Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə14/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

İş nümunələri:

1. Elektromaqnit və elektrotexniki blokirovkanın təmiri və tənzimlənməsi.

2. Yağlı cərəyan açarlarının hazırlanması və əlaqələndiricilərin dəyişdirilməsi ilə təmiri, eyni zamanda üç fazalı birləşmənin tənzimlənməsi.

3. Komando-aparatların, icraçı mexanizmlərin temperatur göstərənlərinin yoxlanılması, təmiri və sazlanması.

4. Yayma dəzgahlarının qaldırıcı stollarının idarə komando-aparatlarının yoxlanılması və təmiri.

5. Liman kranlarının, konteyner yükləyicilərinin elektrik avadanlıqlarının cari təmiri, tənzimlənməsi və sınağı.

6. Yüksək gərginlikli elektrik qidalandırıcıları xətlərinin gərginlik altında yoxlanılması.

7. Pnevmatik yükləyicilərin texniki xidməti, əsaslı təmiri və tənzimlənməsi.

8. Bütün güclərdən olan elektrik mühərriklərinin diyirlədici podşipniklərinin şaberlənməsi.

9. Quruducu və közərdici sobaların elektrik avtomatik tənzimləmə potensiometrlərinin təmiri və sazlanması.

10. Vaxt relesinin yoxlanılması.

11. Selenli düzləndiricilərin şaybalarının dəyişdirilməsi.

12. Tutqunlaşdırıcıların sonluqlu cərəyan açarlarının, şotkaların və mikrodəyişdiricilərinin hazırlanması ilə təmiri.

13. Təkrar kommutasiya zəncirlərinin induktorlarının yoxlanılması.

14. Yüksək voltlu paylayıcı lövhələrin armatura qoyulması ilə quraşdırılması.

15. Gücü 500 kVt-dan yuxarı asinxron və gücü 1000 kVt-dan yuxarı elektrik mühərriklərinin sökülməsi, yığılması.

16. Gücü 50 kVt-dan artıq olan partlayış təhlükəsi törətməyən elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması.

17. Qidalandırıcı kran elektrik kolonkalarının sökülməsi, təmiri, yığılması və tənzimlənməsi.

18. Elektrik filtrlərinin yoxlanılması, təmiri və quraşdırılması.

124. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Gərginliyi 15 kV-a qədər olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və mərkəzləşdirilməsi. Müdafiə vasitələrinin mürəkkəb qurğularında və avtomatika və telemexanika cihazlarında sxemlərin sazlanması və defektlərin aradan qaldırılması. Güc və işıqlandırma qurğularının daha mürəkkəb sxemlərinin və maşın və aqreqatların və texnoloji prosesi avtomatik tənzimləyən avadanlıqlar sxeminə xidmət. Gərginliyi 35 kV-dan yuxarı olan kabel şəbəkələrinin giriş qurğuları və birləşdirici muftalarla quraşdırılması və təmiri. Civəli düzləndiricilərin və gücü 1000 kV-dan yuxarı olan yüksək tezlikli qurğuların təmiri, qurulması və sazlanması. Domna, poladəritmə sobalarının, yayma dəzgahlarının, blokirovka, siqnallaşdırma, tunel sobalarının idarə qurğularının dispetçer avtomatlaşdırma idarəsinin, texnoloji xətlərin axın nəqliyyatının, qaynaq avadanlığının və elektromaqnit idarə sistemli dəzgahların iş rejimini avtomatik tənzimləyən qurğularına xidmət, onların qurulması, təmiri və sazlanması. Quruducu və vakuum sobalarının, maksimal cərəyan və avtomatik lentli nadir avtomatların mürəkkəb elektrik avadanlıqlarının təmiri. Elektrik maşınlarının rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.



Bilməlidir: telemexanikanın əsaslarını; müxtəlif elektrik maşın, aparat, cihazların quruluşunu və elektrik sxemini; elektrik avadanlığı və kabel şəbəkələrinin sınağının aparılması metodlarını; elektrik mühərrikləri və digər xidmət edilən elektrik avadanlıqlarının sxemini; müxtəlif sistem relelərinin quruluşunu və onların yoxlanılması üsullarını; elektrik qurğularında istifadə edilən müdafiə vasitələrindən istifadə qaydalarını; işləyən elektrik avadanlıqlarına nəzarət və xidməti; yüksək tezlikli maşınlı və lampalı generatorlarla iş prinsipini; «kosinus-fin»in artırılması üçün statistik kondensatora tələbatın hesablanması; elektrik mühərriklərinin mərkəzləşməsi və balanslaşdırılması üsullarını; yüksək tezlikli müdafiənin təyinatını və növlərini; nəzarət-ölçü alətlərinin sazlanması və tənzimlənməsi qaydalarını; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.

İş nümunələri:

1. Kokskimya zavodlarının avtomatik söndürmə qüllə qurğularının təmiri və elektrosxemin sazlanması.

2. Yüksək voltlu yağlı cərəyan açarlarının əsaslı təmiri.

3. Yüksək gərginlikli kabellərin zədə almış yerlərinin axtarılması, kəsilməsi və yenisinin quraşdırılması.

4. Əlaqələndiricilərin, maqnit nəzarətçilərinin, yol dəyişdiricilərinin təmiri və tənzimlənməsi.

5. Yüksək gərginlikli paylayıcı qurğuların və avadanlıqların təmiri və quraşdırılması.

6. Maqnitelektrik yükqaldırıcı məhdudlaşdırıcıların yoxlanılması, tənzimlənməsi və sazlanması.

7. Əymə dəzgahlarının yüksək voltlu elektrik mühərriklərinin idarəetmə panelləri və maqnit stansiyalarının yoxlanılması və təmiri.

8. Yükləyici, pnevmoyükləyici və digər xüsusi maşınların əsaslı təmiri və elektrik avadanlıqlarının tam həcmdə tənzimlənməsi.

9. Potensiometr və selsi göstəricinin detallarının hazırlanması və təmiri.

10. Radioizotop cihazlarının quraşdırılması və sazlanması.

11. Operator işıqlandırmasının idarə pultunun təmiri və montajı.

12. Maksimal rele, fotorelenin yoxlanılması, təmiri və tənzimlənməsi.

13. Elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.

14. Avtomat sprederlərinin nasazlığının aşkar edilməsi, təmiri, sökülməsi.

15. Domna sobalarının yüklənmə mexanizmlərinin elektrosisteminin tam təmiri və sazlanması.

16. Metallurgiya zavodları aqreqatlarında telemexaniki qurğuların xüsusi idarə sisteminin hesab sxemi elementlərinin təmiri, sazlanması və quraşdırılması.

17. Yüksək voltlu elektrik mühərriklərinin əsaslı təmiri, yığılması, qurulması, mərkəzləşdirilməsi.

18. Maqnit stansiyalı və mürəkkəb sxemli avtomatika və blokirovkanın çoxmühərrikli elektrik keçiricilərinin yoxlanılması və təmiri.

19. Bütün sistemdən olan elektriksaatlı stansiyaların orta və əsaslı təmiri.



125. Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

6-cı dərəcə

Gərginliyi 15 kV-dan yuxarı olan müxtəlif tipli yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsi. Daha mürəkkəb sxemli birinci və ikinci kommutasiyalı və distansion idarə edilən istehsalat sexləri və sahələrinə xidmət edilməsi. Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, nadir və presizion metal emalı avadanlıqlarının vacilə və eksperimental elektrik maşınlarının, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, özüyazan elektrik və elektron cihazlarına xidmət, onların tənzimlənməsi, sazlanması. Elektronika, ultrasəsli, elektronlu, elektroimpulslu qurğuları olan iqnitronlu qaynaqedici aparatlara və tranzistorlu və məntiqi elementlərdə yarımkeçirici qurğulardan istifadə etməklə mürəkkəb sxemlərə xidmət və onların sazlanması. Ölçü transformatorlarının dəqiqlik sinfinin yoxlanılması. Təzyiq altında yağ və qazla doldurulmuş xüsusi boru kəmərlərində kabel xətlərinin təmiri, montajı və sökülməsi işlərinin aparılması. Yüksək voltlu kabel şəbəkələrində epoksid ucların ayrılması, mis və alüminium kabelləri arasında birləşdirici muftaların montajı. Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı.

Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsi.

Bilməlidir: müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını; teleidarənin və avtomatik tənzimlənmənin sxemini və onların sazlanması üsullarını; elektron sistemli relenin və cihazların quruluşunu və mürəkkəb konstruksiyasını; elektrik maşın, aparat və cihazların kompleks sınağı qaydalarını; elektrik qidalandırma şəbəkəsində elektrik avadanlıqları və elektrik sxemləri üzrə sənədlərin tərtibi qaydalarını; paylayıcı qurğuların ilkin və ikinci kommutasiyasının elektrik sxemini; yüksək tezlikli blokirovkadan müdafiə hərəkətinin prinsipini; gərginlik stabilizatorlarının, yarımkeçiricilərin, selenli düzləndiricilərin, operativ işıqlandırmanın telemetrik idarəsinin və operativ idarə pultunun sxemini; IV ixtisas qrupu həcmində təhlükəsizlik texnikası qaydalarını.

Orta ixtisas təhsili tələb olunur.



İş nümunələri:

1. Elektron relesi və termotənzimləyici olan maye komponentli avtomatik dozalaşdırıcı aparatların yoxlanılması, təmiri və elektro-sxemin sazlanması.

2. Sabit cərəyan generatorunun əsaslı təmiri, tənzimlənməsi və sazlanması.

3. Liman kranlarının, konteynerli yükləyicilərin elektrik avadanlığının əsaslı təmiri.

4. Sabit cərəyan maşınlarının kollektorlarının yığılması, şablonların hazırlanması.

5. Metalkəsici dəzgahların avtomat xəttinin mürəkkəb təmiri və elektrik sxeminin sazlanması.

6. Axın xətlərinin təmiri və sazlanması.

7. Tikişli, çoxnöqtəli elektrik qaynağı maşınlarının təmiri və sazlanması.

8. Yüksək tezlikli elektroəridici sobaların və möhkəmləndirici qurğuların yoxlanılması, nasazlıqların aradan qaldırılması və sazlanması.

9. Elektron sistemi cihazları və aparatlarının təmiri və sazlanması.

10. Kokskimya zavodlarının söndürülməsinin elektron qülləsi relesinin təmiri, qurulması və sazlanması.

11. Rentgen aparatlarının yoxlanılması, defektlərin aradan qaldırılması və sazlanması.

12. Trister idarə sisteminin sazlanması.

13. Sprederlərin, yükqaldırıcı elektromaqnitlərin elektrik avadanlıqlarının əsaslı təmiri, tənzimlənməsi və sazlanması.

14. Elektronika və fotoelementlərin tətbiqi ilə mürəkkəb elektrik sxemlərinin yoxlanılması, təmiri və sazlanması.

15. Avtomatik distansion idarənin elektrik sxemlərinin yoxlanılması və sazlanması.

16. Mürəkkəb idarə sxemli elektrik keçiricilərinin iş rejiminin distilliqrafiyası.

126. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Elektrik mühərriklərinin, aparatlarının və cihazların mürəkkəb olmayan birləşmə və detalların sökülməsi, təmiri və yığılması. Sadə işıqlandırma armaturu və böyük olmayan projektorların sazlanması və qurulması. Paylayıcı qutuların, qoruyucu lövhələrin qurulması, sökülməsi, təmiri. Sadə işəsalıcı-tənzimləyici aparatların yoxlanılması və təmiri. Elektrik avadanlıqların kran-balkalarının, elektrik kranlarının və bucurqadların köməyi ilə daşınmasında takelaj işlərinin yerinə yetirilməsi. Böyük güclü və gərginlikli elektrik maşınlarında çilingər-təmir və yığma işlərinin yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yerinə yetirilməsi. Qaz borularında, rolikdə və izolyatorlarda quraşdırıcı xətt və kabellərin çəkilməsi. Lampalarının sayı 5-ə qədər olan çıraqların qurulması və şəbəkəyə qoşulması. Transformator sarğılarının müqavimətinin, gərginliyi 2500 V-a qədər meqometrli giriş və çıxış kabellərinin yoxlanılması və ölçülməsi. Hündürlüyü 9 m-ə qədər olan dayaqların dəyişdirilməsi və bərkidilməsi, onların izolyatorlarla təchiz edilməsi.



Bilməlidir: elektrik maşınlarının sabit və dəyişən cərəyanlı elektrik mühərriklərinin, transformatorların, elektrik aparat və cihazlarının iş prinsipini; elektrik maşınlarının təmiri işlərinin aparılması qaydası və üsullarını; kabel xətlərinin və hava elektrik şəbəkə xətlərinin çəkilməsi qaydalarını; elektrik materiallarının əsas növlərini və təyinatını; kabel çəkilməsi zamanı torpaq işlərinin aparılması qaydasını; nəzarət-ölçü alətlərinin; elektrik avadanlığının yerdəyişməsində takelaj işlərinin aparılması üsullarını.

İş nümunələri:

1. İşıqlandırıcı armaturun şəbəkəyə qoşulmaqla qurulması.

2. Yağlı elektrik cərəyanı açarının yağının boşaldılması, baxılması və izolyatorların tənzimlənməsi.

3. Sadə detalların: spiral yayların, bəndlərin, əlaqələndiricilərin və ucluqların hazırlanması.

4. İllüminasiyanın quraşdırılması.

5. Kabel ucluqlarının kəsilməsi.

6. Elektrik maşınları kollektorlarının təmizlənməsi.

7. Elektrik cihazlarının polad və digər metallardan olan konstruksiyalarının hazırlanması və qurulması.

8. Məişət elektrik cihazlarının sökülməsi, təmiri və yığılması.

9. Hava naqilləri və trosların açılması, təmiri, yığılması və dəyişdirilməsi.

10. Qaynaq transformatorlarının sökülməsi və təmiri.

11. Elektrik lampalarının sokolunun uclarının qaynaq edilməsi.

12. Paylayıcı lövhə və qutuların qoruyucularının və qoşucuların dəyişdirilməsi və qurulması.

13. Sadə sxemli güc lövhələri və işıqlandırıcı şəbəkələrin hazırlanması və qurulması.

14. Torpağa birləşdirilmə elektrodlarının qurulması və bərkidilməsi.

127. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Gərginliyi 10 kV-a qədər olan elektrik maşın və aparatların sökülməsi, orta təmiri, yığılması, qurulması və mərkəzləşməsi. Elektrik aparatları və elektrik cihazları altında qrup lövhələrin və mürəkkəb metalkonstruksiyaların hazırlanması və quraşdırılması. Lüminessensiyalı işıqlandırmanın mürəkkəb olmayan sxemlərinin montajı və təmiri. Gərginliyi 10 kV-a qədər olan kabelin açılması, hazırlanması, fazalanması və çəkilməsi. Podşipniklərin dəyişdirilməsi. Partlayış təhlükəsinə qarşı armaturun təmiri, sazlanması və qurulması. Güc ilə işıqlandırıcı elektrik xətlərinin çertyoj üzrə ölçülməsi. Elektrik xətlərinin çəkilməsi üçün dayaqların möhkəmləndirilməsi, armatur ilə bərkidilməsi və xətlərin dartılması. İzolə sinfin 10 kV-a qədər olan yağ və ölçü, soba, qaynaq transformatorlarının tam təmiri. Elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, təmiri, yığılması və tənzimlənməsi işlərinin aparılması. Daha yüksək ixtisaslı elektrik quraşdırıcısının rəhbərliyi altında mürəkkəb çilingər-yığma işlərinin yerinə yetirilməsi və yüksək gərginlikli elektrik maşınlarının təmiri. Gərginliyi 2500 V-dan yuxarı olan transformator sarğılarının, daxil olan və çıxan kabellərin yoxlanılması və müqavimətin ölçülməsi. Hündürlüyü 9 m-dən yuxarı olan dayaqların dəyişdirilməsi və qurulması, onların izolyatorlarla təchiz edilməsi.



Bilməlidir: elektrotexnikanın əsaslarını; eynitipli elektrik maşınlarının, sabit və dəyişən cərəyan mühərriklərinin quruluşunu; müxtəlif elektrik materiallarının növlərini, onların xüsusiyyətini və təyinatını; işə salıcı, tənzimləyici və nəzarətedicilərin quruluşunu və təyinatını; meqometrlə izolyasiya sınağının qayda və normalarını; yüksək və aşağı gərginlikli xətlərin qəbulu, dəyişdirilməsi, calaq və qaynaq edilməsi üsullarını; evlərdə, torpaq altında və asma troslarda kabellərin çəkilməsi qaydasını; elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərin cihazlarının sxemini; elektrik maşını, aparat və cihazlarının qəbulu, təmiri və quraşdırılması qayda və üsullarını; xüsusi ləvazimat, sadə və mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu.

İş nümunələri:

1. Elektromaqnit və maqnitoelektrik sistemi ampermetrlərinin və voltmetrlərinin yoxlanılması.

2. İşə salıcı-tənzimləyici aparatların-reostatların, maqnit işəsalıcıların, işəsalıcı yeşiklərin və s. sökülməsi, təmiri və yığılması.

3. Yayma dəzgahları maqnit stansiyasının aparatlarının sökülməsi, təmiri və yığılması.

4. Tormoz aparatları və kənar cərəyan açarlarının təmiri və quraşdırılması.

5. Selenli düzləndiricilərin yoxlanılması və təmiri.

6. Elektrik lampalarından olan zəncirlərin paralel və ardıcıl birləşdirilməsi ilə hazırlanması.

7. Elektrik aparatları üçün mürəkkəb konfiqurasiyalı detalların-fiksator, rubilnik, barmaqlar və müqavimət yeşiklərinin hazırlanması.

8. Kabellərin çəkilmədən əvvəl və sonra meqometrlə izolə edilməsi vəziyyətinin yoxlanılması.

9. Qazma qurğularının idarə stansiyalarının nəzarətedicilərinin yoxlanılması, təmiri, yığılması və quraşdırılması.

10. Elektrik maşınları bəndlərinin və borularının təmiri və birləşmə sxeminin yoxlanılması ilə dəyişdirilməsi.

11 . Elektrik qidalandırıcı kabel xətlərinin qaz borusunda dəzgaha gətirilməsi.

12. Aralıq avtotənzimləyici relesinin yoxlanılması və dəyişdirilməsi.

13. İşıq reklamlarının montajı.

14. Qoşucu və ayrıcıların eyni zamanda açılıb bağlanılması Əlaqələrinin tənzimlənməsi.

15. Sentrifuqaların qablarının tənzimlənməsi ilə təftişi.

16. Mürəkkəb sxem, güc lövhəsi və işıq qovşağının hazırlanması və qurulması.

17. Gücü 500 kVt-a qədər olan faza rotorlu asinxron elektrik mühərriklərin sökülməsi və yığılması.

18. Gücü 1000 kVt-a qədər olan qısa qapanmalı elektrik mühərriklərin sökülməsi və yığılması.

19. Gücü 50 kVt-a qədər olan partlayış təhlükəsizlikli elektrik mühərriklərin sökülməsi, təmiri və yığılması.

20. Elektrik alətlərinin sökülməsi, təmiri və yığılması.

21. Elektrik maşınlarının vallarının, maqnit çarxları və şotka saxlayıcıların təmiri və dəyişdirilməsi.

22. Müqavimət yeşiklərinin sökülüb quraşdırılması, sxem üzrə birləşdirilməsi.

128. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Gərginliyi 10 kV-a qədər olan elektrik maşın və aparatların sökülməsi, əsaslı təmiri, yığılması və mərkəzləşməsi və gərginliyi 10 kV-dan yuxarı olan müxtəlif tipli və sistemli yüksək voltlu elektrik maşın və aparatlarının orta təmiri. Xüsusi şəraitdə induksiya və elektrostatik sisteminin elektrik cihazlarının sazlanması və təmiri. Gücü 1000 kVt-a qədər olan civə düzləndiriciləri və yüksək tezlikli qurğuların təmiri, montajı, qurulması və sazlanması. Gərginliyi 35 kV-a qədər olan kabel qovşağının montajı və təmiri. Gərginliyi 10 kV-a qədər olan paylayıcı qurğuların birləşmə və detallarının hazırlanması ilə təmiri və montajı. Elektrik şəbəkəsinin mürəkkəb və qapalı ötürücülərin qurğusunun montajı və təmiri. Kabelin açılması, kəsilməsi, dozalaşması, çəkilməsi, giriş qurğularının və birləşdirici muftaların, gərginliyi 10-dan 35 kV-a qədər olan kabel xəttində kənar qapanmaların montajı. Elektrik maşını və kabel qurğularının əmr-işarə aparatlarının təmiri, ayrı-ayrı detal və birləşmələrinin dəyişdirilməsi, qüsur və nasazlıqların aradan qaldırılması ilə izoləsindən 10-dan 35 kV-a qədər olan ölçü, soba, quru qaynaq və yağ transformatorlarının tam təmiri. Rele mühafizəsi panellərində qüsurların yoxlanılması, yığılması və aradan qaldırılması.



Bilməlidir: elektronikanın əsaslarını; dəyişən və sabit cərəyanın elektrik mühərriklərinin transformatorların, mühafizə və ölçü elektrik qurğularının müxtəlif növlərinin quruluşunu; elektrotexniki materialların nomenklaturasını, onların xüsusiyyətlərini və bir-birini əvəzetmə qabiliyyətini; relenin sazlanması, yoxlanılması və tənzimlənməsi üsullarını; elektrik mühərriklərinin, transformatorların və elektrik aparatlarının yoxlanılması, sökülməsi, təmiri, yığılması və qurulmasının daha rasional üsulunu; güc kabellərinin, kabel aparatlarının və daxilolma qurğularının təyinatını və konstruksiyasını; trassanın müxtəlif vəziyyətlərində kabellərin quraşdırılmasının texnoloji prosesini; müdafiə və avtomatika qurğularına qoyulan ümumi tələbləri; elektrik maşın və cihazların yoxlanılması və sınağı metodlarını; universal və xüsusi ləvazimatın quruluşunu; mürəkkəb nəzarət-ölçü alətlərinin quruluşunu, təyinatını və tətbiqi şərtlərini.

İş nümunələri:

1. Elektromaqnit və elektromexaniki bloklayıcı qurğuların təmiri və tənzimlənməsi.

2. Elektrik mühərrikləri valının sıxılması.

3. Komanda aparatları, icra mexanizmləri, hərarət vericilərinin yoxlanılması, təmiri və tənzimlənməsi.

4. Yayma dəzgahının qaldırıcı stollarının idarəetmə komanda aparatlarının yoxlanılması və təmiri.

5. Yüksək gərginlikli elektrik qidalandırıcısı xəttinin müqavimət altında yoxlanılması.

6. Müxtəlif güclü elektrik mühərriklərinin podşipniklərinin şaberlə yonulması.

7. Vaxt relesi-elektromaqnit xətlərində qüsurların yoxlanılması və aradan qaldırılması.

8. Selen düzləndiricisinin şaybanın dəyişdirilməsi ilə təmiri, sədlərin tənzimlənməsi və sazlanması ilə hazırlanması.

9. Təkrar kommutasiya zəncirlərinin induktorlarının yoxlanılması.

10. Şotka və mikrocərəyan dəyişdirici açarların dəyişdirilməsi, tutqunlaşdırıcıların sonluqlarının hazırlanması ilə təmiri.

11. Mürəkkəb sxemli yüksək voltlu paylaşdırıcı lövhələrin armaturun qurulması ilə montajı.

12. Gücü 500 kVt-dan artıq asinxronlu və gücü 1000 kVt-dan yuxarı olan qısa qapanmalı elektrik mühərriklərinin sökülməsi və zədələrinin aradan qaldırılması ilə yığılması.

13. Partlayış təhlükəsizlikli gücü 50 kVt-dan yuxarı olan elektrik mühərriklərinin sökülməsi, təmiri və yığılması.

14. Elektrik filtrlərinin yoxlanılması, təmiri və quraşdırılması.

129. Elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Gərginliyi 10 kV-dan 15 kV-a qədər olan müxtəlif tipli, yüksək voltlu elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması və quraşdırılması. Müdafiə vasitələrinin, avtomatika və telemexanika cihazlarının mürəkkəb qurğularında defektlərin aşkar edilməsi və sazlanması. Kontak-rele, ion və elektrikmaqnit ötürücülərinin sxemlərində nasazlıqların aradan qaldırılması və aparatların tənzimlənməsi. Gərginliyi 35 kv-dan yuxarı olan kabel şəbəkələrinin quraşdırılması və təmiri. Gücü 1000 kVt-dan yuxarı civə düzləndiricilərinin və yüksək tezlikli qurğuların təmiri, quraşdırılması, qurulması və sazlanması. Gərginliyi 10 kV-dan yuxarı olan paylayıcı qurğu avadanlığının birləşmə və detallarının hazırlanması ilə təmiri və montajı. Domna, poladəridici soba və yayma maşınlarının, blokirovkalayıcı, siqnalizasiyalaşdırıcı və tuneli sobaların idarə qurğularının iş rejiminin avtomatik tənzimləyici qurğularının montajı, təmiri və sazlanması. Müxtəlif sistemli və təyinatlı elektrik və elektron cihazlarının mexaniki və elektrik hissələrinin sökülməsi, mürəkkəb təmiri və yığılması. Elektrik maşınların rotorlarının balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.

İki və üç sarğılı güc transformatorlarının əsaslı təmiri, ölçü, soba, dartıcı, qaynaqedici, yağlı və xüsusi transformatorların tam təmiri. Mühəndis-texniki heyətin nəzarəti altında elektrik maşınlarının sınağı və yoxlanışı üçün işə salınması.

Bilməlidir: telemexanikanın əsaslarını; kinemexanika və elektrik sxemlərini; elektrik maşınlarının, güc və ölçü transformatorlarının, paylayıcı qurğu avadanlıqlarının ölçü cihazlarının dəqiqliyinin yoxlanılması, avtomatik tənzimlənməsi və telemexanikanın yoxlanılması üsullarını; elektrik kabel və hava qovşağının siqnalının aparılması metodlarını; müxtəlif sistemli relelərin, maşınlı və lampalı generatorun yüksək tezlikli qurğularının quruluşunu; müxtəlif şəraitlərdə kabel və hava qovşaqlarının təmiri üzrə işlərin fəndi və qaydasını; elektrik mühərriklərinin, transformatorların və elektrik aparatlarının sxemini və sınağı qaydalarını; elektrik mühərriklərinin mərkəzləşdirilməsi və balanslaşdırılması üsullarını; yüksək tezlikli müdafiənin növlərini və təyinatını; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydalarını.

İş nümunələri:

1. Kokskimya zavodlarının söndürülmə qüllələrinin avtomatik qurğularının elektrik sxemlərinin təmiri və sazlanması.

2. Yüksək voltlu yağlı elektrik açarlarının əsaslı təmiri.

3. Yüksək gərginlikli kabellərin zədələrinin tapılması, kəsilməsi və quraşdırılması.

4. Əlaqələndiricilərin, maqnit nəzarətçisinin, yol elektrik açarlarının təmiri və tənzimlənməsi.

5. Yüksək gərginliyin bölüşdürülməsi qurğularının avadanlıq və aparatlarının təmiri və montajı.

6. İdarə paneli və yayma lampalarının yüksək voltlu elektrik mühərriklərinin maqnit stansiyalarının təmiri və yoxlanılması.

7. Operator işıqlandırıcısının idarə pultunun təmiri və montajı.

8. Potensiyametrlərin, selsi göstəricilərin hissələrinin hazırlanması ilə təmiri.

9. Maksimal rele, fotorelenin yoxlanılması, təmiri, tənzimlənməsi.

10. Elektrik mühərriklərinin rotorunun balanslaşdırılması, titrəyişin aşkar edilməsi və aradan qaldırılması.

11. Marten sobalarının hava qızdırıcılarının klapanlarının, rolqanq avtomatları sxeminin təmiri və tənzimlənməsi.

12. Domna peçlərinin yüklənmə mexanizmlərinin elektrik sxemlərinin tam təmiri və sazlanması.

13. Metallurgiya zavodları aqreqatlarında telemexanika qurğularının təmiri, montajı və sazlanması.

14. Maqnit stansiyalı, avtomatik və blokirovka sxemli çox mühərrikli elektrik ötürücülərinin yoxlanılması və təmiri.

15. Yüksək voltlu elektrik mühərriklərinin təmiri, yığılması və mərkəzləşməsi.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin