Şəxsiz cümlələr müxtəlif mənalar daşıyır.
1. ətraf mühitdəki hal-vəziyyəti ifadə edə bilər: İsti bir gün idi. Qərb cəbhəsində sakitlikdir.
2. Zaman bildirə bilər. Bahara az qalmışdı. Otuzuncu ilin əvvəli idi.
3. Psixoloji hal bildirə bilər. Doğrusu, heç ona ürəyim qızmır. Pis adamlardan acığım gəlir.
4. Şəxssiz, cümlələr cürbəcür modal çalarlıqlar ifadə edə bilər.
a) Güman, təxmin ifadə edə bilər. Ona elə gəlir ki, həyətdə Sona onu gülə-gülə qarşılayacaq...
b) Zərurilik ifadə edə bilər. Yüksək qiymət almaq üçün yorulmadan çalışmaq lazımdır.
c) İmkan mənası bildirə bilər. Xalqın nə ağzını yummaq olur, nə dilini kəsmək olur.
ç) Adi bir məlumatı ifadə edə bilər. O kitabdan məndə də var.
Şəxssiz cümlələr qurluşca müxtəsər və geniş olur. Müxtəsər şəxssiz cümlələrdə ikinci dərəcəli üzvlər iştirak etmir. Cümlə yalnız xəbərdən ibarət olur.
Dostları ilə paylaş: |