FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ



Yüklə 84,08 Kb.
səhifə26/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   31
II. Ekoloji ekspertiza (latınca: cxspcrtus - təcrübəli deməkdir). Bu, ətraf mühit, təbii resurslar və insan həyatına təsirin qiymətləndirilməsidir. Eko ekspertizaya ətraf mühit üçün insanın təsərrüfat fəaliyyətində baş verə bilcək işlərin öyrənilməsi və ya təbiəti mühafizənin tələblərinə cavab verən, təbiəti mühafizənin proqram və iqtisadi inkişaf planlarının koordinasiya yolu ilə təzahürünü əks etdirən vasitə kimi baxılır. Ekoloji ekspertizanın əsas məsələsi təsərrüfat obyektinin layihələndirilməsində və təbiəti mühafizə qanunlarının texniki sisteminin izlənilməsinə hərtərəfli nəzarət, eyni zamanda təbii ekosistemin bərpa edilməsi baxımından qiymətləndirilməsindən ibarətdir.

Ərazi baxımından miqyasına görə ekspertiza dövlətlər arası, respublika, regional və lokal növlərə bölünür. Ekoekspertiza bir neçə tiplərə bölünür: 1. Dövlət ekoloji ekspertizası; 2. Regional (idarə, müəssisə) ekoloji ekspertizası; 3. ictimai; 4. Elmi ekoloji ekspertiza.

Dövlət ekoloji ekspertizası. Dövlət ekoloji ekspertizası dövlət və ekspert komissiyaları tərəfindən müxtəlif layihələri, layihə-smetaları, normativtexniki və normativ-hüquqi sənədlərin, həmçinin yeni texnika, texnologiya, material və maddələrin ekoloji norma, qayda və normativlərə uyğunluğunu müəyyən edən bir təşkilatdır. Ekoloji ekspertiza üçün ilkin material layihədən əvvəl və sonrakı şəraitdə iqlim, geoloji, hidrogeoloji, genetik, torpağın özünütəmizləməsi, meşəlik, flora, fauna, əhali, sosial-iqtisadi və s. ilə əlaqədar olan göstəricilərdir.

Ekspertiza aşağıdakı halların öyrənilməsi və analizi əsasında qurulur:

-Layihənin son məqsədi və onun rayon miqyasında regional səviyyəyə qədər olan təsirinin əhəmiyyətliliyini müəyyən etmək;

-Layihənin həmin sahə üçün əhəmiyyətliliyini əsaslandırmaq;

-Texniki, torpaq və digər vəsaitlərin imkanları əsasında texniki-iqtisadi hesabatı analiz etmək;

-Ətraf mühitin mühafizəsi üzrə layihələrin növlərini etibarlılıq dərəcəsini yoxlamaq; -Ətraf mühitə olan mənfi təsirlərin azaldılması yollarını analiz etmək;

-Alternativ layihənin mövcudluğunu və onun tətbiqinin mümkünlüyünü öyrənmək; -Texniki imkanlarla ətraf mühitə vurulan zərər arasında olan optimal çıxış yolunu müəyyən etmək və s

İctimai ekoloji ekspertiza. İctimaiyyətin öz istəyi ilə təşkil olunmuş qeyri-dövlət strukturudur. Onların çıxardıqları nəticələr məsləhət (təklif) xarakteri daşıyır. Elmi ekoloji ekspertiza elmi tədqiqat və ya tədris müəssisələri tərəfindən aparılır. Onların çıxardıqları nəticələr informasiya (ideya) xarakteri daşıyır. Ekoloji ekspertiza öz fəaliyyətində faktları, elmi prinsipləri və qüvvədə olan qanunvericiliyi əldə rəhbər tutur. O, ayrı-ayrı şəxslərin və ya müəssisələrin yox, ətraf mühitin mühafizəsi prinsipini güdməlidir. Təyinatına gönə, ekoloji ekspertiza birinci və ikinci növlərə bölünürlər. İkinci ekspertiza o şərtlə həyata keçirilir ki, birinci aparılan ekspertizanın çatışmayan tərəfləri olsun. Ekspertiza ətraf mühitin təsirinə məruz qalan bütün təsərrüfat fəaliyyəti növlərini əhatə edir. Sənaye, kənd təsərrüfatı və rekreasiya müəssisələrinin tikintisi, ekspertlərin qərarı olmadan aparıla bilməz. Təzə texnika, yeni texnologiya və materiallarda ekspertizadan keçirlər. Texnoloji ekspertiza əsasən aztullantılı proseslər üçün nəzərdə tutulur. Texniki ekspertiza isə ckotutarlılığı, ehtiyat sıxlığı və onun dərəcələrinin təyini ilə müəyyən olunur. Misal olaraq, deyə bilərik ki, adi traktordan tundra ərazisində istifadə etmək olmaz, çünki o torpağın üstündəki mamır örtüyünü dağıdır, bu isə on illər zaman ərzində bərpa olunur. Taymır tundralarında və meşə tundrasında qaz borularının tikilməsi üçiin 770 min hektar sahə məhv olmuşdur. Kanadada traktorlar hava balışları ilə işləyirlər, o yalnız 20 dəfə gedişdən sonra zəif iz salır. Yaponiyada, ABŞ-da, Fransada, Kanadada ckockspcrtizanın proqnozu çox dəqiqdir. Burada cəmi 7% xəta ola bilər. Ekockspcrtizanı keçirərkən xarici dövlətlərin təcrübəsindən istifadə etmək çox əlverişlidir.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin