüsusiyyəti.

3-cü dərəcə

II sinifdən yuxarı olmayan radioaparatları, maqnitofon, televizor və radioqəbuledici qurğularının sökülüb yığılması və təmizlənməsi. Radiolampalarının yoxlanılması. Otaq televiziya antenalarının təmiri. Radioteleaparatların qoruyucularının dəyişilməsi, ştekerin, idarə qollarının təmiri, blokirovkanın pis kontaktlarının aradan qaldırılması, qidalandırıcı şnurun ştepsel çəngəli ilə dəyişdirilməsi və təmiri, III sinifdən yuxarı olmayan televizor kineskopunun, blokların, televizor proqramlarının dəyişdiricilərinin və kanallar dəyişdiricisinin çıxarılması və quraşdırılması. Bir proqramlı radioqəbuledicilərin, avtodayandırıcısız elektrik proiqrıvatel qurğularının nasazlıq səbəblərinin aşkar edilməsi və təmiri.



Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya haqqında əsas məlumatları, ağ-qara televizorların, radioqəbuledicilərin və digər radioaparatların quruluşunu, funksional sxemini və əsas birləşmələrinin işini; rəngli təsvirlərin verilməsi və qəbulu haqqında ümumi məlumatları; radiolampaların, yarımkeçirici diodların xarakteristikasını; ağ-qara təsvirli televizor və digər radioaparatların sökülüb yığılması ardıcıllığını; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və digər radioaparatlarının nasazlıqlarının aşkar edilməsi, onların təmiri metodlarını, otaq antenalarının tipi və konstruksiyalarını; televizor və radioqəbuledicilərin quraşdırılması qayda və üsullarını, onların antenaya birləşdirilməsini; quraşdırıcı- tənzimləyici alətlərin təyinatı və tətbiq edilməsi.

258. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik

İşin xüsusiyyəti.

4-cü dərəcə

Bütün siniflərdən olan ağ-qara təsvirli televizorların qurulması. Yarımkeçirici cihazların (tranzistorların, diodların) yoxlanılması. Lampalı ağ-qara təsvirli televizorların nasazlıqlarının səbəblərini aşkar etmək və qeyri-periodik qüsurların aradan qaldırılması ilə konturların dəyişdirilməsi və sazlanması, çap platolarının, qaletli, dilli dəyişdiricilərin təmiri ilə əlaqədar olmayan təmirlərin aparılması və avtomatik tənzimləyicinin zəncirlərində mürəkkəb defektlərin aradan qaldırılması (qüvvənin avtomatik tənzimlənməsi, tezliyin avtomatik qurulması). Nasazlıqların səbəbinin aşkar edilməsi, lampalı radioqəbuledicilərin və IV və III sinif radiolaların, IV sinif maqnitofonlarının, elektrofonların bütün növ elektrik idarə pultlarının (stereofonikdən başqa), üç proqramlı radioqəbuledicilərin təmiri.



Bilməlidir: elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını; rəngli televiziya təsvirləri üzrə əsas məlumatları, yarımkeçirici cihazların xüsusiyyətlərini; ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin, digər radioaparatların quruluşunu, lampalı və lampalı-yarımkeçiricili televizorların, II sinifdən yuxarı olmayan radioqəbuledicilərin, III sinifdən yuxarı olmayan maqnitofonların və digər radioaparatların prinsipial və montaj sxemini; bu aparatların nasazlığının növləri, onların yoxlanılması, tənzimlənməsi, sazlanması və təmiri metodlarını və üsullarını; radioteleviziya aparatlarının təmiri zamanı tətbiq edilən nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydasını; televiziya antenalarının quraşdırılması və montajı üsullarını və qaydasını.

259. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik

İşin xüsusiyyəti.

5-ci dərəcə

Bütün siniflərdən olan lampalı-yarımkeçirici və I sinifdən olan lampalı ağ-qara təsvirli televizorların işindəki nasazlıqların səbəbinin aşkar edilməsi və qeyri-periodik defekt və nasazlıqlarla əlaqədar olmayan təmirin aparılması. Rəngli televizorların qurulması və təmirində iştirak etmək. Lampalı və tranzistorlu radioqəbuledicilərin və radiolampaların, II-III sinif maqnitofon və III sinif tranzistlorlu maqnitofonların, stereofonik elektrofonların, stereofonik elektrik idarəetmə pultunun, antena gücləndiricilərinin nasazlıqlarının aşkar edilməsi, təmiri, tənzimlənməsi və quraşdırılması.



Bilməlidir: bütün növ ağ-qara təsvirli televizorların, radioqəbuledicilərin və maqnitofonların yoxlanılması, sazlanması və təmiri metodlarını və üsullarını; rəngli televizorların quruluşunu və qurulması qaydalarını, prinsipial sxemini; rəngli televizorların qurulması və televiziya antenalarının quraşdırılması zamanı istifadə edilən nəzarət-ölçü cihazlarından istifadə qaydalarını.

260. Radioteleviziya aparatlarının təmiri və xidməti üzrə radiomexanik

İşin xüsusiyyəti.

6-cı dərəcə

Bütün siniflərdən olan ağ-qara təsvirli lampalı və lampalı- yarımkeçiricili televizorların nasazlıqlarının səbəbinin aşkar edilməsi və onların sazlanması üzrə işlərin yerinə yetirilməsi. Rəngli televizorların qurulması. Rəngli, ağ-qara yarımkeçiricili televizorların, desimetrli diapazon konventerlərinin, lampalı və radioqəbuledicili tranzistorların birinci və əla sinifdən radiolaların, bütün növdən olan stereofonik, avtomobil radioqəbuledicilərinin, lampalı və II və I sinif tranzistorlu maqnitofonların nasazlıqlarının səbəblərinin aşkar edilməsi və təmiri.




Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə