FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ



Yüklə 84,08 Kb.
səhifə28/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31
Su obyektlərinin monitorinqi. Su mühitində çirkləndirici maddələrin olması ayn-ayn canlı orqanizmlərin həyat fəaliyyətinə təsir edir. Təbii sular qeyri-bircins mühit olub, onda asılqan hissəciklər və qaz qabarcıqlan olur. Hissəciklərin ölçüləri müxtəlifdir. Çökən hissəciklər mineral nüvədən və üzvi təbəqədən ibarətdir. Bundan başqa su təbəqəsi (ətraf mühit ilə tarazlıqda olan) çoxlu sayda mikroorqanizmlər ilə doludur. Çirkləndiricilərin təbii su hövzələrinə təsiri müxtəlifdir. İstilik çirklənməsi su orqanizmlərinin həyat fəaliyyətini intensivləşdirir ki, bu da ekosistemin tarazlığını pozur. Mineral duzlar xarici mühit ilə mübadilədə olan birhüceyrəlilər üçün təhlükəlidir. Asılqan hissəciklər suyun şəffaflığım azaldır, su bitkilərinin fotosintezinin və su mühitinin aerasiyasını azaldır, az sürətli axm yerlərində dibin lillənməsino səbəb olur, beləliklə, fıltirator rolunu oynayan su orqanizmlərinin həyat fəaliyyətinə mənfi təsir göstərir. Asılqan hissəciklər üzərinə müxtəlif çirkləndirici maddələr sorbsiya (sorbent kimi müxtəlif kiçik dispersli maddələrdən - kömür, torf, gil və s. istifadə olunur, mənası udma deməkdir) oluna bilər. Belə hissəciklər dibə çökərək suyun ikinci çirkləndirici mənbəyi olurlar. Suların ağır metallarla çirklənməsi təkcə ekoloji ziyan yox, həm də çox böyük iqtisadi zərər verir. Sular neft məhsulları ilə çirkləndikdə suyun səthində xüsusi yağ təbəqəsi əmələ gəlir ki, bu da suyun atmosfer ilə qaz mübadiləsinə mane olur. Üzvi maddələr - boyaqlar, fenollar, dioksinlər, pestisidlər və s. su hövzəsində toksikoloji vəziyyət təhlükəsi yaradır. Dioksinlər xüsusilə zərərli və ətraf mühitdə davamlıdırlar. 2,3,7,8-Tetraxlor dibenzodioksin (2,3,7,8-TXDD) elmə məlum olan ən zəhərli maddədir. Suyun çirklənməsinin öyrənilməsinin öz xüsusiliyi var. Atmosfer çirklənmələrinin tədqiqi zamanı olduğu kimi suyun tədqiqində də digər çirkləndiricilərin iştirakı ilə sabit tərkibli olmayan, az miqdarda maddələri təyin etmək lazım gəlir. Fərq ondadır ki, çirklənmiş suda daimi olaraq mürəkkəb tərkibli üzvi və qeyri-üzvi maddələr olur. Bundan başqa suda fotokimyəvi və kimyəvi proseslər nəticəsində maddələrin kimyəvi tərkibi dəyişir. Su nümunəsi götürülmək üçün yer seçilərkən götürülən nümunənin tərkibinə təsir edən bütün vəziyyətlər nəzərə alınır. İki əsas nümunə fərqləndirilir, birdəfəlik və orta nümunələr. Birdəfəlik su nümunəsi lazım olan həcmdə birdəfəyə götürülməklə əldə olunur. Orta nümunə bərabər zaman fasilələri ilə götürülən eyni həcmdə suyun qarışdırılması ilə əldə olunur. Analiz üçün suyu əvvəlcədən təmiz olan və 2-3 dəfə tədqiq olunan su ilə yaxalanmış qabda götürmək lazımdır. Açıq su hövzəsində nümunəni çayın töküldüyü yerdə 50 sm dərinlikdən götürmək lazımdır. Üzərinə yük bağlanmış butulka lazım olan dərinliyə salınır, sonra ona bağlanmış tutqacın köməyilə tıxacı (propkası) açılır. Bu məqsəd üçün xüsusi cihaz - batometrlər istifadə edilməsi daha yaxşıdır. Nümunəni uzun müddət saxladıqda suyun tərkibində əsaslı dəyişikliklər baş verə bilər. Odur ki, nümunə götürüldükdən sonra və ya 12 saat müddətində analiz edilməsə onun kimyəvi tərkibini sabitləşdirmək üçün konservləşdirmə aparılır. Universal konscrvləşdirici vasitə yoxdur. Suyun keyfiyyətini təyin etmək üçün 3 qrup göstəricilər fərqləndirilir: A - orqanoleptik xassələri xarakterizə edən göstəricilər; В - suyun kimyovi tərkibini xarakterizə edən göstəricilər; V - suyun epidemik təhlükəsizliyini xarakterizə edən göstəricilər.

Suyun orqanoleptik xassələrini xarakterizə edən göstəriciləri, temperatur, şəffaflıq, rənglilik, çöküntü, təbəqə, iy, dad və tamı təyin edilir. Temperatur, nümunə götürülən kimi və ya bir başa su hövzəsinin özündə bölgüləri 0,1°C olan termometr ilə ölçülür. Termomctr suda ən azı 5 dəqiqə saxlanılmalıdır. Atmosfer havasının monitorinqi. Monitorinq sözün əsl mənasında mühitin vəziyyətini, bu vəziyyətin dəyişməsini, onların dinamikasını, sürətini və istiqamətini müəyyən etmək üçün müşahidədir (izləməkdir). Uzun müddətli müşahidələr və çoxlu sayda aparılan analizlər nəticəsində əldə olunan yekun məlumatlar ekoloji vəziyyəti bir neçə il əvvəldən proqnozlaşdırmağa, əlverişsiz təsirləri və hadisələri aradan qaldırmağa imkan verir. Bu işlə peşəkar olaraq müxtəlif təşkilatlar biosfer qoruqları, sanitar epidemioloji stansiyalar, ekoloji stasionarlar və s. məşğul olur.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin