Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


Kompressor qurğularının maşinisti



Yüklə 1,08 Mb.
səhifə18/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

188. Kompressor qurğularının maşinisti

İşin xüsusiyyəti.

6-cı dərəcə

Təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) olan və 1000 kub metr/dəqiqədə artıq ötürən və ya təzyiqi 1 MPa-dan (10 kqs/kv.sm-dən) artıq olan və hər biri 250 kub metr/dəqiqədə artıq verilən təhlükəli qazla işləyən müxtəlif mühərriklərlə iş zamanı stasionar kompressorlara və turbokompressorlara xidmət. Təzyiqi 1 MPa-dək (10 kqs/kv.sm-dək) olan və 250 kv. metr/dəqiqədən artıq verilən və ya təzyiqi 1 MPa-dan artıq (10 kqs/kv.sm-dən) olan və hər biri 100 kub metr/dəqiqədə artıq verilən təhlükəli qazla iş zamanı stasionar kompressor və turbokompressorlara xidmət. 100 kub metr/dəqiqədə artıq ötürən avtomatlaşdırılmış kompressor stansiyasına xidmət. Kompressor stansiyasının bütün avadanlığının işinə nəzarət. Stansiya məhsulu istehsalının texnoloji prosesinin tənzimlənməsi. Kompressor stansiyası avadanlığının təmiri üzrə defekt cədvəllərinin tərtilə edilməsi. 5-ci dərəcəli çilingərin ixtisası səviyyəsində kompressor stansiyası avadanlığının təmirinin aparılması.



Bilməlidir: müxtəlif tipli və sistemli turbokompressorların və güc avadanlıqlarının kinematik sxemi və konstruksiyasını.

Qeyd: Kompressor və turbokompressor stansiyasının maşinist köməkçisi maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir, ancaq 2-ci dərəcədən aşağı olmamaq şərti ilə.

Səyyar kompressor qurğularının maşinisti «Tikinti, montaj və təmir -tikinti işləri» VTİSK üzrə tarifləşdirilir.



189. Kran maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müxtəlif növ yüklərin yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilməsi üzrə sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3 tona qədər olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə olunması. Monorelsli arabacıqların, konsol kranların və krantirlərin idarə edilməsi. Trosların bərkidilməsinin düzgünlüyünün yoxlanılması, tormozların və qoruyucu qurğuların tənzimlənməsi xidmət olunan kranın təmirində iştirak etmək.



Bilməlidir: xidmət edilən kranların quruluşunu, iş prinsipini və istismar qaydalarını; kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətini; yüklərin yerdəyişmə qaydalarını; mühərrik və nəzarətçilərin işə salınma sistemini; elektrotexnika və çilingər işinin əsaslarını.

190. Kran maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Yükləmə, boşaltma, yerdəyişmə və nəql etdirilmə üzrə sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3-dən 15 tona qədər olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 tona qədər olan özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 tondan yuxarı olan qülləli stasionar və eşşəkli kranların idarə edilməsi. Taxta-şalban (meşə) (uzunluğu 3 m-dən 6 m-ə qədər) yüklərinin və ona uyğun digər yüklərin daşınmasında çox da mürəkkəb olmayan işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 tona qədər olan, müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi. Detal, məmulat və birləşmələrin dəzgahda qurulması, quraşdırma mexanizmi və vasitələrinin yerinin dəyişdirilməsi. Müxtəlif işlərin yerinə yetirilməsində elektrik tallarının, dəyişdirici kranların idarə edilməsi.

Yüklərin stellaja qoyulması, ordan çıxarılması, yükləmə meydançalarına gətirilməsi və konteyner, paket və altlıqlara yığılması işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 1 tona qədər olan, stellajlı kranların, müxtəlif yüktutan mexanizm və vasitələrlə təchiz edilmiş qalaqlayan kranların idarə edilməsi.

Bilməlidir: xidmət edilən kran və onun mexanizmlərinin quruluşu və iş prinsipini; xarici görkəminə görə yüklərin kütləsinin müəyyən edilməsi üsullarını; detal, məmulat və birləşmələrin dəzgaha bərkidilməsi üzrə istismar qaydalarını; müəyyən edilmiş nomenklaturaya və ixtisaslaşmaya uyğun olaraq stellajlara məhsulların doldurulması qaydasını; yüklərin anbardaxili yerdəyişməsinin texnoloji prosesini; yüklərin stellajlara yığılması və saxlanılması qaydasını; elektrotexnika və çilingər işinin əsaslarını.

191. Kran maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yüklərin (dənəvər, dənə, 3 m-ə qədər uzunluqda meşə və digər analoji yüklərinin) boşaldılması, yüklənməsi və yerdəyişməsi zamanı sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan körpülü və şlüzlü, yükgötürmə qabiliyyəti 3 t-dan 15 t-dək olan qülləli özüyeriyən, özüqalxan portal-manivelli, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-dək olan qülləli stasionar və eşşəkli müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş kranların idarə edilməsi. Çox da mürəkkəb olmayan işlərdə uzunluğu 3 m-dən 6 m-dək olan yüklərin yüklənməsi, boşaldılması, yerdəyişdirilməsi işlərini yerinə yetirən yükgötürmə qabiliyyəti 10 t-dan 25 t-dək olan yüktutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi. Mürəkkəb işlərdə (6 m-dən uzun olan yüklərin körpülü və şlüzlü kranlarda, 3 m-dən artıq olan yüklərin qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranlarda) ehtiyatlı olmağı tələb edən yüklərin yüklənməsi, boşaldılması və yerdəyişdirilməsində, həmçinin texnoloji avadanlığın və onlarla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin stapelli və seksiyalarla yığılması və sökülməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi zamanı körpü altlıqlarının və digər quraşdırıcı vasitələr və mexanizmlərinin yerdəyişməsi. Yükgötürmə qabiliyyəti 10 t-dək olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 t-dək olan qülləli özüyeriyən, özüqaldıran, portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dək olan qülləli stasionar və eşşəkli, müxtəlif yüktutanlarla təchiz edilmiş kranların idarə edilməsi. Yükgötürmə qabiliyyəti 3 t-dək olan müxtəlif yüktutan vəsaitlərlə təchiz edilmiş kabelli kranların idarə edilməsi.

Yükgötürmə qabiliyyəti 10 t-dək olan, müxtəlif yüktutma vasitələrlə təchiz edilmiş (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa işlərin aparılmasında) tırtıllı və pnevmatik təkərli kranların idarə edilməsi.

Yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi, onların stellajlarda yerləşdirilməsi və oradan istehsal sahələrinə çatdırılması üzrə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 1 t-dan yuxarı olan ştabelli kranların, avtomatik idarə edilən ştabelli kranların və müxtəlif yüktutma mexanizmləri və vəsaitləri ilə təchiz olunmuş körpülü ştabel kranlarının idarə edilməsi. Anbarlaşdırılan qiymətli materialların uçotu. Radioidarə ilə təchiz edilmiş kranların idarə edilməsi.



Bilməlidir: xidmət edilən kranların və onların mexanizmlərinin quruluşunu; yüklərin yerdəyişmə üsullarını; texnoloji avadanlığın quraşdırılmasını; məmulat, aqreqat, qovşaq, maşın və mexanizmlərin yığılması və sökülməsi üzrə texnoloji prosesinin əsaslarını; bina və qurğuların yığma konstruksiyasının elementlərini; xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsi; stellajların yüklənməsinə qoyulan texniki şərtləri və tələbləri; xidmət olunan istehsalat sahələrinin yerləşdirilməsini; elektrotexnika və çilingər işini.

192. Kran maşinisti

İşin xüsusiyyəti.

5-ci dərəcə

Uzunluğu 3 m-dən 6 m-ə qədər ağac-taxta məmulatları (meşə yükü) və ona uyğun yüklərin yüklənməsi, boşaldılması, yerdəyişməsi və nəql etdirilməsi ilə əlaqədar orta mürəkkəbli işlərin aparılmasında yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş körpülü və şlüzlü kranların idarə edilməsi: detal, birləşmə və məmulatların dəzgaha qurulması; körpü altı və digər quraşdırıcı vasitə və mexanizmlərin yerdəyişdirilməsi. Uzunluğu 3 m-ə qədər olan taxta-şalban, dənəvər, ədədi və buna oxşar digər yüklərin yüklənib-boşaldılması və nəql etdirilməsi ilə əlaqədar sadə işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan qülləli özüqaldıran portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yüktutan qurğularla təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.

Uzunluğu 6 metrdən yuxarı olan yüklərin-körpülü və şlüzlü kranlarda, uzunluğu 3 metrdən artıq olan yüklərin-qülləli, özüyeriyən, özüqaldıran, portal-manivelli, qülləli stasionar və eşşəkli kranlarda yüklənib-boşaldılması və daşınması ilə əlaqədar mürəkkəb işlərin yerinə yetirilməsində, həmçinin texnoloji avadanlıqların quraşdırılması və məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin bərkidilməsi və qızdırıcı sobalardan tökmə və hazır məhsulların verilməsi, metalın süzülməsi, məmulat və maşın detallarının kantlaşdırılması, yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin dəzgaha qurulması və tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 t-dan 100 t-a qədər olan körpülü və şlüzlü kranların, yükgötürmə qabiliyyəti 3 tondan 15 tonadək olan qülləli, özüyeriyən və özüqaldıran portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 5 t-dan 25 t-a qədər olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.

Bütün növ işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 3 t-dan 10 t-a qədər olan kabelli kranların və yükgötürmə qabiliyyəti 10 t-a qədər olan müxtəlif yüktutan vasitələri ilə təchiz edilmiş üzücü kranların idarə edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa bütün işlərin yerinə yetirilməsi zamanı yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, yükgötürmə qabiliyyəti 10 t-dan 25 t-a qədər olan tırtıllı və pnevmo-təkərli kranların və müxtəlif yük tutan vasitələrlə təchiz edilmiş özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 t-a qədər olan tırtıllı və pnevmo-təkərli kranların, yükgötürmə qabiliyyəti 15 t-a qədər olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi.



Bilməlidir: xidmət edilən kran və mexanizmlərin quruluşu və kinematik sxemini; texnoloji avadanlığın quraşdırılması, məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin stapel və seksiyalar üzrə yığılması və sökülməsinin texnolojı prosesini; bina və qurğuların yığma elementlərinin konstruksiyasını; elektrotexnikanı və çilingər işini.

193. Kran maşinisti

İşin xüsusiyyəti.

6-cı dərəcə

Uzunluğu 6 m-dən artıq olan meşə yüklərinin (taxta-şalban) və digər yüksək ehtiyatlıq tələb edən oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və nəql etdirilməsində, eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların, stapel və seksiyalı məmulatların, aqreqatların, birləşmə, maşın və mexanizmlərin yığılması, sökülməsində, qızdırıcı sobalardan tökmə və hazır məhsulların, metalın süzülməsi, çəkic və preslərdə məmulat və maşın detallarının kantlaşdırılması üzrə yüksək ehtiyatlılıq tələb edən detal, məmulat və birləşmələrin dəzgaha quraşdırılması və tikinti-quraşdırma və təmir-tikinti işlərinin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 100 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş, körpülü və şlüzlü kranların idarə edilməsi. Uzunluğu 3 m-dən yuxarı olan meşə yüklərinin (taxta-şalban), yüksək ehtiyatlılıq tələb edən digər oxşar yüklərin yüklənib-boşaldılması, yerdəyişməsi və nəql etdirilməsində eyni zamanda texnoloji avadanlığın və onunla əlaqədar konstruksiyaların quraşdırılması, məmulat, aqreqat, birləşmə, maşın və mexanizmlərin stapel və seksiyalı məmulatların yığılıb-sökülməsində və tikinti-quraşdırma və təmir-tikinti işlərində yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan qülləli, özüyeriyən, özüqalxan, portal-manivelli kranların, yükgötürmə qabiliyyəti 25 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş qülləli stasionar və eşşəkli kranların idarə edilməsi.

Müxtəlif növ işlərin yerinə yetirilməsində yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan, müxtəlif yüktutan vasitələ ilə təchiz olunmuş kranların idarə edilməsi.

Müxtəlif növ işlərin yerinə yetirilməsində (tikinti-quraşdırma və təmir-tikinti işlərindən başqa) yükgötürmə qabiliyyəti 25 t-dan artıq olan müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş tırtıllı, pnevmatik təkərli və özüyeriyən dəmiryolu kranlarının idarə edilməsi. Tikinti-quraşdırma və təmir-tikinti işlərində müxtəlif yüktutan vasitələrlə təchiz edilmiş yükgötürmə qabiliyyəti 10 t-dan yuxarı olan tırtıllı və pnevmatik təkərli kranların və yükgötürmə qabiliyyəti 15 t-dan yuxarı olan kranların idarə edilməsi.



Bilməlidir: kran və mexanizmlərin quruluşunu; kinematik və elektrik sxemlərini; xidmət edilən istehsalat sahələrinin yerləşməsini, elektrotexnikanı və çilingər işini.

Qeyd: 1. Yuxarıda göstərilən işlər və peşələr Qara metallurgiyaya aid olan VTİSK-in müvafiq bölmələri üzrə tarifləşdirilir.

2. Kranlı traktorlarda işləyən sürücülər «traktorçu» peşəsi üzrə tarifləşdirilir.

3. Kranlı avtomaşınlarda işləyən sürücülər VTİSK üzrə tarifləşdirilmir.

4. Özüyeriyən dəmiryolu kranlarının maşinist köməkçisi, rəhbərliyi altında işləyən maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir. Əgər kranı idarə edərsə və sürərsə bu zaman maşinistdən 1 dərəcə aşağı tarifləşdirilməlidir.

5. Kranın kabinəsi 48 m hündürlükdə və daha hündür yerləşən qülləli kranların maşinisti, kranın yükgötürmə qabiliyyətindən asılı olmayaraq 6-cı dərəcə üzrə tarifləşdirilir.

6. Hazırkı tarifləşdirmə qara metallurgiyanın iki əsas metal istehsalının texnoloji prosesində, maşınqayırma müəssisələrinin metallurgiya sexlərində işləyən maşinistlərə, elektrik körpü-stripper kranlarında işləyən maşinistlərə aid edilmir.

7. Tikinti-quraşdırma və təmir-tikinti işlərinin bilavasitə yerinə yetirilməsi ilə əlaqədar olmayan, yüklənib-boşaltma işləri yükləmə-boşaltma işlərinin mürəkkəbliyi qrupuna uyğun olaraq xüsusiyyətlərdə nəzərdə tutulduğu kimi tarifləşdirilir.

194. Laborant-kristallooptik

İşin xüsusiyyəti.

3-cü dərəcə

Elektrolitin kriolitə qarşı təhlili. Gil-torpağın faza tərkibinin leykositar maşınkada nöqtə-nöqtə hesablamaqla müəyyənləşdirilməsi, boksitin mineraloji tərkibinin və təhlil olunan maddələrin strukturunun müəyyən edilməsi. Ələklərdə gözlərin böyüklüyünün müəyyənləşdirilməsi. Nazik şliflərin hazırlanması. Görünən sahə intensiv işıqlandığı zaman mikroskop altında dənələrin zahiri hesablanması. Nümunələrin seçilməsi və yoxlama təhlilin aparılması. Təhlilin nəticələrinin jurnala yazılması.



Bilməlidir: fiziki kimyanın və kristal-looptikanın əsaslarını; kristallooptik təhlilin aparılma metodları və texniki şərtlərini; elektrolitin, gil-torpağın, boksitin, kriolitin, xlorlu kalsiumun, ftorlu alüminiumun, istifadə olunan duzların, reaktivlərin və turşuların əsas xassələrini; reaktivlərlə və turşularla işləmə qaydalarını və şliflərin hazırlanma qaydalarını; mikroskopların, cilalayıcı dəzgahların, tigel peçlərin, quruducu şkafların, elektrik cihazların, analitik və texniki tərəzilərin quruluşunu; təhlilin düzgün aparılmasına nəzarət metodlarını, platin qablardan istifadə və anatilik və texniki tərəzilərdə çəkmə qaydalarını; aparılmış təhlilin yazma qaydasını.

195. Laborant-kristallooptik

İşin xüsusiyyəti.

4-cü dərəcə

Müxtəlif markalı xüsusi gil-torpağın faza və dənəmetrik tərkibinin immersion metodla müəyyənləşdirilməsi. Abraziv istehsalı məhsullarının mineraloji və dənəmetrik tərkibinin müəyyənləşdirilməsi. Dispersion mineraloji (keyfiyyət və kəmiyyət) və struktur təhlillərinin aparılması. Zənginləşdirmə və metallurgiya istehsalının müxtəlif minerallarından keyfiyyətli şliflərin və cilaların hazırlanması. Müxtəlif markalı gil-torpağın və korundun alınma prosesində tədqiqat işləri aparıldığı zaman qeyri-standart kompleks təhlillərin yerinə yetirilməsi. Gil-torpaq istehsalında susuzlaşdırma sobalarının rejiminin və abraziv istehsalında sedimentasiya, hidrotəsnifat, xırdalanma, səpilmənin texnoloji siklinin işlənilməsi. Təhlilin nəticələrinin jurnala yazılması.



Bilməlidir: mineralogiyanın əsaslarını; metallurgiya, zənginləşdirmə istehsalı məhsullarının mineraloji və struktur təhlilinin və gil-torpaq istehsalının aparılma metodikasını və texniki şərtlərini; tədqiq olunan məhsulların istehsal texnologiyasını və əsas xüsusiyyətlərini; pardaqlayıcı-cilalayıcı dəzgahların quruluşu və iş prinsipini; şliflərin və cilalayıcıların hazırlanma texnikasını, mineral dənələrinin ölçülərini; immersion mayelərin tərkibini və yığılma qaydalarını; qiymətli komponentlərin minerallar üzrə, həmçinin boş dənələr, mineral zoğları arasında bölgüsünü müəyyən etmə üsullarını; tədqiqat nəticələrinin sistemləşdirilməsinə və işlənilməsinə dair texniki tələbləri.

196. Laborant-metalloqraf

İşin xüsusiyyəti.

2-ci dərəcə

Karbonlu poladlardan, çuqunlardan xüsusi ərintilərin və alüminium, maqnezium və mis əsaslı ərintilərin metalloqrafik analizi. Xüsusi ərinti nümunələrinin metalloqrafik sınağa hazırlanması. Nümunələri qələvi və turşu məhlullarında aşındırma. Metalların əsas struktur tərkibinin və etalonlar üzrə defektlərin müəyyənləşdirilməsi. Rokvell, Brinell və Vikkers cihazlarında istiliklə emal olunmuş yoxlama nümunələrinin bərkliyinin yoxlanılması. Karbonsuzlaşdırma qatının dərinliyinin və dənənin ölçülərinin müəyyənləşdirilməsi. Maqnit metalloqrafiya metodu ilə austenit və austenit-ferrit sinfindən olan poladlarda alfa-fazanın müəyyən edilməsi.



Bilməlidir: makro və mikroşliflərin hazırlanma üsullarını; keçirilmə, bərklik cədvəlləri; stolüstü metalloqrafik mikroskopların quruluşunu və onlara qulluq etmə qaydalarını; bərkliyi müəyyən etmək üçün olan Rokvell, Brinell və Vikkers cihazlarının quruluşunu; laboratoriya elektrik peçlərində və vannalarında işləmə qaydalarını; makro və mikroşlifləri aşındırmaq üçün istifadə olunan əsas reaktivləri; metalloqrafiyanın elementar əsaslarını; dəmir-karbonlu ərintilərin vəziyyətinin diaqramını; analitik tərəzinin quruluşunu, onlara qulluq və onlarla işləmə qaydalarını.

197. Laborant-metalloqraf

İşin xüsusiyyəti.

3-cü dərəcə

Mürəkkəb poladların, qara və əlvan metalların nümunələrinin makro və mikrostrukturunun metalloqrafik üsulla struktur və kəmiyyət analizi. Mikro və makroşliflərin hazırlanması və onların markalanması. Metalların qeyri-metal qoşmalarla çirklənmə dərəcəsinin təyin edilməsi. Poladın mikro və makrostrukturu üzrə, texniki şərtlərlə və standartlarla müəyyən olunmuş etalonlara və ballara müvafiq sınağı üzrə defektlərin təsnifləşdirilməsi. Ərintilərdə qazla doymuş qatın dərinliyinə nəzarət. Ərimə, əymə, döymə və ştamplama zamanı optiki pirometrlə temperatura nəzarət. Kristalitarası korroziyaya meylliliyin sınaqdan keçirilməsi. Bilavasitə məmulatlarda hazırlanmış yerləri aşındırdıqda defektlərin xarakteri və ölçüsünün təyin edilməsi. Strukturun tədqiq edilməsi və fotoçəkiliş üçün mikroskopların sazlanması. Mikro və makrostrukturun foto şəkilinin çəkilməsi. Bərkliyin kateqoriyasını müəyyənləşdirmək üçün nümunələrin və detalların peçlərdə istiliklə emalı.



Bilməlidir: poladın markalarını və onların kimyəvi tərkibini: müxtəlif materialların, ərintilərin metalloqrafik üsulla analiz aparma metodikasını və texnologiyasını; sınaqdan keçirilən metalların dövlət standartlarını; metalloqrafik mikroskopların, optiki pirometrlərin, fotoaparatların, ikiokulyarlı optik şüşələrin, nəzarət-ölçü cihazlarının quruluşunu, onların sazlanma və qulluq etmə qaydalarını; qalvanometrin, voltmetrin, termoparın və ampermetrin iş prinsipini; mürəkkəb poladlarla tipik makro və mikrostrukturun xarakteristikasını; dənə ölçüsünü müəyyən etmə üsullarını; termo emalın əsas növlərini; mexaniki sınağın nəticələrinə görə poladlarda bərkliyin xarakteristikasını; termik emalla metalın strukturu arasında qarşılıqlı əlaqəni; poladlarda, tökmələrdə, döymələrdə, ştamplanmış pəstahlarda, qaynaq birləşmələrində, yaymalarda defektlərin növ müxtəlifliyini.

198. Laborant-metalloqraf

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yüksək səviyyədə mürəkkəb və xüsusi poladların, həmçinin əlvan metallardan olan ərintilərin makro və mikrostrukturunun metalloqrafik struktur və kəmiyyət analizi. Eksperimental işlər əsasında metal və ərintilərin termik və kimyəvi-termik emalı rejimlərinin tutulması. Metalların və ərintilərin termik və kimyəvi-termik emalı üzrə defektlərin səbəblərinin, metal konstruksiyaların sınma səbəblərinin analizi və onlar üzrə rəyin tərtilə edilməsi. Yüksək səviyyəli mürəkkəb və polad alət ərintilərinin əridilməsinə nəzarət. Laboratoriya metodları ilə poladın közərmə qabiliyyətinin və onun buraxılış kövrəkliyə meylliliyinin müəyyən edilməsi. Yoxlama arbitraj analizlərin aparılması.



Bilməlidir: metalloqrafiyanın əsaslarını; metalların fiziki-kimyəvi xassələrini; tətbiq olunan istilikölçən cihazların iş prinsipini; aşındırma üçün makro və mikroşliflərin və reaktivlərin hazırlanma qaydasını; polad, çuqun, əlvan metalların və ərintilərin termik emalı əsaslarını; yuxarıda göstərilən materialların termik və kimyəvi-termik emalının texnoloji proseslərini; poladların, çuqunun, əlvan metalların və ərintilərin əsas xüsusiyyətlərini; dənənin ölçüsünün, sementləşdirmə, azotlaşdırma, sulfidləşdirmə və s. zonalarının müəyyənləşdirilməsi; səthi su vermə metodlarını, onların xüsusiyyətlərini və tətbiq sahəsini.

199. Laborant-metalloqraf

İşin xüsusiyyəti.

5-ci dərəcə

Xüsusi ərintilərin və çətin əriyən metalların makro və mikrostrukturunun metalloqrafik analizi. Tədqiqatın nəticələrinə görə rəylərin və tövsiyələrin tərtilə olunması. Vakuum rəngləmə metodu ilə istiliyə davamlı ərintilərdə ikinci fazanın müəyyənləşdirilməsi. Yüksək temperaturlu «vakuum metalloqrafiyası» metodu ilə metalların və ərintilərin qurğularda strukturunun tətbiq edilməsi. Austenit dənəsinin inkişaf kinetikasının müəyyən edilməsi. Martensit nöqtəsinin müəyyən edilməsi. Yüksək temperaturla vakuumda nümunələrin uzadıldığı zaman sınaqdan keçirilməsi. Dəyişmə proseslərinin kinoçəkilişinin aparılması.



Bilməlidir: metallar fizikasının əsaslarını; yüksək temperaturlu vakuum qurğularının və yüksək temperaturlu kameraların quruluşunu; vakuumda yüksək temperatur altında nümunələrin uzanmaya sınaqdan keçirilmə qaydalarını; yüksək temperaturlu mikroskopların quruluşunu və sazlanmasını; vakuummetrdən, potensiometrdən, mikrofototaxmalardan və kinokameralardan istifadə qaydalarını.

Orta ixtisas təhsili tələb olunur.



200. Laborant-mikrobioloq

İşin xüsusiyyəti.

3-cü dərəcə

Spora vasitəsi ilə çoxalan materialın əkilməsi və analizlərin aparılması üçün bəsləyici mühitin, reaktiv məhlulların hazırlanması, təqribi titrlərin qurulması kolbaların montajı. PH, sterilliyin, yodometriya və polyarimetriya üzrə aktivliyin bioloji və başqa metodlarla müəyyənləşdirilməsi. Bəsləyici mühitin Petri kasasına, sınaq şüşələrinə tökülməsi. Əkin materialının hazırlanması. Kolbalarda əkilməsi. Daha yüksək ixtisaslı laborantın rəhbərliyi altında laboratoriya avadanlığının yığılması, preparatların və yarımməhsulların zəhərliliyə və pirogenliyə farmakoloji yoxlanılması və sınaqdan keçirilməsi. Qabların və köməkçi materialların sterilləşdirməyə hazırlanması. Təyin olunmuş forma üzrə sənədləşdirmənin aparılması.



Bilməlidir: mikrobiologiyanın əsaslarını; təqribi titrlərin qoyulma üsullarını; tətbiq olunan reaktivlərin xüsusiyyətlərini və onlara qoyulan tələbləri; bəsləyici mühitlərin hazırlanmasının texnoloji prosesini; analitik tərəzilərin, fotokalorimetrlərin, polyarimetrlərin və digər analoji cihazların tənzimləmə qaydalarını; sınaq heyvanlarına, probların keyfiyyətinə və aparılan analizlərə qoyulan tələbləri; farmakoloji sınağın aparılma şərtlərini.

201. Laborant-mikrobioloq

İşin xüsusiyyəti.

4-cü dərəcə

Antibiotiklərin və biosintezin digər preparatlarının laboratoriya şəraitində fermentləşdirmə prosesinin aparılması. Dəqiq və mürəkkəb titrlərin qoyulması və yoxlanılması. Laboratoriya avadanlığının yığılması. Preparatların və yarımməhsulların toksikliyə (zəhərlənməyə) və pirogenliyə qarşı farmakoloji yoxlanılması və sınaqdan keçirilməsi. Potensiometrik və mikrobioloji sınaqların keçirilməsi. Hazır məhsulun və yarımməhsulun aktivliyinin bioloji metodla müəyyən edilməsi. Preparatların və köməkçi materialların sterilliyinə riayət olunması. Analizlərin nəticələrinin sənədləşdirilməsi və hesablanması.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin