Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)



Yüklə 1,08 Mb.
səhifə11/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

Bilməlidir: su qızdırıcı və buxar qazanlarının müxtəlif sistemlərinin quruluşu və iş prinsipini; qazanxana avadanlığı və mexanizmlərinin istismar göstəricilərini; avtomatik tənzimləmə aparatlarının quruluşunu; cihazların göstəricilərindən asılı olaraq qazanxanaların iş rejiminin aparılması qaydasını; qazanxanada borukəmərləri şəbəkəsinin və siqnalizasiyasının sxemini; nəzarət-ölçü cihazlarının tənzimlənməsi qaydalarını.

70. Qazanxana maşinisti

İşin xüsusiyyəti.

6-cı dərəcə

Ümumi istilik istehsalı gücü 273 QC/saatdan yuxarı olan (65 Qkal/ saatdan) su qızdırıcı və buxar qazanlarına və ya qazanxanada bərk yanacaqla işləyən 546 QC/saatdan yuxarı (130 Qkal/saatdan yuxarı) istilik istehsal edən ayrı-ayrı su qızdırıcı və buxar qazanlarına xidmət.



Bilməlidir: mürəkkəb nəzarət-ölçü cihazlarının və avtomatik tənzimlənmə aparatlarının konstruktiv əsaslarını; yanacağın fiziki xassələrini və istilik yaratma qabiliyyətini; qazanların istilik balansı elementlərini və onun tərtilə edilməsini; qazanxana qurğularının faydalı iş əmsalının müəyyənləşdirilməsi qaydalarını.

71. Qazanxana operatoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Ümumi istilik istehsalı saatda 12,6 QC-ə qədər (3 Qkal/saata qədər) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada ümumi istilik istehsalı saatda 21 QC-ə qədər olan maye və qaz şəkilli yanacaqla və ya elektrik qızdırıcısı ilə işləyən ayrı-ayrı su qızdırıcı və ya buxar qazanlarına xidmət. Qazanların qızdırılması, işə salınması və dayandırılması və onların su ilə qidalandırılması. Qazanlarda suyun səviyyəsinə, buxar təzyiqinə və qızdırıcı sistemə verilən suyun temperaturuna nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən müşahidə. Ümumi istilik yükü 42 QC/saata qədər (10 Qkal/saat) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət. İşlənmiş buxarın təmizlənməsi və suyun deaerasiyası. Nasos, mühərrik, hava dəyişdirici və digər köməkçi mexanizmlərin işə salınması və dayandırılması. Armatur və qazan cihazlarının təmizlənməsi. Xidmət olunan avadanlığın təmirində iştirak etmək.



Bilməlidir: xidmət edilən qazanların iş prinsipini; istilik izoləedən kütlənin tərkibini və qazan və buxar boru kəmərlərinin istiliyi izolə etməsinin əsas üsullarını; təzyiq altında işləyən avadanlıqdan və qazdan istifadə qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini; istilik şəbəkəsi boyler qurğuları avadanlıqlarının və işlənmiş buxar stansiyasının quruluşunu və iş rejimini.

72. Qazanxana operatoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Ümumi istilik istehsalı 12,6 QC/saatdan 42 QC/saata qədər (3-dən 10 Qkal/saatadək) olan maye və qazşəkilli istilikdə və ya elektrik qızdırıcısı ilə işləyən ümumi istilik istehsal gücü 21-dən 84 QC/saata qədər (5-dən 20 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət, ümumi istilik yükü 42-dən 84 QC/saata qədər (10-dan-20 Qkal/saat) olan əsas aqreqatlara, xidmət zonasında yerləşən istilik qovşağı boyler qurğuları və ya işlənmiş buxar stansiyalarına xidmət. Ekonomayzerlərin, havaqızdırıcıların, buxarı yenidən qızdırıcıların və qidalandırıcı nasosların işə salınması, dayandırılması, tənzimlənməsi və işinə nəzarət. Qazanxana avadanlığının fasiləsiz işinin təmin edilməsi. İstilik xətlərində xidmət olunan aqreqatların işə salınması, dayandırılması və istiqamətinin dəyişdirilməsi. İstehlakçılara buraxılan istiliyin uçotu. Xidmət olunan avadanlığın təmirində iştirak etmək.



Bilməlidir: xidmət olunan qazanların quruluşunu; porşenli nasosların, elektrik mühərrikinin və buxar mühərriklərinin quruluşunu və iş prinsipini; qazanxana qurğularının istilik, buxar və su kəmərlərinin və istilik qovşağının sxemini; avadanlıqların iş yekunlarının və tədarükçülərə buraxılan istiliyin uçotu qaydasını; sadə və orta mürəkkəb nəzarət-ölçü cihazlarının quruluşunu.

73. Qazanxana operatoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Ümumi istilik istehsalı 42-dən 84 QC/saatadək (10-dan 20 Qkal/saat) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli istiliklə və ya elektrik qızdırıcı ilə işləyən istilik istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65 Qkal/saat) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət edilməsi. Ümumi istilik yükü 84 QC/saat (20 Qkal/saatdan artıq) olan əsas aqreqatlara xidmət zonasında yerləşən istilik şəbəkəli boyler qurğularına və ya işlənmiş buxar stansiyasına xidmət edilməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən qazanlarda suyun səviyyəsinə, buxar, su və ayrılan qazın təzyiqinə və temperaturuna nəzarət etmək. Buxar tələbatı qrafikinə əsasən qazanların işinin tənzimlənməsi. Avadanlığın işində olan nasazlıqların qarşısının alınması və aradan qaldırılması.



Bilməlidir: eyni tipli qazanların, həmçinin köməkçi mexanizm və qazan armaturunun quruluşunu və xidmət qaydasını; istilik texnikası haqqında ümumi məlumatı; istiliyin müxtəlif xüsusiyyətlərini və istilik keyfiyyətinin qazan aqreqatlarının yanma prosesinə və istilik istehsalına təsirini; suyun keyfiyyətinə qoyulan texniki şərtləri və onun təmizlənməsi üsullarını; qazanxana qurğularının işində yaranan nasazlıqları və onların aradan qaldırılması tədbirlərini; mürəkkəb nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.

74. Qazanxana operatoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Ümumi istilik istehsalı 84-dən 273 QC/saata qədər (20-dən 65 Qkal/saat) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada maye və qazşəkilli yanacaqla və ya elektrik qızdırıcı ilə işləyən, istilik istehsal gücü 273-dən 546 QC/saata qədər (65-dən 130 Qkal/saatadək) olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək. Qidalandırıcı xətlərin dəyişdirilməsi, magistraldan buxarın qoşulması (birləşdirilməsi) və kəsilməsi (dayandırılması). Qazanlara, onların köməkçi mexanizmlərinə, nəzarət-ölçü cihazlarına profilaktik baxışın keçirilməsi və qazan aqreqatlarının planlı-xəbərdarlıqlı təmirində iştirak etmək. Qazan və onların mexanizmlərinin alınması və işə salınması.



Bilməlidir: müxtəlif sistemli suqızdırıcı və buxar qazanlarının quruluşunu və iş prinsipini; qazanxana avadanlığının və mexanizminin istismar göstəricilərini; avtomatik tənzimləyici aparatların quruluşunu; cihazların göstəricilərinə əsasən qazanxananın iş rejimi qaydasını; qazanxanada boru kəmərləri şəbəkəsinin və siqnalizasiyanın sxemini; nəzarət-ölçü cihazlarının sazlanması və tənzimlənməsi qaydasını.

75. Qazanxana operatoru

İşin xüsusiyyəti.

6-cı dərəcə

Cəmi istehsal gücü 273 QC/saat (65 Qkal/saatdan artıq) olan suqızdırıcı və buxar qazanlarına və ya qazanxanada yanacaq və ya elektrik qızdırıcısı ilə işləyən istilik istehsalı 546 QC/saatdan (130 Qkal/saatdan artıq) yuxarı olan ayrı-ayrı suqızdırıcı və buxar qazanlarına xidmət etmək.



Bilməlidir: mürəkkəb nəzarət-ölçü cihazlarının və avtomatik tənzimləmə aparatlarının konstruktiv xüsusiyyətlərini; yanacağın istilik yaratma qabiliyyətini və fiziki xüsusiyyətlərini, qazanların yanacaq balansının elementlərini və onun tərtilə edilməsi, qazanxana qurğularının fəaliyyətinin faydalılıq əmsalının müəyyənləşdirilməsi qaydalarını.

76. Qəlibləmə və şixta qatışıqlarının təhlili üzrə laborant

İşin xüsusiyyəti.

2-ci dərəcə

Qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xüsusi cihazlarda rütubətə, mexaniki möhkəmliyə, dənəvərliyə, qaz keçirmə qabiliyyətinə sınaqdan keçirilməsi. Üyüdülmədə nazikliyin (incəliyin), həcmin, quruma və sıxılma mərhələsinin, həcm kütləsinin və digər zəruri göstəricilərin bərabər ölçülməsinin müəyyən edilməsi. Sınaq üçün nümunələrin hazırlanması. Qəlibləmə, şixta, özəkli və tikinti materiallarının keyfiyyətinin iş yerlərində yoxlanılması. Materialın istehsalatda düzgün tətbiq olunmasına və təyin edilmiş texnoloji rejimlərə əməl olunmasına nəzarət. Sınaqların nəticələrinin müəyyən olunmuş formalar üzrə yazılması.



Bilməlidir: qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və təyinatını; sınaq üçün tətbiq edilən cihazların və aparatların iş prinsipini; nümunələrə nəzarət və düzgün sınaqdan keçirilməsi metodlarını; elektrik qızdırıcı cihazlardan istifadə qaydalarını; aparılmış sınaqların nəticələrinin yazılış qaydasını.

77. Qəlibləmə və şixta qatışıqlarının təhlili üzrə laborant

İşin xüsusiyyəti.

3-cü dərəcə

Yüksək hərarətə davamlı ərintilər üçün şixta və qəlibləmə qatışıqların sınaqdan keçirilməsi. Sınaqda istifadə olunan cihazların və aparatların sazlanması. Çuqun, polad, əlvan tökmələrin və yüksək hərarətə davamlı ərintilərin, tikinti və odadavamlı materiallar üçün qəlibləmə, şixta və özəkli qatışıqların hazırlanması reseptlərinin tərtilə edilməsi.



Bilməlidir: mümkün olan bütün qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların xassələrini və xarakteristikalarını; sınaq üçün istifadə olunan cihazların və aparatların quruluşunu və onları sazlama üsullarını; qəlibləmə, şixta, özəkli qatışıqların, tikinti və odadavamlı materialların hazırlanmasında texnoloji prosesi; qəlibləmə, şixta, özəkli materialların və qatışıqların keyfiyyətsiz hazırlanmasına görə tökmələrdə zay məhsulun növlərini; qəlilə və özəklərin qurudulma rejimlərini.

78. Qəbuledici televiziya antenalarının radio montyoru

İşin xüsusiyyəti.

2-ci dərəcə

Kollektiv qəbuledici televiziya antenalarının müxtəlif binaların mənzillərində, digər sahələrdə qurulması və təmiri (materialların, alətlərin gətirilməsi). Kabelin çəkilişində müxtəlif növ paylaşdırıcı qutuların və s. qoyuluşunda iştirak etmək.



Bilməlidir: elektrotexnika, radiotexnika haqqında ümumi məlumatı; kollektiv qəbuledici televiziya sistemi avadanlıqlarının quruluşunu; iş zamanı alətlərdən istifadə qaydasını.

79. Qəbuledici televiziya antenalarının radio montyoru

İşin xüsusiyyəti.

3-cü dərəcə

Kollektiv qəbuledici televiziya antenalarının paylayıcı şəbəkəsinin abonent və magistral kabellərinin çəkilməsi üzrə işlərin aparılması. Kabelin kəsilməsi və onun paylayıcı qutu və televizor ştekerinə lehimlənməsi. Müxtəlif növ televiziya antenalarının fərdi və kollektiv qəbulu üçün qurulması, montajı və təmiri üzrə işlərin aparılmasında iştirak etmək. Fərdi otaq antenalarının qurulması və istiqamətləndirilməsi, televizorun işə salınması və sınaq cədvəli üzrə quraşdırılması, verilişlərin qəbul edilməsinin yoxlanılması.



Bilməlidir: elektrotexnika, radiotexnika və televiziya üzrə elementar məlumatları; xidmət edilən avadanlığın quruluşu, qurulması, təmiri və istismarı qaydalarını və təlimatlarını; magistral televiziya şəbəkəsinin paylaşdırıcı qurğularının montajı və kabellərin çəkilməsinin qayda və üsullarını; televizorların növlərini; onların işə salınması və qurulması qaydalarını; ampermetr və alətlərdən istifadə qaydalarını və təyinatını.

80. Qəbuledici televiziya antenalarının radio montyoru

İşin xüsusiyyəti.

4-cü dərəcə

Dirəyinin hündürlüyü 5 m-ə qədər olan metrli diapazon dalğalı fərdi və kollektiv televiziya qəbulunda üç və beş elementli bir kanallı və ikikanallı televiziya antenalarının montajı, qurulması və təmiri üzrə işlərin yerinə yetirilməsi. Metrlik diapazon dalğalı antenalardan başqa bütün kollektiv və fərdi antenaların qurulması, montajı, demontajı və təmiri üzrə işlərin yerinə yetirilməsində iştirak etmək. Antena gücləndiricilərinin təmiri, onların qurulması və birləşdirilməsi, paylaşdırıcı şəbəkənin avadanlıqlarının təmiri. Televiziya sınaq cədvəlindən istifadə etməklə antenanın keyfiyyətinin müəyyənləşdirilməsi. Hava kabel xətlərinin qurulması işində iştirak etmək. Otaq televiziya antenalarının təmiri.



Bilməlidir: elektrotexnikanın, radiotexnikanın, televiziyanın əsaslarını; xidmət edilən avadanlığın texniki xüsusiyyətlərini və konstruksiyasını; onların montaj sxemini; fərdi və kollektiv qəbul antenalarının, paylaşdırıcı şəbəkənin, kabel və hava keçidlərinin qurulması, montajı qaydasını; televizor və antenaların iş keyfiyyətinin yoxlanılması və qiymətləndirilməsi üçün televiziya sınaq cədvəlinin elementlərinin təyinatını; televiziya antenaları və paylaşdırıcı şəbəkənin yoxlanılması və təmiri qaydalarını və üsullarını; elektrik ölçüləri üçün istifadə olunan cihazların təyinatını və onlardan istifadə qaydalarını.

81. Qəbuledici televiziya antenalarının radio montyoru

İşin xüsusiyyəti.

5-ci dərəcə

Dirəyi 5 m-dən 9 m-ə qədər olan metrli və desimetrli diapazon dalğalı fərdi və kollektiv televiziya antenalarının, 200-ə qədər televizor və radioqəbuledici birləşdirilən kollektiv televiziya qəbuledici antenaların paylaşdırıcı şəbəkələrin qurulması, montajı və təmiri işlərinin yerinə yetirilməsi. Desimetrli diapazon dalğalı konventorların qurulması. Lampalı antena gücləndiricilərinin təmiri. Kollektiv antena və paylaşdırıcı şəbəkələrin təhvili, qəbulu, quraşdırılması və montajında və televiziya siqnallarının keyfiyyətinin müəyyənləşdirilməsində iştirak etmək.



Bilməlidir: desimetrli diapazon dalğalı fərdi və kollektiv antenalarının növünü, konstruksiyasını və texniki xüsusiyyətlərini; paylaşdırıcı şəbəkənin avadanlığını; antena və paylaşdırıcı televiziya şəbəkəsində olan nasazlıqların aşkar edilməsi və aradan qaldırılması metodlarını; ağ-qara televizorların növünü; onların tənzimlənməsi, qurulması üsullarını; əsas nəzarət-ölçü cihazlarının tətbiqi qaydasını.

82. Qəbuledici televiziya antenalarının radio montyoru

İşin xüsusiyyəti.

6-cı dərəcə

Sinfazlı çoxelementli antenaların, televiziya və radio verilişlərini kollektiv qəbul edən çoxkanallı antenaların, hündürlüyü 9 m olan dirəkli, ağır şəraitli qəbullar üçün nəzərdə tutulan mürəkkəb antenaların qurulması, montajı və təmiri, hava və yeraltı kabel keçidlərin qurulması üzrə işlərin yerinə yetirilməsi. Tranzistorlu antena gücləndiricilərinin, konventorların təmiri. Radio və televiziya verilişlərinin kollektiv qəbulu üzrə yeni quraşdırılmış antena sisteminin təhvili və qəbulu. 200-dən yuxarı televiziya və radioqəbuledicisi olan radio və televiziya verilişlərinin kollektiv qəbuledici sisteminin quraşdırılması, montajı və təmiri üzrə işlərin yerinə yetirilməsi. Televiziya siqnallarının ölçülməsi və bütün nümunəvi sxemlər üzrə televiziya və radio verilişlərinin kollektiv qəbulu sisteminin hesablanması.



Bilməlidir: fərdi və kollektiv metrli və desimetrli diapazon dalğalı kollektiv qəbuledici televiziya antenalarının, radio və televiziya qəbulu üçün olan ümumi antenaların, paylaşdırıcı şəbəkə avadanlığının növünü, konstruksiyasını və texniki xüsusiyyətlərini; televizorların növlərini, onların funksional sxemini; ağ-qara təsvirli televizorların nasazlıqlarının aşkar edilməsi və aradan qaldırılması metodlarını; televiziya və radio verilişlərinin kollektiv qəbulu sisteminin ölçülməsi metodlarını; nəzarət-ölçü aparatlarından istifadə qaydasını və onların quruluşunu.

Orta ixtisas təhsili tələb olunur.



83. Daxiliyanma mühərriklərinin maşinisti

İşin xüsusiyyəti.

2-ci dərəcə

Gücü 73,5 kVt (100 a.g.-dək) olan bütün daxiliyanma mühərrik sisteminə xidmət. Gücü 73,5-dən 735 kVt (100-dən 1000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərrikləri sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işə salınması, dayandırılması və onların işinin tənzimləndirilməsi. Mühərriklərin doldurulması, birləşmə və köməkçi mexanizmlərin yağlanması.



Bilməlidir: mühərrikin iş prinsipini; mühərrikin işə salınması, dayandırılması və xidməti qaydalarını; mühərrikin yağlama, təchizetmə və soyudulma sxemini; nəzarət-ölçü cihazlarının təyinatını və istifadə qaydalarını; yanacaq və sürtkü materiallarının növlərini; borukəmərlərinin və armaturların yerləşməsini.

84. Daxiliyanma mühərriklərinin maşinisti

İşin xüsusiyyəti.

3-cü dərəcə

Gücü 73,5-dən 147 kVt (100-dən 200 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə xidmət. Cəmi gücü 735-dən 2205 kVt (1000-dən yuxarı 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərriklər sistemindən ibarət olan qurğulara (stansiyalara) maşinist köməkçisi simasında xidmət. Mühərriklərin işinin xidmət edilən istehsalat obyekti və ya sahəsinin texnologiyasına uyğun olaraq tənzimlənməsi. Nəzarət-ölçü cihazlarının göstəricilərinə nəzarət.



Bilməlidir: xidmət edilən mühərriklərin quruluşunu; mühərriklərə, generator, istilik nasosları və köməkçi mexanizmlərə xidmət qaydalarını; istilik və elektrik texnikası üzrə əsas məlumatları; nəzarət-ölçü cihazlarının quruluşunu; mühərriklərin işinin uçotunu; yanacaq və sürtkü materiallarının sərfini.

85. Daxiliyanma mühərriklərinin maşinisti

İşin xüsusiyyəti.

4-cü dərəcə

Gücü 147 kVt-dan 551,2 kVt-dək (200-dən 750 a.g.-dək) olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və ya cəmi gücü 147 kVt-dan 735 kVt-a (200 a.g.-dən 1000 a.g.-dək) olan bir neçə mühərriklərlə təchiz edilmiş qurğulara (stansiyalara) xidmət. Cəmi gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox olan bir neçə daxiliyanma mühərriklər sisteminə maşinist köməkçisi kimi xidmət. İşə, aqreqat, generator, istilik nasosları və köməkçi mexanizmlərə nəzarət. Cari təmirin aparılması və mühərriklərin orta və əsaslı təmirində iştirak. Mühərriklərin təftişi zamanı onların açılması, baxışı, yığılması və onlara nəzarət qaydalarını.



86. Daxiliyanma mühərriklərinin maşinisti

İşin xüsusiyyəti.

5-ci dərəcə

Gücü 551,2 kVt-dan çox olan daxiliyanma mühərriklərinin bütün sistemlərinə və ya 735 kVt-dən 2205 kVt-dək (1000-dən 3000 a.g.-dək) olan bir neçə daxiliyanma mühərrikləri ilə təchiz olunmuş qurğulara (stansiyalara) xidmət. Mühərriklərin və onların ayrı-ayrı birləşmələrinin işində nasazlıqları aşkara çıxarmaq və aradan qaldırmaq.



Bilməlidir: xidmət edilən mühərriklərin və köməkçi mexanizmlərin elektrik və kinematik sxemlərini; nəzarət-ölçü cihazlarının qurulması və tənzimlənməsi qaydalarını; mühərriklərin işində nasazlıqların aşkar edilməsi metodunu və onların aradan qaldırılması üsullarını.

87. Daxiliyanma mühərriklərinin maşinisti

İşin xüsusiyyəti.

6-cı dərəcə

Cəmi gücü 2205 kVt-dan (3000 a.g.-dən) çox olan müxtəlif sistemli daxiliyanma mühərriklər qrupu ilə təchiz edilmiş qurğulara və ya stansiyalara xidmət. Mühərriklərin quraşdırılması, sökülməsi və sınaqdan çıxarılmasında iştirak etmək.



Bilməlidir: müxtəlif tipli mühərriklərin konstruksiyasını, elektrik və kinematik sxemini; mühərriklərin quraşdırılması, sökülməsi və sınaqdan çıxarılması qaydalarını.

88. Dezaktivatorçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Xüsusi avtonəqliyyatın, avadanlığın, inventar və binaların dezaktivasiya avadanlığının köməyi ilə verilmiş metodikaya əsasən və müxtəlif qurğular və tənzimləyici dezaktivasiya məhlulları tətbiq etməklə dezaktivasiya edilməsi. Dezaktivləşdirməyə daxil olan avadanlığın sökülməsi. Zəhərlənmiş obyektlərin, avadanlığın, inventarların və binaların əridicilərlə (ağ neft, benzin və s.) zəhərləyici maddələrdən yuyulması, zəhərlənmiş torpaq və ya qar qatının götürülməsi və s. yolu ilə əllə dezaktivləşdirmə. Deqazasiya maddələrinin hazırlanması üçün lazımi materialların anbardan iş yerinə gətirilməsi. Dezaktivləşdirmə avadanlığının yerdəyişməsi üzrə nəqliyyat və montaj işlərinin yerinə yetirilməsi. Dezaktivləşdirmə məntəqəsində trapların və doldurucu çənlərin təmizlənməsi.



Bilməlidir: səthlərin dezaktivasiya və deqazasiya qaydalarını; əsas dezaktivasiya və deqazasiya məhlullarının tərkibini və xassələrini; iş inventarlarının saxlanma, takelaj işlərin və radiasiya gigiyenasının aparılma qaydalarını dezaktivləşdirmə avadanlığının, dozimetrik və radiometrik aparatların iş prinsipini; deqazasiya maddələrinin nomenklaturunu.

89. Dezaktivatorçu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Xüsusi geyimlərin və fərdi mühafizə vasitələrinin dezaktivasiya avadanlığının köməyi ilə dezaktivasiyası. Dezaktivasiya məhlullarının və yuyucu suların verilməsi üçün nasosların, takelaj qurğuların, təmirxana avadanlığının işə hazırlanması. Səthin radioaktiv maddələrlə çirklənməsi növündən asılı olaraq dezaktivasiya tərkibinin növünün müəyyən olunması. Zəhərlənmiş obyektlərin, avadanlıqların, alət və binaların deqazasiya məhlulları ilə deqazasiya cihazlarının vasitəsi ilə deqazasiyası. Verilmiş resepturaya görə dezaktivasiya tərkibinin, deqazasiya məhlullarının hazırlanması. İnventarın, avadanlıq və qurğuların cari təmirinin yerinə yetirilməsi. Avadanlığın sazlanması.



Bilməlidir: dezaktivasiya tərkiblərinin əsas fiziki-kimyəvi xassələrini; dezaktivasiya tərkiblərinin və deqazasiya maddələrinin hazırlanma, avadanlığa, mühafizə texnikasına təsir etmə qaydalarını; fərdi mühafizə materialları və vasitələrini; dezaktivasiya avadanlığının, dozimetrik, radiometrik aparatlarının və deqazasiya cihazlarının quruluşunu; radioaktiv çirklənmənin son mümkün olan səviyyəsi və tündlük dərəcəsini; radioaktiv maddələrlə və ionlaşdırılmış şüalanma ilə işləməyin sanitariya qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi şərtlərini.

90. Dezaktivatorçu

İşin xüsusiyyəti.

4-cü dərəcə

Qiymətli materialların, xüsusi geyimin və fərdi mühafizə vasitələrinin ultrasəs vannalarında, əridici sobalarda, yuyucu bokslarda və s. dezaktivasiyası. Avadanlığın və nəzarət-ölçü cihazlarının sazlığının yoxlanılması və işə hazırlanması. Avadanlığın dezaktivasiyası zamanı demontaj və yığma işlərinin aparılması. Dozimetrik nəzarətin köməyi ilə müəyyən radioaktiv şüalanma növü üçün mümkün olan son səviyyəsi ilə müqayisə etməklə dezaktivasiya prosesinin başa çatmasının müəyyənləşdirilməsi. Avadanlığın verilmiş iş rejimində sazlanması.



Bilməlidir: ultrasəs vannaların, əridici sobaların, yuyucu boksların və tıxac armaturunun quruluşunu və idarə olunmasını; dezaktivasiyanın texnoloji prosesini; tətbiq edilən dezaktivasiya materiallarının fiziki-kimyəvi xassələrini; nəzarət-ölçü cihazlarının quruluşunu.

91. Dezaktivatorçu

İşin xüsüsiyyəti.

5-ci dərəcə

Çirkabın və yuyub təmizləyən suyun dezaktivasiyası. Dezaktivasiyanın texnoloji prosesinin seçilməsi. Radioaktiv çirklənmə və dezaktivasiya materiallarının növündən asılı olaraq reseptin hesablanması və hazırlanması. Dezaktivasiyada xidmət edilən maşın, aparat və nəzarət-ölçü cihazlarının idarə olunması, işinin müşahidə olunması və onlarda nasazlıqların aradan qaldırılması. Prob analizlərin nəticələrinə görə texnoloji rejim göstəricilərin tənzimlənməsi. Hesabat sənədlərinin aparılması. Yeni dezaktivasiya metodlarının mənimsənilməsi və tətbiqində iştirak.



Bilməlidir: ultrasəs vannalarının, əridici sobaların və yuyucu boksların kinematik və elektrik sxemlərini; reagentlərin və materialların fiziki-kimyəvi xassələrini, radioaktivlik qanunlarını; bütün növlərdən olan ionizasiya şüalanmanın xassələrini; nəzarət-ölçü cihazlarının sazlama və tənzimləmə qaydalarını; xidmət etdiyi avadanlığın təmir qaydalarını.

92. Düzücü-qablaşdırıcı

İşin xüsusiyyəti.

1-ci dərəcə

Yarımfabrikat və hazır məhsulun və ya onun ayrı-ayrı komponentlərinin çəkilmədən, ölçülmədən və tərtibat edilmədən taraya-paket, paçka, banka, tub, flakon, ampula, butulka, yeşik, kisəyə və s. qablaşdırılması. Məmulat, detal və məhsulun müxtəlif kağızlara bükülməsi, əl ilə kağız, taxta, karton, metal və digər taraya qablaşdırılması və komplektləşdirilməsi. Kağız, şpaqat, etiketka, folqanın və s. tədarükü. Bükücü materialın verilmiş ölçüdə və ya şablon üzrə biçilməsi və kəsilməsi. Qablaşdırıcı taraya izoləedici materiallardan üz çəkilməsi və ya ara qatların qoyulması, yeşiklərin mıxlanması və bağlanılması, yapışdırılması, kisələrin ağzının tikilməsi, metal taraların ağzına qapaqların keçirilməsi, əl ilə və ya dəzgahla texniki şərtlərə uyğun bağlanılması. Qablaşdırılmış məhsul üzrə fakturaların yazılması. Mürəkkəb detalların və qiymətli məmulatların yüksək ixtisaslı qablaşdırıcı ilə birlikdə qablaşdırılması. Tara, bükücü material və büküləcək məmulatın sex daxilində əl ilə və ya qaldırıcı-nəqledici avadanlıqla daşınması. Butulka, flakon, tub və s. müxtəlif probkalarla ağzının bərkidilməsi. Bərkidilmənin germetikliyinin yoxlanılması.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin