İş nümunələri.
1. Metallurgiya və energetika avadanlığının hissələri - döymə, yayma və mexaniki emaldan sonra lüminessent və rəngli metodlarla nəzarət.
2. Orta və mürəkkəb quruluşlu tökmələr, döymələr və ştamplanmış dəzgahlar -lüminessent və rəngli metodlarla nəzarət.
3. Qazın və vakuumun artıq təzyiqini ölçən cihazlar - istilik termobuxar lampanın işçi cərəyanına qoyulması, boşalma dərəcəsini müəyyən etmək üçün dərəcələrə bölünmüş əyri istilik termobuxar lampaların tətbiqi.
4. Helium sistemləri - manometrin göstəriciləri üzrə sıxlığın yoxlanılması.
5. Vakuum sistemləri və sınan kameraları -helium sıxlığının yoxlanılması.
6. Hissələrdə və obyektlərdə bucaq qaynaq birləşmələri- lüminessent və rəngli metodlarla nəzarət.
7. Boru kəmərlərində qaynaq qovuşuq yerləri - lüminessent və rəngli metodlarla nəzarət.
53. Qaz və maye nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
4-cü dərəcə
Yığma vahidlərinin, qaynaq birləşmələrin və spirallı sistemlərin germetikliyinə, germetikliyə nəzarət təlimatının və helium və holoid sızmaaxtarıcıların istismarına aid təlimatın tələblərinə müvafiq, nəzarət aparılması. Kvars diffuziya sızması üzrə, yaxud təmiz hava kamerasının köməyi ilə sızmaaxtarıcılarda həssaslığın saxlanılması. Radioblokların iş rejimlərinin tənzimlənməsi. Alçaq vakuumun və qazın təzyiqinin ölçülməsi üçün olan nəzarət-ölçü cihazlarının dərəcələrinin ölçülməsi. Stasionar şəraitdə və obyektlərdə məmulatlara kompleks nəzarətin aparılması. İndikator izlərinin xüsusiyyətinə görə defektin xarakterinin müəyyənləşdirilməsi. Sxematik nəzarət xəritələrinin tutulması. Nəzarət metodunun seçilməsi-lüminessent, rəngli, kompleks-səthin vəziyyətindən və qaynaq birləşmənin düzülüşündən asılı olaraq. Lüminessent aparatında, frosselin, vakuum cəftələrinin, silfon ventillərin təmiri daxil olmaqla, nasazlıqların aradan götürülməsi. Vakuum nasoslarına baxış və onlara texniki xidmət göstərilməsi.
Bilməlidir: fırlanan yağlı buxar vuran nasosların qurulma qaydalarını; kütlə-spektrometrik sızmaaxtarıcıların əsas hissələrinin quruluşunu; elektrik hissənin vakuum sistemlərini, qidalanma və idarə olunma bloklarını; germetikliyə nəzarət metodlarını; sınaq qaydalarını; vakuumu ölçmək üçün olan ionlaşma və mexaniki cihazların iş prinsipini; qeyri-üzvi və üzvi kimyanın elementar əsaslarını; maşınqayırma rəsmxəttinin əsaslarını; nəzarət üçün tətbiq olunan məhlulların və boyaların təyinatını və xassələrini; laboratoriya avadanlığına xidmət etmə qaydalarını.
İş nümunələri.
1. Vakuummetrlər - istilik buxar lampasının yoxlanılması və dərəcələrə bölünməsi.
2. Buxar turbinlərinin kürəkcikləri -lüminessent və rəngli metodlarla nəzarət.
3. Sızmaaxtarıcılar - maksimum həssaslığı təmin etmək məqsədi ilə radiobloklarda iş rejimlərin yoxlanılması və tənzimlənməsi.
54. Qaz və maye nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
5-ci dərəcə
Məmulatların yığılmış vəziyyətdə germetikliyinə vibrostendlərdə, buxarla sınaq stendlərində, istilik vuran stendlərdə və i.a. sınaqdan əvvəl və sonra nəzarət. Son «qazla qovuşan yerlərə» nəzarət. Yoxlanılan məmulatlarda stend sınaqlarından, yaxud «qazla qovuşan yerdə» keçirilmiş sınaqlardan əvvəl və sonra ümumi qaz sıxlığı olmadığı aşkar edildikdən sonra lokal sızmaların axtarışı. Diffuz, kapillyar, məsaməli sızmaların və iynəvari süzmələrin dərəcələrə bölünməsi. Sınaq stendində vakuum nasoslarının müxtəlif qazlar üzrə sınaqdan keçirilməsi. Bütün tipli sızmaaxtarıcılarda, kütlə-spektrometrik analizatorlarda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: vəziyyətindən (təzyiqindən, boşalmasından, temperaturundan) asılı olaraq qazların mühüm xassələrini; obyektin təmizlənmə sürətini və nasosun işlədiyi zaman qaz axınının təzyiqini; boru kəmərinin müqavimətini və buraxıcılıq qabiliyyətini; vakuum texnikasının əsas tənliklərini; istilik-buxar tələlərinin, vakuum ölçülməsi üçün olan maqnit və elektrik boşaldılma cihazlarının quruluşunu; helium və haloid sızma-axtarıcılarda qovşaqların təyinatı və quruluşunu; aşağı və yüksək tezlikli generatorların dəyişən və daimi cərəyan gücləndiricilərinin, düzləndiricilərin və sabitləşdiricilərin prinsipial sxemlərini; elektrovakuum və qaz-boşaldıcı cihazların tiplərini və iş prinsipini.
Orta ixtisas təhsilə malik olmalıdır.
İş nümunələri.
1. İstilik - buxar, maqnit, elektrik boşaldıcı vakuummetrləri-sazlanma.
2. Spirala oxşar konstruksiyalar - qaz sıxlığı olmayan yerlərin axtarışı.
3. Sızmaaxtarıcılar - diffuziya sobalarının dərəcələrini yoxlamaq.
55. Qaz və maye nəzarəti üzrə defektoskopçu
İşin xüsusiyyəti.
6-cı dərəcə
Elektron aparatlarını tətbiq etməklə montaj və təmir şəraitində konstruksiyaların germetikliyinə nəzarət. Texniki sənədlərin tələblərinə müvafiq bütövlükdə konstruksiyada ümumi germetikliyi və onun qovşaqlarında seyrək defektli yerləri aşkar etmək üçün nəzarət üsulunun, aparatların və ləvazimatın seçilməsi. Yığılmış konstruksiyalarda aparılan nəzarətin nəticələrinə görə son rəyin verilməsi. Konstruksiyalarda sınaq zamanı aşkar edilmiş defektlərin həcminin sayca təhlili. Nəzarət metodikasının işlənilə hazırlanması üzrə eksperimental işlərin yerinə yetirilməsi. Alınmış işlərin nəticələrinin rəsmiləşdirilməsi. Kütlə spektrometrik analizatorların elektron optikasının dəqiqləşdirilməsi. Germetikliyə nəzarət üsullarının metodoloji təminatı.
Bilməlidir:
qazların molekulyar-kinetik nəzəriyyəsinin elementlərini; «qaz» və «buxar» anlayışlarını, doymuş qazların təzyiqini; əsas qaz qanunlarını; qazların sızma rejimlərini; vakuumu almaq üçün olan nasosların quruluşunu və iş prinsiplərini; yoxlanılan məmulatların konstruksiya və texnoloji xüsusiyyətlərini; mayelərin fiziki xassələrini.
Orta ixtisas təhsilə malik olmalıdır.
İş nümunələri.
1. Boru taxtaları - seyrək defektli yerləri müəyyənləşdirmə və seyrək defektin həcminə qiymət verilmə.
2. Nəzarət obyekti - nəzarət üsulunu və onun rejimlərini seçmə.
56. Qazantəmizləyən
İşin xüsusiyyəti.
1-ci dərəcə
Daha yüksək ixtisaslı qazantəmizləyənin rəhbərliyi altında bütün tipli qazanların xaricdən və daxildən qızan səthlərinin ərpdən, yanıqdan, şlakdan, küldən, əl ilə qazantəmizləyən alətlərini tətbiq etməklə təmizlənməsi. Təmizləndikdən sonra qazanların və boruların qızan səthlərinin üfürülməsi və yuyulması. Sadə qazantəmizləyən alətin sökülüb təmizlənməsi və yığılması.
Bilməlidir: qazanların qızan səthlərinin adlarını və yerləşməsini; qazanların qızan səthlərinin təmizlənməsində istifadə olunan alətlərin və mexanizmlərin təyinatını; qazanların qızan səthlərinin təmizlənmə qaydalarını; əl ilə qazantəmizləyən alətin sökülməsi, təmizlənilə yığılması üsullarını; fərdi mühafizə vasitələrindən və yanğınsöndürən inventardan istifadə qaydalarını.
57. Qazantəmizləyən
İşin xüsusiyyəti.
2-ci dərəcə
Suqızdırıcı qazanların xarici və daxili səthlərinin qazantəmizləyən alətlərini tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Bütün tipli qazanlarda odluqların, qaz yollarının, bacanın, peçdən tüstü borusuna qədər olan hissəsinin (borovların), elektrosüzgəclərin və bunkerlərin təmizlənməsi. Qazantəmizləyən alətin cari təmiri.
Bilməlidir: xidmət etdiyi qazan aqreqatlarının qısa xüsusiyyətlərini; tətbiq olunan qazantəmizləyən alətin quruluşunu; qazanların qızan səthlərinin və köməkçi avadanlığın daxildən və xaricdən təmizlənməsi üsullarını; qazantəmizləyən alətin cari təmiri qaydalarını; xüsusi geyimin və fərdi mühafizə vasitələrinin hazırlanması qaydasını.
58. Qazantəmizləyən
İşin xüsusiyyəti.
3-cü dərəcə
Qazantəmizləyici alətlərdən istifadə etməklə qazanların istilik borularının və üfüqi-su borularının daxildən şlakdan, küldən, ərpdən və digər yığıntıdan təmizlənməsi. Suqızdırıcı qazanlardan başqa bütün növdən olan qazanların borulu hava qızdırıcılarının, siklonlarının, skrubberlərinin, kollektorlarının, hidrokülayırıcılarının, hərəkətedici mexanizmlərinin, kül yollarının və üst təbəqələrinin təmizlənməsi.
Ocağın temperaturunun qeydə alınması ilə bütün növ qazanların ocaq ekranlarının şlakdan təmizlənməsi. Aşqarların hazırlanması və onların bunkerə və ya müvafiq tutumlara doldurulması, qırıqların (sınıqların) dəyişdirilməsi və bərpası. Tələb olunan qatılıqda qələvi məhlulun hazırlanması. Taxta-şalbanın və s. qurulması.
Bilməlidir: qazan aqreqatlarının işinə təsir edən üst qatın çirklənməsi xüsusiyyətlərini; çirklənmə dərəcəsindən və üst qatın qızdırılmasının konstruktiv əlamətlərindən asılı olaraq alətin seçilməsi qaydasını; qırıqların dəyişdirilməsi və bərpası qaydasını; kimyəvi aşqarların təyinatını; qələvi məhlulların hazırlanması üsullarını; işlərin yerinə yetirilməsi üçün taxta-şalbanın qurulması qaydasını.
59. Qazantəmizləyən
İşin xüsusiyyəti.
4-cü dərəcə
Qazantəmizləyici alətlərdən istifadə etməklə şaquli suborulu və qazborulu qazanların şlakdan, küldən və digər yığıntılardan təmizlənməsi. Bütün tipli qazanlarda regenerasiya havaqızdırıcıların ekonomayzerlərin, kondensatorların boru dəstlərinin, su-buxarqızdırıcıların və soyuducuların təmizlənməsi. Daha yüksək ixtisaslı qazan təmizləyənin rəhbərliyi ilə turbinlərin təmizlənməsi. Bütün növ qazan təmizləmə işlərinin keyfiyyətinə nəzarət, təmizlənmiş avadanlığın hazırlanıb təhvil verilməsi. Qazantəmizləyən alətin sazlanması. Xidmət edilən avadanlığın işi haqqında texniki sənədlərin aparılması.
Bilməlidir: qazan aqreqatlarının və istiliyi mübadilə edən avadanlığın quruluşunu; qazantəmizləmədə əsas iş növlərinin texnoloji ardıcıllığını; qazantəmizləmə işlərinin keyfiyyətinə nəzarət metodlarını; qazantəmizləyən alətlərin saxlanma üsullarını; xidmət etdiyi avadanlığın işi barədə texniki sənədlərin aparılma qaydalarını.
60. Qazantəmizləyən
İşin xüsusiyyəti.
5-ci dərəcə
Barabanlı qazanların daxildən qızan səthlərinin qazantəmizləyən alət tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Turbinlərin, bütün tipli qazanların ekranlı isti buxar alınan qızan səthlərinin təmizlənməsi. Qazan aqreqatlarında və istilik mübadiləedicilərində qızan səthlərin çirklənmə vəziyyətinə görə işin həcminin müəyyən edilməsi. Çıxan qazlarda temperaturun dəyişməsindən, qaz traktında sahələrin müqavimətindən, soyuq havanın temperaturundan asılı olaraq texniki kompleks təmizləmə vasitələrinin vaxtında işə salınmasına və səmərəli işləməsinə nəzarət. Qazantəmizləyən alətin, tətbiq olunan qurğu və mexanizmlərin sazlanması. Görülmüş işə aktların doldurulması.
Bilməlidir: bütün tipli qazanxanaların və turbin qurğularının konstruksiyasını və xüsusiyyətlərini; qazantəmizləmə işlərinin texnologiyasını; qızan səthlərin çirklənmə vəziyyətinə görə iş həcminin müəyyənləşdirilmə metodlarını; texniki kompleks təmizləmə vasitələrinin təyinatını; qazantəmizləyən alətin, tətbiq olunan qurğu və mexanizmlərin sazlama qaydalarını; görülən işlərə aktların doldurulma qaydalarını.
61. Qazantəmizləyən
İşin xüsusiyyəti.
6-cı dərəcə
Düz axan qazanların, utilizator qazanlarının daxildən qızan səthlərinin, buxar-qaz qurğularının qazantəmizləyən alət və avadanlıq tətbiq etməklə ərpdən, yanıqdan, şlakdan, küldən təmizlənməsi. Membranlı şirma, konvektiv isti buxar alıcıların, ekranların, şaquli və üfüqi boru panellərin təmizlənməsi. Qazan aqreqatlarının qızan səthlərinin təmizlənməsinin texnoloji ardıcıllığı və optimal rejiminin ən səmərəli üsulunun müəyyənləşdirilməsi. Bütün tipli qazan aqreqatlarının qızan səthlərinin və müxtəlif istilik mübadilə edən avadanlığın kimyəvi təmizlənməsi. Qızan səthlərin texniki kompleks təmizləmə vasitələrinin sazlanması və tənzimlənməsi. Briqadaya rəhbərlik və bütün qazantəmizləmə işlərinin keyfiyyətinə nəzarət.
Bilməlidir: istilik texnikası və istilik mexanikasının əsaslarını; qızan səthlərin optimal təmizləmə rejiminin müəyyənləşdirilmə üsullarını; istilik enerji avadanlığının qızan səthlərinin kimyəvi təmizləmə xüsusiyyətlərini; qızan səthlərin texniki kompleks təmizləmə vasitələrinin sazlama və tənzimləmə qaydalarını; qazan təmizləyən vasitələrin işi haqqında texniki sənədləri, sxemləri və təlimatları.
62. Qazların və tozun təhlili üzrə laborant
İşin xüsusiyyəti.
2-ci dərəcə
İstehsalat binalarında havanın sadə və orta mürəkkəbli analizlərinin aparılması. Metallurgiya sobalarından çıxan qazların analizi. Şaxtadakı havanın tozluğunun analizi. Tozudanlarda filtrlərin işlənmiş borularından keçən metal itkilərinin analizi.
Bilməlidir: toz-qaz analizinin elementar əsaslarını; oksigenin və hidrogenin müəyyənləşdirilməsi metodlarının qısa xarakteristikasını; qazların, havanın və tozun əsas xassələrini; kimyəvi reaktivlərdən, civə və maye azotdan istifadə qaydalarını.
63. Qazların və tozun təhlili üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
İstehsalat binalarında havanın mürəkkəb analizlərinin aparılması, tozluğun ölçülməsi. Qazların və tozun ekspress analizlərinin aparılması. Yüksək keyfiyyətli generatorlarda işləmək. Kütlə spektrometrlərində və xromotoqrafda sonralar analiz aparmaq üçün qazların yığılması. Havanın tərkibində qazların və tozun olmasını analiz etmək üçün metodların seçilməsi.
Bilməlidir: toz-qaz analizin əsaslarını; tozudanların, qazçıxanların, duzluqların və müqavimət elektrik peçlərinin quruluşunu; ionlaşdırıcı və maqnitboşaldıcı manometrlərdən istifadə qaydalarını; çəki və həcm analiz metodlarını, üzvü, qeyri-üzvü kimya üzrə elementar məlumatları.
64. Qazların və tozun təhlili üzrə laborant
İşin xüsusiyyəti.
4-cü dərəcə
Havanın xüsusi mürəkkəb analizlərinin aparılması. Xromatoqrafda qazın qatılığının müəyyənləşdirilməsi, etalonlu qaz qatışıqlarının tərtilə edilməsi. Xromatoqrafın sazlanması və kalibrləşdirilməsi. Pnevmometrik borucuqlarda əmsalların yoxlanılması. Defektlər cədvəlini tutmaq üçün tozudanların tədqiqində iştirak. Tozudanların, tüstüsoranların, havadəyişdiricilərin, eksqausterlərin sınaqdan keçirilməsi və sazlanmasında, avadanlığın işini səciyyələndirmək və tövsiyələndirmək üçün materialların işlənilməsində iştirak. Qaz, maye, bərk fazaların kimyəvi və fiziki xassələrinin müəyyənləşdirilməsi. Qaz-toz təmizləyən qurğunun effektivliyinin müəyyən edilməsi. Titrlənmiş məhlulların hazırlanması. Sexlərdə qurulmuş stasionar cihazların göstəricilərinin düzgünlüyünün yoxlanılması. Toz-qaz hesablamalarının yerinə yetirilməsi. Texniki sənədlərin aparılması. Toz-qaz analizlərində yeni metodların tətbiqi. Qazın aparatlar üzrə düzgün bölüşdürülməsinin yoxlanılması.
Bilməlidir: qaz xromotoqrafiya metodunu; analiz metodunun prinsiplərini və onun fiziki mahiyyətini; toz və qazudan avadanlığın sazlanma qaydalarını; cihazların həssaslığının tənzimləmə üsullarını, xromotoqrafın qaz sxemini, yarımavtomat reometrin sxemini və sazlama üsullarını; texniki sənədlərin aparılma qaydalarını.
65. Qazüfürücü maşının maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Texnoloji qazların və havanın sıxılması və yerdəyişməsi üçün müxtəlif tipli maşınlara: 3000 kub metr/s-dək qaz və hava verən boruqazüfürücülərə, hava-qaz üfürücülərə xidmət, onların işinə nəzarət və tənzimlənməsi. Maşınların işə salınması və dayandırılması. Qazın təzyiqi və temperaturuna nəzarət, işlək hissələrin yağlanması, yağın soyudulması. Kommunikasiya, nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Avadanlıqlara baxış və cari təmiri, maşın, kommunikasiya, armatur və nəzarət-ölçü cihazlarının sazlığına nəzarət. Nəzarət-ölçü cihazlarının nasazlıqlarının müəyyənləşdirilməsi və onların aradan qaldırılması. Avadanlıqların planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Elektrik enerjisi və sürtkü materialları sərfinin uçotunu aparmaq. İstehsalat jurnalında qeydlər aparmaq.
Bilməlidir: xidmət edilən maşın və mühərriklərin quruluşunu; görülən iş üzrə elektrotexnikanın əsaslarını; kommunikasiya sxemini; sürtkü materiallarının əsas xüsusiyyətlərini; yağlama qaydalarını; avadanlığın işində yaranan nasazlıqların səbəbini və onların aradan qaldırılması yollarını.
3-cü dərəcə: saatda 3000-dən - 15000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
4-cü dərəcə: saatda 15000-dən - 75000 kub metrədək qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
5-ci dərəcə: saatda 75000 kub metrdən yuxarı qaz və hava üfürücü maşınlara xidmət etdikdə.
Qeyd: 1. Qazüfürücü maşının maşinist köməkçisi maşinistdən 2 dərəcə aşağı tarifləşdirilir, ancaq onun dərəcəsi 2-ci dərəcədən aşağı olmamalıdır.
2. Maşinistlər eyni zamanda elektrik filtrlərinə, boruşəkilli və sulayıcı soyuduculara xidmət üzrə işləri yerinə yetirdikdə onlar 1 dərəcə yüksək tarifləşdirilir.
66. Qazanxana maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Ümumi istilik istehsalı 12,6 QC/saat (3 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına xidmət və ya bərk yanacaqla işləyən, istilik istehsalı gücü 21 QC/saatadək (5 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına xidmət. Yükgötürmə qabiliyyəti 25 tona qədər olan dəmiryol kranlarının buxar qazanlarına xidmət. Qazanların yandırılması, işə salınması, dayandırılması və onun su ilə təchiz edilməsi. Yanacağın qırılması, yüklənməsi və qazanın qarışdırılaraq qızdırılması. Yanacağın yanmasının tənzimlənməsi. Qazanda suyun səviyyəsinə, buxar təzyiqi və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəriciləri üzrə nəzarət etmək. Nasos, motor, havadəyişdiricilər və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Qazanların armatur və cihazlarının təmizlənməsi. Ümumi istilik qüvvəsi 42 QC/saatla (10 Qkal/ saatadək) olan əsas aqreqatlara, xidmət zonasında yerləşən boyler istilik qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Təyin edilmiş təzyiqin, suyun və buxarın temperaturunun saxlanılması. Qazanların yuyulması, təmizlənməsi və təmirində iştirak etmək. İstehsal və kommunal qazanxanaların və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə təmizlənməsi. Həmçinin ocaq qəfəsinin, buxar maşınlarının odluğunun, qazanların və dəmkeşlərin əl ilə təmizlənməsi. Kül və şlak tullantılarının sahmana salınması.
Bilməlidir: xidmət edilən qazanların, forsunların, hava-buxar kəmərlərinin iş prinsipini və onların tənzimlənməsi üsullarını; buxar qazanlarının odluğunun şlaklı və küllü bunkerlərin quruluşunu; istilik izoləedici kütlələrin tərkibini və qazan və buxarboru kəmərlərinin əsas istilik izoləedici üsullarını; sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq edilmə şərtlərini; tozşəkilli yanacağın hazırlanması mexanizminin, forsunka və kül-şlak ayıran alət və ləvazimatların quruluşunu; istilik-şəbəkə boyler qurğularının və ya işlənmiş buxar stansiyasının avadanlığının iş rejimi və quruluşunu; buxar maşınının qazanının təmizlənməsi zamanı təzyiq və havanın lazımi miqdarını; atmosfer təzyiqinin ocağın divarlarına və alov qutusuna təsirini; kül və şlakın əsas xüsusiyyətlərini; dəmiryolu kranlarının yolu və xətti ilə hərəkət qaydasını; şlak və kül tullantılarının yerləşdirilməsi qaydasını.
67. Qazanxana maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Ümumi istilik istehsalı 12,6-dan 42 QC/saatadək (3-dən 10 Qkal/saatadək) olan su qızdırıcı və buxar qazanlarına və ya qazanxanada 21-dən 84 QC/saatadək (5-dən 20 Qkal/saatadək) istilik istehsal edən bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. 25 tondan artıq yükgötürmə qabiliyyəti olan dəmiryol buxar kranlarına və ya buxar ekskavator qazanlarına xidmət. Dartıcı və kül-şlak ayırıcı qurğuların, stokerin, ekonomayzerlərin, havaqızdırıcıların, buxar qızdırıcıların və qidalandırıcı nasosların işə salınması, dayandırılması və onların işinin tənzimlənməsi. Ümumi istilik yükü 42-dən 84 QC/saat (10-dan 20 Qkal/ saatadək) olan əsas aqreqatların xidmət zonasında yerləşən istilik şəbəkəsi boyler qurğusuna və ya işlənmiş buxar stansiyasına xidmət. Qazanxana avadanlığının fasiləsiz işinin təmin edilməsi. İstilik kəmərləri sxemində xidmət edilən aqreqatların işə salınması, dayandırılması. Tədarükçülərə buraxılan istiliyin hesabının aparılması. İstehlak və kommunal qazanxanaları və dəmkeş qaz generatorlarının kül və şlakının əl ilə və ya mexaniki üsulla təmizlənməsi. Kül və şlakın mexanizmlərin köməyi ilə vaqonetkalara və ya vaqonlara yığılması və lazımi yerə nəql etdirilməsi; kül və şlak təmizləyən mexanizmlərin, qaldırıcı-nəqledici avadanlığın, siqnalizasiyanın, cihaz, aparat və digər qurğuların düzgün işlənilməsinə nəzarət. Kül və şlakın xüsusi aparatlarla yuyulması. Xidmət olunan avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: işlədilən avadanlığın və mexanizmlərin quruluşunu; qazanlarda yanacağın rasional yanması üsullarını; istilik buxar və su kəmərləri və xarici istilik şəbəkələrinin sxemini; avadanlıqların iş yekunlarının və tədarükçülərə buraxılan istiliyin uçotu qaydalarını; avadanlığa xidmət və onun işində olan nasazlıqları aradan qaldırmaq qaydalarını; xidmət göstərilən qazanların tiplərini, şlak və külün yüklənməsi və nəql etdirilməsi qaydasını və üsullarını; xidmət olunan aqreqat və mexanizmlərin yağlanması və soyudulması sistemini; kül-şlak təmizləyən mexanizm və avadanlıqların işi barədə qeydlərin aparılması qaydasını; nəzarət-ölçü cihazlarının sadə və çox mürəkkəb olmayan qurğularını.
68. Qazanxana maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Ümumi istilik istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal) olan su qızdırıcı və buxar qazanlarına və ya ümumi istilik istehsalı 84-dən 273 QC/saata (20-dən 65 Qkal/saatadək) olan, bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Nəzarət-ölçü cihazlarında suyun səviyyəsinə, təzyiqə və buxarın, suyun və ayrılan qazların temperaturuna nəzarət. Qazanların işinin tələb olunan buxar qrafikinə əsasən tənzimlənməsi. İstilik verilməsinə nəzarət. Ümumi istilik gücü 84 QC/saatdan (20 Qkal/saat) yuxarı olan, əsas aqreqatlar yerləşən xidmət zonasındakı istilik şəbəkəsi boyler qurğularına və ya işlənmiş buxar stansiyalarına xidmət. Avadanlığın işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: qazanların, köməkçi mexanizmlərin və armaturların quruluşunu və onlara xidmət qaydasını; istilik texnikası üzrə əsas məlumatları; istiliyin müxtəlif məhlullarını və istiliyin miqdarının qazan aqreqatlarının istilik istehsalına və yanma prosesinə təsir keyfiyyətini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri və suyun təmizlənməsi üsullarını; qazanxana qurğularının işindəki nasazlıqların əmələ gəlmə səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi üsullarını.
69. Qazanxana maşinisti
İşin xüsusiyyəti.
5-ci dərəcə
Ümumi istilik istehsal gücü 84-dən 273 QC/saatadək (20-dən 65 Qkal/saata) olan su qızdırıcı və buxar qazanlarına və ya istilik istehsal gücü 273-dən 546 QC/saatadək olan bərk yanacaqla işləyən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət. Qida xətlərinin dəyişdirilməsi. Buxar xətlərinin doldurulması və boşaldılması. Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktiki baxışda, qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Onların təmirdən sonra qəbulu və işə hazırlanması.
Dostları ilə paylaş: |