İXTİSAS: PSİXOLOGİYA
KURS: I
FƏNN: EKOLOGİYA
MÖVZU 8: EKOLOJİ NƏZARƏT: ƏTRAF MÜHİTİN MONİTORİNQİ, EKOLOJİ EKSPERTİZA
MÜƏLLİM: İSGƏNDƏROVA ÜLVİYYƏ
Email: isgenderova.86@mail.ru
ƏDƏBİYYAT
A.S.Sadıqov, İ.B.Xəlilov “Ekologiya və ətraf mühitin mühafizəsi” Dərs vəsaiti, Bakı 2004, 180s.
Q.Ş.Məmmədov, M.Y.Xəlilov “Ekologiya, ətraf mühit və insan” Bakı, Elm –2006. 608 səh.
Q.T.Mustafayev “Ekologiya” Bakı “Ozan” 2001, 126 səh.
Rəfiqə Əliyeva, Qara Mustafayev “Ekologiya” Bakı 2004, BDU nəşriyyatı, 432 səh.
PLAN
ƏTRAF MÜHİTİN MONİTORİNQİ
EKOLOJİ EKSPERTİZA
TORPAQ QATININ MONİTORİNQİ
SU OBYEKTLƏRİNİN MONİTORİNQİ
Ətraf mühitin monitorinqi. Ətraf mühitin mühafizəsi fəaliyyətində hər hansı bir prosesin həyata keçirilməsi üçün, istər milli, istərsə də beynəlxalq səviyyədə mükəmməl işlənib hazırlanmış inkişaf göstəriciləri lazımdır. Bu da öz növbəsində fəaliyyətin planlaşdırılması, yəni proqnozlaşdırılması (monitorinq yaradılması) üçün dürüst, etibarlı və sadə informasiyadan istifadə etməklə əsaslandırılmalıdır. Rioda keçirilmiş «XXI əsrdə gündəlik məsələ» konfransında qeyd edilmişdir ki, inkişaf etmiş və inkişafda olan ölkələr arasında əlaqələr genişlənmişdir (əldə olunan məlumatların razılaşdırılması məsələlərində). Bu da ətraf mühitin qorunmasının və ekoloji problemlərin inkişafının qarşısının alınması məsələlərinin həllində ciddi problemlər yaradır. Ətraf mühitin qorunması Proqramında (1993, 1998-ci illər) qeyd edilmişdir ki, kompleks monitorinq göstəricilərinin, ekoloji monitorinqin koordinasiya sisteminin qurulması üçün, ətraf mühit üzrə mərkəzlərin qiymətlərinin funksional təmin edilməsi metodlarının işlənib hazırlanması vacib təxirəsalınmaz məsələlərdən biridir. Dünyada monitorinq (nəzarət) ideyası 70-ci illərin əvvəllərindən genişlənməyə başlamışdır. Ətraf mühitin təbii dəyişikliklərinin vəziyyəti bir çox ölkələrdə ən çox hallarda geofiziki xidmətlər (hidrometeoroloji, seysmoloji, ionosferoloji, qrafrııctroloji, maqnitometroloji və s.) sahəsində öyrənilmiş və nəzarət edilmişdir. Keçmiş SSRİ ölkələrində do bir neçə monitorinq Konsepsiyası irəli sürülmüşdür. Birinci konsepsiya akademik Y.A.İsracl tərəfindən işlənmişdir. O, qeyd etmişdir ki, «monitorinqi düzgün olaraq nəzarət sistemi adlandırmaq olar, bu da öz növbəsində insanın fəaliyyətinin təsiri altında biosferin vəziyyətində gedən dəyişiklikləri seçməyə imkan verir». Konsepsiyanın müəllifi monitorinqi «nəzarət sistemi, ətraf mühitin vəziyyətinin proqnozu vo qiymətləndirilməsi» kimi ifadə etmişdir. Ekoloji monitorinq konsepsiyası Sovetlər ölkəsində 1970-1980-ci illərdə ekoloqlar, coğrafiyaşünaslar, bioloqlar və texnoloqlar tərəfindən işlənilməyə başlanmışdır. Bizim ölkəmizdə, Azərbaycanda da 1996-1997-ci illərdən başlayaraq monitorinq sisteminin yaradılması məsələsinə geniş yer ayrılmışdır. Ətraf mühitin mühafizəsi məsələsi insanların həyatı və sağlamlığı ilə qırılmaz tellərlə bağlıdır. Təbiətdə baş verən müxtəlif hadisələr, fəlakətlər, texnogen qəzalar və xəstəliklərlə, geniş yayılmış epidemiyalarla mübarizə aparmaq üçün elmi cəhətdən işlənib hazırlanmış, həm dövlət, həm də müxtəlif strukturlar tərəfindən qəbul edilmiş «vahid mərkəzdən idarə edilən nəzarət (monitorinq) sistemi» nin qurulması lazımdır. Fövqəladə hallar şəraitində əhalinin, daima inkişaf yolu keçən neft sənayesinin, ümumi iqtisadiyyatımızın və zəngin təbiətə, qiymətli mincrallar233 la, yeraltı və yerüstü sərvətlərə malik olan Azərbaycanın təbii mühitinin mühafizəsi və milli təhlükəsizliyi üçün «Ekoloji monitorinq konscpsiyası»nın hazırlanması ən ümdə və təxirəsalınmaz məsələ hesab edilməlidir. Bu barədə ətraf mühitin mühafizəsi üzrə Milli Proqramın həyata keçirilməsinin inkişafı üzrə məsləhətçi doktor Jan Veber çıxış etmişdir. Jan Veber Bakıda inkişaf laboratoriyası (ekolaboratoriya) layihəsinin iştirakçısı vo məsləhətçisidir. Respublikamızda fövqəladə halların proqnozlaşdırılması üçün əsas şərtlərdən biri odur ki, səpələnmiş halda olan müşahidə və nəzarət qüvvələrinin vahid bir qurumda cəmləşdirmək və monitorinq sistemini yaratmaqdır. Monitorinqin fövqəladə hallarda çox böyük üstünlükləri vardır. Belə ki, baş verə biləcək hadisələrin, qəzaların, təbii dağıntılarının əvvəlcədən öyrənilməsi, aradan qaldırılması və tamamilə yox edilməsi üçün təhlükəsizlik tədbirlərinin yaradılmasına avtomatlaşdırılmış, kompyuterləşdirilmiş avadanlıqlarla nəzarət ediləcəkdir. Beləliklə, monitorinq sisteminin hazırlanması imkan verəcək ki, fövqəladə hal törədən səbəblər aşkar edilsin. Yəni baş verə biləcək fövqəladə hadisəyə yol verməmək üçün monitorinq sistemi yaradılması inkaredilməzdir. Təbii mühitin vəziyyəti durmadan dəyişir. Geoekosistemin və bisoferin vəziyyəti haqqında informasiya almaq üçün ekonəzarət keçirilir. Əsasən iki yerə bölünür:
I. Ekoloji monitorinq {latınca: monitor - qabağı görən, qabaqcadan xəbərdar edən, nəzarət edən deməkdir). Antropogen faktorların nəticəsində ətraf mühitdə baş verən dəyişiklikləri, proqnozu və qiymətləndirməni nəzarət sistemi həyata keçirir. Nəzarətin əsas məqsədi müxtəlif səviyyələrdə geosistemin vəziyyətinin proqnozlaşdırılması və qiymətləndirilməsi, ətraf mühitə antropogen təsir faktorlarının və mənbələrinin təzahürü, ətraf mühitdə neqativ dəyişiklikləri vaxtında xəbərdar etməkdən və s. ibarətdir. Nəzarət sistemində əsas aşağıdakı fəaliyyət növləri var:
1. Çirklənmə ilə bağlı ətraf mühitin dəyişməsi;
2. Təbii fəlakət, hətta ekoproblemlər.
Nəzarətə aşağıdakı fəaliyyət növləri daxildir:
1. Ətraf mühitə təsir göstərən faktorlara nozarət; 2. Ətraf mühit faktının qiymətləndirilməsi; 3. Ətraf mühitin vəziyyətinin proqnozu.
Bir sözlə, monitorinq - ətraf mühitə nəzarətin qiymətləndirilməsi və proqnozu deməkdir. Ətraf mühitin keyfiyyətini idarə ctıııək iiçiin nəzarət sistemi əsas şərtlərdən biridir. Bununla əlaqədar, bir neçə məsələlər meydana gəlir ki, İ.P.Gerasimov bununla bağlı monitorinqi üç pilləyə bölür. Birinci pillədə ətraf mühitin insana olan təsiri verilib. Bu pillə sanitargigiyenik normalara əsaslanır. İkinci pillədə əsas nəzarət obyekti TƏK-dir. Üçüncü pillədə ətraf mühitin qlobal parametrləri müşahidə edilir. Bu, qlobal monitorinq şəbəkəsini, əsasən biosferin stansiyaları təşkil edir; həmin bu stansiyalara həm biosfer qoruqları, həm də antropogen zonalar aiddir. Bu sistemin uğurlu işləməsi stasionar nəzarətin metodlarından asılıdır. Biosferin müxtəlif komponentlərinə nəzarət (ekomonitorinq), əsasən peyk sistemləri vasitəsilə həyata keçirilir. Ekstremal hadisələri müəyyən edən monitorinq də əsas yer tutur: fırtına, meşə yanğınları, epidemiyaların yayılması və s. Geosistemin obyektlərini xarakterizə etmək üçün eko göstəricilərdən istifadə edirlər. Monitorinqin keçirilməsində əsasən 4 göstəricidən istifadə olunur:
1) təbii komponentlərinin xarakteristikası (relyef, iqlim, su, heyvanat aləmi, bitki və torpaq örtüyü) və landşaft bütövlükdə;
2) müxtəlif səviyyədə əmələ gələn gcoekosistemlərin antropogen dərəcəsi;
3) təbii mühiti çirkləndirən maddənin tərkibi;
4) subyektlərin vəziyyəti: insan, bitki, heyvanlar, təbii mühit və s. Təbii mühitin monitorinqi nəticəsində alınan informasiya çoxşaxəli təyinata malikdir. İlkin informasiya ictimai informasiya sisteminə, müəssisələrin idarəcdici orqanlarına çatdırılmalıdır.
Dostları ilə paylaş: |