Bilməlidir: hamamda xidmətin sanitar norma və qaydasını; avadanlığın quruluşunu və istismarını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydasını; göstərilən xidmətlərin preyskurant üzrə qiymətlərini və daxili nizam-intizam qaydalarını.
66. Hesablayıcı maşınların operatoru
İşin xüsusiyyəti.
1-ci dərəcə
Müxtəlif tipli hesablama maşınlarında ilkin sənədlərin işlənilməsi, yekun göstəricilərin və hesablamanın nəticəsini kağız baftada və ya onsuz çap edilməsi. Bir sətirli və çox sətirli sənədlərin göstəricilərinin cəmləşdirilməsi və yerinə qoyulması. Faizlərin, faiz nisbətlərinin hesablanması, sabitlə əməliyyat, dərəcəyə qaldırma, kökdən çıxarma, yaddaş qeydiyyatında rəqəmlərin yığılması və saxlanılması. Növlərə ayırma, qatla yığma, seçmə, arama, sorğu və sorğu qruplaşma əlamətlərinə görə hesablama maşınlarında perfokart massivlərinin birləşdirilməsi.
Məlumatların şifrinin açılması, perfokartlarda deşilmiş şəkildə kodlaşmanın aparılması, əzilmiş perfokartların təzədən düzəldilməyə verilməsi, onlarda "İşığa" və "Dəlməyə" qarşı nəzarətin aparılması və texniki daşıyıcıların çeşidləyici massivinə qoyulması. Xüsusi nəzarət fəndləri ilə nəzarət sxemi üzrə perforasiya olunmuş perfokart paketini buraxmaq yolu ilə maşınların düzgün işləməsinin yoxlanılması. Sənədlərin və ya texniki daşıyıcıların texnoloji prosesin növbəti əməliyyatına verilməsi üçün hazırlanması. Yerinə yetirilmiş işlərin nəticələrinin təlimata uyğun olaraq tərtilə edilməsi.
Bilməlidir: hesablama maşınlarının texniki istismar qaydasını; maşının işləməsinə nəzarət metodlarını, işçi təlimatlarını, məlumatın mexaniki emal maketlərini; emal olunan ilk sənədlərin formasını və hazırlanma normasını.
4-cü dərəcə: xırda təmir işlərini yerinə yetirdikdə.
67. Herpetoloq
İşin xüsusiyyəti
7-ci dərəcə
Herpetologiya laboratoriyalarında müxtəlif növlərdən olan zəhərli ilanların zəhərinin alınması. Əldə edilmiş zəhərin qurudulub hazır vəziyyətə çatdırılması. Zəhərin çəkilməsi. Tutulmuş zəhərli ilanların qəbulu, ölçülməsi, çəkilməsi və serpentarinin qəfəs və ya volyerlərində yerləşdirilməsi.
Bilməlidir: zəhərli ilandan zəhərin alınmasında bioloji prosesi; müxtəlif növdən olan ilanın bioloji xüsusiyyətini, ilanlar və zəhərlərlə işlədikdə təhlükəsizlik qaydalarını, ilan vurmasına qarşı profilaktik tədbirləri və ilan vurmuş şəxsə ilk yardımın göstərilməsini. Herpetoloji laboratoriyaların təchiz olunmasına dair sanitar-texniki tələbləri.
8-ci dərəcə: zəhərin zəhərləmə qabiliyyətini təyin etdikdə.
68. Hidrotexniki obyektlərə baxan
İşin xüsusiyyəti.
3-cü dərəcə
Kanalların, dambaların, bəndlərin və başqa analoji hidrotexniki qurğuların təhlükəli yerlərini nəzərdən keçirməklə xırda zədələrin aradan qaldırılması. Hidrotexniki sulama və kollektor drenaj qovşağında bağlanmış hissənin qurğularına hidrometrik və başqa qurğulara xidmət edilməsi. Qrunt sularının paslaşması, enişdə sürüşmə halının qarşısını alan, sahilin möhkəmliyini təmin edən əkin vəziyyətinin müşahidə edilməsi. Daşma əleyhinə materialların və tikinti materialların qəza ehtiyatının hazırlanması, su təsərrüfatı təyinatlı meşə əkinlərinin qorunması. Atlara qulluq, velosiped və motosikletin saz saxlanılması.
Bilməlidir: münbitləşmə qovşağı ilə xidmət olunan torpaqların münbitləşdirilmə sahəsi və ondan kənd təsərrüfatı işləri üçün istifadə edilməsini, kanalın uzunluğunu və yerləşmə planını, hidrotexniki qurğuların və hidrometrik qurğuların miqdarını və onların texniki vəziyyətini, meşə əkininin və qurğularının vəziyyətini, suvarma kanallarından və kollektor drenaj qovşağından, hidrotexniki qurğulardan, hidrometrik quruluşlardan, münbitləşmə üçün sudan istifadə qaydalarının əsasını, ata qulluq qaydasını, motosiklet və velosipedin quruluşu və onların idarə olunmasını.
69. Hidrotexniki obyektlərə baxan
İşin xüsusiyyəti.
4-cü dərəcə
Kanalların maili səthinə, qoruyucu dambalara, suyun iti axan yerlərinə, bənd və başqa hidrotexniki qurğulara və onların avadanlığına nəzəri baxış, onların yuyulmuş və dağılmış yerlərinin təyin edilməsi. Sudan istifadə edən təsərrüfatlara suyun bölüşdürülməsi və verilməsi. Münbitləşmə suyunun işlədilməsinə nəzarət. Dağıntı yerləri aşkar edildikdə aktların və sxematik şəkillərin tərtilə olunması, su intizamını pozanlara qarşı, meşə əkinlərinin korlanması haqqında tərtilə olunmuş aktların sahə hidrotexnikinə verilməsi. Münbitləşmə qovşağına və qurğulara texniki baxışda iştirak etmək. Xidmət sahəsində yerləşən hidroqurğuların, eləcə də qəza və ayrıcı darvazaların, su buraxılan dyukerlərin qəza və cari təmiri işində iştirak etmək.
Bilməlidir: əsas hidrotexniki qurğuların təyinatını və quruluşunu, sulama sistemlərinin texniki istismar qaydasını və kənd təsərrüfatında sudan istifadə qaydalarını; hidrologiyaya aid əsas məlumatları, torpaq hidroqurğuları bərkitmə üsullarını, enişlərin, dambanın və başqa qurğuların cari təmir edilməsində texniki təhlükəsizlik qaydasını.
II fəsil
Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri
Tarif-ixtisas xüsusiyyətləri
1. Avadanlığın və metal məmulatların konservləşdiricisi
İşin xüsusiyyəti.
1-ci dərəcə
Detal, məmulat, ayrı-ayrı qovşaq, alət və buna oxşar digər hazır məhsulun qısa və uzun müddət üçün üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması. Hazır məhsulun isidilmiş yağ vannalarında uzun müddət saxlanılması və saxlanılmaması şərti ilə müxtəlif üsullarla əl ilə təmizlənməsi, yuyulması və yağlanması. Rəngləmə, yandırma, hopdurma və bükülmə. Taranın hazırlanması və detalların, məmulatların, ayrı-ayrı maşın qovşaqlarının və alətlərin qablaşdırılması. Onların saxlama yerinə nəql edilməsi. Sadə qaldırıcı nəqliyyat mexanizmlərindən istifadə.
Bilməlidir: işi dayandırma və yenidən işə salma növlərini və əhəmiyyətini; konservasiya üçün daxil olan detalların, məmulatların, avadanlığın ayrı-ayrı qovşaqlarının və alətlərin adlarını; korroziyanın növlərini; detalların, məmulatların, avadanlığın ayrı-ayrı qovşaqlarının, alətlərin və bunlara oxşar digər hazır məhsulun yuyulması, təmizlənməsi və hazırlanması, həmçinin onların işinin dayandırılması və yenidən işə salınması üçün istifadə olunan materialları və kimya məhlullarını; konservasiya zamanı istifadə olunan qurğuların, stendlərin və xüsusi avadanlığın təyinatı haqqında əsas məlumatları; antikorroziyalı materialların əsas xüsusiyyətlərini, markalarını və adlarını; konservasiyanın texnoloji prosesini; antikorroziya emalının rejimlərini; hazır məhsulun yığılıb qablaşdırılması, görülən işin sənədləşdirilməsi qaydasını, sadə nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq olunma şərtlərini; sadə qaldırıcı mexanizmlərin idarə olunması qaydalarını.
İş nümunələri.
1. Aqreqatlar və aviamühərriklər - toz və çirkin xaricdən təmizlənməsi.
2. Alət - işinin müvəqqəti dayandırılması, konservasiya edilməsi və yenidən işə salınması.
3. Polad vərəqələr - yağlama.
4. İstilik sisteminin borucuqları - işinin müvəqqəti dayandırılması.
2. Avadanlığın və metal məmulatların konservləşdiricisi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Maşın, dəzgah, mühərrik və aparatları uzun və qısa müddətdə saxlamaq üçün üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması. Konservasiya üçün lazım olan sürtkü materiallarının hazırlanması. Avadanlıq və məmulatların təmizlənməsi, yuyulması, yağlanması, rənglənməsi, yandırılması, hopdurma və bükülməsi. Maşın, dəzgah, elektrik və aviamühərrik aqreqatlarının və digər avadanlığın qablaşdırılması. Yağqızdırıcı qurğunun və qaldırıcı-nəqliyyat mexanizmlərinin idarə olunması.
Bilməlidir: maşın, dəzgah, mühərriklərin və digər avadanlığın üz hissələrinin konservasiya edilməsi və yenidən işə salınması növlərini və əhəmiyyətini, onların əsas konstruksiya məlumatlarını; korroziyanın yaranma səbəblərini və onunla mübarizə metodlarını; qablaşdırma və konservasiya üçün istifadə olunan materialları; yağların və sürtkü materiallarının adlarını və markalarını; qurğulardan, cihazlardan, avadanlıqdan istifadə qaydalarını; sadə nəzarət-ölçü cihazlarının quruluşunu; konservasiya olunası aqreqatların, qovşaqların, detalların, maşın, dəzgah və mühərriklərin adlarını və təyinatını.
İş nümunələri.
1. Aviamühərriklər - üz hissələrinin konservasiyası və qablaşdırılması.
2. Benzin və yağ nasosları - konservasiya.
3. Hava kompressorları - üz hissələrinin konservasiyası və yenidən işə salınması.
4. Reduktorlar - yağın vurulması (çəkilməsi).
5. Baş sürtkü qolunun silindrləri, porşenləri, vtulkaları - yenidən işə salınması.
3. Avadanlığın və metal məmulatların konservləşdiricisi
İşin xüsusiyyəti.
3-cü dərəcə
Maşın, dəzgah, aparat, aqreqat, aviasiya və digər dartıcı mühərrikləri uzun müddət saxlamaq üçün üz və daxili hissələrinin qismən söküb, yığıb və komplektləşdirməklə konservasiyası və yenidən işə salınması. Aparatların və avadanlığın xüsusi kameralarda isti hava ilə qurudulması və isti yağ vurulması. Aviamühərrikin və digər avadanlığın lazım aqreqatlarla və ehtiyat hissələri ilə komplektləşdirilməsi və plyonkadan olan üzlüklərlə qablaşdırılması. Mühərriklərin konservasiyası üçün olan xüsusi kameraların və qurğuların idarə olunması. Xidmət etdiyi avadanlığın və alətlərin sazlanması və cari təmiri.
Bilməlidir: konservasiya növlərini və əhəmiyyətini; maşınların, dəzgahların, aparatların yuyulması və təmizlənməsi və konservasiyaya hazırlamaq üçün istifadə olunan materialları və kimyəvi məhlulları; korroziya növlərini və antikorroziya örtüklərini; aviamühərrikin konstruksiyasında tətbiq olunan əsas metalları, ərintiləri və qeyri-metal materialları və onların xüsusiyyətlərini; konservasiya üzrə görülən işlərə texniki sənədləri.
İş nümunələri.
1. Aviamühərriklər - konservasiya və yenidən işə salınma.
2. Aviamühərriklər - isti yağın vurulması.
3. Hava kompressorları - daxili hissələrin konservasiyası.
4. Avtomobil-yükboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən eyni tipli yükboşaldıcı avtomobillərin idarə olunması. Yükboşaldıcı avtomobilin işə salınması və dayandırılması. Avtomaşınların boşaldılması üzərində nəzarət. Yağ kəmərləri, nasoslar və hidrosistemin basma xətti vəziyyətinə nəzarət. Süzgəclərin təmizlənməsi. Aqreqatda texniki baxışın keçirilməsi.
Bilməlidir: avtomobil boşaldıcısının quruluşunu, aqreqatın işə hazırlanması qaydalarını; hidrosistemin yağla doldurulması qaydasını və mühərrikin və qaldırıcı mexanizmlərin yağlanmasını; avtomobil boşaldıcıya texniki baxışın aparılma qaydasını.
5. Avtomobil-yükboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Yükləmə və boşaltma işlərini yerinə yetirərkən müxtəlif tipli avtoyük boşaldıcıların idarə olunması. Qaldırıcı mexanizmlərin ramaları və mühərrikin düzgün torpağa birləşdirilməsinin yoxlanılması. Rotor yuvalarında valın və kürəciklərin işlənilməsinin yoxlanılması. Hidrosistemin işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması, aqreqatın cari təmirinin aparılması, orta və əsaslı təmirində iştirak.
Bilməlidir: müxtəlif tipli avtomobil boşaldıcıların quruluşunu, aqreqatın işə hazırlanması və cari təmirinin aparılması; avtomobil boşaldıcıların işində nasazlıqların aşkar edilməsi və aradan qaldırılması üsullarını.
6. Akkumulyatorçu
İşin xüsusiyyəti.
1-ci dərəcə
Daha yüksək ixtisaslı akkumulyatorçunun rəhbərliyi altında akkumulyatorların açılıb yığılması, akkumulyator borularının yağlanması, süzülməsi və distillə edilmiş suyun hazırlanması, doldurma stansiyaları avadanlıqlarına xidmət. Akkumulyatorların təmirə və doldurulmağa hazırlanması. Akkumulyator borularının təmizlənməsi, yuyulub silinməsi. Lövhəciklərdə birləşmə cərəyanlarının və ucluqlarının qaynağından sonra yaranmış qırıntıların və yığıntıların təmizlənilə düzəldilməsi. Turşu, elektrolit, distillə edilmiş su olan butulkaların, aşındırıcı kalium olan bankaların iş yeri daxilində yerdəyişməsi.
Bilməlidir: akkumulyator batareyalarının quruluşu haqqında əsas məlumatları; akkumulyator istehsalında əsas materialların, reaktivlərin adını; turşuların, qələvilərin saxlanma və onlarla işləmə qaydalarını, onların xarici görünüş və digər əlamətlərə görə müəyyən edilmə üsullarını, ən geniş yayılmış sadə alətlərin və cihazların adlarını və təyinatını.
7. Akkumulyatorçu
İşin xüsusiyyəti.
2-ci dərəcə
Bütün növ akkumulyatorların açılıb yığılması. Doldurma stansiyalarının (aqreqatların) avadanlığına xidmət. Bütün növ akkumulyatorların və akkumulyator batareyalarının doldurulması. Tıxaclarda rezin qapaqların dəyişdirilməsi, aralıq qatların tədarükü. Akkumulyator batareyalarının ayrı-ayrı elementlərində gərginliyin ölçülməsi. Akkumulyator batareyalarında birləşmələrin lehimlənməsi. Akkumulyatorların elementlərindəki elektrolitdə sıxlığın və səviyyənin müəyyən edilməsi. Müəyyən edilmiş reseptura üzrə kristal kaustikdən qələvi məhlulun və yaxud qatılaşdırılmış məhlulun hazırlanması. Qapaqlarla borular arasından çatların qaytanla bağlanılması və üstünə isti mastikanın tökülməsi. Bankaların distillə edilmiş su və elektrolit tökülüb doldurulması. Ayrı-ayrı bankaların dəyişdirilməsi və onların mastika ilə sürtülməsi. Doldurma stansiyalarının (aqreqatların) istismarı üzrə qeydlər aparılması.
Bilməlidir: elektrotexnikadan elementar məlumatları; akkumulyator batareyalarının quruluşu və təyinatını; akkumulyator batareyalarının doldurulma və boşaldılma qaydalarını və rejimlərini; istifadə olunan turşuların, qələvilərin xüsusiyyətlərini və onlarla işləmə qaydalarını; akkumulyator batareyalarının elementlərində gərginliyi ölçmək üçün nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtlərini.
8. Akkumulyatorçu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Müxtəlif tipli və həcmli akkumulyatorların, akkumulyator batareyalarının təmiri üzrə sadə və orta ağırlıqlı işlərin yerinə yetirilməsi. Batareya elementlərindəki zədələrin aşkar edilməsi və onların aradan götürülməsi. Doldurma aqreqatlarının cari təmiri. Akkumulyator batareyalarında elektrolitin və separasiyanın (ayırma məhlulunun) dəyişdirilməsi. Qəliblərin və aqreqatların tədarükü. Qurğuşunlu birləşmə zolaqlarının və ucluqların tökülməsi. Borulara dirəkli dayaq şüşələrin və qurğuşunlu araqatların qoyulması. Müəyyən olunmuş tərkilə üzrə elektrolitin hazırlanması. Birləşmə detallarını düzəltməklə akkumulyator batareyaları elementlərinin qurulması və sökülməsi. İşləyən batareyaların elementlərində şlamın təmizlənməsi. Akkumulyatorların işə salınması üçün təlimatda nəzərdə tutulmuş bütün işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnikanın əsaslarını; eyni tipli akkumulyator batareyalarının quruluşu və iş prinsipini; doldurma aqreqatının prinsipial sxemini; lövhəciklərin birləşdirmə qaydasını və onların qütblərini; akkumulyator batareyalarının təmiri və xidmətində tətbiq olunan aparat və cihazların quruluşunu; akkumulyator batareyaları elementlərində zədə növlərini və onların aradan götürülmə üsullarını; akkumulyator batareyaları elementlərinin sökülüb yığılmasında və təmirində iş fəndlərini və əməliyyatların texnoloji ardıcıllığını; akkumulyatorların təmirində tətbiq olunan materialların əsas fiziki və kimyəvi xassələrini; müxtəlif tipli akkumulyatorlar və batareyalar üçün elektrolitin hazırlanma qaydalarını; nəzarət-ölçü cihazlarının quruluşunu.
9. Akkumulyatorçu
İşin xüsusiyyəti
4-cü dərəcə
Akkumulyatorların və müxtəlif tipli və həcmli akkumulyator batareyalarının təmiri üzrə mürəkkəb işlərin yerinə yetirilməsi. Doldurma aqreqatlarının orta təmiri. Doldurma zamanı gərginliyin və cərəyanın qüvvəsinin tənzimlənməsi. Akkumulyator batareyalarında zədələrin müəyyən edilməsi və aradan götürülməsi. Maşın ötürücülərinə, civə düzləndiricilərinə, cərəyan bölüşdürücü lövhələrə xidmət. Akkumulyator batareyalarının sınaqdan keçirilməsi. Akkumulyatorların və batareyaların sonrakı istismara yararlı olmasının müəyyənləşdirilməsi. Elementlərarası birləşmələrin quraşdırılması. Elektrolitin keyfiyyətinin müəyyən edilməsi. Akkumulyatorların və batareyaların təmirdən əvvəl və təmirdən sonra texniki sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi.
Bilməlidir: müxtəlif tipli və həcmli akkumulyator batareyalarının konstruktiv quruluşunu və iş prinsipini; doldurma aqreqatları avadanlığının quruluşunu, akkumulyator batareyalarının quraşdırma və qurulma sxemini; elektrik-ölçü cihazlarını və turşularda, qələvilərdə və qazlarda sıxlığı ölçmək üçün cihazları, akkumulyatorların, distillatorların və doldurma aqreqatlarının təmiri qaydalarını; akkumulyator istehsalında istifadə olunan turşuların, qələvilərin, qurğuşunun, boyaların fiziki və kimyəvi xassələrini; batareya elementlərində qısa qapanmanın tapılma və ləğv olunma metodlarını; köynəyin hazırlanması üçün qurğuşunun ölçülərə və çertyoja münasilə düzəldilməsi və biçilməsi üsullarını; işləyən dövrədən ayrı-ayrı elementlərin çıxarılma qaydasını; akkumulyatorların doldurulması və boşaldılması zamanı gərginlik normalarını.
10. Akkumulyatorçu
İşin xüsusiyyəti.
5-ci dərəcə
Akkumulyatorların və müxtəlif tipli həcmli akkumulyator batareyalarının təmiri və qəlibə tökülməsi üzrə xüsusən mürəkkəb işlərin yerinə yetirilməsi. Akkumulyator batareyalarının qəlibləmə və doldurma rejiminin seçilməsi. Bütün tipli gəmi akkumulyatorlarında təmirdən qabaq nöqsanların tapılması. Akkumulyatorların həcmindən, gərginliyindən və doldurma aqreqatının gücündən asılı olaraq akkumulyatorların birləşmə sxeminin və yük (enerji) dövrəsində tənzimedici müqavimətin hesablamalarının aparılması. Bütün tipli gəmi stasionar və daşına bilən akkumulyatorların təftişi və sınaqdan keçirilməsi. Distillatorların təmir həcminin müəyyənləşdirilməsi. Bütün gəmi növlərində zavod, hərəkət (sürət) və dövlət sınağı dövründə akkumulyatorlara xidmət göstərilməsi və onların sifarişçiyə təhvil verilməsi. Elektrolitin kimyəvi tərkibinin düzəldilməsi. Geridə qalan elementlərin qəliblənməsi. Doldurma aqreqatlarının əsaslı təmiri. Hidrogen aparatlarında qalay işlərinin görülməsi. Gərginlik altında olan batareyaların təmiri üçün ayrı-ayrı elementlərin kəsilmə sxeminin tərtilə edilməsi. Doldurma stansiyaları avadanlığının və aparaturalarının təmiri və xidməti üzrə texniki sənədlərin və uçotun aparılması.
Bilməlidir: fizika və kimyanın əsaslarını; bütün tiplərdən və həcmlərdən olan akkumulyator batareyalarının konstruksiyasını; doldurma stansiyalarının avadanlığını; akkumulyatorların həcmindən və gərginliyindən və doldurma aqreqatının gücündən asılı olaraq yük (enerji) dövriyyəsində akkumulyatorlarla tənzimləyici müqavimətin birləşmə sxeminin hesablanma qaydasını; elektrik-ölçü cihazlarının və turşuların, qələvilərin və qazların sıxlığını ölçmək üçün lazım olan cihazların quruluşunu; gəmi akkumulyatorlarının, distillatorlarının və doldurma aqreqatlarının təmir qaydalarını; akkumulyator batareyalarının işinin uçota alınma və zəruri texniki sənədlərin tərtilə olunma üsulu və qaydasını.
11. Akustik təcrübələr operatoru
İşin xüsusiyyəti.
2-ci dərəcə
Yüksək ixtisaslı operatorun rəhbərliyi altında hava səsinin və titrəyişin ölçülməsi və spektral təhlili. Hava səsinin ümumi səviyyəsinin ölçülməsi. Səs ölçənin (titrəyiş ölçənin) işə hazırlanması, mikrofonun (titrəyiş qəbuledicinin) qurulması, əqrəbli cihazlardan göstəricilərin çıxarılması və jurnala qeyd edilməsi.
Bilməlidir: səs ölçən və titrəyiş ölçən aparatlarla iş qaydasını, onların iş prinsipini; səs və titrəyişin fiziki təbiətini; elektrotexnika üzrə sadə məlumatları.
İş nümunələri.
1. Daşıyıcı aparatların qida bloku - iş qabiliyyətinin yoxlanılması və elementlərin dəyişdirilməsi.
2. Titrəyiş qəbuledicisi - təcrübə aparılan səthin üzərində qurulması.
3. Mikrofon - səs enerjisini əks etdirən səs mənbəyi və səthinin qurulma nöqtəsinin düzgün seçilməsi.
12. Akustik təcrübələr operatoru
İşin xüsusiyyəti.
3-cü dərəcə
Hava səsinin və titrəyişin ölçülməsi və spektral təhlili. Yüksək ixtisaslı operatorun rəhbərliyi altında özüyazanda və ya maqnitofonda akustik proseslərin qeydiyyatı. Qoyulmuş sxemlər üzrə ölçü traktlarının tərtibatı, aparatların kalibrləşməsi və onlara texniki xidmət.
Bilməlidir: cihazların kalibrləşməsi qaydası və quruluşu haqqında məlumatları; səsin ölçülməsi (titrəyişin ölçülməsi) metodikasını; səslə mübarizənin texnikası üzrə ümumi məlumatları; elektrotexnikanın əsaslarını.
İş nümunələri.
1. Mikrofon kabeli - səsləndirilməsi.
2. Qoruyucular, rezistorlar, kondensatorlar - dəyişdirilməsi.
3. Hava səsinin və titrəyişin spektroqrammının özüyazanda qeydiyyatı.
4. Ölçü traktı (maqnitofon, spektrometr, özüyazan) - spektral təhlilin aparılması.
13. Akustik təcrübələr operatoru
İşin xüsusiyyəti.
4-cü dərəcə
Hava səsinin, səs və aşağı tezlikli titrəyişin ölçülməsi, darxətli, üçaktavalı və statistik təhliledicilərin köməyi ilə akustik proseslərin spektral təhlili, özüyazıcıda, mikrofonda və şleyfli ossilloqrafda qeydiyyat. Sualtı səsin ölçülməsində iştirak etmək. Ölçü yekunlarının işlənilməsi. Ölçü sxemlərinin sazlanması, aparatların, amplituda-tezlik xüsusiyyətlərinin çıxarılması, onun işində olan sadə nasazlıqların aradan qaldırılması.
Bilməlidir: ölçü cihazlarının iş prinsipini və blok-sxemini; səsin maqnit yazısını; assilloqraflaşdırma və tenzometrləşdirmənin prinsiplərini; ölçülərdə buraxılan səhvlərin səbəbini və mənbəyini; akustik təcrübələrin təşkili və aparılma qaydasını; texniki akustikanın, səs və titrəyişlə mübarizə texnikasının əsaslarını; hava və sualtı səs və titrəyişin fiziki təbiətini; elektrotexnikanın əsaslarını.
İş nümunələri.
1. Mexanizmin əsasının titrəyiş səviyyəsinin spektroqrammı - oktava sahəsində sürət üzrə səviyyəsinin yenidən hesablanması.
2. Təcrübə titrəyiş lövhəsi - vericilərin qurulması, ölçü traktının kalibrləşməsi, nəzarət ölçülərinin seriyalarının aparılması.
3. Maqnit lentinə yazılmış səslərin - səslənməsi və spektrometr və ya statistik təhliledicinin köməyi ilə təhlili.
14. Akustik təcrübələr operatoru
İşin xüsusiyyəti.
5-ci dərəcə
Hava səsinin və titrəyişin parametrlərinin gəmilərdə, sxemlərdə və istehsalat binalarında, təcrübə lövhələrində fəaliyyət göstərən sənədləşməyə əsasən ölçülməsi. Maşın, avadanlıq, alətlər və mexanizmlərin səs (titrəyiş) səviyyəsinin və spektrlərin, gəmi mənbələrinin su altı səsinin təhlili və ölçülməsi. Ölçülərin yekununun işlənilməsi, protokol və digər akustik sənədləşmələrin tərtilə edilməsi. Ölçü və təhliledici aparatların texniki xüsusiyyətinə nəzarət, ona xidmət, sazlanması, çətin olmayan ayrı-ayrı təmirin aparılması.
Bilməlidir: akustika aparatları sxemlərinin birləşmə və elementlərinin qarşılıqlı əlaqəsini; hava səsi və titrəyiş üzrə nəzarət qaydalarını və normaları; akustik ölçü üçün aparatların texniki xidmətinin qaydalarını; sənaye akustikasının və elektronikanın, hidroakustika və elektroakustikanın elementlərini.
Orta ixtisas təhsili tələb olunur.
Dostları ilə paylaş: |