FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


AZƏRBAYCANDA ATMOSFERİN EKOLOJİ VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ



Yüklə 84,08 Kb.
səhifə17/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   31
AZƏRBAYCANDA ATMOSFERİN EKOLOJİ VƏZİYYƏTİ VƏ PROBLEMLƏRİ. Atmosferin ekoloji durumu Yer kürəsi üzərində gedən proseslərdən asılıdır. Atmosferin litosferdən fərqli olaraq sərhədləri yoxdur. Atmosferin Yer kürəsinin hansı ərazisində çirklənməsinə baxmayaraq bütün bəşəriyyət, o cümlədən respublikamız üçün təhlükə yaradır. Respublikamızın atmosferində gedən dəyişikliklər planetimizdə gedən proseslərlə əlaqəli olduğu üçün bu barədə müəyyən biliklərə yiyələnmək vacibdir. Belə qlobal problemlərin dövlət sərhədi yoxdur.Planetimizdə son yüz il ərzində illik temperatur 1 sclsi dərəcə artmışdır. Temperaturun 0,75 selsi artımı son onilliyə təsadüf edir. İqlimin qlobal istiləşməsi müxtəlif nəticələrə - bəzi regionlarda yağıntıların çoxalması və ya quraqlıq; buzlaqların əriməsi; subasmalar və dəniz səviyyəsinin artması nəticəsində təsərrüfat üçün əhəmiyyətli sahələrin su altında qalması; təbii kataklizmlərin və infeksion xəstəliklərin sayının artması və s. gətirib çıxara bilər Mütəxəssislərin fikrincə, temperaturun 10-15 sclsi artması həyatın məhv olması ilə nəticələnə bilər. Əgər temperaturun artması belə davam edərsə, onda 130-200 ildən sonra Yerdə həyat mövcud olmayacaq. Bəzi alimlərin fikrincə, iqlimin qlobal istiləşməsi Yerin təkamülündəki digər təbii istiləşmələrdən biri olub sonrakı soyuqlaşma mərhələsi ilə növbələşəcək. Əlbəttə ki, bu prosesdə insan fəaliyyətinin rolu danılmazdır. Belə ki, iqlimin qlobal istiləşməsi antropogen faktorların təsirindən baş verən prosesdir. Burada istixana (parnik) effektinin və ətraf mühitin istilik çirklənməsinin rolu olduqca böyükdür. Yerdə həyatın əmələ gəlməsində atmosferin formalaşması və Yerin istilik balansının saxlanılması mühüm əhəmiyyət kəsb etmişdir. Atmosfer qaz təbəqəsi olub Yeri əhatə edir. Bildiyimiz kimi, atmosfer qazlar qarışığından ibarət olub, müəyyən qaz tərkibinə malikdir. Atmosferdə qazların nisbəti aşağıdakı kimidir: 78% azot, 21% oksigen, 0.03% karbon qazı (C 02), 0.93% arqon, təxminən 0.01% qalan qazlar (neon, helium, metan, ksenon, radon və s.). Parnik effekti atmosferdə su buxarı və bir sıra qazların: karbon qazı (СО,), dəm qazı (СО), metan (CH4), azot oksidləri (NOx), kükürd oksidləri (SOx) və s. miqdarının artması ilə əlaqədardır. Bu qazları parnik (istixana) qazları adlandırırlar. 155 Pamik qazları atmosferdə yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn istiliyi Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan enerjinin - istiliyin isə qarşısını alır. İşləmə mexanizmi etibarilə bu örtük istixana effektinin yaranmasına səbəb olur. Parnik effekti nəticəsində Yerdəki istiliyin yalnız 20%-i yenidən kosmosa şüalanır.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin