Bilməlidir: qablaşdırılan detal, məmulat və s. çeşidini, növünü, ölçü və kütləsini; komplektləşdirmə və qablaşdırmanın qaydası və üsullarını, korroziyaya qarşı mübarizə üsulunu; qablaşdırma üzrə sənədləşdirmənin aparılması qaydasını; yüklərin qaldırılması, daşınması qaydalarını; işçi, nəzarət-ölçü alətləri və vasitələrinin təyinatını və istifadə qaydalarını; hazır məhsula və qablaşdırma keyfiyyətinə qoyulan tələbləri.
93. Düzücü-qablaşdırıcı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Yarımfabrikat hazır məhsul və ya onun ayrı-ayrı komponentlərinin taraya-paket, paçka, tub, flakon, ampula, sellafon lentlər, butulka, yeşik, kisəyə və s. qablaşdırılması və dozalaşdırılması. Əl ilə və ya qaldırıcı mexanizmlərin köməyi ilə iri ölçülü və ağır hazır məhsulun (qranitin, mərmərin, əhəngin və s.) qablaşdırılması. Yığılmış detalların, məmulat və məhsulun texniki şərtlərə uyğun olaraq qablaşdırılması. Qənnadı məmulatlarının əl ilə eyni zamanda bir neçə kağıza (etiketin seçilməsi, çərçivə və digər xüsusi tələbləri gözləmək şərti ilə) bədii cəhətdən bükülməsi. Çəkilib bükülmüş ət və süd məhsullarının düzülməsi və qablaşdırılması. Qablaşdırıcı detalların, məmulatların və digər məhsulun uçotunun aparılması. Bükücü-qablaşdırıcı materialın avtomat dəzgahda verilmiş ölçü və şablon üzrə biçilməsi və kəsilməsi. Dəzgahın təmizlənməsi, yalanması, cari təmiri və tənzimlənməsi.
Bilməlidir: yarımfabrikat, hazır məhsul və ya onun ayrı-ayrı komponentlərinin çəkilib dozalaşdırılması qaydasını; qablaşdırıcı yarımavtomatın və ya avtomatın iş prinsipini və onun hissələrinin qarşılıqlı əlaqəsini, texniki şərtləri və dövlət standartlarını; hesabat aparılması qaydasını; büküləcək hər bir məhsulun, detalın, əmtəənin ölçü və formasını; bərkidici izoləedici və bükücü materialların növü, çeşidi və ölçülərini.
94. Düzücü-qablaşdırıcı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Böyük həcmli pardaqlanmış (cilalanmış) məmulatların qabaqcadan rənginə, teksturası və nömrəsinə görə komplektləşdirilərək qablaşdırılması. Zərif, qiymətli, zəhərli, ziyanlı, təhlükəli, yanğın və partlayış törədici yüklərin qablaşdırılması. Daşınmada ehtiyatlılıq tələb edən həssas dəqiq cihazların taraya möhkəm bərkidilməsi ilə düzülməsi. Texniki şərtlərə əsasən yığılmış məhsulun qablaşdırılması.
Bilməlidir: yarımfabrikatların, hazır məhsulların və ya onların ayrı-ayrı komponentlərinin avtomat xətlərdə qablaşdırılması və dozalaşdırılmasını; avtomat qablaşdırma xəttinin aqreqatlarının quruluşunu və onların qarşılıqlı təsirini; qablaşdırılan yüklərin texniki xüsusiyyətlərini; zərif, qiymətli, zəhərli, ziyanlı, təhlükəli və yanğın və partlayış törədə biləcək yüklərin qablaşdırılmasına qoyulan texniki şərtləri.
95. Düzücü-qablaşdırıcı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Antibiotiklərin avtomatın bunkerinə yüklənməsi. Baxışla və nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən texnoloji prosesin gedişinə nəzarət və onun tənzimlənməsi. İş prosesində avtomatların və onların ayrı-ayrı birləşmələrin müstəqil surətdə sazlanması. İş göstəricilərinin istehsalat jurnalında qeydiyyatı. Avadanlıqların cari təmiri. Monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin, maketlərin qablaşdırılması, xüsusi taranın hazırlanması və digər oxşar işlərin yerinə yetirilməsi.
Bilməlidir: qablaşdırma avtomatlarının quruluşunu; avtomat və onların ayrı-ayrı birləşmələrinin sazlanması qaydasını; iş fəndlərini; antibiotiklərə qoyulan texniki şərtləri və tələbləri; monumental, bədii, heykəltəraşlıq əsərlərinin, nadir dekorasiya məmulatlarının, mürəkkəb modellərin və s. qablaşdırılması qaydasını; xüsusi taranın hazırlanmasının ölçüsünü, formasını və qaydalarını.
96. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
1-ci dərəcə
Dispetçer avadanlığı və teleavtomatika aparaturalarının istismar-texniki xidməti və təmiri zamanı detalların dəyişdirilməsi, yuyulması və təmizlənməsi üzrə sadə köməkçi işlərin yerinə yetirilməsi. Nəzarət maşını və ya voltmetrin köməyi ilə gərginliyin yoxlanılması. Dəmir bəndlərin və boltların hazırlanması. Mürəkkəb olmayan detalların ölçülər üzrə çilingər emalı. Xarici görkəminə əsasən məmulat və materialların seçilməsi və ayrılması. Termik emal edilmədən səthlərin hazır rənglərlə rənglənməsi və markalanması.
Bilməlidir: elektrotexnika, teleavtomatika, dispetçer avadanlığı və aparaturası üzrə elementar məlumatı; sadə nəzarət ölçü cihazları, yoxlayıcı və ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; metalların korroziyadan qorunması üsullarını; polad, metal, izolə materialları, sarğı materialları və sürtkü materialları barədə ümumi məlumatı; yağlı rənglər və əridicilərlə rəftar qaydasını; örtülü lakların, rənglərin və kabel mastikalarının əsas markalarını.
97. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
2-ci dərəcə
Dispetçer avadanlığı və teleavtomatika aparaturasının istismar-texniki xidməti, onların sökülməsi, təmiri və yığılması. Yüksək ixtisaslı elektrik təmirçisinin rəhbərliyi altında cihazların lövhə üzərində qurulması və qoşulması. Bərk və yumşaq lehimdən istifadə etməklə qalaylama və lehimləmə. Bütün tipli qoruyucuların panellərdə montajı. Nəzarət kabellərinin çəkilməsi, bölünməsi və calanması. Əlaqələrin və əlaqə səthlərinin tənzimlənməsi.
Bilməlidir: xətt və kabel qurğularının təmiri və xidməti üzrə mürəkkəb olmayan işlərin yerinə yetirilməsi qaydasını; xidmət edilən kabellərin, izolə materiallarının, sarğı və montaj xətlərinin konstruksiya və tipini; geniş yayılmış universal və xüsusi ləvazimat və nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şəraitini; qara və əlvan metalların, izolə materiallarının emalı üsullarını; hopdurucu və örtücü lakların və sürtkü materiallarının xüsusiyyətlərini.
98. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
3-cü dərəcə
Dispetçer avadanlığı, yüksək tezlikli kanalların, teleavtomatika aparatlarının kabel və xətt qurğularına istismar-texniki xidmət edilməsi, onların müəyyən edilmiş iş rejimlərinin saxlanılması. Radiolampaların emissiyasının yoxlanılması.
Lampaların, şəbəkə və siqnallarda gərginliyin ölçülməsi. Avtomatika sxemi relesinin mexaniki tənzimlənməsi. Qidalandırıcı blokun təftişi, kontaktor və idarə açarlarının təmiri və tənzimlənməsi. Cihazların yoxlanılma üçün qoşulması ilə lövhələrdə bərkidilməsi. Teleavtomatika zəncirlərinin tənzimlənməsi. Montaj və prinsipial sxemin markalanmasının yoxlanılması. İzoləedici materialların çertyoj üzrə emalı. Zədələnmiş kabellərin dəyişdirilməsi. Məmulatların qaynar lehimlənməsi. Sadə detallara eskiz və çertyoj sxeminin tərtilə edilməsi və onlar üzrə işlərin yerinə yetirilməsi.
Bilməlidir: elektrotexnika və radio-texnikanın əsaslarını; yüksək tezlikli əlaqələrin və elektrik keçirici üzrə teleavtomatikanın əsaslarını; xidmət olunan avadanlığın blok sxemini; yüksək tezlikli əlaqə kanallarını, telemexanika və radioəlaqəni; nominal gərginlik üzrə qoruyucuların seçilməsi, sabit və dəyişən cərəyanla qidalanma mənbəyi haqqında ümumi məlumatları; akkumulyator batareyalarının iş rejimini; universal və xüsusi ləvazimatların, sadə və çox mürəkkəb olmayan nəzarət-ölçü cihazlarının quruluşunu.
99. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
4-cü dərəcə
Teleavtomatika, rele kommutatorlarının sadə və çox mürəkkəb olmayan kabel zəncirlərinin ştativ avadanlığının, teleavtomatika kanallarının, kanalizasiya qurğularının aparatura və yüksəktezlikli sıxma sisteminin istismar-texniki xidməti və təmiri, onlarda zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması. Teleavtomatika aparaturası və dispetçer avadanlığının elektrik yoxlanışının aparılması. Səyyar obyektlər və stasionar stansiyalarla əlaqə üçün radiostansiyalara xidmət. Teleavtomatika sxeminin yoxlanılması üçün kompleks sınaq qurğularına xidmət. Sınaq sxemlərinin daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında yığılması. Teleavtomatika sxeminin izolə zəncirlərinin sınaqdan çıxarılması.
Bilməlidir: elektrik ötürücü xətləri, çoxkanallı sistemlər üzrə xəbərlərin verilməsi və qəbul edilməsi prinsiplərini; dispetçer avadanlığının və teleavtomatika aparatlarının əsas prinsipial və montaj sxemini; elektrik qidalandırıcının verilmə, bölüşdürmə və siqnalizasiya sxemini; xidmət olunan avadanlığın kabel zəncirlərinin və teleavtomatika kanallarının sazlanmasının əsas elektrik normalarını, onların yoxlanılması və ölçülməsi metodlarını; kabel və xətt qurğuları haqqında əsas məlumatları, onların quruluşu və xidmət qaydasını; detal və aparatlarda defektlərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması üsullarını; mürəkkəb nəzarət-ölçü cihazlarının quruluşunu və təyinatını.
100. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
5-ci dərəcə
Yüksəktezlikli sıxlıq sistemin yarımkeçirici aparatların, özüyazan teleavtomatikanın və elektronlu qeydedici cihazların və kabel zəncirlərinin mürəkkəb ştativ avadanlığının istismar-texniki xidməti və təmiri. Xidmət olunan avadanlıqda nasazlığın aşkar edilməsi və aradan qaldırılması. Açar və sayğacların tənzimlənməsi.
Teleavtomatika sxeminin yoxlanılması və sazlanması. Sınaq sxemlərinin yığılması. Avadanlıqların sökülməsi, yığılması həmçinin mexaniki və elektrik tənzimlənməsi. Avadanlığın montajı və modernləşdirilməsi. Texniki sənədləşdirmənin aparılması. Detalların işlənib köhnəlməsi səbəblərinin aşkar edilməsi. Teleavtomatika aparatlarının tənzimlənməsi və sınağı üçün təyin edilmiş mürəkkəb elektrik sxemli xüsusi qurğuların sazlanması. Saat stansiyasının təmiri və ona xidmət. Teleavtomatika sxemi zəncirinin sınağı və sazlanması. Əlaqələndirici rele aparatlarının təmiri və sazlanması.
Bilməlidir: xidmət olunan avadanlığın texniki xüsusiyyətlərini; çoxkanallı yüksəktezlikli sıxlıq sisteminin, teleavtomatika və kommutatorların prinsipial və quraşdırma sxemlərini; qrup generatorlu və ictimai avadanlıqların iş prinsipini və prinsipial sxemini; teleavtomatika kanallarının və avadanlıqlarının elektrik normalarını; özüyazan və elektron qeydedici cihazların quruluşunu; cərəyanın qidalanma mənbəyinin quruluşunu; mürəkkəb nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydalarını.
101. Dispetçer avadanlığı və teleavtomatikanın elektrik montyoru
İşin xüsusiyyəti.
6-cı dərəcə
Yeni quraşdırılmış elektrik və mexaniki tənzimləyicisi olan sınaq avadanlıqlarının istismar-texniki xidməti. Sıxlıq sisteminin qurulması və tənzimlənməsi. Yeni avadanlığın sazlanması və yoxlanılması. Montaj sxeminin tərtilə edilməsi və teleavtomatika aparatlarının sıxlıq sisteminin montajı üzrə işlərin yerinə yetirilməsi. Avadanlığın ayrı-ayrı sahələrinin zədələnmələrinin aradan qaldırılması. Elektron ölçü aparatlarının-ossiloqrafların, yüksək tezlikli ölçücülərin və generatorların işdə istifadə edilməsi. Daha mürəkkəb yoxlama aparatlarının sazlanması və təmiri. Teleavtomatika aparatlarının qeyri-tipli xüsusi sınaqların aparılması üçün sxemlərin yığılması. Amplitudlu və tezlikli xüsusiyyətlərin çıxarılması. Teleavtomatika aparatlarının mürəkkəb qurğusunun yoxlanılması.
Bilməlidir: elektronika və yarımkeçirici texnikanın əsaslarını; dispetçer avadanlığının sazlanması və yoxlanılması üsullarını və qaydalarını; materialların çeşidini və xüsusiyyətlərini; kommutasiya sxemini, teleavtomatika aparatlarının iş rejimini və xüsusiyyətlərini; avadanlıqların montaj sxeminin prinsiplərini; amplitudlu və tezlikli xüsusiyyətlərin çıxarılması və qurulmasını.
Orta ixtisas təhsili tələb olunur.
102. Dozimetrist
İşin xüsusiyyəti.
2-ci dərəcə
Müxtəlif səthlərin, xüsusi geyimlərin, xüsusi ayaqqabının, fərdi müşahidə vasitələrinin və s. alfa-beta və qamma-aktiv maddələrlə çirklənməsinin ölçülməsi. Müvafiq dozimetrik və radiometrik cihazların köməyi ilə ionlaşdırıcı şüalanmanın doza və gücünün müəyyənləşdirilməsi. Xarici mühitdən nümunələrin seçilməsi, fərdi dozimetrik nəzarətin həyata keçirilməsi. Müvafiq ilkin sənədlərin aparılması.
Bilməlidir: ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini və onların qeydə alınma metodlarını; ionlaşdırıcı şüalanmanın bioloji təsirini; tətbiq olunan dozimetrik və radiometrik cihazların iş prinsipini; radio-aktiv maddələrlə və ionlaşdırıcı şüalanma mənbələri ilə işin sanitar qaydalarını; radiometrik və dozimetrik ölçü və xarici mühitdən nümunənin seçilmə üsullarını.
103. Dozimetrist
İşin xüsusiyyəti.
3-cü dərəcə
Nəzarət mənbələri vasitəsi ilə dozimetrik və radiometrik cihazların həssaslığının müəyyənləşdirilməsi. İş yerlərində radiasiya təhlükəsizliyinə nəzarət. Dozimetrik və radiometrik ölçü və fərdi dozimetrik nəzarəti nəticələrinin ilkin işlənilməsi.
Bilməlidir: atomun quruluşu haqqında, radioaktivlik haqqında elementar məlumatı, ionlaşdırıcı şüalanmanın əsas xüsusiyyətlərini və onların qeydə alınması metodlarını; ionlaşdırıcı şüalanmadan zədələnməyə qarşı mühafizə vasitələrini və üsullarını; orta səviyyədə mürəkkəb dozimetrik və radiometrik cihazlarının quruluşunu və həssaslığına nəzarət metodlarını; orta ağırlıqlı dozimetrik və radiometrik ölçü metodlarını; xarici mühitdən nümunənin seçilməsi, hazırlanması və ölçülməsi metodlarını; ərazinin radiometrik çəkilişinin aparılması metodikasını.
104. Dozimetrist
İşin xüsusiyyəti.
4-cü dərəcə
Müxtəlif aparatlar vasitəsilə ayrı-ayrı şüalanmanın növlərinin dozimetrik və radiometrik ölçülməsi. Daha məsuliyyətli işlər görülərkən dozimetrik nəzarətin aparılması. İş yerlərinin ionlaşdırıcı şüalanmadan qorunmasına əməl edilməsinə nəzarət. Ərazinin radiometrik çəkilişi və yolların avtoqamma-çəkilişi. Dozimetrik və radiometrik şüalanmanın və fərdi dozimetrik nəzarətin nəticələrinin işlənilməsi. Qrafiklərin, diaqrammaların, xəritələrin, cədvəllərin tutulması.
Bilməlidir: nüvə fizikasına dair əsas məlumatları; əsas radioaktivlik qanunlarını; ionlaşdırıcı şüalanmanın xüsusiyyətlərini və onların qeydə alınma metodlarını; mürəkkəb dozimetrik və radiometrik cihazların quruluşunu və həssaslığına nəzarət metodlarını; dozimetrik və radiometrik ölçmə metodlarını; nümunələrin seçilmə üsullarını; onların hazırlanması və ölçülməsini.
105. Dozimetrist
İşin xüsusiyyəti.
5-ci dərəcə
Müxtəlif aparatlar vasitəsilə müxtəlif mürəkkəbli ionlaşdırıcı şüalanmanın bütün növləri üzrə dozimetrik və radiometrik ölçülməsi. Bioloji mühafizənin effektivliyini öyrənib ölçmək üçün işlərin aparılması. Radiasiya cəhətdən ən təhlükəli işlər üzərində bilavasitə nəzarət. Dozimetrik və radiometrik aparatların işinə nəzarət və istismar prosesində onların çıxdaş edilməsi. Bioloji mühafizənin effektivliyinin ölçü nəticələrinin ilkin qiymətləndirilməsi. Dozimetrik və radiometrik ölçü nəticələrinin statistik işlənilməsi. Yekun sənədinin tutulması. Dozimetrik nəzarət üzrə hesabatların tərtibində, nəzarət texnikasının mənimsənilməsində iştirak.
Bilməlidir: nüvə fizikasının əsaslarını; radioaktivlik qanunlarını; ionlaşdırıcı şüalanmanın xassələrini və onların qeydə alınması metodlarını; bütün növ ionlaşdırıcı şüalanmadan mühafizənin hesablanmasını; xüsusən mürəkkəb olan dozimetrik və hər hansı bir dərəcədə mürəkkəb olan radiometrik cihazların quruluşunu, onların dərəcələrə bölünmə, etalonlaşdırma və həssaslığına nəzarətetmə metodikasını; ölçü cihazlarının izahı metodikasını.
Orta ixtisas təhsili tələb olunur.
106. Eksqauster maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Eksqauster və köməkçi avadanlığa: qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya zəncirlərinə və ötürücü qayışlara, yağ nasoslarına, filtrlərə və s. yüksək ixtisaslı maşinistin rəhbərliyi altında xidmət. Avadanlığın təmirində iştirak etmək.
Bilməlidir: xidmət edilən avadanlığın, mexanizmin və işə salma aparatların quruluşunu; mexanizmin yoxlanılması vaxtını və qaydasını; işıq və səs siqnallaşdırmasının qaydalarını.
107. Eksqauster maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Eksqausterlərə və köməkçi avadanlıqlara; qidalandırıcı mexanizmlərə, şiber qurğularına, blokirovkaya, təkrar kommunikasiya və ötürücü zəncirlərə, yağ nasoslarına, filtrlərə və s. xidmət. Eksqausterlərin qızdırılması və onların təmirdən sonra mərkəzə uyğunlaşdırılması. Qazların sovrulması üçün nasosların tənzimlənməsi və sobalarda havanın yaxşı çəkilməsi, yüngül çəkili materialların: tükün, yunun, taxta qırıntılarının və s. sərbəst yerdəyişməsi üçün seyrəkliyin saxlanılmasının tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinin qeydə alınması.
Bilməlidir: kinematikanın və xidmət olunan avadanlığın, mexanizm və aparatların elektrik sxemini; dəyişən cərəyanlı yüksək müqavimətə malik mühərriklərin quruluşunu; sürtkü yağlarının növlərini.
108. Etiketlərə ştempel vuran
İşin xüsusiyyəti.
1-ci dərəcə
Etiketlərə ştempel vurulması və ya etiket, banderol, ampula və s. əl ilə və ya maşının köməyi ilə etiketlərin ştamplanması və komposterlənməsi. Rənglərin hazırlanması. Maşına kağızın və rəngin doldurulması. Ştempel maşınının işinin tənzimlənməsi.
Bilməlidir: ştempel maşınının iş prinsipini; məhsulların çeşidini; ştempelləmə üsullarını; ştempelləmə və komposterləmə üsullarını; işlədilən rənglərin növlərini.
109. Elektroakustika laborantı
İşin xüsusiyyəti.
2-ci dərəcə
Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə daha yüksək ixtisaslı elektroakustika laborantının rəhbərliyi altında impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınağı.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların iş prinsipini; elektrik siqnallarının maqnit yazısının əsas prinsiplərini; elektrik nəzarət-ölçü cihazlarının təyinatını və tətbiq olunma şərtlərini.
110. Elektroakustika laborantı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Maqnit lentlərinin və tozların elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə impuls və ya ayrı-ayrı elektroakustik və maqnit sınaqları. Maqnit lentində impuls siqnallarının ölçülməsi və getmə tezliyinin qurulması. Daha yüksək ixtisaslı elektro-akustika laborantının rəhbərliyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları.
Bilməlidir: maqnit lentlərini və tozları elektroakustik və maqnit sınaqdan keçirilməsinə nəzarət etmək üçün olan qurğuların quruluşunu; elektrik nəzarət-ölçü cihazlarının quruluşunu; maqnit lentlərinin və tozların impuls sınağının aparılma qaydalarını və üsullarını.
111. Elektroakustika laborantı
İşin xüsusiyyəti.
4-cü dərəcə
Elektrik nəzarət-ölçü cihazlarının köməyi ilə maqnit lentlərin və tozların elektroakustik və maqnit sınaqları. Gərginliyin, cərəyan gücünün və tezliyin, maqnit lentində amplitudanın uzunluğunun və məsaməliyinin ölçülməsi və təyin edilməsi. Yazı-etalon və sınaq lentində sinusoidal və impuls siqnallarının əks etdirilməsi. Nisbi həssaslığın, qeyri-bərabər həssaslığın, tezlik xarakteristikasının, lentin öz səsinin, modulyasiya səsinin, maqnitsizləşdirmənin, kopir-effektin, təhriflərin qeyri-xəttiliyinin, maqnitliyin kənar edilməsində cərəyanın optimallığının, ferromaqnit lentin və tozun xarakteristikalarının müəyyən olunması. Elektrik nəzarət-ölçü cihazlarının kalibrlənməsi və sıfıra qoyulması və tənzimlənməsi. Maqnit lentlərinin ayrı-ayrı tiplərinin qəbulçuya, istehlakçıya təqdim edilməsi. Hazır məhsula pasportların yazılıb rəsmiləşdirilməsi.
Bilməlidir: maqnit lentlərin və tozların elektroakustik və maqnit sınağının keçirilməsi üçün olan qurğuların sazlama qaydasını; elektrotexnika, radiotexnika, elektroakustika, elektrik və radio ölçülərinin əsaslarını; elektrik siqnallarının maqnit yazısının fiziki əsaslarını; maqnit lentlərinin hazırlanmasının texnoloji prosesini; elektroakustik və maqnit sınaq metodlarını.
112. Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant
İşin xüsusiyyəti.
2-ci dərəcə
Eskizlər və çertyojlar üzrə sadə sınaq sxemlərinin yığılması. Plastik kütlə, kompaund, lak plyonka, maye dielektrik nümunələrinin dielektrik xarakteristikalarında yoxlama ölçmələrin aparılması. Elektrik elementlərində izolə keyfiyyətinin yoxlanılması. Dielektriklərin və elektrik elementlərinin elektrik xassələrinə, nəmliyə nəzarət etməklə uzun müddətli iqlim sınağından keçirilməsi. Bərk dielektriklərin müxtəlif temperatur şəraitində uzanmaya, zərbəyə, əyilməyə və sıxılmaya qarşı sınaqlar keçirmək yolu ilə onların mexaniki xassələrinin müəyyənləşdirilməsi. Etalonlarla müqayisə etmək metodu ilə daimi və dəyişən cərəyanlı cihazların yoxlanılması. Ampermetrləri və voltmetrləri yoxlamaq üçün sxemlərin yığılması. Daimi cərəyan yerində müqavimətin ölçülməsi. Polietilendən, ftoroplastdan olan nümunələri və məmulatları presləmək üçün materialın, sınaq və ölçmək üçün plastik kütlənin hazırlanması. Elektrik elementlərinin lak, emal və digər mürəkkəb elektroizolə tərkiblərlə (kompaundlarla) izolə edilməsi. Avtoklavlarda və barokameralarda sınaqlar və ölçülər üzrə işlərin yerinə yetirilməsi. Cihazlar üzrə maye materiallarda özlülük dərəcəsinin müəyyənləşdirilməsi. Elektromühərrikin fırlanma tezliyinin, Om müqavimətinin ölçülməsi. Solenoid ötürücülü asinxron mühərriklərdə sarğının sınaqdan keçirilməsi. Aşağıvoltlu elektromühərrikin gərginlik altında işinin yoxlanılması. 40 kVt gücə malik aşağıvoltlu elektromühərriklərin, aşağıvoltlu və qaynaq transformatorların elementar sınaqdan keçirilməsi. Sarğılarda meqometr vasitəsi ilə izolə müqavimətinin sınağı. Cihazlar üzrə bərkliyin müəyyənləşdirilməsi. İzolə olunmuş elektrik elementlərinin yoxlama sınaqları. Tutumluğun, izolə müqavimətinin ölçülməsi, izolə materiallarının qırılmaya, girəcəklərin düzgün yerləşməsinə, qısaqapanma burumların yoxluğuna və s. yoxlanılması. Sınaq üçün nümunələr hazırlayarkən termostatlarda temperatur rejimlərinin aparılması. Köçürmə cədvəllərinin köməyi ilə bərklik kəmiyyətinin bir şkaladan digərinə köçürülməsi. Sınaq nəticələrinin jurnala yazılması.
Bilməlidir: elektrotexnikanın əsas qanunlarını; elektrik mühərriklərinin, transformatorların işləmə prinsipini və onların xarakteristikalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; sınaq zamanı sənaye elektrik qurğularının göstəricilərini ölçmək üçün sadə sxemləri; aşağı voltlu elektrik avadanlığının elementar sınaqlar keçirilməsi qaydalarını; əsas komponentlərin, tətbiq olunan elektroizolə lakların, yapışqanların və başqa mürəkkəb izolə materiallarının təyinatını; avtoklavlarla, barokameralarla, vakuum-hopdurucu qurğularla və hidravlik preslərlə və digər laboratoriya sınaq avadanlığı ilə işləmə qaydalarını; materialların mexaniki sınaq metodikasını; nümunələrin, sıxılmaya, əyilməyə, xüsusi zərbəli özlülüyə və uzanmaya qarşı mexaniki sınaq üçün cihaz və qurğuların və istiliyə davamlığı müəyyənləşdirmək üçün cihazların quruluşunu; cihazların xarici maqnit və ya elektrostatik sahələrindən mühafizə üsullarının təsnifatını; elektrikölçən cihazların yoxlama qaydalarını.
113. Elektromexaniki sınaqlar və ölçülər üzrə laborant
İşin xüsusiyyəti.
3-cü dərəcə
Tutumluğun, dielektrik itkilərin bucaq tangensinin, elektrik dəqiqliyinin, izolənin xüsusi, həcmi və səthi müqavimətin ölçülməsi və hesablamaların aparılması. Nümunəvi cihazın seçilməsi, yoxlanan cihazda xətaların qiymətləndirilməsi. Yüksək voltlu qurğuda tutuşdurma metodu ilə kilovoltmetrin yoxlanılması. Nümunəvi yerlərdə daimi cərəyan körpülərinin və mağazanın yoxlanılması. Pirometrik millivoltmetrlərin və potensiometrdə özüyazanların yoxlanılması. Tutuşdurma vattmetri yoxlamaq üçün sxemin yığılması. Lampalı voltmetrin tezlik xətasının çıxarılması. Sınan materialların və məmulatların proporsionallıq, axıcılıq və möhkəmlik hədlərinin müəyyənləşdirilməsi. Uzadıldıqda nisbi uzanmanın və yığılmada nisbi qısalmanın müəyyən olunması. Orta mürəkkəbli montaj elektrik sxemlərinin işlənib hazırlanması. Sadə elektron qovşaqlarının yustirlənməsi və sazlanması. 40 kVt-dan yuxarı gücə malik aşağıvoltlu elektrik mühərriklərinin, 10 kV-dək gərginliyə, 560 kV.A-dək gücə malik transformatorların sınağı. Elektrik mühərrikində izolə burumlarının sınağı. Sınaq obyektlərində defektlərin aşkar olunması və onların aradan qaldırılması. Gördüyü işin həcmində sınaq avadanlığında, mexanizmlərdə və cihazlarda təmir işlərinin yerinə yetirilməsi.
Dostları ilə paylaş: |