FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ



Yüklə 84,08 Kb.
səhifə27/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31
Torpaq qatının monitorinqi. Torpaq qatı atmosfer, hidrosfer və canlı orqanizmlər arasında qarşılıqlı təsir nəticəsində əmələ gəlir. Torpaqda daimi olaraq kimyəvi, eyni zamanda fiziki və bioloji proseslər gedir. İstənilən torpaq qatma heterogen, çoxfazalı, bərk (mineral və üzvi komponentlər), maye (torpaq məhlulu) və qaz halında (torpaq havası) fazalarından ibarət sistem kimi baxmaq olar. Torpaqların mineral tərkibi əsasən kvarsdan (SiO2) və alümosilikatlardan - alüminium və silisium oksidlərindən ibarət olur. Oksidlər müxtəlif nisbətlərdə ola bilər. Torpağın bərk fazası müxtəlif ölçülü hissəciklərdən - mexaniki elementlərdən ibarətdir. Hissəciklərin ölçüsündən asılı olaraq qumlu, gillə qarışıq və gilli torpaqlar fərqləndirilir. Torpağın üzvi komponenti humus maddələri ilə təmsil olunur. Bu maddələr bitkilər məhv olduqdan sonra torpağa düşən üzvi qalıqların çevrilmələri nəticəsində əmələ gəlir. Bioloji tərkib yaşıl bitkilər, mikroorqanizmlər və heyvanlardan ibarətdir. Torpağın münbitliyinin yaranmasında əsas rolu mikroorqanizmlər oynayır. Torpağın münbitliyi onda olan kimyəvi və mikrobioloji davamlı humus maddələrinin miqdarı ilə müəyyən edilir. Humus maddələri H, C, O, həmçinin S (1%-ə qədər) və N (2-5%-ə qədər) elementlərinə malik olur. Antropogen təsir biosferin digər komponentlərinə nisbətən torpaqda daha çoxdur. Torpağa antropogen təsirin əsas faktoru mineral gübrələrdən istifadədir. Torpağa verilən gübrənin hamısı bitkilər tərəfindən mənimsənilmir. Gübrələrin çox hissəsi itirilir, su hövzələrinə tökülür. Tədqiqat üçün torpaq nümunəsi sahəsi 25 m2 olan ərazidən, dioqanal boyunca 3-5 nöqtədən, 0,25 m dərinlikdən götürülür. Əgər çirklənmənin qrunt suyuna təsiri öyrənilərsə, onda nümunə 0,75-2 m dərinlikdən götürülür. Hər bir nümunənin kütləsi 0,2-1 kq olmalıdır. Çirklənmə dərəcəsinə görə torpaqlar aşağıdakı qruplara bölünür: 1) çox çirklənmiş; 2) orta çirklənmiş; 3) zəif çirklənmiş.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin