Bilməlidir: qəbulçunun xəzinəsini təchiz etmə qaydasını, analitik tərəzilərdə işləmə qaydasını, stomatoloji idarələrdə bahalı metallardan dişlərin protezləşdirilməsi üçün istifadə və uçotu barədə təlimatı.
21. Qiymətli metal və xammal qəbulçusu
İşin xüsusiyyəti.
4-cü dərəcə
Dişləri protezləşdirmək üçün təchizat təşkilatlarından və müştərilərdən qızılın və başqa bahalı metalların alınması. Müştərilərdən qəbul edilən qızılın reaktivlə yoxlanılması. Diş məmulatı istehsal etmək üçün qızılın diş texniklərinə verilməsi. Qızılın qəbulu, sərf olunması, qalığı barədə sənədlərin tərtilə edilməsi. Diş texniklərində və xəzinədə olan qızılın və başqa bahalı metalın mədaxil və sərfi uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak etmək (işin xüsusiyyətini və yerli şəraiti nəzərə almaqla, mühafizə təhvil qaydası stomatoloji idarənin rəhbəri tərəfindən təyin olunur.)
Bilməlidir: stamotoloji idarələrdə dişlərin protezləşdirilməsi üçün bahalı metallardan istifadə və uçotu barədə təlimatı, qızılın və başqa metalların alınması, mühafizəsi, yerdəyişməsi və verilməsinin sənədləşdirilməsi və aparılması qaydalarını, müştərilərdən qəbul edilən qızılın reaktivlərlə yoxlanılması metodunu.
22. Qulluqçu
İşin xüsusiyyəti.
1-ci dərəcə
Mehmanxanaların, yataqxanaların sanitariya qovşaqlarının və ona təhkim olunan başqa sahələrin yığışdırılması və təmiz saxlanılması. Hər bir otaqdan sakin getdikdən sonra onun istifadə etdiyi əl-üz dəsmalının və yataq ağlarının qəbul edilməsi və dəyişdirilməsi. Uzun müddət yaşayanların yataq ağlarının mehmanxanalarda daxili nizam-intizam qaydalarına əsasən qoyulmuş vaxt ərzində dəyişdirilməsi. Əmlakın və avadanlığın xarab olmasını gördükdə, böyük qulluqçunun və ya mərtəbə növbətçisinin xəbərdar edilməsi. Yaşayanlardan məişət xidməti üçün alınan sifarişlərin vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi. Təhlükəsizlik texnikasından istifadə edilməsi.
Bilməlidir: mehmanxanalarda daxili nizam-intizam qaydalarını; təhlükəsizlik texnikası qaydasını; elektrik tozsoranlarının, döşəməsilənlərin quruluşunu, sanitariya və gigiyena qaydalarını.
2-ci dərəcə: böyük qulluqçu vəzifəsini yerinə yetirdikdə.
23. Dalandar
İşin xüsusiyyəti.
3-cü dərəcə
Xidmət olunan binanın (evin) ətrafındakı küçə, səki, meydança və sahələrin təmizlənməsi. Səkilərin küçə və körpülərin qar və buzdan vaxtında təmizlənməsi, onlara qum səpilməsi. Yanğın qutularına sərbəst keçmək üçün onlara gedən yolun vaxtaşırı təmizlənməsi. Su yığmaq üçün balaca arx və çalaların qazılması və təmizlənməsi. Küçələrdə qoyulmuş zibil qutularının yuyulması və onların vaxtaşırı zibildən təmizlənməsi. Yaşayış binalarının həyətlərindəki zibil qutularının, ictimai tualetlərin vaxtında təmizlənməsinə və onların sanitar vəziyyətlərinə nəzarət. Bütün ev avadanlıqlarının və əmlakın (çəpər, pilləkən, su boruları, zibil qutusu, lövhələr və s.) sazlığına və saxlanılmasına nəzarət. Bayramlarda evlərin fasadlarına bayraqların asılması, çıxarılması və mühafizə olunması. Xidmət olunan sahədə işıqların vaxtında yandırılması və söndürülməsi. Polis işçiləri ilə birlikdə yoxlamalarda iştirak edilməsi. Qocalara, xəstələrə, uşaqlara, bədbəxt hadisə zamanı zərər çəkənlərə yardım edilməsi.
Bilməlidir: binaların sanitariya, abadlıq cəhətdən təmiz saxlanılması qaydasını; polis idarəsi bölmələrinin, yerli sahə müfəttişliyinin, təcili tibbi yardım stansiyasının, yanğına qarşı hissənin, əczaxananın, uşaq evinin və s. ünvan və telefon nömrələrini.
4-cü dərəcə: həyətyanı tualetlərin təmizlənməsi işlərini gördükdə.
24. Dezinfektor
İşin xüsusiyyəti.
3-cü dərəcə
Paltarın, ev əşyalarının, avadanlığın, maşının, xammalın, yarımfabrikatın, nəqliyyat vasitələrinin, ərazinin, istehsal yerlərinin, bina və tikililərin fiziki, kimyəvi, bioloji və kompleks metodlarla dezinfeksiyası (xəstəlik törədən mikroorqanizmlərin və ya yoluxucu infeksiya yayanların məhv edilməsi və ya zərərləşdirilməsi) və dezodorasiyası. Əl ilə zəhərləyici kimyəvi maddələrlə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısının alınması və məhv edilməsi) deratizasiya və dezodorasiya (siçovul, siçan və əkin gəmiricilərinin məhv edilməsi) aparılması, dezinfeksiya olunan əşyaların dezinfeksiya kameralarına gətirilməsi və onların yüklənməsi və boşaldılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, deratizasiya və dezodorasiya üçün işlədilən maddələrin təyinatını, növlərini və xüsusiyyətlərini; dezinfeksiya kameralarının doldurulma və boşaltma üsullarını; dezinfeksiya, dezinseksiya, deratizasiya işlərini gördükdə şəxsi və ictimai təhlükəsizlik tədbirlərini, zəhərli, kimyəvi preparatlarla işlərin təhlükəsizlik qaydalarını, xüsusi mühafizə vasitələrindən istifadə qaydalarını.
25. Dezinfektor
İşin xüsusiyyəti.
4-cü dərəcə
Zəhərli kimyəvi maddələrlə və insektisidlərlə xüsusi maşın və avadanlığın köməyi ilə dezinfeksiya (ziyankar həşəratların artmasının qarşısını almaq və qırmaq), deratizasiya (siçovul, siçan və tarla gəmiricilərinin qırılması) və dezodorasiya aparılması. Dezinfeksiya üçün zəhərləyici və başqa maddələrin hazırlanmasında işlədilən maşın və avadanlığa xidmət göstərilməsi.
Təlimatın tələblərinə uyğun olaraq, tələ yemini hazırlamaq üçün lazım olan ərzaq və zəhərləyici maddələrin qəbulu, uçotu, mühafizəsi və buraxılması. Mühafizə vasitələrinin keyfiyyət və sazlığının yoxlanılması, əleyhqazlara, xüsusi geyimlərə, inventarlara və s. zəhərləyici maddələrin təsirinin yoxlanılması.
Bilməlidir: dezinfeksiya, dezinseksiya, dezodorasiya və depatizasiyada istifadə olunan maddələrin təyinatını, tərkibini və hazırlanma üsullarını; kimyəvi zəhərlərlə dezinfeksiya aparan maşın və aparatların işləmə prinsipini və quruluşunu, dezinfeksiya kamerasının quruluşu və iş rejimini; təzyiq altında işləyən avadanlığın hidravlik sınama metodlarını, zəhərlənmənin əlamətlərini və bu halda ilk yardım etmə qaydalarını; kimyəvi zəhərli işlərdə təhlükəsizlik qaydalarını; dezinfeksiya və dezodorasiya zamanı ekspozisiya aparma müddətini.
26. Dəyişək xidmətçisi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Nimdaş paltarların, yataq ağlarının və s. çeşidlərə ayrılması, onların yuyulmağa verilməsi, xırda təmiri və yuyulduqdan sonra ütülənməsi. Lazımsız hala salınmış xüsusi və sanitar geyimlərin (ayaqqabıların, yataq ağlarının və başqa əşyaların) silinməsi üçün aktların tərtilə olunması.
Bilməlidir: xüsusi və sanitar geyimlərin (ayaqqabıların, yataq ağlarının və s.) dəyişdirilmə və nişan vurma qaydasını.
27. Dəyişək xidmətçisi
İşin xüsusiyyəti.
3-cü dərəcə
Xüsusi geyimlərin, xüsusi ayaqqabı, sanitar paltarı, yataq ağları, çıxarıla bilən inventarların (üzlüklər, pərdələr və s.) və qoruyucu ləvazimatın alınması, yoxlanılması və verilməsi. Xüsusi geyimdən, yataq dəyişəyindən və s. düzgün istifadə olunmasına nəzarət və uçotun aparılması. Təyin edilmiş sənədlərin rəsmiləşdirilməsi.
Bilməlidir: xüsusi və sanitar paltarlarının, ayaqqabıların, yataq dəyişəyinin, qoruyucu ləvazimatın alınıb-verilməsi, mühafizəsi və köhnəlməsi ilə bağlı silinmə qaydalarını, təyin edilmiş sənədlərin aparılma qaydasını.
28. Döşəməsilən
İşin xüsusiyyəti.
2-ci dərəcə
Əvvəlcədən silinməli sahənin boşaldılması və elektrik döşəməsiləni ilə və ya ayaq şotkası ilə döşəmənin silinməsi. Döşəmənin zibildən və çirkdən təmizlənməsi. Elektrik döşəməsilənin işində olan xırda nasazlığın düzəldilməsi. Mastikanın və ya mumun hazırlanması, lakın mastikanın və ya mumun döşəmə səthinə çəkilməsi.
Bilməlidir: elektrik döşəməsilənin quruluşunu, işləmə prinsipini və ondan istifadə qaydasını, lak, mastika, mum çeşidlərini və onlardan istifadə qaydasını.
3-cü dərəcə: xüsusi mastikadan istifadə etməklə, qiymətli ağac növlərindən olan döşəməni əli ilə sildikdə.
29. Elektron hesablama maşınlarının operatoru
İşin xüsusiyyəti.
4-cü dərəcə
İdarəetmə pultundan işçi təlimatlara əsasən, elektron hesablama maşınlarında məlumatın emalı prosesinin aparılması. Məlumatların texniki məlumat daşıyıcılar və rabitə kanalları ilə elektron hesablama maşınlarına verilməsi və maşından çıxarılması. Maşından sonrakı əməliyyatlar üçün alınan hesabat göstəricilərinin rabitə kanalları ilə verilməsi. Mühəndis konstruktor hesabı ilə hesablanmış məlumat göstəricilərinin cəmlənməsi yolu ilə ilkin sənədlərin müxtəlif tipli hesablama maşınlarında emalı. Məlumatı perfolentə salmaqla hesab-fakturasının çıxarılışı və siyahıların, cədvəllərin, yekun məlumatın, hesabatın mexaniki üsulla tərtibi.
Hesablamaya nəzarət, ilkin sənədlərlə tutuşdurulma. Maşının işə hazırlanması, verilmiş işə idarəetmə işinin və ya blok sxemin qoyulması. Perfokartın perforasiyası, verifikasiyası, dublikasiyası, reproduksiyası və tabulyasiyasının aparılması. Kodlaşmış məlumatın dəliklərinin vurulması və oxunulması.
İlkin sənədlərdən məlumatın perfokarta keçirilmə düzgünlüyünün «işığa» yoxlanılması və tabulyaqramda uyğun göstəricilərin və yekunların düzəldilməsi.
Mexaniki üsulla tərtilə edilmiş tabulyaqrama nəzarət, yekun göstəricilərin yoxlama rəqəmlər ilə tutuşdurulması, tabulyaqrammanın sahəsində qeyd etməklə seçmə balanslaşdırmanın aparılması, nəzarət rəqəmləri jurnalına tabulyaqramların yekunlarının qeyd edilməsi, yoxlanılmış tabulyaqramların tərtibi və buraxılması. Kommutasiyanın sadə sxemi üzrə maşının sazlanması və qeyri-mürəkkəb yenidən kommutasiyalaşmanın sərbəst həyata keçirilməsi. Perfokartların bir neçə dəfə buraxılmasını həyata keçirmək üçün buraxılma xətkeşinin, söykənəcəyin və tabulyasiya plastinin yerləşdirilməsi. Riyazi sorğu kitabları və cədvəlləri ilə işləmək, yerinə yetirilmiş işlərin naryadlarının və müşayiətedici sənədlərinin rəsmiləşdirilməsi.
Bilməlidir: hesablama maşınlarının texniki istismar xüsusiyyətlərini, idarəetmə pultunun quruluşunu və EHM (Elektron Hesablama Maşınları) texniki istismar qaydalarını, yerinə yetirilmiş texnoloji proseslərin mahiyyətini və ardıcıllığını təyin edən rəhbər materialları; qüvvədə olan şifr və kodları; məlumatın nəzarət texniki daşıyıcılarını; hesablama işlərini və hesablamanın aparılma metodlarını; kommutasiyanın və maşının saxlanılmasında sadə blok sxemlərin əsaslarını; ilkin və buraxılan sənədlərin formasını; proqramlaşmanın orta ixtisas və ya ümumi təhsil həcmində əsasını və kurs hazırlığını.
30. Elektron hesablama maşınlarının operatoru
İşin xüsusiyyəti.
5-ci dərəcə
İşçi proqramına uyğun olaraq hesablama prosesinin aparılmasının təminatı. Məlumatın texniki daşıyıcılarının hazırlanması, quruluşlarda verilənləri hazırlama və ona nəzarət. Məlumatın yazılması və oxunması, məlumatın bir daşıyıcı növündən başqasına yazılması. EHM-in işini müşahidə; məlumatın emalı prosesində EHM-in işində dayanma səbəblərinin təyin olunması, maşın vaxtından istifadə və maşının işində hiss olunan defektlər haqqında maşın vaxtının uçotu jurnalına yazılması.
Bilməlidir: EHM-in texniki istismar qaydasını, məlumatın emalı üçün işçi təlimatları, başqa rəhbər materialları, məlumatın texniki daşıyıcılarını, EHM-də tətbiq olunan kodları, EHM-də iş vaxtı dayanmalarını aşkar etmək üçün çıxış cədvəllərinin quruluşunu.
6-cı dərəcə: xırda təmir işlərini yerinə yetirdikdə.
31. Elektro-avtoarabacığın sürücüsü
İşin xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif sistemli elektrik-avtoarabacıqların, onların qaldırıcı kran və platformalarının idarə olunması. Yüklərin yüklənməsinə, bərkidilməsi və boşaldılmasına nəzarət edilməsi, yaxud öz qüvvəsilə yükləmə-boşaltma işlərinin görülməsi. Yüklərin daşınması və mühafizəsinin təmin olunması. Yükləri qəbul edilə və təhvil verərkən sənədlərin tərtilə edilməsi. Elektrik-avtoarabacıqlarda yağlama işlərinin aparılması.
Bilməlidir: elektrik-avtoarabacıqların müxtəlif sistemlərinin quruluşunu və onların hissələrinin daxili əlaqələrini; onların maksimum yükqaldırma qabiliyyətini, əsas istismar göstəricilərini; akkumulyatorların doldurma müddətləri və üsullarını, yükün boşaltma və yükləmə qaydalarını, yüklərin yığılması, bərkidilməsi və qabarit hündürlüyünün gözlənilməsi; yanacaq və sürtkü materiallarının növlərini, təhlükəsizlik texnikası qaydalarını.
3-cü dərəcə: cari təmir işlərini yerinə yetirdikdə.
32. Elektrik işıqçısı
İşin xüsusiyyəti.
3-cü dərəcə
İşin partiturasına əsasən tamaşa və məşq vaxtı səhnənin işıqlandırılması. Elektrik işıqlandırma aparatının qurulması. Tamaşada işıq effektini yaratmaq üçün aparatların hazırlanması. İşıqlandırıcı aparat və cihazların profilaktik təmiri. Səyyar tamaşalar və qastrollar zamanı işıqlandırıcı səhnə aparatlarının yığılması və nəql edilməsi.
Bilməlidir: işıqlandırıcı cihazların quruluşunu, onların cərəyana qoşulması, buraxıla biləcək gücü, sabit və dəyişən cərəyanın xüsusiyyətini, səhnənin işıqlandırma qaydalarını, yanğından mühafizə qaydalarını, yüksək gərginlikli cərəyandan istifadə edilən işlərdə texniki təhlükəsizliyi.
4-cü dərəcə: daha mürəkkəb aparatlara xidmət etdikdə və səhnə işıqçılarına rəhbərlikdə.
33. Eskalator növbətçisi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Metrolarda, mağazada, hava, dəniz və dəmir yolu vağzallarında və başqa ictimai müəssisə və təşkilatlarda eskalatorların işə salınması, işləməsinə nəzarət edilməsi, dayandırılmasını həyata keçirən işlərin görülməsi. Eskalatordan istifadə qaydaları haqqında sərnişinlərə radio ilə məlumat verilməsi və müşahidə olunması. Sərnişinlərə onları maraqlandıran məsələlər barədə məlumat verilməsi. Uşaqlı sərnişinlərə, əlil və qocalara eskalatora minilə və düşərkən köməklik göstərilməsi. Bədbəxt hadisə və qəza zamanı eskalatoru saxlayıb, ziyan çəkənə ilk yardımın göstərilməsi. Eskalator xarab olduqda elektrik çilingərinin və yaxud qəza xidmətinin çağırılması.
Bilməlidir: eskalatorun və onun elektrik və radiotəchizat qurğusunun iş prinsipini və istismarını, tibb məntəqəsinin, təmir heyətinin və qəza xidməti işçilərinin yerini; ilkin tibbi yardımın göstərilməsi qaydalarını; növbənin qəbul və təhvil qaydalarını; metropolitenin sxemini.
3-cü dərəcə: iş zamanı eskalatorun işində meydana çıxan xırda nasazlıqları aradan qaldırdıqda.
34. İstehsalat hamamlarının fəhləsi
İşin xüsusiyyəti.
1-ci dərəcə
Duş qurğularının, kranların, duş süzgəcləri torunun, pilləkən qəfəsinin, pəncərələrin vəziyyətinə nəzarət. Müxtəlif yuyucu və dezinfeksiyaedici məhsulların hazırlanması. Çənlərin içməli su ilə doldurulması. Zibil qablarının yerləşdirilməsi, onların təmizlənməsi və dezinfeksiya edilməsi. İstehsalat hamamlarında tualetin, duşxananın, qarderobun və başqa ümumi istifadədə olan yerlərin yığışdırılması və dezinfeksiya edilməsi.
Bilməlidir: sənaye sanitariyası tələblərini, yuyucu və dezinfeksiyaedici məhlulların lazımi konsentrasiyasını və xassəsini, təyinatını, onların hazırlanma üsullarını və tətbiqini, yığışdırma qaydasını və yuma metodunu.
35. İstehsalat hamamlarının fəhləsi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Xüsusi geyimlərin və ağların qəbulu, saxlanılması, növlərə ayrılması və verilməsi. Yuyucu, kraxmallayıcı, lilləyici məhsulların hazırlanması. İstehsalat təyinatlı xüsusi geyimlərin, yataq ağlarının və başqa əşyaların əllə və maşınla yuyulması. Qurudulma barabanlarında (kamerada) və təbii şəraitdə qurudulması, əl ilə və ya preslərdə ütülənməsi. Xüsusi geyimlərin xırda təmiri.
Bilməlidir: xidmət etdiyi avadanlığın istismarı qaydasını; yuyucu və dezinfeksiyaedici vasitələrin lazımi konsentrasiyasını və xassəsini, təyinatını, onların hazırlanma üsullarını və tətbiqini; sənaye sanitariya tələblərini.
36. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran
İşin xüsusiyyəti.
2-ci dərəcə
İnzibati binalarda yerləşən xidməti otaqların, dəhlizlərin, pilləkənlərin, qovşaqların, ictimai ayaqyolunun və s. yığışdırılması. Tozun alınması, əllə və ya maşın və mexanizmlərin köməyi ilə divarların, döşəmənin, pəncərə çərçivələrinin və şüşələrin, mebel və xalça məmulatlarının süpürülüb silinməsi və yuyulması. Zibil qablarının kağızdan təmizlənməsi, dezinfeksiya məhlulu ilə yuyulması, zibilin yığılması və ona ayrılmış yerlərə aparılması. Unitazların, vannaların, rakovinanın və başqa sanitar texniki avadanlığın təmizlənməsi və dezinfeksiyası. Yığışdırılan yerlərdə sanitar və gigiyena qaydasına riayət edilməsi.
Bilməlidir:
otaqların silinməsi və təmiz saxlanılmasında sanitar və gigiyena qaydalarını, xidmət olunan avadanlıq və mexanizmlərin təyinatı və quruluşunu, yığışdırma qaydasını, yuyucu və dezinfeksiyaedici vasitələrin konsentrasiyasını və ondan istifadənin təhlükəsizlik qaydasını, sanitar-texniki istismarı qaydasını.
37. İstehsalat sahəsini və xidməti otaqları yığışdıran
İşin xüsusiyyəti.
3-cü dərəcə
Sexlərdə və başqa istehsalat binalarında istehsalat tullantıların və zibilin yığışdırılması. İstehsalat binalarında tozun silinməsi, süpürgə və əl ilə və ya maşınların və mexanizmlərin köməyi ilə döşəmələrin, pilləkənlərin, pəncərə, divar və s, təmizlənməsi. Tullantıların və zibillərin istehsalat binasında onlar üçün ayrılmış yerlərə nəql etdirilməsi.
Zibil qablarının təmizlənməsi, dezinfeksiyası və yerlərinə qoyulması. İstehsalatda ictimai istifadə ayaqyolunun, duşxananın, qarderobun və başqa yerlərin yığışdırılması və dezinfeksiyası. Yuyucu və dezinfeksiyaedici məhlulların hazırlanması. Yuyucu vasitələrin, inventarların və silici materialların alınması.
Bilməlidir: yığışdırma qaydasını, xidmət olunan avadanlığın istismar qaydasını və quruluşunu, sənaye sanitariyasının tələblərini, dezinfeksiya edici və yuyucu vasitələrin təyinatını.
4-cü dərəcə: ancaq ictimai ayaqyolularının yığışdırılması zamanı.
38. Yükdaşıyan
İşin xüsusiyyəti.
4-6-cı dərəcələr
Əl ilə və ya nəqliyyat vasitələrindən (əl arabası və başqa qaldırıcı, nəqledici mexanizmlərdən) istifadə etməklə yüklərin yüklənilə boşaldılması, daşınması və anbar daxili emalı. Yüklərin boşaldılması və yüklənməsi üçün sadə avadanlıqların və qurğuların qurulması. Nəqledici vasitələrdə və anbarda yükün bağlanılması və üstünün örtülməsi. Nəqledici vasitələrin təmizlənməsi və yağlanması.
Bilməlidir: nəqledici vasitələrdən istifadə etməklə anbarda yükün yığılması, bağlanması, üstünün örtülməsi qaydasını; nəqledici vasitələrdən istifadə və istismar qaydasını, qaldırıcı-nəqledici mexanizmlərlə yükü yükləyilə boşaltdıqda şərti siqnallaşdırılmanı, anbarların və yüklərin yüklənilə boşaltma yerlərini.
4-cü dərəcə: çəkisi 50 kiloqrama qədər olan yüklərin sex daxili emalı; dəmir yolu vaqonlarına, avtomobillərə və digər nəqliyyat vasitələrinə yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
5-ci dərəcə: çəkisi 50 kiloqramdan yuxarı olan, sağlamlıq üçün zərərli və donmuş halda olan, yüklərin dəmir yolu vaqonlarına, avtomobil və digər nəqliyyat vasitələrinə və sağlamlıq üçün zərərli olmayan yüklərin gəmiyə yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
6-cı dərəcə: isti metalın, aqlomeratın, şlakın, filizlərin, kömürün, kömür briketinin, kreozoptun, anod kütlənin, asbestin, əhəngin və mineral pambığın, sementin yüklənilə boşaldılması, sağlamlıq üçün zərərli və çəkisi 50 kiloqramdan yuxarı olan bütün növ yüklərin yüklənilə boşaltma işlərini yerinə yetirdikdə.
39. Kinomexanik
İşin xüsusiyyəti.
3-cü dərəcə
Ensiz plyonkalı kinoproyeksion aparatlarla təchiz olunmuş kino qurğulara texniki xidmət və kino filmlərin nümayiş etdirilməsi. Daha yüksək ixtisaslı kinomexanikin rəhbərliyi altında 35 millimetrlik kino qurğularından filmin nümayiş etdirilməsi. Filmləri nümayiş etdirmək üçün stasionar və səyyar tipli kino qurğu avadanlığının və kinoproyeksion aparatların işə hazırlanması. Aparatın təmizlənməsi və yağlanması.
Bilməlidir: ensiz plyonkalı aparatlarla təchiz olunmuş kinoproyeksion, səs əksetdirici aparatın və köməkçi avadanlığın quruluşunu və texniki göstəricilərini, ensiz plyonkalı kino qurğusunun elektrik rabitəsini, 35 mm-lik kinoqurğusu avadanlığının və aparatın əsas birləşmə və hissələrinin texniki göstəricilərini və təyinatını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.
40. Kinomexanik
İşin xüsusiyyəti.
4-cü dərəcə
Avtomat qurğulu kinogöstərən, stasionar və səyyar tipli 16, 35, 70 millimetrlik kinoproyeksion aparatla təchiz olunmuş kinoqurğulara texniki xidmət və filmlərin nümayiş etdirilməsi. Kinoqurğuların komplektinə daxil olan nəzarət-ölçü cihazlarını və tərtibatları təqdim etməklə, aparaturanın tənzimlənməsi və texniki baxış keçirilməsi. Ensiz plyonkalı kinoproyeksion və səs əksetdirici aparaturaların işindəki mexanizmin sökülməsini tələb etmədən və quraşdırmanın lehimlərini qoparmadan nasazlığın üzə çıxarılması və düzəldilməsi ilə əlaqədar işlərin görülməsi. Film-surətin yoxlanılması, yenidən sarınması, nəmləşdirilməsi, texniki vəziyyətinin təyini və cari təmiri. Kinoqurğunun texniki sənədlərinin aparılması.
Bilməlidir: stasionar və səyyar kino qurğularında kinoproyeksion səsetdirici aparaturanın və köməkçi avadanlığın quruluşunu, texniki göstəricilərini, kino-qurğunun elementlərinin xarici birləşmə sxemini, əsas ölçü və cihazlardan və qurğularından istifadə qaydasını, texniki baxışın və təmirin məzmunu, ensiz plyonkalı kino qurğularında kinoproyeksiyadakı səsetdiricinin nasazlığının düzəldilməsi üsullarını, film-surətin zədələnmə səbəbini və onun düzəldilməsi üsullarını, qəbul olunmuş normativ texniki sənədləri.
41. Kinomexanik
İşin xüsusiyyəti.
5-ci dərəcə
Stereoskopik kinoteatrlarda geniş formatlı, panoramlı və stereoskop səsverməklə filmlərin nümayiş etdirilməsi və kino-aparaturaya qulluq edilməsi. İki-üç plyonkalı nümayişdə bir və ya iki maqnit fonoqramında səsin kadrla birlikdə nümayişi ilə sinxron əks etdirilməsi, filmin, dublyajın səsləndirilməsi prosesində kadr həlqəsindən səsin əks etdirilməsi, neqativə bərabər olan film-surətlərin nümayişi. Kinoproyeksion və səs əksetdirici aparaturada mexanizmin sökülməsini tələb etmədən və quraşdırmanın lehimlərini qoparmadan aparaturanın işindəki nasazlığın üzə çıxarılması və düzəldilməsi. Panoram film-surətlərin və maqnit fonoqramlarının texniki vəziyyətinin müəyyən edilməsi, təmiri və sinxronlaşdırılması.
Bilməlidir: kinoproyeksion səs əksetdirici aparaturanın quruluşunu və texniki göstəricilərini; avtomatlaşmış vasitələrlə geniş formatlı, panoramlı stereoskopik kinoteatrlarda filmlərin nümayişi, iki-üç plyonkalı film nümayiş etdirdikdə kinoproyeksion aparatura ilə səsetdirici aparaturanın sinxronizasiya prinsiplərini, kinoproyeksion və səsetdiricilərdə nasazlığın düzəldilməsi üsullarını, kinoqurğu avadanlığının və aparaturanın hissə və düyümlərinə qoyulan texniki tələblərin əsaslarını, film-surətinin texniki vəziyyətini təyin etmək üçün təlimatı, panoram film-surətlərin və maqnit fonoqramlarının təmiri texnikasını, elektronikanın, kinoproyeksion texnikasının, kinogöstərmə avtomatikasının, səs texnikası və akustikanın (kinoqovşaqlar üçün fəhlələr hazırlayan təhsil müəssisələrinin proqramı həcmində) əsaslarını.
42. Kinomexanik
İşin xüsusiyyəti.
6-cı dərəcə
Bütün növlərdən olan kinoqurğulara texniki xidmət və filmlərin nümayiş etdirilməsi. Geniş formatlı, panoramlı və stereoskopik kinoteatrlarda kinoproyeksion, səsetdirici aparaturanın, sinxronlaşdırma aparaturasının, elektrobölüşdürücü və elektroqüvvəli qurğuların yoxlanılması, sahmana salınması və tənzimlənməsi. Kino-texniki avadanlığın dəyişdirilməsi və quraşdırma işinin aparılması. Bütün tiplərdən olan təzə və əsaslı təmirdən çıxmış kino-aparaturanın və avadanlığın sınağı və texniki yoxlanılması. Kinoqurğuların elektrik avadanlığına və elektrik qovşağına texniki nəzarət.
Dostları ilə paylaş: |